Məhkəmə qərarları › İş №1(051)-158/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-158/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-158/2021 25.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 5 mənzil 38-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan məbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qırmızı rəngli şəffaf sellafon torbanın içərisində olan 9 (doqquz) ədəd ağ kağızlara bükülmüş, birincisinin içərisində təmiz çəkisi 0.93 qram, ikincisinin içərisində təmiz çəkisi 0.67 qram, üçüncüsünün içərisində təmiz çəkisi 0.75 qram, dördüncüsünün içərisində təmiz çəkisi 0.60 qram, beşincisinin içərisində təmiz çəkisi 0.61 qram, altmıcısınm içərisində təmiz çəkisi 0.70 qram, yeddincisinin içərisində təmiz çəkisi 0.75 qram, səkkincisinin içərisində təmiz çəkisi 0.75 qram və doqquzuncusunun içərisində təmiz çəkisi 0.52 qram olan narkotik vasitə qurudulmuş marixunanı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 20.05.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən Əsgər kafesində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 20.05.2021-ci il tarixdə axşam saat 20 radələrində Mingəçevir şəhəri A.Şaiq küçəsi, Nur şadlıq sarayının yaxınlığında olan uşaq baxçasının yanından keçən zaman yerdən bir ədəd qırmızı rəngli sellafona bükülmüş büküm tapdı. Həmin sellafonu açıb içərisinə baxdıqda 10 ədəd ağ rəngli kağızlara bükülmüş bükümlər gördü. Maraqlı olduğu üçün həmin bükümləri açan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördü. O, qurudulmuş marixuanadan istifadə etdiyi üçün iyindən və rəngindən kağızların içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildi. O, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin bükümlərdən birini istifadə etdi. Qalan bükümləri isə qırmızı sellafonun içərisinə qoyaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətdi. Həmin gün, yəni 20.05.2021ci il tarixdə saat 21 radələrində o, Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən Əsgər kafesinin qarşısından keçən zaman tanışı Emin adlı şəxslə rastlaşdı. Eminlə bir qədər kafenin qarşısında söhbət etdikdən sonra həmin kafedə çay içmək qərarına gəldilər. Tapdığı bir ədəd qırmızı rəngli şəffaf sellafon torbanın içərisində olan 9 ədəd büküm onun əynində olan göy rəngli cins şalvarın sol yan cibində idi. Kafedə oturub çay içən zaman bir qədər keçdikdən sonra üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirdilər və Şahid4 barəsində axtarış elan edildiyini, onun isə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları polis şöbəsinə dəvət etdilər. Bundan sonra onlar polis şöbəsinə gətirildi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən əynində olan göy rəngnli cins şalvarın sol yan cibindən l(bir) ədəd qırmızı rəngli şəffaf sellafon torbanın içərisində olan 9 ədəd ağ kağız bükülmüş aşkar olunaraq götürüldü. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.05.2021-ci il tarixdə saat 21 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar və Mingəçevir ŞPŞ-nin İB-də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən və istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş Şahid4 Vaqif oğlunun Mingəçevir şəhəri A.Şaiq küçəsində yerləşən Əsgər kafesində olması ilə bağlı keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs və Həsənov X4 şəhəri, A.Şaiq küçəsində yerləşən Əsgər kafesində saxlanılaraq Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu, Şahid4 Vaqif oğluna isə istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilməsini bildirib həmin şəxsləri polis şöbəsinə dəvət etdilər. Bundan sonra Təqsirləndirilən şəxs və Həsənov X4 ŞPŞ-nə gətirildi. Həsənov X4 ŞPŞ-nin MSY-Yə təhvil veribdi. Polis şöbəsinə vəkil dəvət olundu. Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qırmızı rəngli sellafon torbanın içərisində 9 ədəd ağ rəngli kağız bükümə bükülmüş bükümlər aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 9 (doqquz) ədəd ağ kağıza bükülmüş bükümlərdə kütlələrin qurudulmuş marixuana olduğunu, marixuanadan özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 20.05.2021-ci il tarixdə təxminən saat 20 radələrində Mingəçevir şəhəri, A.Şaiq küçəsi, Nur şadlıq sarayının yaxınlığında yerləşən uşaq baxçasının yaxınlığında yerdən taparaq əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoyub üstündə saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər Şahid3 da məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Şahid4 Vaqif oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, təxminən 2018-ci ildən narkotik vasitədən istifadə edir. 20.05.2021-ci il tarixdə saat 21 radələrində o Mingəçevir şəhəri A.Şaiq küçəsində yerləşən Əsgər kafesinin qarşısından keçən zaman tanışı Nazim adlı şəxslə rastlaşdı və bir qədər kafenin qarşısnda söhbət etdikdən sonra birlikdə həmin kafedə, yəni Əsgər kafesində çay içmək qərarına gəldilər. Bu zaman o, çantasından içərisində metafetamin olan 2 ədəd lampaları və açılıb qatlanan bıçağı masaya qoydu. Kafedə oturub çay içən zaman bir qədər keçdikdən sonra qapı açılıb içəri üç nəfər mülki geyimli şəxslər daxil oldular. 3 nəfər mülki geyimli şəxslər kupeyə daxil oldular və həmin 3 nəfər şəxs vəsiqələrini onlara təqdim edib polis əməkdaşı olduqlarını bildirdi və onun barəsində axtarış elan edildiyini, Nazimin barəsində isə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilib onları polis şöbəsinə dəvət etdilər. Bundan sonra onlar polis şöbəsinə gətirildi və onun barəsində axtarış elan edildiyi üçün onu MSY-nə təhvil verildi. İşin 24-25-ci vərəqlərində olan 20 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinazları, əynindəki şalvarın sol yan cibindən isə bir ədəd qırmızı rəngli sellofan torbanın içərisində olan 9 ədəd ağ rəngli kağıza bükülmüş büküm aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9 ədəd ağ rəngli kağıza bükülmüş bükümlərin içərisinə baxış keçirən zaman hər biri açılarkən içərisində rəngindən spesifik iyli narkotik vasitə-marixuanaya bənzər kütlələrin olması müəyyən olundu. İşin 34-36-cı vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 21 may 2021-ci il tarixli, 17/360 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə.’’ sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellafon bükümün içərisində olan 1-dən 9-a qədər rəqəmlərlə işarələnmiş 09 (doqquz) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq- 0.93 qr, 0.67 qr, 0,75 qr, 0.60 qr, 0.61 qr, 0.70 qr, 0.70 qr, 0.75 qr və 0.62 qram, ümumi təmiz çəkiləri- 6.33 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş mariuxanadır. Marixuanaların ümumi təmiz çəkisi-6,33 qram, tədqiqata sərf edildi 0,18 qram(hər obyektdən 0,02 qram), qalıq 6,15 qram. Tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd gümüşü-ağ rəngli kağzı bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 109-cu vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 931 saylı 10 avqust 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan məbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qırmızı rəngli şəffaf sellafon torbanın içərisində olan 9 (doqquz) ədəd ağ kağızlara bükülmüş, birincisinin içərisində təmiz çəkisi 0.93 qram, ikincisinin içərisində təmiz çəkisi 0.67 qram, üçüncüsünün içərisində təmiz çəkisi 0.75 qram, dördüncüsünün içərisində təmiz çəkisi 0.60 qram, beşincisinin içərisində təmiz çəkisi 0.61 qram, altmıcısınm içərisində təmiz çəkisi 0.70 qram, yeddincisinin içərisində təmiz çəkisi 0.75 qram, səkkincisinin içərisində təmiz çəkisi 0.75 qram və doqquzuncusunun içərisində təmiz çəkisi 0.52 qram olan narkotik vasitə qurudulmuş marixunanı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 20.05.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən Əsgər kafesində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 105-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 108-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03.03.2020-ci-cu il təvəllüdlü Azər adlı bir nəfər azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdən 22 may 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 6,15 qram narkotik vasitə olan marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdən 22 may 2021-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(bir) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxsdən alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 6,15 qram narkotik vasitə olan marixuana məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar