Məhkəmə qərarları › İş №1(051)-158/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-158/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-158/2025 06.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, xx.xx.2025-ci il tarixdə saat 16:30-da arvadı Zərərçəkmiş şəxsnа zəng edib, birgə nikahdan olan övladını dənizə aparmaq istədiyini bildirib Zərərçəkmiş şəxs rədd cavabını aldıqdan və bununla bağlı telefon danışığı zamanı aralarında mübahisə yarandıqdan qısa müddət sonra, təxminən saat 16:45 radələrində Zərərçəkmiş şəxs işlədiyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gedib, bır qədər əvvəl telefon danışığı zamanı aralarında baş verən, şəxsi münasibətlər zəminində yaranmış mübahisəni 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında da davam etdirib, yumruqla Zərərçəkmiş şəxs baş və üz nahiyəsinə vurub, ona qapalı kəllə-beyin travması, alın nahiyəsində və üst dodağında yaralar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 18:20 radələrində arvadı Zərərçəkmiş şəxs zəng edib, uşaqları dənizə aparacağını bildirmiş, Aysel isə ona uşaqların xəstə olduğunu, onları aparmağa icazə verməyəcəyini, ondansa kreditlərini ödəməli olduğunu bildirmiş, habelə müxtəlif bəhanələrlə uşağı ona verməyəcəyini, onun uşağı olmadığını, uşaqları ona göstərməyəcəyini bildirmişdir. Bu sözlərdən sonra möhkəm qəzəblənib, pulu başqa yerlərə xərcləyəcəyini, ona bir qəpikdə olsun pul verməyəcəyini, öz həyatını yaşayacağını dedikdə, Aysel telefonu üzünə söndürmüşdür. Bu sözlərdən əsəbiləşib arvadının işlədiyi iş yerinə gedərək, içəri daxil olduqda Zərərçəkmiş şəxs ayağa qalxıb qışqıraraq, rədd olub getməsini, ondan kişi olmuyacağını, gedib öz həyatını yaşamasını bildirdikdə hisslərini cilovlaya bilməmişdir. Aysel qapını açıb çölə çıxarkən qışqırdığı zaman qapının yanında yumruqla bir dəfə onun alın nahiyəsinə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs alnı çapılmışdır. Bundan sonra orada olan işçilər ona etdiyi hərəkətlərin ayıb olduğunu bildirib, çıxıb getməsini məsləhət bilmişdir. O da oradan çıxıb getmişdir. Bundan sonra o, arvadı ilə əlaqə saxlamamışdır. Hazırda tutduğu əməldən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 16:30 radələrində işlədiyi idarədə işdə olan zaman əri Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə mesaj yazaraq, gəlib uşağı dənizə aparacağını bildirmiş, o isə uşağın xəstə olduğunu, aparmamasını, uşağa baxdığını, ondansa kreditlərini ödəməsini bildirmişdir. Bundan sonra Cəlal əsəbləşib pulu başqa yerlərə xərcləyəcəyini, ona bir qəpik də olsun pul verməyəcəyini, öz həyatını yaşadığını dedikdə, o telefonu söndürmüşdür. Bir qədər keçmiş Cəlal iş yerinə gəlib, onu rahat yaşamağa qoymayacağını, boşanıb gedib sərbəst həyat yaşayacağını fikirləşməməsini, ağlını başına yığmasını, ətrafda olan əşyaları onun başına vuracağını demiş və qapını arxadan bağlamaq istədikdə o, yavaş-yavaş çölə çıxmışdır. Dəhlizdə Cəlal onu yumruqla vurmuş və o yerə yıxılmış, yerdə yıxılı vəziyyətdə olarkən onu bir neçə dəfə yerdə də vurmuşdur. Sonra iş yerində olan iş yoldaşları onu Cəlalın əlindən almışlar. Aldığı xəsarətlərlə bağlı həmin gün Mingəçevir şəhər mərkəzi xəstəxanasına müraciət etmiş, iş yoldaşları onu çölə çıxaran zaman onun ünvanına nalayiq ifadələr işlədərək, həmçinin onu ölümlə də hədələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərdi ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 16:45 radələrində xidməti iş otağında olarkən dəhlizdən səs-küy gəlmiş, otaqdan dəhlizə çıxanda onlarla bir idarədə işləyən Zərərçəkmiş şəxs əlləri üzünü tutduğunu, onun üz nahiyəsində qan izlərinin olduğunu, habelə həmin vaxt onun yanında həyat yoldaşının olduğunu görmüşdür. Ayseldən baş verənlərin səbəbini soruşduqda, sonuncu əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra orada olan Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin ayıb olduğunu, həmin ərazinin dövlət idarəsi olduğunu, problemlərini evlərində həll etməsini bildirib, onu inzibati binadan bayıra çıxarmış, habelə bu barədə iş yerində protokol tərtib olunmuşdur. Orada olan hadisəni görən və yaxud səs-küyü eşidib dəhlizə çıxan əməkdaşlara imzalatmışlar. Bundan sonra Zərərçəkmiş şəxs evinə yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərdi ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 16:45 radələrində xidməti iş otağında olarkən dəhlizdən səs-küy gəlmiş, otaqdan dəhlizə çıxdıqda birlikdə işlədikləri Zərərçəkmiş şəxs əlləri ilə üzünü tutduğunu, onun üz nahiyəsində qan izlərinin olduğunu, habelə onun ərinin yanında olduğunu görmüşdür. Baş verənlərin səbəbini Ayseldən soruşduqda, sonuncu əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra bir «ağsaqqal» kimi onun həyat yoldaşına etdiyi hərəkətlərin ayıb olduğunu, həmin ərazinin dövlət idarəsi olduğunu, problemlərini evlərində həll etməli olduğunu bildirib, onu inzibati binadan bayıra çıxartmışdır. Bu barədə protokol tərtib edib, orada olan hadisəni görən və yaxud səs-küyü eşidib dəhlizə çıxan əməkdaşlara imzalatdırmış, bundan sonra Zərərçəkmiş şəxs evinə yola salmışlar. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasında baş vermişdir.(i.v. 8-11). xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs verdiyi şikayət ərizəsi ilə bağlı araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına etiraz etməmişdir. (i.v. 13). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 238 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- qapalı kəllə-beyin travması, alın nahiyyəsində və üst dodağında yaralar bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğundurlar, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v. 31). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 33). xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının hissəvi rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün sonuncunun barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın davam etdirilməsi qərara alınmışdır. (i.v. 34-38). “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqları var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar