Məhkəmə qərarları › İş №1(051)-156/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-156/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-156/2021 15.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs tanıdığı Zərərçəkmiş şəxs son zamanlar onu birlikdə fəhlə kimi işləməyə aparmayaraq barəsində tanışları arasında rüsvayedici şaiyələr yaydığını əsassız olaraq güman edib, bununla bağlı şübhələrini araşdırmadan, Zərərçəkmiş şəxs qisas almaq qərarına gəlib 15 aprel 2021-ci il tarixdə yaşadığı evdə tək spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə gedib həyətə daxil olaraq orada onu son zamanlar birlikdə fəhlə kimi işləməyə aparmayaraq barəsində tanışları arasında rüsvayedici şaiyələr yaydığını bəhanə gətirib, habelə bununla bağlı özündə yaratdığı şübhələrə aydınlıq gətirməyib, bu barədə Zərərçəkmiş şəxs özündən soruşmayaraq, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs sifət nahiyyəsindən əlləri ilə vurub sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik sağ almacıq və sol qaşında yaralar, sol gözünün alt qapağında qançırların əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan və sol çənə sümüyünün qapalı yerdəyişməyən sınığının əmələ gəlməsi ilə nəticələnən yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onlar qonşuluqda yaşayırlar. Əvvəllər Zərərçəkmiş şəxsla münasibətləri normal olubdur. Belə ki, Yaqubla birlikdə daimi səyyari fəhləliklə məşğul olmuşlar. Kimsə Yaquba işləmək üçün müraciət etdikdə Yaqub da ona və digər qonşularına məlumat vermiş, birlikdə də gedib işləmişlər. İşlədikdən sonra Yaqub onlara zəhmət haqqı vermişdir. Lakin son zamanlar Yaqub onu işləmək üçün dəvət etmədi. Eləcə də eşitmişdi ki, birlikdə işlədikləri şəxslərin də yanında onun ünvanına xoşagəlməz sözlər danışıbdır. 15.04.2021 -ci il tarixdə saat 17 radələrində yaşadığı evin həyətində spirtli içki qəbul etdi. Bir qədər spirtli içki qəbul etdikdən sonra spirtin təsirindən sərxoş vəziyyətdə olmuşdur. Buna görə də Yaqubun onu işə dəvət etməməsi yadına düşdü. Buna görə də evdən çıxıb Yaqubgilin yaşadığı evin həyətinə getdi. Yaqubun yaşadığı evin həyətinə getməkdə məqsədi Yaqubun onun barəsində digər şəxslərin yanında xoşagəlməz ifadələr işlətməsinin, eləcə də onu son zamanlar işə dəvət etməməsinin səbəbini soruşmaq olmuşdur. Yaqubun yaşadığı evin darvazasına yaxınlaşıb içəri daxil olduqda Yaqubu həyətdə gördü. Yaqubu görərkən əsəbləşdi, buna görə də onu yumruqla vuraraq döyməyə başladı. Yaqubu bir neçə dəfə vurduqdan sonra hirsi soyudu və oradan çıxıb yaşadığı evə getdi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ifadəsində bildirdi ki, o, fərdi əməklə məşğul olur. 15.04.2021-ci il tarixdə saat 18 radələrində Aqşin qəflətən yaşadığı evin həyətinə daxil oldu. Aqşin ona heç bir söz demədən yumruq və təpiklə onu döyməyə başladı. Aqşin onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdu. Aqşin həmin zaman sərxoş idi. Aqşin onu yumruq və təpiklə döyərkən o, Aqşindən onu döyməsinin səbəbini soruşdu, həmin zaman Aqşin ona yaxşı elədiyini barəsində tanışlarının yanında xoşagəlməz ifadələr işlətdiyini, onu birlikdə işləməyə aparmadığını bildirdi. Aqşin onu döyəndən sonra boynundan əlləri ilə tutaraq sürüyüb həyətinin aşağı tərəfində olan suya tərəf aparıb, başını suya salıb çıxarmağa başladı. Həmin vaxt kimsə kənardan səs etdi, səsi eşidən kimi Aqşin getdi. Həmin şəxsin isə kim olduğunu görmədi. Bundan sonra tanışı Elşənə zəng etdi, Elşən harada olduğunu soruşanda yaşadığı evin həyətində olduğunu bildirdi. Təxminən yarım saat sonra Elşən, Vasif və Nizami onun yaşadığı evin həyətinə gəlib vəziyyətini görüb nə baş verdiyini soruşdular. O da Aqşinin onu döydüyünü bildirdi. Elşən də onun kürəkni Novruza zəng edərək onun Aqşin tərəfindən döyülməyini dedi. Bir qədər sonra Novruz da onun yaşadığı evin həyətinə gəldi və onu Mingəçevir ŞMX-na apardı. Xəstəxanada həkimlər ilkin tibbi yardım göstərdikdən polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etdi. Ona vurulmuş zərər ödədilməmişdir. Ancaq Təqsirləndirilən şəxs ona vurduğu zərərin ödənilməsini vəd etmişdir. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onlar qonşuluqda yaşayırlar. 15.04.2021 ci il tarixdə saat 17 radələrində o, Habil, Riza Yaqub və Elşənlə birlikdə Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən Güllü bağ dairəsində olan yeməkxanada oturub yeyib-içməliydilər. Onlar hamısı həmin yeməkxanaya toplaşsalar da Yaqub yeməkxanaya gəlmədi. Təxminən bir saat sonra Elşənə Yaqub zəng etdi və Yaqub narahat halda “həyətimdəyəm, gəlin görün başıma nə gəlib” deyə cavab verdi. O da digər yoldaşlarla birlikdə Yaqubun yaşadığı evin həyətinə getdilər. Yaqub evin həyətində tək olmuşdur. Yaqubun sifəti, çənəsi əzilmiş, yaralı halda idi. Onlar Yaquba ilkin tibbi yardım göstərdilər və nə baş verdiyini soruşdular. Yaqub isə tanışları Aqşinin onu döydüyünü dedi. Elşən telefon vasitəsi ilə Yaqubun kürəkəni Novruza zəng edərək Novruzdan Yaqubun yaşadığı evin həyətinə gəlməsini xahiş etdilər. Bir qədər sonra Novruz qaynatası Yaqubun yaşadığı evin həyətinə gəldi. Bir qədər həyətdə oturduqdan sonra onlar Yaqubun yaşadığı evdən çıxıb Aqşinin yaşadığı evə getdilər. Aqşin həmin zaman həyətdə sərxoş vəziyyətdə olmuşdur. Onlar Aqşinə iradlarını bildirdilər. Həmçinin həmin zaman Aqşindən Yaqubu döymə səbəbini soruşduqda Aqşin də onlara Yaqubun onu son zamanlar birlikdə işləmək üçün aparmadığını, özünün barəsində qonşu sakinlər arasında xoşagəlməz ifadələr işlətdiyini bildirdi. X6 Aqşinin barəsində ya onların, ya da ki, digər şəxslərin yanında hər hansı xoşagəlməz ifadələr işlətmədiyini bildirdilər. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid2, Şahid4 məhkəmə iclasında verdikdikləri ifadələr ilə, həmçinin şahidlər Şahid3 və X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 19-20-ci vərəqlərində olan məhkəmə tibb ekspertiza və patoloji anatomiya birliyinin 16 aprel 2021-ci il tarixli 219 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ almacıq və sol qaşında yaralar, sol gözün alt qapağında qançır və sol çənə sümüyünün qapalı yerdəyişməyən sınığı, bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 15.04.2021-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə: -sağ almacıq və sol qaşında yaralar, sol gözünün alt qapağında qançır sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. -çənə sümüyünün sol şaxəsinin qapalı yerdəyişməyən sınığı sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tanıdığı Zərərçəkmiş şəxs son zamanlar onu birlikdə fəhlə kimi işləməyə aparmayaraq barəsində tanışları arasında rüsvayedici şaiyələr yaydığını əsassız olaraq güman edib, bununla bağlı şübhələrini araşdırmadan, Zərərçəkmiş şəxs qisas almaq qərarına gəlib 15 aprel 2021-ci il tarixdə yaşadığı evdə tək spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə saat 18 radələrində İsmayılovYaqubHamil oğlunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə gedib həyətə daxil olaraq orada onu son zamanlar birlikdə fəhlə kimi işləməyə aparmayaraq barəsində tanışları arasında rüsvayedici şaiyələr yaydığını bəhanə gətirib, habelə bununla bağlı özündə yaratdığı şübhələrə aydınlıq gətirməyib, bu barədə Zərərçəkmiş şəxs özündən soruşmayaraq, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs sifət nahiyyəsindən əlləri ilə vurub sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik sağ almacıq və sol qaşında yaralar, sol gözünün alt qapağında qançırların əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan və sol çənə sümüyünün qapalı yerdəyişməyən sınığının əmələ gəlməsi ilə nəticələnən yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 43-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci , maddi sübut yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar