Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-16/2023 03.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-23/2023 saylı hökmü ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,258 qram olan narkotik vasitə heroini sərnişini olduğu tanışı, Şahid7 idarə etdiyi Vaz 2106 markalı 34-BD-45 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq sağ hissədə ayaqaltının üzərində gizlədib saxlayaraq daşımış və xx.xx.2021-ci il tarixdə Mingəçevir Şəhər Polis X9 Polisi Bölməsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri “İncilli” küçəsində Şahid7 idarə etdiyi Vaz 2106 markalı avtomobil sərnişinləri ilə birlikdə saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinin həyətinə aparılaraq orada saat 23 radələrində avtomobilə axtarış keçirilərkən, həmin çəkidə narkotik vasitə heroin avtomobilin salonunda qabaq sağ hissədə ayaqaltının üzərindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellafon torbanın içərisində təmiz çəkisi 13,06 qram və 1 ədəd yaşıl rəngli sellafon torbanın içərisində təmiz çəkisi 447,11 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 7 saylı binanın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı 1 (bir) ədəd şəffaf sellafon torbanın içərisində təmiz çəkisi 13,06 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol ic cibindən, əlində olan 1 (bir) ədəd yaşıl rəngli sellafon torbanın içərisində təmiz çəkisi 447,11 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, hazırda heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. xx.xx.2021-ci tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən poçt küçəsindən keçərkən, yerdən 1 ədəd şəffaf sellofan bükümü görüb götürmüş, açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Belə ki, özü də narkotik vasitələrdə istifadə edir. Həmin bükümü əynindəki şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. Daha sonra şəhər ərazisində yerləşən aptekdən 5 ədəd şpris və içərisində su olan şüşə flakon almış, tapdığı sellofan bükümdə olan narkotik vasitəni şüşə flakonda hazırlayıb şpris vasitəsi ilə damarına vurmuşdur. İstifadə etdiyi şprisi isə atmışdır. 4 ədəd şpris və şüşə flakonu isə əynində olan şalvarın cibində gizlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində şəhər ərazisində tanışı Şahid7 idarə etdiyi Vaz 2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisi ilə hərəkət edərək digər tanışları Şahid6 yaşadığı Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yerləşən evə aparanda, şəhərin İncilli küçəsindən keçərkən X12 işarə edərək avtomobili saxlamaqlarına işarə vermiş, Şamil də avtomobili kənara çəkib saxlamışdır. O da polis əməkdaşlarının yaxınlaşdığını görüb dərhal cibində olan narkotik vasitə heroini, 4 ədəd şprisi və 1 ədəd şüşə flakonu avtomobilin salonunda əyləşdiyi sağ qabaq oturacağın ayaqaltısının üzərinə atmışdır. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da Şahid7 idarə etdiyi Vaz 2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə polis əməkdaşları ilə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmiş, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Şahid7 idarə etdiyi Vaz 2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilərkən, salonda sağ qabaq oturacağın ayaqaltından 1 ədəd şəffaf sellofan büküm, 1 ədəd şüşə flakon və 4 ədəd şpris aşkar olunmuşdur Aşkar edilmiş 1 ədəd sellofan bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli kəskin iyə malik, kristall kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 0,31 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm və şüşə flakon, şprislər onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zaman yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə avtobusla Bakı şəhərindən Mingəçevir şəhərinə gələn zaman yolda adını xatırlamadığı təxminən Kürdəmir rayonunda olan kafedə çörək yemək üçün düşmüşdür. O, kafedə yemək yedikdən sonra sanitar qovşağa getmiş, sanitar qovşaqdan çıxıb həmin sanitar qovşağın arxa tərəfində siqaret çəkən zaman yerdə yabanı halda marixuananın bitdiyini gördükdən sonra kafedə olan mağazadan sellafon torba alıb həmin marixuananı yığıb sellafon torbada özü ilə Mingəçevir şəhərinə yaşadığı evə gətirmişdir. Marixuananı torbada qurutduqdan sonra o, həmin marixuanadan ara bir özü tək istifadə etmiş və bu haqda heç kimə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə o, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 7 saylı binada özünə kirayə ev tutmuş və xx.xx.2022-ci il tarixdə həmin evə yavaş-yavaş yerləşmək istəmişdir. Bu məqsədlə ilk öncə ona məxsus paltarları ağ rəngli sellafon torbaya, evdə qurudub saxladığı marixuananı yaşıl sellafon torbaya qoyub ağzını skoçla bağlayaraq həmin ağ rəngli sellafon torbanın içərisinə qoymuşdur. Yaşıl rəngli sellafon torbada olan narkotik vasitə qurudulmuş marixuananı ağzını skoçlamamışdan öncə bir qədərini istifadə etmək üçün ağ rəngli sellafon torbaya qoyaraq əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol içəri yan cibində gizlətmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində əlində ağ rəngli sellafon torbada içərisində paltar və yaşıl rəngli sellafon torbada narkotik vasitə qurudulmuş marixuana, həmçinin əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç yan cibində içərisində qurudulmuş marixuana olan zaman o, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 7 saylı binanın yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin gün saat 18 radələrində polis şöbəsinin Növbətçi Hissəsinin qarşısında hüquqlarını müdafiə etmək üçün vəkil X3 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etmək ona təklif olunmuşdur. Daha sonra onun üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilən zaman o, könüllü halda əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç yan cibində bir ədəd şəffaf sellafon torbada içərisində narkotik vasitə olan qurudulmuş marixuana və əlində olan yaşıl rəngli içərisində qurudulmuş marixuana olan sellafonları təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən qanunla daşınması qadağan olunan hər hansı bir əşya aşkaı olunmamışdır. Həmin sellafonlar açıldıqda orada olan kütlənin rəngindən və spesifik iyindər narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və bir ədəd şəffaf sellafon torbada olan narkotik vasitə olan marixuananın ümumi çəkisi 15,50 qram, bir ədəd yaşı rəngli sellafon torba olan narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi isə 455 qram olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-də sərbəst ifadə verən zaman özünü müdafiə etmək üçün xx.xx.2021-ci il tarixdə tanışı Şahid7 məxsu avtomobildən aşkar edilmiş narkotik vasitənin Şahid7 məxsus olduğunu və üzərində aşkar edilmiş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından artıq olmadığını desə də, əslində xx.xx.2021 -ci il tarixdə Şahid7 məxsus avtomobildə aşkar edilmiş narkotik vasitə də ona məxsus olmuş, çəkiliş zamanı üzərindən aşkar edilmiş narkoti vasditənin çəkilərini elektron tərəzidə görmüş, məhkəmə biloji və kimyəvi ekspertiza rəyləri ilə tanış olmuş və ifadələri sərbəst olaraq oxuyub imza etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərilə halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021 -ci il tarixdə Mingəçevir ŞPŞ-də xidmətdə olan zaman Mingəçevir ŞPŞ-nin DYP-nin əməkdaşları Vaz 2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin sərnişinləri olan Təqsirləndirilən şəxs, Şahid7 və Şahid6 narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduqları üçün Mingəçevir ŞPŞ-nə gətirmişdilər. Şahid7 və Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs növbətçilik cədvəli üzrə polis şöbəsinə vəkil X7 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə şübhə olduğu üçün onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, DYP-nin əməkdaşları Şahid3, Şahid5 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi Vaz 2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobildə olan zaman polis əməkdaşları tərəfindən saxlanılarkən qorxduğu üçün üzərində olan bir ədəd şəffaf sellafon bükümdə gizlətdiyi narkotik vasitə olan heroini oturduğu oturacağın ayaqaltına atdığını bildirmişdir. Bundan sonra onun və digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi Vaz 2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və bu zamanı həmin avtomobilin sağ qabaq oturacağının altında yerdə bir ədəd şəffaf sellafona bükülmüş kütlə, 4 ədəd şpris aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş həmin kütlə iştirakçıların iştirakı ilə açılmış və tərəzidə çəkilən zaman həmin kütlənin ümumi çəkisinin 0.31 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2021 -ci il tarixdə Mingəçevir şəhəri, Günəşli bağ massivindən tapdığını və narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitədən özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini və həmin günü Şahid6lə və Şahid7lə sonuncuya məxsus Vaz 2106 markalı, 34- BD-453 d.q.n-li avtomobildə olan zaman həmin şəxslərin onun üzərində narkotik vasitə olan heroin olmasından xəbəri olmadıqlarını, sadəcə olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman qorxduğu üçün həmin narkotik vasitə heroini ayaqaltına atdığını bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 7 saylı binanın qarşısından keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Bayramov X1 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib, onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ rəngli sellafon torbada və əlindəki ağ rəngli sellafon torbanın içərisində olan yaşıl rəngli sellafona bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim edilmiş bir ədəd ağ rəngli sellafon büküm və yaşıl rəngli sellafon büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar ağ rəngli və yaşıl rəngli sellafon torbadak bükümlərdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Ağ rəngli sellafon bükümdə olan kütlənin ümumi çəkisi 15.50 qram, yaşıl rəngli sellafon bükümdə olan kütlənin ümumi çəkisi 455 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri AR DİN-i Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərti olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə və şahid qismində dindirilimiş Mingəçevir ŞPŞ-nin, DYP-nin isnpektorları Şahid3, Şahid4 və Şahid5 isə xx.xx.2021-ci il tarixdə törətdiyi cinayət əməli barədə Şahid1 verdiyi ifadə ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 20 noyabr 2021-ci il tarixdə saat 22 radələrində o, tanışları Təqsirləndirilən şəxs və Şahid7lə birlikdə Şahid7 idarə etdiyi VAZ-2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığıVaqonlar qəsəbəsinə gedərkən, İncilli qəsəbəsində onların avtomobili DYP-nin insektorları tərəfindən saxlanmışdır. Polis əməkdaşları onlara yaxışlaşmış və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini söyləyib, onları ŞPŞ-yə dəvət etmişlər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişlər. Ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O da etiraz etməmiş və şəxsi axtarış zamanı onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Ancaq avtomobilə polis əməkdaşları Pərvizin, Şahid7 və onun iştirakı ilə baxış keçirilən zaman qabaq sağ ayaqaltı hissədə narkotik vasitə heroinə bənzər kütlə olan büküm və dörd ədəd şprislər, həmçinin baş hissəsi qırılmış flakon polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Pərviz həmin narkotik vasitənin, şprislərin və şüşə flakonun özünə məxsus olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərində əvvəlcədən narkotik vasitə olmasını və polis əməkdaşları onları saxlayan zaman həmin narkotik vasitəni əyləşdiyi oturacağın alt hissəsinə atdığını bilməmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid7 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid7 da Şahid6 və Təqsirləndirilən şəxs ilə eyniməzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçiirlməsi haqqında protokoldan görünür ki, Şahid7 idarə etdiyi Vaz 2106 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sağ ön oturacağın altından Təqsirləndirilən şəxs məxsus bir ədəd şəffaf rəngli sellafon bükümdə ümumi çəkisi 0.31 qram olan narkotik vasitə heroin, bir ədəd baş tərəfi qırılmış və içərisində qırıntılar olan şüşə flakon, həmçinin 4 ədəd 2 qramlıq şpirislər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, könüllü olaraq əynindəki tünd qış gödəkçəsinin iç sol yan cibindən bir ədəd ağ rəngli sellafon bükümü və əlində olan sellofan torbanın içərisində yerləşdirdiyi yaşıl rəngli sellafon bükümü könüllü olaraq təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman ağ rəngli sellafon torbada ümumi çəkisi 15.50 qram olan, yaşıl rəngli sellafon torbada isə ümumi çəkisi 455 qram narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 17/815 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “VAZ - 2106” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin salonunda aşkar edilmiş heroinə bənzər kütlə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0.258 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfin içərisində 01 (bir) ədəd şüşə flakonun içərisində olan maddə hissəcikləri - heroin hissəcikləridir. Heroin hissəcikləri cuzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/237 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş sellofan bükümdəki narkotik maddəyə oxşar kütlə.” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi- 13.06 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddəyə oxşar kütlə” sözləri adlar və imzalar yazılmış 01 (bir) ədəd yaşıl rəngli sellafon trobanın içərisindəki, təmiz çəkisi - 447.11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0.258 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.208 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs aşkar edilmiş ilkin xalis çəkisi 460.17 qram olan müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 460.07 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd başlığı qırılmış şüşə flakon və 4 ədəd 2 qramlıq şpris maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir Cinayət işinin materiallarında olan AR Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi narkoloji-tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 5099 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadı. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniydan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 296.1 və 297.1 maddələrinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmçinin Şahid7 və Şahid6 barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə çıxarılmış, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş 1(001)- 23/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq, daşımaqla ictimai təhlükəli əməli təkrar törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbələrdən və vaxtlarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,258 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 13,06 qram və 447,11 qram olan narkotik vasitə qurudulmuş marixunananı üzərində saxlayaraq daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahısının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cinayətin törədilməsində təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini və qurudulmuş marixuananı qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini qanunsuz əldə edib xx.xx.2021-ci il tarixdə sərnişini olduğu tanışı Şahid7 idarə etdiyi Vaz 2106 markalı 34-BD-45 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq sağ hissədə ayaqaltının üzərində gizlədib saxlamaqla törətmiş, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanusuz əldə edib əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol ic cibində və əlində olan 1 (bir) ədəd yaşıl rəngli sellafon torbanın içərisində saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-23/2023 saylı hökmü ilə AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə cinayət əməllərini hökm çıxarılmazdan əvvəl, yəni xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl törədildiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-23/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla, birinci hökmlə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən yenidən cinayət əməli törədildiyindən barəsində “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qərarla isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Həmçinin cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən cinayət əməli törətdiyindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən tutulmuş və barəsində AR CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də hazırkı cinayət işi üzrə həmin həbs qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 04 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş qəti cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.208 qram olan narkotik vasitə heroin və müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 460.07 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd başlığı qırılmış şüşə flakon və 4 ədəd 2 qramlıq şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 103 manat 65 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-23/2023 saylı hökmü ilə təyin edilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)- 23/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM–in 66.2–ci maddəsinə əsasən qismən toplanmaqla ona 2 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-23/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-23/2023 saylı hökmü ilə təyin edilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.208 qram olan narkotik vasitə heroin və müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 460.07 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd başlığı qırılmış şüşə flakon və 4 ədəd 2 qramlıq şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 103.65 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-16/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-16/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver