Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-16/2022 12.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs2, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12.04.2022-ci il tarixdə, saat 16:00-da açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 “Qarabağ müharibəsi ”veteranı statusu alacağına köməklik edəcəyini yalan vəd verib bu sahədə xidmət göstərən şəxslərlə yaxın münasibətlərinin olmasını bildirərək onu aldadaraq, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri, N.Nərimanov prospektində, “Dostluq Parkı”nda yerləşən çayxanada 2160 (iki min yüz altmış) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi düzəltməkdə köməklik edəcəyini yalan vəd verib bu sahədə xidmət göstərən şəxslərlə yaxın münasibətlərinin olmasını bildirirərək onu aldadıb, 2019-cu ilin noyabr ayının əvvələrində 6000 (altı min) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 həmin pulu vermək üçün qohumu Şahid3 adına 14 noyabr 2019-cu il tarixdə “Expressbank”dan 4.900 (dörd min doqquz yüz) manat kredit götürərək, qalan 1100 manat pulu üzərinə qoyub ümumilikdə 6000 (altı min) manat pulu 14 noyabr 2019-cu il tarixdə onun istəyinə uyğun olaraq 14 noyabr 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən “Milliön” ödəmə aparatından "xxxx"da özünə məxsus ******************** saylı bank hesabına köçürülməsinə nail olaraq, Zərərçəkmiş şəxs2 6000 manat alaraq sonuncuya məxsus xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Eyyub oğlunu təxminən 2017-ci il tarixdən şəhər sakini kimi tanımışdır. Belə ki, Rza ilə Mingəçevir şəhəri Dostluq parkında yerləşən Məmmədağa adlı şəxsə məxsus çayxanada olan zaman tanış olmuş, onunla bu şəkildə münasibəti yaranmış, bir neçə dəfə Rzanın qohumlarının yas mərasimlərində də iştirak etmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 şəxsi ethiyacı olduğuna görə Zərərçəkmiş şəxs1 “Qarabağ müharibəsi ”veteranı statusu alacağına köməklik edəcəyini yalan vəd verib bu sahədə xidmət göstərən şəxslərlə yaxın münasibətlərinin olmasını bildirmiş və onu aldadaraq 2500 manat pul istəmiş və “işinin” düzələcəyinə söz vermişdir. İşini düzəldə bilmədiyindən təxminən 3-4 gün sonra Rza istifadəsində olan mobil telefon vasitəsilə ona zəng edərək gəlib çayxanadan götüməsini istəmişdir. O da Dostluq parkında yerləşən Məmmədağanın çayxanasına gedərək orada Rza ilə görüşmüş, həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Rza ona 2160 manat pul vermiş və “işinin” düzələcəyinə söz vermişdir. Təxminən 2021-ci ilin yanvar-fevral ayında Rzanın Bakı şəhərində Hərbi Hospitalda sənədlərinin götürməyə getmişdir. Hərbi Hospitaldan ona sənədləri almaq üçün Rzanın etibarnamə verməli olduğunu demişlər. Bundan 15-20 gün sonra 2021-ci ilin fevral-mart aylarında yenidən Mingəçevir şəhərində Dostluq parkında yerləşən çayxanada olan zaman Rza ilə görüşmüş və Rza sənədləri götürmək üçün ona etibarnamə verməyə razı olmuşdur. O, Rza ilə Mingəçevir şəhərində yerləşən ASAN xidmət mərkəzinə getmiş və orada Rza onun adına 6 ay müddətində etibarnamə vermişdir. O da Bakı şəhərində Hərbi Hospitaldan Rzanın sənədlərini götürmüşdür. Sonradan “işi” edə bilmədiyindən Rza ona verdiyi pulu geri tələb etmişdir. Sonradan Zərərçəkmiş şəxs1 vurduğu ziyanı tam ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 təxminən 2018-ci ildə Mingəçevir şəhəri Dostluq parkında yerləşən Məmmədağa adlı şəxsin çayxanasında Seyid Lazımın vasitəsilə tanımışdır. Belə ki, o, Lazım ilə çoxdankı tanışdır və Lazımla görüşən zaman bir neçə dəfə Fuadla da görüşmüş və bu şəkildə Fuadla tanış olmuşdur. Təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində o, Fuadla Mingəçevir şəhərində H.Əliyev prospektində yerləşən “Veteranlar çayxanası” adlanan yerdə söhbət edən zaman Fuad özünə veteranlıq dərəcəsi düzəltmək üçün 6000 manat pul lazım olduğuna görə banka müraciət etdiyini demişdir. O da Fuada şəxsi ehtiyacları olduğuna görə həmin pulu ona verməsini demişdir. Əvəzində isə Fuada əlilik dərəcəsi düzəltməkdə tanışı vasitəsilə kömək edəcəyini, əgər alınmazsa ondan aldığı 6000 manatı qaytaracağını demişdir. Fuad da onunla razılaşmışdır. Fuad ona zəng edərək bankdan 6000 manat pul götürdüyünü, həmin pulu ona verəcəyini demişdir. O da Bakı şəhərində olduğundan özümə məxsus Kapital Bank hesabını Fuada verərək 6000 manatı oraya göndərməsini istəmiş və Fuad da həmin pulu göndərmişdir. Həmin pulu isə “Kapital Bankın” müxtəlif ərazilərində yerləşən bankomatlarından nəğdləşdirməklə əldə etmişdir. Belə ki, 14.11.2019-cu il tarixdə Fuad ona məxsus kart hesabına 6000 manat məbləğində pul göndərmişdir. Kart hesabından verilmiş çıxarışdan da göründüyü kimi o, 14.11.2019-cu il tarixdə həmin pulun 1000 manatını Bakı şəhərində Nizami rayonu ərazisində “Neftçilər” metrosunun yaxınlığında yerləşən "xxxx" bankomatından çıxarmış, həmin pula uyğun 10 manat da "xxxx" komissiya haqqı tutmuşdur. Belə ki, hər çıxarılan pula 1% bank komissiya haqqı çıxır və 100 manatdan aşağı olan hər mənləğdə 1 manat komissiya haqqı tutur. Həmin tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Rahat” marketdəki bankomatdan 900 manat pul çıxarmış və 9 manat komissiya haqqı tutulmuş, 15.11.2019-cu il tarixdə o, Mingəçevir şəhərində gəlmiş və Mingəçevirdə hazırkı, “Bazarstore” mağazası yerləşən Markromart mağazasının qarşısında olan bankomatdan 1000 manat pul çıxarmış, həmin puldan 10 manat komissiya haqqı tutulmuş, həmin tarixdə yenidən həmin yerdən 1000 manat pul çıxarmış və yenə 10 manat komissiya haqqı tutulmuş, həmin tarixdə Mingəçevir şəhərində "xxxx"ın yerləşdiyi inzibatı binada yerləşən bankomatdan 700 manat pul çıxarmış və 7 manat komissiya haqqı tutulmuş, 16.11.2021-ci il tarixdə Mingəçevir şəhərində yerləşən “5+ Supermarket”in qarşısındakı bankomatdan 100 manat çıxarmış və 1 manat komissiya haqqı tutulmuş, həmin tarixdə Mingəçevir şəhərində "xxxx"ın inzibati binasında yerləşən bankomatdan 200 manat pul çıxarmış və 2 manat komissiya haqqı tutulmuş, 17.11.2021-ci il tarixdə dostu ona avtomobil ehtiyat hissələri almaq üçün 136 manat pul göndərmiş, 17.11.2019-cu il tarixdə o, Bakı şəhəri Nizami rayonun ərazisində “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Rahat” marketdəki bankomatdan 200 manat pul çıxarmış və 2 manat komissiya haqqı tutulmuş, həmin tarixdə yenidən Bakı şəhəri Nizami rayonun ərazisində “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Rahat” marketdəki bankomatdan 350 manat pul çıxarmış və 3 manat 50 qəpik komissiya haqqı tutulmuş, 18.11.2019-cu il tarixdə dostu ona ehtiyat hissəsi almaq üçün 100 manat pul göndərmiş, 18.11.2019-cu il tarixdə Ağdam rayonunda “Nar mobile”nin qarşısındakı bankomatdan 100 manat pul çıxarmış və 1 manat komissiya haqqı tutulmuş, 20.11.2019-cu il tarixdə Mingəçevir şəhərində “Makromart” mağazasının qarşısında olan bankomatdan 230 manat pul çıxarmış və 2 manat 30 qəpik komissiya haqqı tutulmuş, 22.11.2019-cu il tarixdə dostum yenidən mənə 36 manat pul yüklədi, həmin tarixdə Bakı şəhərində Nizami rayonun ərazisində “Neftçilər” metrosunun yaxınlığında yerləşən "xxxx" bankomatından çıxarmış və 1 manat komissiya haqqı tutulmuş, 23.11.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Beynəlxalq Avtovağzal”ında yerləşən bankomatdan 200 manat çıxarmış və 2 manat komissiya haqqı tutulmuş, sonuncu dəfə isə 24.11.2019-cu il tarixdə Bakı şəhərində Nizami rayonun ərazisində “Neftçilər” metrosunun yaxınlığında yerləşən "xxxx" bankomatından 200 manat pul çıxarmış və 2 manat da kommisiya haqqı tutmuşlar. Pulu çıxarıb öz ehtiyaclarına xərclədikdən sonra, tanışına Fuada əlillik dərəcəsi düzəlməkdə kömək etməsini demiş, lakin tanışı Fuada əlillik dərəcəsi düzəltməkdə kömək edə bilməyəcəyini demişdir. O isə həmin əlillik dərəcəsinin baş tutmaması haqqında məlumat verməmiş, çünki onun pulunu qaytaracaq pulu yox idi. Beləliklə, Fuada əlillik dərəcəsini almasına kömək edəcəyini deyərək yubatmış, sonra isə Fuad pulunu tələb etdikdə ona pulunu hissə-hissə qaytaracağımı desə də, Fuad razı olmamışdır. Bundan sonra Fuadın polis şöbəsinə bu haqda məlumat verməsini bilmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən Zərərçəkmiş şəxs1 vurduğu ziyanı ödəməsini və himayəsində 3 nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının sonlarında tanımışdır. Onun Vüqarla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Belə ki, o, 1992-ci ildən 1997-ci ilədək olan müddət ərzində birinci Qarabağ döyüşlərinin iştirakçısı olmuş, ayaqlarında 4-cü dərəcəli donma olmuşdur. Döyüşlərdən sonra səhhəti pisləşdiyindən özünə əlillik dərəcəsi düzəldə bilməmişdir və buna görə təqaüd ala bilməmişdir. Təxminən 2018-ci il tarixdə o, özünə təqaüd düzəltdirmək istəmişdir, lakin bununla bağlı maraqlandıqdan sonra uzun bir proses olduğunu, özünün işlədiyini və belə olan halda işindən çıxarılacağımı düşünərək təqaüdlə bağlı rəsmi müraciət etməmişdir. 2019-cu ilin oktyabr ayının sonlarında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Expressbank”ın qarşısında olan zaman yaxınlıqda sonradan tanıdığı Vüqar adlı şəxsin telefonla danışdığını və telefonda danışdığı şəxsə sənəd düzəltməkdə kömək etdiyini dediyini eşitmişdir. Bundan sonra həmin şəxslə özünə təqaüd düzəltməkdə kömək etməsi üçün danışmaq qərarına gəlmişdir. Vüqar telefonla danışıb qutardıqdan sonra yaxınlaşaraq müharibə iştirakçısı olduğunu, özünə təqaüd düzəlmək istədiyini və mənə kömək etməsini demişdir. O, Vüqarla yaxınlıqda olan çayxanalardan birinə getmiş söhbət etməyə başlamışlar. Vüqar hüquqşünas olduğunu, Bakı şəhərində vəzifəli tanışlarının olduğunu, bu işdə ona kömək edə biləcəyini, lakin ilk növbədə həmin şəxsdən razılıq almalı olduğunu demişdir. Həmin vaxt Vüqar onda xəstəliklə bağlı olan sənədlərinə baxmaq istədiyini demiş və həmin gün onun sənədlərinə baxmışdır. Razılıq aldıqdan sonra onunla əlaqə saxlayacağını bildirmiş və özünə məxsus ***-***-**-** saylı mobil nömərəni də əlaqə saxlamaq üçün ona vermişdir. 2021-ci ilin noyabr ayında Vüqar Bakıya getməzdən əvvəl Mingəçevir şəhərində H.Əliyev prospektində yerləşən fəvvarənin yaxınlığında görüşmüşlər və bu təqaüdünün düzəlməsi üçün ondan 6000 manat pul istəmişdir. Vüqar onunla əlaqə saxlayaraq razılığı aldığını, onun xəstəlik sənədlərini taksi vasitəsilə Bakıya göndərəməsini istəmişdir. Təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində o, xəstəlik sənədlərini, şəxsiyyət vəsiqəmin surətini və 3 saylı MİS-dən DSMFna təıqdim etmək üçün aldığı arayışı Bakı şəhərinə göndərmişdir. 12.11.2021-ci il tarixdə o, kredit götürmək üçün “Expressbank”a mürciət etmiş, lakin ona kredit verilməmişdir. 13.11.2021-ci il tarixdə qaynı Şahid2 özünə təqaüd düzəltmək istədiyini, 6000 manat pul lazım olduğunu demiş, Fizuli ilə banka müraciət etsələr də Füzuliyə də kredit verilməmişdir. Bundan sonra həmin tarixdə Vüqara vermək üçün Fizulinin arvadı Şahid3 adına 5000 manat kredit götürmək üçün müraciət etmişlər. 13.11.2021-ci il tarixdə Vüqarla görüşmüş, Vüqar sabah Bakıda təqaüd düzəldəcək şəxslə görüşəcəyini və 6000 manat pulu həmin şəxsə verməli olduğunu demişdir. O isə sabah, yəni 14.11.2021-ci il tarixdə kredit götürərək göndərəcəyini demişdir. Beləliklə, 14.11.2021-ci il tarixdə “Expressbank”dan kredit götürmüş və Vüqar Bakı şəhərində olduğunu dediyinə görə Mərkəzi bazarın yaxınlığında yerləşən “Bazarstore” mağazasında olan ödəmə terminalı vasitəsilə Vüqarın adına olan Kapital bank hesabına 6000 manat pul yükləmişdir. Razılşmalarına əsasən Vüqar 2 ay müddətində onun təqaüdünü düzəltməli imiş. Lakin üzərindən xeyli müddət keçsə də, onun Vüqar pulunu qaytarmamış və təqaüdünü də düzəltməmişdir. Daha sonra dəfələrlə Vüqarla əlaqə saxlamış, şəhər ərazisində görüşmüş, hətta arvadı ilə görüşərək Vüqarın onun pulunu qaytarmasını tələb etmiş, lakin Vüqar bugünə qədər ondan almış olduğu pulu qaytarmamışdır. Məhkəmədən mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə daha ciddi cəzanın verilməsini xahiş edir. Məhkəmə iclası zamanı elan olumuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərmişdir ki, o, 1992-ci ildə 1-ci Qarabağ müharibəsi zamanı o, səhhəti pisləşdiyi üçün o, döyüşlərdən azad olunmuş və Mingəçevir şəhərinə qayıtmışdır. Lakin qayıtdıqdan sonra döyüş zamanı baş vermiş həyəcan, stres onun səhhətində özünü göstərmişdir. Onun əvvəlcə ayaqları tutulmuş, sonra isə digər sinir xəstəlikləri yaranmış və hazırda o, İ qrup əlildir. Səhhəti çox pis olduğundan müharibə veteranı olması haqqında müvafiq sənədləri əldə edə bilməmişdir. O, tez-tez yaşadığı evin yaxınlığında Mingəçevir şəhəri N.Nərimanov prospektində “Dostluq Parkı”nda yerləşən tanışı Məmmədağanın işlətdiyi çayxanaya gedibgəlir. Təqsirləndirilən şəxsla da həmin çayxanada tanış olmuşdur. Belə ki, Vüqar da mütəmadi olaraq həmin çayxanaya gəlirmiş və beləliklə onlar arasında münasibət yaranmışdır. Təxminən 2019-cu ilin avqust ayında o, həmin çayxanda olan zaman Vüqar gəlmiş və onunla birgə stolda əyləşmişdir. Həmin vaxt stolda ikisindən başqa heç kim olmamışdır. Söhbət zamanı o, Vüqara Qarabağ döyüşlərində iştirak etdiyini, döyüşlərdən sonra səhhətində yaranmış narahatçılıqla bağlı olaraq İ qrup əlilik dərəcəsi aldığını, lakin müharibə veteranlığına dair heç bir sənəd əldə edə bilmədiyini demişdir. Vüqar da ona vetranlıq sənədlərini düzəldə biləcəyini demişdir. Bunun üçün ondan 2200 (iki min iki yüz) manat pul istəmişdir. O, təxminən 2 gün sonra 2160 manat məbləğində pul düzəltmişdir. Belə ki, o, həmin pulun 1000 manatını Rafail adlı tanışından, 700 manat pulu tanışı Məmmədağadan, 300 manat pulu isə digər bir tanışı Rafiqdən almış, yerdə qalan 160 manat isə özü düzəltnişdir. O, Vüqarla yenidən hər zaman getdiyi Mingəçevir şəhərində “Dostluq Parkı”nda yerləşən çayxanada görüşərək 2160 manat pul vermişdir. Həmin vaxt o, Seyid Həsən adlı tanışı ilə çayxanada olmuş və Vüqar oğlu ilə birlikdə çayxanaya gəlmişdir. O, stoldan təxminən 5 metr kənara çəkilərək 2160 manat pulu Vüqara vermişdir. Lakin həmin pulu hansı məqsədlə Vüqara verməsindən Həsənin də məlumatı olmuşdur. Vüqar həmçinin ondan əlillik vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin surətlərini istəmiş və o da həmin sənədləri Vüqara vermişdir. Həmin sənədləri də çayxana da təklikdə Vüqara vermişdir. X4 yerləşən “ASAN” xidmət mərkəzindən işlərini həll etməsi üçün etibarnamə də vermişdir. Vüqar təminən 3-6 ay müddətində veteranlıqla bağlı bütün məsələləri həll edəcəyini demişdir. Lakin Vüqar nə onun pulumu qaytarmış, nə də veteranlığını düzəltməmişdir. O, Vüqarın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Vüqar pulu qaytaracağına söz versə də həmin məbləğdə pulu qaytarmamışdır. Ona görə də o, məcbur olub bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o, ərzisəində Vüqara 5500 manat pul verdiyini bildirsə də, ərizəni özü deyil tanışı vasitəsilə polis şöbəsinə göndərdiyindən, həmin tanışı bu barədə yalnış məlumat vermişdir, həqiqətdə isə o, Vüqara 216 manat pul vermişdir. Sonradan məhkəməyə ünvanladığı teleqramda göstərmişdir ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir. Onun heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun yeznəsidir. Fuaddan əlillik dərəcəsi düzəltmək üçün 6000 manat pul almış Təqsirləndirilən şəxs isə tanımamışdır. Fuad və Vüqarın nə zaman, hansı şəraitdə, kimin vasitəsilə tanış olmalarından isə məlumatı olmamışdır. Belə ki, 2019-cu ilin noyabr ayında Fuad özünə əlilik dərəcəsi düzəltmək üçün 6000 manat müqabilində Vüqar adlı şəxslə razılaşdığını, lakin həmin məbləğdə pulunun olmadığını bunun üçün banka müraciət etdiyini bildirmişdir. Fuad həmçinin həmin Vüqar adlı şəxsin onun tanışı olduğunu və işin düzəlməsində heç bir problemin olmayacağını bildirmişdir. Sonra isə Fuad öz adına Express bankda kredit olduğunu və ona görə də ona kredit verilmədiyini demişdir. Bundan sonra o da Fuada lazım olan həmin məbləğdə pulu götürmək üçün banka müraciət etmiş, lakin onun özünün bankda zaminliyi olduğuna görə ona kredit verilməmişdir. Ona görə də yoldaşı Şahid3 adına kredit götürmək üçün müraciət etmiş və Samirənin aldığı əmək haqqına uyğun olaraq Express bankdan 5000 manat pul götürmüşlər. Komisyon haqq da çıxdıqdan sonra yerdə qalan 4.900 manat pulu Fuada vermişlər. Pulu bankdan götürən zaman Fuad da onların yanında olmuş və götürdükləri pulu da Vüqara verməsi üçün Fuada vermişlər. Xatırladığı qədəri ilə 2020-ci ilin noyabr ayının ortalarında Fuad 6000 manat pulu Təqsirləndirilən şəxs məxsus kart hesabına göndərmişdir. Bundan sonra isə Fuaddan əlilik sənədini düzəldib-düzətlmədiyini soruşduqda o, Vüqarın ona əlilllik dərəcəsi düzəltmədiyini və ondan almış olduğu 6000 manat məbləğində pulu da qaytarmadığını bildirmişdir. Beləliklə də, Fuad bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Fuadın barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə tanımır. Fuad və Vüqarın nə zaman hansı şəraitdə, kimin vasitəsilə tanış olmalarından isə məlumatı olmamışdır. Belə ki, 2019-cu ilin noyabr ayında yoldaşı Şahid2 qohumu Zərərçəkmiş şəxs2 özünə əlilik dərəcəsi düzəltmək istədiyini bu məqsədlə Fuada köməklik edən şəxsə vermək üçün 6000 manat pul lazım olduğunu, buna görə də Fuad kredit pul götürmək istəməsini dediyini, lakin Fuadın krediti olduğuna görə Fuada kredit verilmədiyini demişdir. Fizuli həmçinin Fuada lazım olan 6000 manat pulu vermək üçün özünün də banka müraciət etdiyini, lakin zaminliyi olduğuna görə ona da kredit verilmədiyini bildirmişdir. O, dövlət işində işlədiyinə görə adına kredit götürərək Fuada verməsini istəmişdir və o da Fuadla razılaşmışdır. Sonra onlar pul götürmək məqsədilə “Express bank”a müraciət etmişlər. Əvvəlcə onlar 6000 manat pul götürmək üçün müraciət etsələr də, aldığı əmək haqqına uyğun olaraq ona bankdan 5000 manat pul verilə biləcəyini bildirmişlər. 14.11.2021-ci il tarixdə Fuad, o və yoldaşı Fizuli Express banka getmişlər, bankdan 5000 manat pul götürmüşlər və komisyon haqq çıxdıqdan sonra yerdə qalan 4.900 manat pulu Fuada vermişlər. Lakin sonradan Fuadın Vüqara həmin pulu harda, hansı şəkildə verməsindən isə məlumatı olmamışdır. Məhkəmə iclası zamanı elan olumuş şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Dostluq Parkı”nda çayxana işlədir. Zərərçəkmiş şəxs1 Eyyub oğlunu 1988-ci ildən Mingəçevir şəhərinə köçən zamandan tanımışdır. Elə həmin vaxtlardan Rza ilə yaxşı münasibəti olmuşdur. Rza tez-tez onun işlətdiyi çayxanaya gəlib-gedir. Rzanın barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs da mütəmadi olaraq onun işlətdiyi çayxanaya gəlibgedirmiş. Lakin o, Vüqarın Rza ilə necə münasibət yaratdığını, Vüqarın əvvəllər də sənəd düzəltməkdə başqa şəxslərə kömək edib-etməməsi haqqında məlumatı olmamışdır. Təxminən 2019-cu ilin avqust ayında çayxanada olan zaman Rza gəlmiş və özünə veteranlıq düzəltdiyini və bunun üçün Vüqarın ondan pul istədiyini demişdir. Rza həmçinin pulu əvvəlcə qohumundan istədiyini, həmin məbləğdə pulu borc kimi verməyə razı olduğunu, lakin qohumuna zəng çatmadığını, borc pul lazım olduğunu və tezliklə borcu qaytaracağını demişdir. O da Rzaya borc kimi vermək üçün oğlundan 700 manat pul götürüb gətirərək çayxanada Rzaya vermişdir. Lakin Rza pulu Vüqara verən zaman Fuad və Vüqarı görməmişdir. Bundan sonra isə Rza veteranlıq sənədlərinin düzəlmədiyini, ondan pul almış şəxsin də həmin pulu qaytarmadığını bildirmişdir. Beləliklə də, Rza bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclası zamanı elan olumuş şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Eyyub oğlu onun qonşusudur. Belə ki, onlar təxminən 30 il olar ki, onunla qonşuluqda yaşamışlar. Rzanın barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə tanımamışdır. Təxminən 2019-cu ilin avqust ayında yaşadığı evin həyətində olan zaman Rza özünə veteranlıq sənəd düzəltmək üçün ondan 2000 manat pul istəmişdir. Lakin o, Rzaya həmin məbləğdə pulunun olmadığını və 1000 manat pul verə biləcəyini demişdir. Bir gün sonra Rza 1000 manatı verməsini istəmişdir. O da 1000 manatı həyətdə Rzaya vermişdir. Lakin Rzanın həmin pulu kimə verdiyini dəqiq bilməmişdir. Daha sonra o, Rzanın bu məqsədlə Məmmədağa adlı tanışlarından 700, Rafiq adlı tanışlarından isə 300 manat pul aldığını öyrənmişdir. Təxminən 3-4 ay sonra Rzanın işi düzəlmədikdən sonra Rzadan pul verdiyi şəxsin kim olması haqqında soruşmuş, Rza isə həmin şəxsi yaxşı tanımadığını bildirmişdir. Bundan sonra isə Rza veteranlıq sənədlərinin düzəlmədiyini, ondan pul almış şəxsin də həmin pulu qaytarmadığını bildirmişdir. Beləliklə də Rza bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 13.05.2021-ci il tarixli götürmə və baxış prokolundan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 14.11.2019-cu il tarixdə Şahid3 adına “Expressbank”dan ayda 194 manat 82 qəpik ödəmə etməklə 36 ay müddətinə götürülmüş 2 vərəqədən ibarət kredit müqaviləsini, Təqsirləndirilən şəxs məxsus ******************** saylı Kapital bank hesab nömrəsinə 14.11.2019-cu il tarixdə saat 12:18:31-də 5.000 manat, həmin tarixdə saat 12:32:03-də 1.000 manat pul ödənilməsi ilə bağlı məlumatları göstərən qəbzləri, Təqsirləndirilən şəxsla aralarında Vüqarın Fuada ayda 500 manat olmaqla pulunu qaytacağı məzmununda yazılar əks olunmuş sənədlər baxış keçirilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 30.03.2019-cu il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 22.06.2018-ci il tarixdə "xxxx" ASC-dən 18 ay müddətinə, illik 23 faizlə 2300 manat məbləğində kredit götürmüş, "xxxx" ASC-yə aylıq 152 manat 87 qəpik ödəniş etmiş və hal-hazırda da ödəniş etməyə davam edir. Bundan əlavə X5 şəhər Prokurorluğuna yazmış olduğu ərizəyə əlavə etdiyi qəbzdən görünür ki, Təqsirləndirilən şəxs öz əl yazısı ilə yazdığı qəbzdə Əli İbrahimlidən 2018-ci ilin iyun ayının 15-də 3500 manat pul aldığını yazmış və qəbzi öz imzası ilə imzalamışdır. Cinayət işi materiallarında olan 13.05.2021-ci il tarixli götürmə və baxış prokolundan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 14.11.2019-cu il tarixdə Şahid3 adına “Expressbank”dan ayda 194 manat 82 qəpik ödəmə etməklə 36 ay müddətinə götürülmüş 2 vərəqədən ibarət kredit müqaviləsini, Təqsirləndirilən şəxs məxsus ******************** saylı Kapital bank hesab nömrəsinə 14.11.2019-cu il tarixdə saat 12:18:31-də 5.000 manat, həmin tarixdə saat 12:32:03-də 1.000 manat pul ödənilməsi ilə bağlı məlumatları göstərən qəbzlərə baxış keçirilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 13.10.2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15.11.2019-cu il tarixdə saat 17:20 radələrində A 180012 saylı və həmin tarixdə saat 21 radələrində A 018015 saylı, 16.11.2019-cu il tarixdə saat 19 radələrində A ******* saylı, 17.11.2019-cu il tarixdə saat 11:06 radələrində və həmin tarixdə saat 16:05 radələrində A 100141 saylı, 20.11.2019-cu il tarixdə saat 19:50 radələrində A ******* saylı, 13.12.2019-cu il tarixdə saat 16:45 radələrində A ******* saylı, 14.12.2019-cu il tarixdə saat 11:15 və həmin tarixdə saat 22:50 radələrində A ******* saylı bankomatlardan məxaric əməliyyatlarını yerinə yetirməsi ilə əlaqədar olan görüntülər əks olunmuşdur. Həmçinin "xxxx" ASC-dən daxil olmuş 15.09.2021-ci il tarixli 157000/2-4663 nömrəli məktuba əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus kart hesabına 18.11.2019-cu il tarixdə 136 manat, 18.11.2019-cu il tarixdə 100 manat, 25.11.2021-ci il tarixdə 36 manat mədaxil edilmişdir. 14.11.2019-cu il tarixdə mədaxil edilmiş 5000 manat və 14.11.2019-cu il tarixdə mədaxil edilmiş 1000 manat pul Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitləri olsa da, 18.11.2019-cu il tarixdə köçürülmüş 136 manat, 18.11.2019-cu il tarixdə köçürülmüş 100 manat və 25.11.2021-ci il tarixdə köçürülmüş 36 manatın Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə heç bir aidiyyəti yoxdur. Hesabdan çıxarışdan da göründüyü kimi Təqsirləndirilən şəxs hesabına mədaxil olmuş pul vəsaitlərini müxtəlif ərazilərdə olan bankomatlardan çıxararaq nəğdləşdirmiş, sonuncu 200 manat vəsaiti, Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrostansiyası əhatəsində yerləşən bankomatdan çıxararaq nəğdləşdirmiş və onun hesabında 4.80 manat pul vəsaiti qalmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs sonuncu əməliyyat zamanı nəğdləşdirdiyi 200 manatın və hesabında qalan Zərərçəkmiş şəxs2 məxsus pul yaxud ayrı-ayrı hesabına mədaxil edilmiş 136, 100 və 36 manat pula aid olmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ tərəfindən verilmiş 01.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai rayon Məhkəməsinin 11.03.2010-cu il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək 2800 manat cərimə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 18.08.2014-cü il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28.07.2018-ci il tarixdə Mingəçevir ŞPŞ tərəfindən CM-in 178.1-ci maddəsi ilə cinayət işinə AR CPM-in 39.1.11 maddəsinə əsasən xitam verilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tamamilə ödəmişdir. Onun heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.09.2011-ci il təvəllüdlü Əkbər, 16.06.2013-cü il təvəllüdlü Əkrəm və 12.04.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqları vardır. Cinayət işinə əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildə erməni işğalı nəticəsində Ağdam rayonundan məcburi köçkün gəlmiş, Mingəçevir şəhər H.Əliyev prospekti ev 1a, mənzil 3-də məskunlaşmışdır. O, ictimai yerlərdə özünü nümunəvi aparır. Onun haqqında qeydiyyatda olduğu Dövlətqaçkınkomun Mingəçevir şəhər nümayəndəliyinə heç bir narazılıq, şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Hərbi komissarlığı tərəfindən verilmiş M/V seriyalı 033431 №-li Vəsiqədən görünür ki, Zərərçəkmiş şəxs2 müharibə veteranıdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 “Qarabağ müharibəsi ”veteranı statusu alacağına köməklik edəcəyini yalan vəd verib bu sahədə xidmət göstərən şəxslərlə yaxın münasibətlərinin olmasını bildirərək onu aldadaraq, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri, N.Nərimanov prospektində, “Dostluq Parkı”nda yerləşən çayxanada 2160 (iki min yüz altmış) manat məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi düzəltməkdə köməklik edəcəyini yalan vəd verib bu sahədə xidmət göstərən şəxslərlə yaxın münasibətlərinin olmasını bildirirərək onu aldadıb, 2019-cu ilin noyabr ayının əvvələrində 6000 (altı min) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 həmin pulu vermək üçün qohumu Şahid3 adına 14 noyabr 2019-cu il tarixdə “Expressbank”dan 4.900 (dörd min doqquz yüz) manat kredit götürərək, qalan 1100 manat pulu üzərinə qoyub ümumilikdə 6000 (altı min) manat pulu 14 noyabr 2019-cu il tarixdə onun istəyinə uyğun olaraq 14 noyabr 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən “Milliön” ödəmə aparatından "xxxx"da özünə məxsus ******************** saylı bank hesabına köçürülməsinə nail olaraq, Zərərçəkmiş şəxs2 6000 manat alaraq sonuncuya məxsus xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini CM-in 59.1.14cü maddəsinə əsasən, müsbət xarakterizə olunan bir insan olmasını və törətdiyi əməldən səmimi peşmalıq hissi keçirməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran halların olmamasını,yüngülləşdirən halları belə ki, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı azaltmasını, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, həmçinin müsbət xarakterizə olunmasını nəzərə alır, laikin məhkəmə bundan başqa, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirilən halları, belə ki, əvvəllər də analoji dələduzluq cinayətləri törətməsini və ona təyin edilmiş cəzalardan islah olmayaraq təkrar eyni əməlləri törətməsini və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyandan heç bir ödəniş etməməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan və axtarışda olan şəxsin tutulması barədə protokolundan görünür ki, 17 iyun 2021-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə Mingəçevir ŞPŞ-in MSY-dən dərhal azad edilmiş və 18 mart 2022-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin 1(051)-16/2022 saylı qərarına əsasən əməliyyataxtarış tədbirləri nəticəsində Ağdam şəhər ərazisində tutularaq aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə təhvil edilmiş və 19 mart 2022-ci il tarixdə azad edilmişdir. Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün, məhkəmə baxışı zamanı 18 mart 2022-ci tarixdən 19 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün, cəmi 4 gün həbsdə saxlandığı müddət CMin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün tutulmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə mülki iddia vermiş və mülki iddia icraata qəbul edilmişdir, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi düzəltməkdə köməklik edəcəyini yalan vəd verib bu sahədə xidmət göstərən şəxslərlə yaxın münasibətlərinin olmasını bildirərək onu aldadıb, 2019-cu ilin noyabr ayının əvvəllərində 6000 (altı min) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs2 həmin pulu vermək üçün qohumu Şahid3 adına 14 noyabr 2019-cu il tarixdə “Expressbank”dan 4.900 (dörd min doqquz yüz) manat kredit götürərək qalan 1100 manat pulu üzərinə qoyub ümumilikdə 6000 (altı min) manat pulu 14 noyabr 2019-cu il tarixdə onun istəyinə uyğun olaraq 14 noyabr 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən “Milliön” ödəmə aparatından "xxxx"da özünə məxsus ******************** saylı bank hesabına köçürülməsinə nail olaraq, Zərərçəkmiş şəxs2 6000 manat alaraq sonuncuya məxsus xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, xeyli pul itirmişdir. Belə ki, o, sözügedən pulun müqabilində faiz ödəməlidir. Hazırda cavabdehin ona borclu olduğu pula görə faizdə tələb edir. Belə ki, sözügedən 5000 manata görə əlavə 2013,52 manat pul ödəmək məcburiyyətində qalmışlar. Bundan əlavə dəymiş ziyanın əvəzi kimi hazırda o həmin pulu özündə saxlayıb hər hansı qazanc gətirən sahəyə və ya banka depozit kimi qoysaydı, ən azı sözügedən pulu illik 10-15% hissəsi miqdarında xeyir götürərdi. O, əldən çıxmış fayda kimi cavabdehdən 1000 manat tələb edir. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdeh uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmişdir. Onun hərəkətləri nəticəsində xeyli müalicə olunmuşdur. Əsəbləri korlanmış və müalicələrdə olmuşdur. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 10000 manat ziyan dəymişdir. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs 6000 (altı min) manat pulunun, 2013,52 (iki min on üç manat əlli iki qəpik) manat faizin, 1000 (bir min) manat əldən çıxmış faydanın, 10000 (on min) manat mənəvi ziyanın, cəmi 19013,52 (on doqquz min on üç manat əlli iki qəpik) manat pulun alınıb ona verilməsinin təmin edilməsini xahiş edir. Məhkəmə belə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından da görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ona qeyri-qanuni yolla əllillik dərəcəsi düzəltməsini istəmişdir. Bu hal mülki iddiaçının iddia ərizəsi, ifadəsi və təqsirləndirilən şəxsin ifadələri ilə də təsdiq edilmişdir. Mülki iddiaçı bankdan götürdüyü pul məbləğini “arzusunu” reallaşdırmaq məqsədilə - “əlillik dərəcəsi” almaq üçün təqsirləndirilən şəxsə öz iradəsiylə vermişdir. Pul məbləğini verərkən borcun faizlərinin təqsirləndirilən şəxs tərəfindən ödəniləcəyinə dair razılaşma olmasını sübut edə biləcək hər hansı bir sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, mülki iddiaçının qeyri-qanuni “işə” əl atması onun mənəvi ziyan çəkməsini istisna edən haldır. Mülki iddiaçı əlillik dərəcəsi almaq məqsədilə qeyri-qanuni yollara əl atmış və “iş”in alınmasını arzu etmişdir. Məhkəmə, həmçinin mülki iddiaçının “əldən çıxmış fayda” tələbini də əsassız hesab etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, mülki iddiaçı 6000 manat məbləğində pulu öz arzu və istəyini – “əlillik dərəcəsi” almağı qeyri-qanuni yollarla həyata keçirmək məqsədilə təqsirləndirilən şəxsə vermişdir. Mülki iddiaçının iddia ərizəsində göstərdiyi “...pulu banka qoysaydım, 10-15 % hissəsi miqdarında xeyir götürərdim..” tipli iddiaları tamamilə əsassızdır. Belə ki, əldən çıxmış fayda mülki dövriyyə qabiliyyətli əqdlərdən tələb edilə bilər. Tərəflərin arasındakı razılaşmanın məzmunundan isə görünür ki, tərəflərin hər ikisi aralarında olan razılaşmanın qeyri-qanuni olduqlarını bilmiş və hər ikisi bu “iş”in edilməsini arzulamış və bu məqsədlə də mülki iddiaçı təqsirləndirilən şəxsə pul məbləğini vermişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi mülki iddiaçının faiz, əldən çıxmış fayda və mənəvi ziyan tələbi hissələrində əsassızdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində dəymiş ziyan tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Mülki iddianın qalan hissəsi təmin edilməməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 müharibə veteranı olduğundan o, dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 17 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün, məhkəmə baxışı zamanı 18 mart 2022ci tarixdən 19 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün, cəmi 4 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 12.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində dəymiş ziyan tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddianın qalan hissəsi təmin edilməsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-16/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-16/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver