Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-16/2021 12.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçisi Müdafiəçi oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri M.V.Vidadi küçəsi bina 6 mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs məişət əşyalarını saxlamaq üçün yaşadığı binanın zirzəmisində bina sakinlərin ümumi istifadəsi üçün nəzərədə tutlmuş zirzəminin taxta materialdan hazırlanmış arakəsməsini əli ilə itələyib qırımaqla saxlanc yerinə qanunsuz daxil olmuş, saxlanc yerindən bir ədəd 200 manat dəyərində 0,70 sm hündürlüyündə dəmir seyf, 2 ədəd hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan təkərli oturacaq kreslolar, səkkiz ədəd hər birinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 128 manat dəyərində Qazaxstan Respublikası istehsalı olan istifadə olunmamış «NOWY STYL» markalı oturacaqları, bir ədəd 10 manat dəyərində 1987-ci ildə istehsal oulnmuş 1000 vt-luq elektrik ütü, iki ədəd hər birinin 75 manat olmaqla ümumi dəyəri 150 manat olan «MAX PO VER» markalı 8 gözlü yağ və elektrik ilə işləyən elektrik radiatoru, üç ədəd hər birinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 24 manat olan işıq plafonu, otuz ədəd hər birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 60 manat olan manqal şişini, 1 ədəd 40 manat dəyərində olan su baçokunu, 1 ədəd 60 manat dəyərində olan nərdtaxta, 1 ədəd 15 manat dəyərində olan şüşə materialdan hazırlanmış gül vazasım, 2 ədəd hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan elektrik qızıdırıcısı, 1 ədəd 10 manat dəyərində olan təkəri nasosu, 1 ədəd 20 manat dəyərində olan su termosu və 1 ədəd 200 manat dəyərində hava ilə doldurulan rezin divan gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1087 (bir min səksən yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər ərazisində zirzəmilərdən dəmir tullatıları tapıb aparıb satıb özünə xərclik edirdi. 2020-ci ilin yanvar ayının ortalarında o, Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 6 saylı binanın zirzəmisinə daxil olub bir az qabağa getdikdən sonra qarşısına taxta parçası ilə bağlanmış yer gördü. O, taxtanın qırılmasından başa düşdü ki, bura kimsə ondan qabaq oğurluğa daxil olmuşdur.O, içəri baxan zaman orada l ədəd dəmir seyf, 2 ədəd istilik radiatoru, 1 ədəd kreslo, 1 ədəd ütü və 7 ədəd oturacaq olduğunu gördü. O, həmin əşyaları daxil olduğu zirzəminin özü daxil olduğu tərəfə gətirib yerdən yığdı. Çünki, günorta saatları olduğu üçün o, həmin əşyaları ordan çıxarda bilmədi. O, həmin əşyaları satmaq üçün müştəri axtarmalı idi. Zirzəmidən çıxan zaman o, istilik radiatorunun birini özü ilə götürüb satmaq üçün gəzməyə başladı və ilk olaraq Mingəçevir şəhəri diş poliklinikasının yanında yerləşən kişi bərbərxanasma daxil olub orada işləyən adını bilmədiyi 2 nəfər oğlana istilik radiaotru satdığını bildirdi.Həmin şəxslər ondan radiatoru neçəyə satdığını soruşduqda o, istilik radiatorunun 20 manat satdığını bildirdi. Həmin 2 nəfər oğlandan biri radiatoru ondan 20 manat aldı.İstilik radiatorunu alan şəxsin yanında olan şəxs, də radiator almaq istədiyini bildirdi.O, isə həmin şəxsə hazırda işi olduğunu ancaq axşam saatlarında istilik radiartorunu gətirə biləcəyini dedi.Həmin şəxs razılaşdı. O, axşam saatlarında zirzəmiyə daxil olub digər istilik radiatorunu çıxardıb gətirib həmin salonda oğlana 20 manata satdı. Həmin gün axşam saatlarında o, yenidən zirzəmiyə geri qayıdıb orada olan bir ədəd kreslo və bir ədəd ütünü özü ilə yaşadığı evə apardı və səhər saatlarında o, həmin əşyaları satmaq üçün müştəri axtarmağa getdi. O, kreslonu özü ilə satmaq üçün evdən çıxartdı. O, əvvəl evlərinin yaxınlığında olan qızıl mağazasına daxil oldu və qiyabi olaraq tanıdığı qızıl alverçisi Xəyal adlı şəxsin yanına kreslo ilə daxil olub kreslonu 20 manata satdığını bildirdi. Xəyal isə ona kreslonun oğurluq olub-olmadığını soruşduqda o, kreslonun oğurluq olmadığını və özünə məxsus olduğunu dedi. Xəyal 20 manat verib kreslonu ondan aldı. Bundan sonra o, evə geri qayıdıb ütünü satmaq üçün özü ilə götürdü və Mingəçevir şəhər mərkəzi bazarına getdi.O, bazarda bir neçə şəxsə ütünü satdığını bildirdi.O, qatıq-süzmə satan tanımadığı bir qadının yanından keçərkən ütünü 10 manata satdığını dedi. Həmin qadın ona 10 manat verib ütünü aldı. O, ütünü satdıqdan sonra seyfi və 8 ədəd oturacağı satmaq üçün müştəri axtarmağa başladı. Bu məqsəd ilə o, Mingəçevir şəhər Mərkəzi bazarının arxasında olan topdan satış yerlərinə getdi. Orada o, ilk olaraq qarşısına çıxan Nəsimi adlı şəxsə 70 manata seyf satdığını bildirdi. Nəsimi isə qardaşı “İmaş” ləqəbli şəxsə zəng vurub 70 manata seyf satıldığını bildirdi.Həmin şəxs yas mərasimində olduğunu və sabahı gün gəlib ala biləcəyini dedi. O, Nəsimidən İmaməddinin mobil nömrəsini götürdü və həmin gün axşam saatlarında zirzəmiyə gəlib oradan seyfi çıxartdı. Seyfi çıxartdıqdan sonra o, yoldan keçən tanımadığı taksini saxlatdırdı və seyfi avtomobilə qoyub öz yaşadığı binaya gətirdi. O, seyfi tək evlərinə qaldırdı. Sabahı gün səhər saatlarında o, həmin şəxsə zəng vurdu və yaşadığı evin yerini dedi. Həmin şəxs binanın qarşısına gəldi və o, seyfi evdən düşürtdü və həmin şəxsin avtomobilin baqajına qoydu. Həmin şəxs isə ona 70 manat pul verdi. Daha sonra o, Mingəçevir şəhəri 20 yanvar küçəsində yerləşən Bəxtiyar aptekin qarşısından keçən zaman usta kimi tanıdğı Natiq adlı şəxsi gördü və Natiqə işlənmiş satlıq olan oturacaqların olduğunu bildirdi. Natiq adlı şəxs ondan oturacaqların oğurluq olub-olmadığını soruşan da o, oturacaqların oğurluq olmadığını bildirdi və Natiqlə həmin oturacaqlara görə ona 70 manat verməsi barədə razılaşdılar. Axşam saatlarında həmin oturacaqları zirzəmidən çıxardıb Mingəçevir şəhəri M.Y.Vidadi küçəsində Ntiqəverdi. Natiq isə həmin oturacaqların müqabilində ona 70 manat pul verdi.O, oğurlayıb satdığı əşyaları öz şəxsi xərcləri üçün xərclədi. Əməlindən peşimandır. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və ərizə verərək sonrakı sonrakı məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 6 saylı binanın birinci mərtəbəsində yerləşən 2 saylı mənzilin altında yerləşən zirzəmiyə 2 qapılı dəmir seyf qapı qoyub və həmin zirzəmidə özünə məxsus köhnə və yeni məişət əşyalarını saxlayırdı. Həmin zirzəmidən o və ailə üzvlərindən başqa heç kəs istifadə etmir və həmin zirzəminin giriş qapısının açarı onda və ailə üzvlərində olur. xx.xx.2020-ci il tarixdə o, yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 6 saylı binanın birinci mərtəbəsində yerləşən 2 saylı mənzilinin altında yerləşən ona məxsus zirzəmiyə daxil oldu. O, zirzəmiyə daxil olarkən zirzəmini binanın ümumi zirzəmisindən ayırdığı taxtanın qırıldığını gördü və zirzəmiyə kənar şəxsin daxil olduğunu başa düşdü. O, zirzəmiyə baxarkən oradan ona məxsus 1 ədəd qiyməti 580 manat olan dəmir seyfin, birinin qiyməti 23 manat olmaqla 4 ədəd oturacağın, birinin qiyməti 55 manat olmaqla iki ədəd təkərli oturacaq kreslonun,birinin qiyməti 100 manat olmaqla iki ədəd istilik radiatorunun, birinin qiyməti 8 manat olmaqla üç ədəd işıq plafonunun,birinin qiyməti 2 manat olmaqla otuz ədəd manqal şişinin,təxmini dəyəri 60 manat olmaqla bir ədəd nərd oynanılması üçün taxta lövhənin, təxmini qiyməti 40 manat olmaqla bir ədəd su baçokunun və təxmini qiyməti 25 manat olmaqla bir ədəd dəmir dərzi ütüsünün oğurlandığını gördü. Bundan sonra o, Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etdi. Lakin daha sonra o, həmin zirzəmiyə yenidən baxan zaman 2008-ci il tarixdə 280 amerikan dollarına aldığı rezin divanın, 10 manat dəyərində avtomobil təkəri üçün havadolduranın, təxmini dəyəri 15 manat olan bir ədəd gül qoymaq üçün gülqabının, iki ədəd elekrtik ilə işləyən birinin təxmini dəyəri 25 manat olan qızdırıcının,bir ədəd təxmini dəyəri 20 manat olan su termosunun,bir ədəd təxmini dəyəri 10 manat olan mətbəx sobasının və ərizədə 4 ədəd qeyd eləsədə zirzəmiyə baxan zaman 4 deyil 8 ədəd oturacağın oğurlanmasını bildi. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2020-ci ilin yanvar ayının sonunda o, bərbərxananın qarşısında dayanıb telefon ilə danışan zaman bir nəfər tanımadığı şəxs əlində təzə qablaşdırmada olan istilik radiatoru ilə birlikdə ona yaxınlaşıb əlindəki istilik radiatorunu satdığını bildirdi. O, almaq istəmədiyini bildirdi. Sonradan adını bildiyi Sadiq uzaqlaşmaq istəyən zaman onunla birgə işləyən İlqar həmin şəxsin nə satdığını soruşduqda o, İlqara istilik radiatoru satdığını dedi və onlar həmin şəxsi geri çağırdılar və ondan radiatoru neçəyə satdığını soruşduqda 20 manata satdığını bildirdi. İlqar isə istilik radiatorunun oğurluq olub-olmadığını soruşduqda Sadiq onlara övladı xəstə olduğu üçün ucuz qiymətə satdığını bildirdi. İlqar isə yalnız şəxsiyyət vəsiqəsinin sürətini gətirdikdən sonra ala biləcəyini dedi. Sadiq razılaşdı və vəsiqəsinin sürətini çıxardıb onlara gətirdi və bundan sonra İlqar 20 manat verib təzə qablaşdırmada olan istilik radiatorunu Sadiqdən aldı. İlqar aldığı radiatoru özü ilə evə apardı. Səhəri gün günorta saatlarında Sadiq yenidən bərbərxanaya gəlib övladının dərmanına pul çatmadığı üçün bir ədəd də təzə qablaşdırmada istilik radiatorunu satdığını bildirdi. O, radiatoru almağa Sadiqlə isə razılaşdı. Həmin günü axşam saatlarında Sadiq vəsiqəsinin sürəti ilə onlara təzə qablaşdırmada olan istilik radiatorunu gətirdi. O, isə bunun qarşılığında Sadiqə 20 manat pul verdi və yenədə radiatorun oğurluq olub-olmadığını soruşduqda sadiq ona radiatorun oğurluq olmadığını bildirdi.O, isə aldığı radiatoru özünün yaşadığı evə apardı. Onun aldığı radiatorun oğurluq olmasından xəbəri olmayıb, Sadiq övladı xəstə olduğu və dərman almaq lazım olduğu üçün təzə radiatoru 20 manat satdığını bildirdiyi üçün o, həmin əşyanın oğurluq olmasında şübhələnməmişdir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2020-ci ilin yanvar ayında qardaşı Nəsimi ona mobil telefon ilə zəng vurub ona məxsus “İlkin” marketə bir nəfər şəxsin gəldiyini və həmin şəxsin dəmir seyf satdığını bildirdi. O isə qardaşı Nəsimiyə onun dəmir seyfə ehtiyacı olmadığını bildirdi. Lakin həmin gün axşam saatlarında ona tanımadığı nömrədən zəng gəldi. O, telefona cavab verərkən həmin şəxs onun nömrəsini qardaşı Nəsimidən aldığını və dəmir seyf satan şəxs olduğunu bildirdi. O, sonradan adını bildiyi Sadiqə ilk olaraq seyf almaq istəmədiyini bildirsə də, həmin şəxs ona maddi durumu yaxşı olmadığı üçün dəmir seyfi almağı ondan xahiş etdi. O isə həmin şəxsə özü əlaqə saxlayacağını bildirdi.Təxminən 2-3 gün müddətində Sadiq ona zəng vursa da o, görüşmək istəmirdi. 2020-ci ilin yanvar ayının sonunda Sadiq ona yenidən zəng vurdu. O, harda olduğunu soruşduqda Sadiq ona “Bəxtiyar” aptekin qarşısında duracaqda dayandığını bildirdi. Onlar görüşdülər. Sadiq ona seyfin evdə olduğunu və evi də “Bəxtiyar” aptekin yanındakı bina olduğunu bildirdi. Birlikdə Sadiqin yaşadığı mənzilə qalxdılar. Sadiq binanın 5-ci mərtəbəsində yaşayırdı.Onlar mənzilə daxil oldular.Həqiqətən də ev şəraiti çox acınacaqlı vəziyyətdə idi. Sadiqin atası seyfi çoxdan aldığını və hazırda pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdi. O, cibindən 80 manat çıxardıb Sadiqə verdi. Sonra Sadiq dəmir seyfi düşürdüb ona məxsus avtomobilin baqajına qoydu. O, aldığı dəmir seyfin oğurluq olmasından xəbəri olmamış, Sadiqi əvvəlcədən tanımamış həmin əşyanın oğurluq olmasında şübhələnməmişdir. Şahid5 oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, 2020-ci ilin yanvar ayının sonunda əvvəlcədən tanıdığı Sadiq adlı şəxs onun Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən qızıl mağazasına gəldi. O, Sadiqi zəhmətkeş şəxs kimi tanımışdır. Sadiq ona məxsus bağ evində həyətdə dəfələrlə fəhlə kimi işləmiş və o, Sadiqə bunun müqabilində fəhlə pulunu vermişdi. Sadiq onun qızıl mağazasına gəlib başqa bir şəxsin evində fəhlə kimi işlədiyini və bunun müqabilində ona bir ədəd dəmir seyf və bir ədəd kreslo verdiklərini bildirdi və pula ehtiyacı olduğu üçün həmin seyfi və kreslonu satdığını bildirdi. O, Sadiqə dəmir seyf lazım olmadığını, lakin kresloya baxmaq istədiyini bildirdi. Həmin günü günorta saatlarında Sadiq onun qızıl mağazasına kreslonu gətirdi və o, 25 manat verib həmin kreslonu aldı. Daha sonra o, Sadiqi görmədi. O, Sadiqi zəhmətkeş oğlan kimi tanımış və Sadiqin ona satdığı kreslonun oğurluq olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əməli digər şahidlər- Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 155-158-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2946 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların 2020-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 532,00 manat müəyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri M.V.Vidadi küçəsi bina 6 mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs məişət əşyalarını saxlamaq üçün yaşadığı binanın zirzəmisində bina sakinlərin ümumi istifadəsi üçün nəzərədə tutlmuş zirzəminin taxta materialdan hazırlanmış arakəsməsini əli ilə itələyib qırımaqla saxlanc yerinə qanunsuz daxil olmuş, saxlanc yerindən bir ədəd 200 manat dəyərində 0,70 sm hündürlüyündə dəmir seyf, 2 ədəd hər birinin dəyəri 60 manat olmaqla ümumi dəyəri 120 manat olan təkərli oturacaq kreslolar, səkkiz ədəd hər birinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 128 manat dəyərində Qazaxstan Respublikası istehsalı olan istifadə olunmamış «NOWY STYL» markalı oturacaqları, bir ədəd 10 manat dəyərində 1987-ci ildə istehsal oulnmuş 1000 vt-luq elektrik ütü, iki ədəd hər birinin 75 manat olmaqla ümumi dəyəri 150 manat olan «MAX PO VER» markalı 8 gözlü yağ və elektrik ilə işləyən elektrik radiatoru, üç ədəd hər birinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 24 manat olan işıq plafonu, otuz ədəd hər birinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 60 manat olan manqal şişini, 1 ədəd 40 manat dəyərində olan su baçokunu, 1 ədəd 60 manat dəyərində olan nərdtaxta, 1 ədəd 15 manat dəyərində olan şüşə materialdan hazırlanmış gül vazasım, 2 ədəd hər birinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan elektrik qızıdırıcısı, 1 ədəd 10 manat dəyərində olan təkəri nasosu, 1 ədəd 20 manat dəyərində olan su termosu və 1 ədəd 200 manat dəyərində hava ilə doldurulan rezin divan gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1087 (bir min səksən yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 1(051)-40/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İşin 153-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. İşin 71-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 103-cü vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmaqla cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs oğlundan alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkiləmiş hissəsi qəti cəza müddətinə hesablanmaqla cəza çəkməsinin əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-16/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-16/2021
12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver