Məhkəmə qərarları › İş №1(051)-156/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-156/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-156/2022 20.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri H.Əliyev proepskti 82/24№-li evin 16№-li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Günəşli bağ massivi 10-cu küçədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psoxotrop maddə metamfetaminin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,460 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış və 24 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 10-cu küçənin yaxınlığında idarə etdiyi Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda tanışı X3 ilə birlikdə saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin Mingəçevir kəndi deyilən ərazisində Sübhan adlı şəxslə görüşərək Sübhandan 20 manata 1 ədəd gümüş-ağ rəngli kağız bükümdə metamfetamin aldı. Həmin metamfetamindən bir qədər istifadə etdikdən sonra qalan hissəsini isə əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoydu ki, sonra istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 10-cu küçənin yaxınlığında idarə etdiyi Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda tanışı X3 ilə birlikdə əyləşib söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt narkotik maddə cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində ona üzərinə axtarış keçirmək istədiklərini bildirdilər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirildi. O da əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinasları, 1 ədəd “Samsung” markalı mobil telefonu, 1 ədəd alışqanı, açarları, əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 qutu siqaret, 90 manat məbləğdə pul, 1 ədəd içərisində metamfetamin olan bükümü çıxarıb təqdim etdi. Üzərində aşkar edilmiş matemfetamin onun da iştirakı ilə tərəzidə çəkilərək, polis əməkdaşları təfəindən götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs və X1 psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs və X2 şəhəri Günəşli bağ massivi 10-cu küçədə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşdiklərini görüb onlara yaxınlaşaraq, Təqsirləndirilən şəxs və Qurban İsmayılova narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etdilər. Bundan sonra Təqsirləndirilən şəxs və Qurban İsmayılov polis şöbəsinə gətirildi. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik maddə və psixotrop maddə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs də üzərinə axtarış keçirilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı psixotrop maddə, narkotik maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin Nicat da əynindəki boz rəngli şalvarin sol yan cibindən müxtəlif açarları, müxtəlif əskinaslardan ibarət pulları, alışqanı, 1 qutu siqareti və 1 ədəd gümüşüağ rəngli kağız bükümü çıxarıb təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs əynində boz rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş gümüşü-ağ rəngli bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin şəffaf rəngli, kəskin iyə malik kütlə yəni psixotrop maddə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olduğunu, həmin psixotrop maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin Mingəçevir kəndi deyilən ərazisində Sübhan adlı şəxsdən 20 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər, polis əməkdaşları Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 24-cü vərəqlərində 24 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli şalvarın sağ yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,460 qram olan olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 37-40-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2022-ci il tarixli, 17/525 saylı rəyində göstərilir ki, üzərində “ Vət.Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,460 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,460 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,410 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı). İşin 99-cu vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1331 saylı 08 sentyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psoxotrop maddə metamfetaminin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,460 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış və 24 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 10-cu küçənin yaxınlığında idarə etdiyi Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda tanışı X3 ilə birlikdə saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 101-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 85-86-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 103-cü vərəqində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Əsma adlı bir nəfər azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan saxlanılan 0,410 qram psixotrop maddə-metafetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxsm alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,410 qram psixotrop maddəmetafetamin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar