Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-159/2022 21.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 20, mənzil 19-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,198 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 iyun 2022-ci il tarixdə saat 10:35 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 6 saylı binanın arxasında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,198 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və öz müdafiəsi üçün heç bir dəlil irəli sürmədən məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluğu olmuşdur. Narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Mingəçevir şəhəri, Güllü bağ parkında piyada hərəkətdə olarkən oturacağın yanında yerdə bir ədəd bıçaq və sellefonda qara rəngli büküm görmüşdür. Həmin büküm və bıçaq diqqətini çəkdiyi üçün əyilib götürmüş və bükümü açıb baxdıqda əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu bilmiş və sonra özü istifadə etmək üçün şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibinə qoyub üzərində saxlamışdır. Həmçinin bıçağı da şalvarının arxa cibinə qoymuşdur. Daha sonra oradan bir qədər uzaqlaşdıqdan sonra evə getməyə başlamışdır. O. həmin gün saat 10:30 radələrində yaşadığı binanın arxasında olarkən isə Mingəçevir ŞPŞ-nin polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutularkən ona hüquqları izah edilmiş və maddi vəziyyəti zəif olduğundan dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün ərizə vermişdir. Daha sonra həmin gün növbədə olan Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi ona dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim olunmuşdur. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra Müdafiəçi iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, bundan sonra, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və göy rəngli şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən sellofana bükülmüş qara rəngli kağızın içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Həmin büküm tərəzi ilə çəkilmişdir. Sorğu zamanı bildirib ki, həmin kütlə narkotik vasitə heroindir və onu şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirmişdir. Həmçinin baxış zamanı Güllü bağ dairəsində yerləşən parkda tapdığı açılıb qatlanan bıçaq da aşkar edilmişdir. Polis şöbəsində üzərindən aşkar olunmuş bükümdə olan narkotik vasitə heroin və bıçaq zərfə qoyularaq, möhür ilə möhürlənmiş və üzərinə özü. Müdafiəçi imza etmişlər. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş özü, müdafiəçi və digər iştirakçılar da həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Narkotik vasitələrin alqı-satqısında iştirakı olmamış, üzərində aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə saxlayaraq daşımışdır. Əməlindən peşmandır. Odur ki, barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisndə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar tərəflərindən vətəndaşların sorğusu əməliyyat tədbiri keçirilməsinə dair qərar qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən bu barədə əmr hazırlanmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi ilə bağlı o və Mingəçevir ŞPŞnin ƏRQ-nun operatoru polis baş serjantı Şahid1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 10:35 radələrində Mingəçevir şəhər Ə.Vahid küçəsi 6 saylı binanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması daşınmasında şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və o polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs gətirildikdən sonra raportla müraciət etmiş və araşdırma təhqiqatçı Rəşad Cəfərova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsi qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah olunduqdan sonra polis şöbəsinin növbətçi hissəsinin qarşısında Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən bir ədəd sellofana bükülmüş kağız bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə və həmin şalvarının arxa cibindən bir ədəd açılıb-qatlanan cib bıçağı aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olmasını və taparaq əldə etməsini, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Həmiçinin bir ədəd açılıb-qatlanan bıçaq da ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmaların üzərinə Təqsirləndirilən şəxs və Müdafiəçi də imza etmişdir. Daha sonra şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, onlar da həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Mingəçevir ŞPŞ-nin CAB-nin ƏRQ-nun operatoru vəzifəsində işləyən polis baş serjantı Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları birdaha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:55 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən sellefonda qara rəngli kağız bükümün içərisindən qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroin Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli 17/508 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində " Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə..." sözləri yazılmış zərfin içərisindəki, 01 (bir ) ədəd ağ rəngli sellofanın içərisində qara rəngli kağız bükümdə, təmiz çəkisi - 0,198 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 22 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. İşdə olan “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X1 Məcburi Narkolojitibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqat üçün 0,05 qram istifadə edildikdən sonra yerdə qalan qalıq çəkisi 0,148 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən xx.xx.2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd sellofana bükülmüş qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,198 qram olan müəyyən hissəsi tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,148 qram olan narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X4 Bölməsinin 21 iyun 2022-ci il tarixli 17/508 saylı rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə Şəhəri X1 Məcburi Narkoloji-tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1268 nömrəli, məhkəmə -soyuq silah ekspertizasının 17/511 saylı rəyi, və 1 ədəd Dsik maddi sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 05-ci qrafasına əsasən təmiz çəkisi 0,148 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər dəfələrlə həmin maddə ilə təqsirli bilinməsinə baxmayaraq yenidən həmin cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 102 (bir yüz iki) manat 12 (on iki) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 iyun 2022–ci il tarixdən 23 iyun 2022–ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,148 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat 12 (on iki) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-159/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-159/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver