Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-157/2020 23.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, X4 iştirakı ilə X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X8 və X1 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyini bildirmişdir. Məhkəmədə X7 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırdı ki, X8 və X3 onun qonşularıdır. Ülkər Əhmədova ilə onun əvvəldən mübahisəsi vardır. Belə ki, şərəf və ləyaqətimi alçaltdığı üçün məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən şərəf və ləyaqətinin alçaltması əvəzinə 500 manat mənəvi ziyan pulu tutulması qət edilmişdir. xx xxxx 2020-ci il tarixdə cavabdeh Ülkər Əhmədova ilə Mingəçevir şəhər Polis Şöbəsinin qarşısında rastlaşarkən Ü.Əhmədova onun onda hansısa şəkilləri və video çəkilişləri olması və həmin şəkillər və videoçəkiliş vasitəsilə biabır edəcəyini, bir daha şəhərin mərkəzində və insanların gur olduğu bir yerdə «fahişə, yalan demirəm ki, fahişəsən, cındırsan, dəli» kimi ifadələrlə ləyaqətini bir daha alçaltmışdır. Həmin vaxt onların hərəkətlərini görən şahidlər vardır. Şəlalə Alməmmədova isə icazəsiz onu kameraya çəkdiyi üçün aralarında münaqişə olmuş, bu dəfədə Şəlalə Alməmmədova və Ülkər Əhmədova onu yenidən təhqir etmiş, videoçəkilişlə onu birabır edəcəklərini bildirmişlər. X10 və Şəlalə Alməmmədova +l(952)-206-10-39 və + l(928)-351-05-64 nömrələrlə onun ***-***-**-** «Vatçap» nömrəmə adına açılmış saxta tik-tok səhifəsinin adlarını ataraq Zeyneb 1986 tez ol tez ol defter ruçkanı hazırla, şikayət ver, davay hazırla yaz, prokuraturaya şikayət ver. Qaç tez ol poçta, az nə yatmısan, daha sonra isə az a soska niyə ölmürsən niyə itmirsən şəhərnən bil olmusan ey tiktokda. Gir bax bir həftədir ordadı zeynəb.86.86 bəh bəh zəng demişdim axı səni sikəcəm, hələ bu harasıdı yazdığın məktublar təsdiqini tapmadıqca delireceksen, öləcəksən kimi ona mesajlar yazmışdır. Bundan əlavə +**********8 nömrə ilə onun ***-***-**-** vatçap nömrəmə «ay cındır, ay soska nətər vermişik ağzına, xoşuna gəlir, sənin başına hələ çox oyun açacam, dayan sən, ölmüsən ey sən həyatda, özündən xəbərin var sənin» kimi mesajlar göndərmişdir. Həmçinin saxta teymur_5 tik-tok səhifəsi açaraq onun şəklini paylaşmış və şəklin altından yazmışlar ki, bu da işverəndir, 1 nömrəli məktəbin yanında olur, polis əməkdaşı Babayev Rəhmanla qeyri-rəsmi yaşayır. Həmçinin saxta teymur_5 tik-tok səhifəsində onun şəklimin altında dünyada bunun kimi cındır, ağzına alan, qəhbə yoxdur. Həmçinin şəklini eybəcərləşdirmişdir. + l(952)-206-10-39 və +l(928)-351-05-64 nömrələrə gələn mesajlardan sonra o məlumat əldə etmişdir ki, həmin nömrələr vasitəsilə saxta zeyneb_1986, zeyneb.86.86, teymur_5 profillərini onlar açmış, onun müxtəlif montaj edilmiş şəkilləri və müxtəlif videoları dayanmadan həmin səhifələrdə paylaşılmış və ümumi müzakirəyə çıxarılmış, hətta həmin şəkillərin və videoların altında teymur-5 profildən ləyaqəti ləkələyən məlumatları yaymaqda davam edirlər. Həmçinin Zeyneb _1986 və zeynəb.86.86 səhifələrində onun müxtəlif ləyaqəti ləkələyən formada şəkillərini montaj edib yayırlar. Həmin hərəkətlərin Ülkər Əhmədova və Şəlalə Alməmmədova tərəfindən törədilməsi işin mübahisə doğurmayan halıdır. Çünki, Ü.Əhmədova ***-***-**-** nömrəli vatçap nömrəsindən Mingəçevir şəhər Polis Şöbəsində əməliyyatçı vəzifəsində işləyən Rəhman Babayevin vatçap nömrəsinə bu məzmunda mesaj göndərmişdir: « Şəlaləni blok edə bilərsən, amma bizdə olan faktları əlimizdən dartıb ala bilməzsən. Haqqımızda nə qədər məhkəmədə şikayət varsa geri götüzdür, yoxsa olacaqların qarşısını ala bilməyəcəksən, bunu sənə yazan Ülkərdi. Sənə əlindəki telefonları deyim, otağındakı samovardanmı deyim, yoxsa sonu 67-17 olan cin nömrədəki danışıqlarımı, yoxsa qızın telefonun ekranında sənin şəklinin olmasındanmı, hansından deyim sənə». Daha sonra isə 67-17 nömrəsi ilə olan danışıqlarının siyahısını Şəlalə Alməmmədova və Ülkər Əhmədova +l(928)-351-05- 64 telefonla onun vatçap nömrəsinə atmışlar. Onlar bütün bu qanunsuz hərəkətlərini +l(952)-206-10-39 və +l(928)-351-05-64, + **********8 internet nömrələrlə və ***-***-**-** nömrə ilə törətmişlər. Hətta onun telefonuma müdaxilə olunmuş, telefonuna-gələn gedən zənglər, mesajlar, vatçap yazışları izlənilmiş, telefonun qalereyasından şəkilləri və videoları oğurlanmış, telefon kontaktımdan nömrələr götürülmüşdür. Telefonum vasitəsilə o izlənilmişdir. + l(770)-574-40-87 telefon nömrəsi ilə onlar Rəhman Babayevə mesaj atmışlar ki, sənə mesaj yazdıq ki, bizim haqqımızda olan şikayəti geri götüzdür, səndə aparıb mesajları onlara vermisən, hə mesajları verdin, nə oldu, nə qazandın. Daha sonra isə onlar həmin nömrədən ona təhqir və böhtan məzmunlu mesajlar yazmışlar: «Ay soska, padruqan deyir, mən onu tanımıram, mənim padruqam anam, bacımdır. Ölda kimlərə inanınsan». Daha sonra +l(385)-263-53-44 telefon nömrəsi ilə Rəhman Babayevə səs ataraq yazmışdır ki, «yaxşı-yaxşı qulaq as, nə ölünü qoyub, nə dirini, sən hələ bərk-bərk saxla onu yanında, sənin yanında mənə söyəndə bilməli idin ki, kiminsədə yanında sənə söyür, qulaq asda as ki, sənə necə söydüyünü eşidəsən. Qoynuna soxduğun ilanı tanı». Daha sonra isə +l(660)-371-37-03 nömrəsi ilə onun qəbirdaşına çəkilmiş şəklimi vatçap nömrəsinə göndərmiş və yazmışdır «yalnızlıqdan ürəyinmi dayandı, kız, sevgilində getdimi tomasına. Necə dayanırsan.Sən əslində keçən dəfə onun maşınında qız görəndə, üstəlik döyüləndə yalandan deyirdin ki, ağacdan yıxılmışam. Onda ölməli idin. Bu da səni belə vurdu getdi. Sən bu yalnızlığa layiqsən. Daha sonra isə anasının da şəklini başdaşına qoymuş, ananda gəldi dalınla, əlində tort. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə isə Ülkər Əhmədova ərizə göndərmişdir ki, onda polis əməkdaşı Rəhman Babayevlə onun şəkli vardır. X9 Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında mülki işə baxılarkən hər kəsin yanında onun gecələr pozğunluğa getdiyini bildirmişdir. Onların şər və böhtanları dayanmır. Onların bu əməllərinə görə cəzalandırılmalarını istəyir. Bütün bunları nəzərə alaraq, X8 və X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinin başlanmasını və müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. X7 məhkəməyə ərizə verərək ərizəsinə düzəliş edilməsi ilə əlaqədar xüsusi ittiham qaydasında verdiyi şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində X8 və X2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə X8 və X1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə X5 xüsusi ittiham qaydasında şikayətinə və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, əməlin məhz X8 və X3 tərəfindən törədilməsini təsdiq edən sübutlar, şahid ifadələri, konkret olaraq hansı şəxslərin ifadələri, habelə digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan başqa xüsusi ittiham qaydasında şikayətdə hadisəyə şahid olan şəxslər göstərilsə də onların barələrində məlumatlar (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərilməmişdir. Bundan əlavə X7 məhkəməyə ərizə verərək ərizəsinə düzəliş edilməsi ilə əlaqədar xüsusi ittiham qaydasında verdiyi şikayətin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmiş və bu ərizə də nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası. Şərh olunan hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 300.1.3-cü maddəsində məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul etdiyi qərarlardan birinin də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarının olduğu göstərilmişdir. Azərbaycan Respublikasının CPM-nin 302.1.3-cü maddəsinə əsasən əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299-300, 302 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-157/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-157/2020
23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver