Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-16/2024 16.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 08 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-686/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-682/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 8080,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2010-cu ildə Səda və 2015-ci ildə İsmayıl adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Zərərçəkmiş şəxs ilə ailəli olduğu müddətdə Xuraman adlı qadınla Mingəçevir şəhərində faktiki nikah münasibətlərində yaşadığı üçün Aynurə ilə ailə münasibətləri pozulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün 2015-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ilə faktiki olaraq ayrılmışlar və sonuncu uşaqları ilə birlikdə ondan ayrı yaşamışdır. Aynurə ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sürücü olaraq rayonlararası yükdaşıma fəaliyyəti ilə məşğul olmaqla hər ay 400-500,00 manat qazancı olurdu. Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)- 686/2019 saylı qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixli təqdimatda qeyd edilən cəmi 8080,00 manat aliment borcu yaranmışdır. Həmin borcdan istintaq dövründə cəmi 1680,00 manat pul ödəmiş və Zərərçəkmiş şəxs olan aliment borcu 6400,00 manat qalmışdır. 2019-cu ilin əvvəllərində Bakı şəhərində Sabunçu rayonunda 55 saylı nəqliyyat xəttində avtobus sürücüsü kimi işləməklə hər günə 15-20,00 manat qazancı olurdu, 2019-2020-ci illərdə Kəlbəcər rayonundan Səfər adlı şəxsin “Hova” markalı yük avtomobilini idarə etməklə hər ay 450,00 manat maaş alırdı. 2020-2022-ci illərdə Ağdam rayonundan Elçin adlı şəxsin “Hova” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməklə 400,00 manat maaş alırdı. 2021-2022-ci illərdə Mingəçevir şəhər Samux kəndindən Xəqani adlı şəxsin “Şaqman” markalı yük avtomobilini idarə etməklə hər günə 20,00 manat olmaqla hər ay 600,00 manat maaş almışdır. 2022-ci ilin axırlarından 2023-cü ilin əvvəllərinə kimi Bakı şəhərində Yeni Günəşli qəsəbəsində 62 saylı nəqliyyat xəttində avtobus idarə etməklə hər ay 300,00 manat maaş almışdır. Hazırda müxtəlif rayonlarda usta malyar kimi işləməklə günə 15,00 manat qazanmaqla hər ay 450,00 manat qazancı var. Mingəçevir məşğulluq mərkəzinə işsiz şəxs kimi müraciət etsədə başqa iş tapdığı üçün həmin mərkəzdən təklif olunan işdən imtina etmişdir. Qardaşı şəhiddir. Etdiyi əməldən peşmandır. Hazırda aliment borcundan 5806 manat məbləğində ödəniş etmişdir. Məhkəmədən ona cəza təyin edərkən ifadəsində göstərdiyi halları nəzərə almasını xahiş edir. Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2010-cu ildə Səda və 2015-ci ildə İsmayıl adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs onunla ailəli olduğu müddətdə başqa qadınla faktiki nikah münasibətlərində yaşadığı üçün ailə münasibətləri pozulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün 2015-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşaqları ilə birlikdə ayrı yaşamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu sürücü olaraq rayonlararası yükdaşıma fəaliyyəti ilə məşğul olmaqla hər ay 700-800,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə qardaşının maddi yardımı ilə uşaqlarını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-686/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixli təqdimatda qeyd edilən cəmi 8080,00 manat aliment borcu yaranmışdır. Həmin borcdan istintaq dövründə cəmi 120,00 manat pul ödəmiş və Təqsirləndirilən şəxs ona 7960,00 manat aliment borcu qalmışdır. Sonradan məhkəmədə iş gedərkən aliment borcundan cəmi 5806 manat məbləğində ödəniş etmişdir. Lakin o, borcunun tam ödənilməsini tələb edir. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-686/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-682/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2023-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 8080,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru Şahid2 eyni məzmunlu ifadə verərək iş yoldaşı Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq xarici ölkədə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyni bildirmişdir. Şahid3 məhkəmə iclası zamanı elan olunmuş istitaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2010-cu ildə Səda və 2015-ci ildə İsmayıl adlı iki uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün 2015-ci ildə ayrılmışlar. Bundan sonra Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs qarşı aralarında olan nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-686/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Onda olan məlumata görə qardaşı Təqsirləndirilən şəxs cəmi 8080,00 manat aliment borcu yaranmışdır. Hazırda qardaşı Təqsirləndirilən şəxs Bakı şəhərində Sabunçu rayonunda yaşamaqla avtobus sürücüsü olaraq günəmuzd işləyir lakin nə qədər əmək haqqı aldığı barədə məlumatı yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)- 682/2021 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-686/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin Milliön elektron ödəmə sisteminin qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs təqdimatda göstərilən 8080,00 manat aliment borcundan Zərərçəkmiş şəxs xeyrinə istintaq dövründə cəmi 1680,00 manat məbləğində pulu ödəmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 20 Saylı Ərazi Məşğulluq Filialının xx.xx.2021ci il tarixli məktubundan görünür ki, Filial əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılmışdır. Məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq vətəndaşa Nazirliyin MEİS-in “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib iş (“Məhəmmədiyyə Arazoğlu” YDM-də fəhlə, əməkhaqqı 250,00 manat) təklif olunmuş, lakin vətəndaş "xxxx" MMC-də işlə təmin olunmaq istədiyini bildirərək təklif olunan işdən imtina etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir Şəhər 1 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı dövr ərzində, onun barəsində rəsmi orqanlardan və ya hər hansı bir qonşu tərəfindən heç bir şikayət xarakterli məlumat 1 saylı Mənzil Kommunal İstismar Sahəsinə daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəhid ailə üzvünün 004214 №-li vəsiqəsinin surətindən görünür ki, X8 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 avqust 1993-cü il tarixdə Ağdam faciəsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs nümayəndəsi X10 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs aliment borcundan 400 manat pulu almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, borclu Təqsirləndirilən şəxs 200 manat aliment pulu almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, borclu Təqsirləndirilən şəxs 230 manat aliment pulu almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Kapital Bank ASC-yə məxsus xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aliment borcundan 200 manat məbləğində ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Kapital Bank ASC-yə məxsus xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aliment təyinatı üzrə 3296 manat köçürülmüşdür. Yuxarıda sadalanan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Hacıyev X3 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini və şahid ifadələrini dinləyib işə əlavə olunmuş sənədləri təhlil edib belə qənaətə gəlir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Beləliklə, məhkəmə sadalanan sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şəhid ailəsindən olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf etməsi və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə baxışında CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları belə ki, aliment borcundan qismən ödəniş etməsini, şəhid ailəsindən olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməsini və səmimi peşmanlığını habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və yaşını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan X7 azad edilməsi haqqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə saxlanıldığı Bakı şəhəri, Nərimanov RPİnin X7 azad edilmişdir. Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək axtarışda olan şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspert xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-16/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-16/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver