Məhkəmə qərarları › İş №1(051)-16/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-16/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-16/2025 27.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 06 avqust 1954-cü il tarixdə Yevlax rayon, Gülövşə kəndəndə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Mingəçevir şəhər H.Əliyev prospekti 37/13-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon, Mircəlal Əliyev küçəsi ev 55 mənzil 62-də yaşayan, 12 mart 2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun (P.O.304 AZ) və 1 ədəd 3 CXSM4T markalı Ekskavator Yükləyicinin (P.O.303 AZ) alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 MMC-nə qaytarılmasına, bu mümkün olmadıqda isə 141512,83 manat əsas borcun və 943,43 manat faiz borcun alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-1020/2010 saylı qətnaməsini, 212000.00ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə alınıb iddiaçı Zərərçəkmiş şəxs1 verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-908/2012 saylı qətnaməsini, 45000,00 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə alınıb iddiaçı Zərərçəkmiş şəxs2 verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051 )-832/2018 saylı qətnaməsini, həmçinin müştərək qaydada ondan, Şahid3 və Şahid4 140030,00 manat pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)- 304/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 600,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun və 1 ədəd 3 CXSM4T markalı Ekskavator Yükləyicinin, bu mümkün olmadıqda isə 141512,83 manat əsas borcunu və 943,43 manat faiz borcunu Zərərçəkmiş şəxs3 MMC-nə, 212000.00 ABŞ dolları məbləğində borcunu Zərərçəkmiş şəxs1, 45000,00 ABŞ dolları məbləğində borcunu Zərərçəkmiş şəxs2 və 140030,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs4 ödəməyərək həmin şəxslərə maddi ziyan vurmaqla yanaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-1020/2010 saylı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-908/2012 saylı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-832/2018 saylı və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 ilə 1996-cı ildən Ucar rayonunun ərazisində yerləşən avtomobil bazarında birlikdə avtomobil al-veri ilə məşğul olarkən tanış olmuşlar və dostluq münasibətləri yaranmışdır. 2006-cı ildə Bakı şəhərində Şahid4 onunla görüşərək Bakı şəhəri Yasamal rayonu ərazisində ev tikintisi ilə məşğul olduğunu bildirmişdi. Şahid4 tikdiyi evin mənzillərinin satışında ona köməklik etməyini ondan xahiş etmişdir. Onun RF-da qazandığı iki milyon səkkiz yüz yetmiş min dollar pulu Bakı şəhəri Padamdar şossesində yerləşən "xxxx" MTK ya məxsus torpağın alınması üçün Yüzbaşov Rasim Mahmud oğluna vermişdir ki, həmin torpaq üzərində yeni ev tikəcək və həmin evin mənzillərinin 25 faizinə onu şərik etməklə ona ev tikilib qurtardıqdan sonra dörd min kvm mənzil yaşayış sahəsi və yüz altmış beş kvm qeyri yaşayış sahəsi vərəcəyinə dair söz vermişdir və bununla bağlı Rasim Yüzbaşovla müqavilə bağlamışdır. Şahid4 onun rəhmətə getmiş Rasim Yüzbaşovla müqaviləsinin olduğunu və onun rəhmətlik Rasimdə pulunun olduğunu bildiyi üçün ona təklif etmişdir ki, həmin müqavilə üzrə ona etibarnamə versin və Qoşun bunun əvəzində üç milyon manatın yarısını nağd pul şəklində qalan yarısını isə daşınmaz əmlak vasitəsi ilə ona ödəyəcəkdir. Rasim Yüzbaşovun ailə üzvlərindən isə onun adına olan müqavilə üzrə etibarnamə əsasında pulu müqavilədə nəzərdə tutulmuş qaydada 25 faiz olaraq alıb özünə götürəcəkdir. O, Şahid4 etibarnamə vermişdir ki, Rasim Yüzbaşovun ailə üzvlərindən ona müqavilə üzrə çatası olan 25 faiz dəyərində tikdikləri evdən üç milyon manat dəyərində əmlakı özü alsın. Şahid4 ona söz verdiyi üç milyon manat dəyərində özü Bakı şəhəri Yasamal rayonunda tikdiyini bildirdiyi evdən əmlak verməsi üçün onun tanıdığı insanları mənzil almağa cəlb etməyini bildirdiyi üçün o, özünün tanıdığı Zərərçəkmiş şəxs2 37000,00 manat dəyərində və Zərərçəkmiş şəxs4 əri rəhmətlik Ovod Əliyevə 80000,00 manat dəyərində adlarına Yasamal rayonunda yerləşən yeni evin mənzillərini müqavilə ilə yazaraq onlardan onun iştirakı ilə göstərdiyi pulları alaraq satmışdır. Şoradan Şahid4 həmin evin mənzillərini Zərərçəkmiş şəxs2 və Ovod Əliyevə saxta sənədlər əsasında satılmağı müəyyən olunduğu üçün Şahid4 CM-nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şahid4 verdiyi etibarnamə üzrə ona söz verdiyi üç milyon manatdan beş yüz min manatın ödəmişdir qalan iki milyon beş yüz min manatın isə borclu qalmışdır. X2 öz qazancı ilə aldığı, yəni "xxxx" MTK ya tikinti materiaları verirdi və əvəzini pul kimi hesablamaqla oğlunun adına müqavilə ilə yazılmış Bakı şəhəri Nizami metrosunun ətrafında yerləşən "xxxx" MTK dan aldığı 172 kvm sahəsi olan yaşayış mənzilindən çıxılırdı. Həmin evi ev alqı satqısı ilə məşğul olan şəxslər vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 1 kvm üç min manatdan beş yüz on altı min manat dəyərində qiymətləndirərək nağd pula satmışdır. Lakin mənzilin yerləşdiyi "xxxx" MTK ya borclu olduğu üçün Zərərçəkmiş şəxs1 ona 4 ay möhlət verməklə notarial qaydada onunla borc müqaviləsi bağladı ki, ona satdığı evin borcunu MTK ya ödədikdən sonra oda aralarında bağlanan borc müqaviləsini ləğv etdirəcəkdir. O, Zərərçəkmiş şəxs1 evin pulunu yəni 212000,00 ABŞ dolları məbləğində pulu nağd almış və həmin pulu müxtəlif işlər üçün xərcləmiş, lakin Zərərçəkmiş şəxs1 satdığı evə görə MTK ya qalıq borcunu ödəmiş və MTK ilə aralarında on min manat borc qalanda münasibətləri korlanmış, lakin Aqil MTK ya həminABŞ dollarım yenidən özü ödəmiş buna görədə onunla aralarında olan borc müqaviləsini məhkəməyə verərək qətnamə çıxartdırdı. Zərərçəkmiş şəxs3 MMC ilə aralarında olan müqaviləyə əsasən həmin MMC-dən 1 ədəd JCB JS 220 S Tırtıllı Ekskavator və 1 ədəd 3 CXSM4T Ekskavator Yükləyici kreditə götürərək bir neçə aya tam olaraq ödəyib öz mülkiyyətinə keçirərək həmin texnikaları satmışdır. Öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs3 MMC dən əmlakın dəyəri tam ödənildiyinə görə girovdan çıxarılmasına dair məktub verdiyi üçün həmin əmlakları girovdan azad olunması və onun mülkiyyətinə keçirilməsi sənədləşdirilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)- 304/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək ikinci qrup əlil olduğu üçün 600,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həbsxanadan xx.xx.2017-ci il tarixdə möhtərəm prezidentimiz tərəfindən əhv olunduqdan sonra çıxmış və məhkəmənin qəbul etdiyi qətnamələrdən apellyasiya və ali məhkəməyə şikayətlər etsədə heç bir qətnamə dəyişdirilməmişdir. O, 2017-2018-ci illərdə avtomobil alış-verişi ilə məşğul olmaqla qazancını özünə və ailəsinə xərcləmişdir. Belə ki, talasimiya xəstəliyindən əziyyət çəkən 1981 -ci il təvəllüdlü X22 və epilepsiya xəstəliyindən əziyyət çəkən 1988-ci il təvəllüdlü X36 və onun talasimiya xəstəliyindən əziyyət çəkən iki övladlarıda onun himayəsindədir. Eyni zamanda faktiki olaraq boşansalar da onun himayəsində olan arvadı şəkər xəstəliyindən əziyyət çəkən 1958-ci il təvəllüdlü X15 da onun himayəsindədir. Məhkəmə qətnamələrinə hörmətlə yanaşır, lakin tələbkarlara qarşı avropa məhkəməsinə müraciət edəcəkdir. Onun Zərərçəkmiş şəxs1 Abasət oğlun ABş dolları məbləğində borcu, Zərərçəkmiş şəxs2 45000,00 ABŞ dolları məbləğində borcu vardır. Onun Zərərçəkmiş şəxs4 müştərək olaraq Şahid3 və Şahid4 ilə birlikdə 14manat məbləğində borcları vardır. Onun Zərərçəkmiş şəxs3 MMC yə məxsus 1 ədəd JCB JS 220 S Tırtıllı Ekskavator və 1 ədəd 3 CXSM4T Ekskavator Yükləyiciləri kreditə götürdükdən sonra həmin kənd təsərrüfatı teknikalarımn dəyərini ödəmiş və həmin texnikaları başqa şəxsə rəsmi qaydada satmışdır. Ona görə də Zərərçəkmiş şəxs3 MMC yə heç bir borcu yoxdur. Hazırda Zərərçəkmiş şəxs3 MMC yə məxsus 1 ədəd JCB JS 220 S Tırtıllı Ekskavator və 1 ədəd 3 CXSM4T Ekskavator Yükləyicilərinin dəyərini tam ödədiyini təsdiq edəcək heç bir rəsmi sənədi yoxdur. 2017-2018-ci illər ərzində avtomobil alış-verişi ilə məşğul olduğu müddətdə heç bir qazanc əldə etməmişdir. Chevrolet Malibu markalı, ** RU *** dövlət qeydiyyatlı, X62 markalı, ** PF *** dövlət qeydiyyatlı, BMW X-6 markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillər onun deyildir həmin avtomobilləri bir neçə ay müddətinə adını unutduğu dost tanışlardan götürüb idarə edib qaytarmışdır. Həmin avtomobilləri idarə edərkən inzibati cərimələrə məruz qalmış və qeyd olunan inzibati cərimələrdən heç bir ödəniş etməmişdir. 1991-ci ildə koorperativə üzv olan şəxslərin iştirakı ilə ümumi yığıncağın protokolu ilə «Teatral» adlı koorperativə sədr seçilmişdir. Həmin koorperativi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idi. Həmin koorperativin fəaliyyətini yenidən dirçəltmək məqsədi ilə adları çəkilən şəxslərə X8 51 faiz, X9 25 faiz və X16 50 faiz nisbində koorperativin hissədarı etmək üçün notarial qaydada ərizə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin koorperativ rəsmi olaraq 1993-cü ildə digər şəxsin adına keçirilmiş və ona saxta sənədlə satıldığı üçün «Teatral» koorperativin onunla heç bir əlaqəsi yoxdur. 2005-ci ildə özünə pay hüququ ilə məxsus olan «X63» MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi xarici dairəvi 2 ünvanında yerləşən ümumi sahəsi 107,0 kvm, 2 otaqlı, 5 saylı mənzilə, həmin ünvanda blok 1, mərtəbə 7, ümumi sahəsi 70,0 kvm olan, 1 otaqlı 19 saylı mənzilə, blok 2, mərtəbə 10 ümumi sahəsi 135,0 kvm olan, 3 otaqlı 53 saylı mənzilə, blok 3 mərtəbə 5, ümumi sahəsi 135,0 kvm olan 3 otaqlı 65 saylı mənzilə, blok 2 mərtəbə 3 ümumi sahəsi 135,0 kvm olan 3 otaqlı 38 saylı mənzilə və digər mənzillərə həmin çoxmərtəbəli ev tikiləndə ******* iki milyon beş yüz min manat məbləğində sərmayə qoyaraq X30 ilə şərik olaraq pay hüququ əldə etmişdir. Rövşən Rüstəmov rəhmətə gedəndən sonra həmin evə digər şərik X31 ona bildirdi ki, orda digər podratçısı «X59» MMC fəaliyyət göstərir və ona həmin MMC tərəfindən mənzillərə pay hüququna dair müqavilələr yazdırmaqla daha sonra rahat sata biləcək. Ona görə də «X59» MMC tərəfindən göstərilən mənzillərə pay hüququ ilə bağlı müqavilələr bağlamışdır. Azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, yəni 2017-ci ildən sonra özünə məxsus olduğunu hesab etdiyi mənzilləri X9 və digər tanıdığı şəxslərə 1 kvm sahəni 500-600,00 manat məbləğinə satmağa başlamışdır. Lakin mənzilləri satdığı şəxslər həmin mənzillərdə "xxxx" MTK nın satış etdiyi şəxslərin yaşadığını bildirmişlər. Ona görə də, ondan mənzilləri satın aldıqları məbləğləri geri istəmişlər və o, da nə qədər pul almışdısa həmin pulları geri qaytarmışdır. Avtomobil alqı satqısı ilə məşğul olarkən X27 ilə tanış olmuşdur. Elxan İmaməliyev ona, özünə məxsus dəqiq xatırlamadığı tarixdə “Ulduz” metrosu yaxınlığında 0,17 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Onun özünə məxsus olduğunu zənn etdiyi «X59» MMC də olan mənzilləri Elxan İmaməliyevə və onun arvadı X4 xeyrinə öz pay hüququndan imtina etmişdir ki, Elxan İmaməliyev əvəzində ona həmin torpaq sahəsini versin. Lakin sonradan onlar mənzillərə gedib baxmaq istədikdə həmin mənzillərin yerində mövcud olmadığını məlum etmişlər və Elxan İmaməliyev torpağı verməkdən imtina etmişdir. X23 və X10 mobil telefon nömrələrini və ya ünvanlarını bilmir. Zaur Tağıyev adlı şəxs oğlu Şahid9 və keçmiş arvadı Sahibə Ağayevaya məxsus 0,27 hektar torpaq sahəsini ona satmaq üçün etibarnamə vermişdir ki, həmin torpaq və 2005-ci il istehsallı “Man” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili sataraq əldə olunan gəlirlə «Teatral» koorperativi bərpa etdikdən sonra onuda özünə şərik etsin. 2019-cu ildə 16500,00 manat məbləğində avtomobilin və 7500,00 manat məbləğində torpağın satışdan əldə etdiyi pulların üstünədə özünə məxsus öz qazandığı 42000,00 manat puluda qoyaraq Zaur Tağıyevə vermişdir. Bununla bağlı Binəqədi Rayon Məhkəməsi tərəfindən xüsusi qərardad qəbul edilərək aidiyyəti üzrə araşdırılması üçün Baş Prokurorluğa göndərilmişdir. Hazırda araşdırılma davam edir. xx.xx.2022-ci il tarixdə «Hyundai Sonata» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz C180» markalı, ** RX *** dövlət qeydiyyat nişanlı və «Chevrolet Malibu» markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilləri adına etibarnamə ilə vermişdilər. Həmin avtomobilləri Niyaməddin adlı şəxs ona satmaq üçün Bakı şəhərinə gətirmişdir. O, da həmin avtomobillərin satışını təşkil edərək hər avtomobildə 80-100,00 manat arası gəlir əldə etmişdir. Avtomobillərin alışını və ya satışını təşkil edərkən alıcı və satıcı arasında vasitəçi rolu oynayırdı, belə ki, alıcı və ya satıcını bir biri ilə tanış edir və onlar alqı satqını öz aralarında aparırlar. O, heç kimə pul vermir və ya pul almır sadəcə ona alan və ya satan 100,00 manata qədər bəxşiş verir. “Hyundai Sonata” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışı uçün alacaq şəxslə razılaşdıqdan sonra tanımadığı şəxsdən X37 məxsus «Hyundai Sonata» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 10000,00 manat pulu alıb Şahid5 ödəmişdir. Zərərçəkmiş şəxs1 istintaq dövründə təqdim etdiyi "xxxx" MTK da ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binasında 3-cü giriş, 15-ci mərtəbəsində ümumi sahəsi 113,5 kvm olan 2 otaqlı, 245 saylı mənzilə 45400,00 manat ödəyərək satın almış və bununla bağlı maliyyə arayışı alsa da, eyni zamanda "xxxx" MMC yə məxsus ünvan 2 ünvanında yerləşən yaşayış binasının 12 giriş 18 mərtəbə ümumi sahəsi 124.0 kvm olan 03 otaqlı 1399 saylı mənzilə pay dəyərini tam ödəyərək sahib olmağı barədə maliyyə arayışı alsa da "xxxx" MTK ya məxsus və "xxxx" MMC yə məxsus mənzillərin sənədləri saxta olduğuna görə Zərərçəkmiş şəxs1 "xxxx" MTK da olan onun adına keçənə kimi onunla formal olaraq borc müqaviləsi bağlamışdı. Habelə xx.xx.2010-cu il tarixli ******* saylı çıxarışla Yevlax rayon Gülövşə kəndində 0,30 hektar torpaq sahəsində cəmi 328,28 kvm sahəsi olan 2 mərtəbəli, 4 otaqlı yaşayış evini X11 2010-cu ildə 18000-20000,00 manat arası pula satmışdır. Əvvəllər istintaqa ifadə verərkən yuxarıda qeyd edilən qətnamələr üzrə tələbkarlara qarşı avropa məhkəməsinə müraciət edəcəyini bildirsədə lakin müraciət etməmişdir. Əvvəllər istintaqa ifadə verərkən Zərərçəkmiş şəxs3 MMC yə məxsus 1 ədəd JCB JS 220 S Tırtıllı Ekskavator və 1 ədəd 3 CXSM4T Ekskavator Yükləyicilərinin dəyərini tam ödədiyini təsdiq edəcək sənəd təqdim edəcəyini bildirsədə həmin idarə dağıldığıma görə heç bir sənəd əldə edə bilməmişdir. İstintaq zamanı Şahid12 şahid qismində ifadə verərək göstərdiyi ona məxsus olan ünvan 3 ünvanında yerləşən 0,9581 hektar pay torpaq sahəsini ona 5000,00 manat pul borclu olduğuna görə həmin torpaq sahəsinə dair ona etibarnamə vermiş ki, borcunu qaytaranda etibarnaməni ləğv etsin. Lakin o, dələduzluq cinayətində təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə Şahid12 həmin torpaq sahəsini qardaşı X24 adına rəsmiləşdirmişdir. Ona azadlığa çıxdıqdan sonra, yəni 2020-ci ildə həmin torpaq sahəsini satıb Umbay Muradova borcunu verdikdən sonra qalan pulu da özünə götürməyi üçün etibarnamə vermişdir. O, ünvan 3 ünvanında yerləşən 0,9581 hektar torpaq sahəsini 4700,00 manat pula satmış və üzərinə 300,00 manat da özündən əlavə edərək Şahid12 vermişdir. Şahid8 məxsus olan lakin X41 qızının adına rəsmiləşdirilmiş Abşeron Rayon Mehdiabad qəsəbəsində yerləşən 0,2717 hektar torpaq sahəsinin Şahid8 ilə müqavilə əsasında 35000,00 manat pula razılaşaraq müqavilə bağlamış və 4500,00 manat pulu bank vasitəsi ilə Kənana ödəmiş qalanını isə onun atası Zaur Tağıyevə ödəmişdir. Şahid9 ilə anasına məxsus “Man Yük” modelli, ** NF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini ona verilmiş etibarnamə əsasında 55.000 manat dəyərində nisyə olaraq müqavilə əsasənda satın almış və müxtəlif vaxtlarda ona cəmi 11200,00 manat ödəmiş sonra yerdə qalan məbləği isə Zaur Tağıyevə vermişdir. “Mercedes Benz 320 CDİ” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili 2005-ci ildə satmış və 2017-ci ildə həmin satdığı adam tələb etdiyi üçün Namik Həbibova zəng edərək etibarnamə verməsini xahiş etmişdir. O, həbsdən çıxdıqdan sonra keçmiş sürücüsü Namik Həbibovu onunla sürücü kimi işləməyə dəvət etməmişdir. Yevlax rayonu “Bərəkət” kəndli (fermer) təsərrüfatının başçısı kimi Dövlət Aktı ilə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmiş 50,0 hektar torpaq sahəsi onun səlahiyyətinə verilməsinə baxmayaraq həmin torpaq sahəsini digər şəxslərə pay torpağı kimi paylamışlar. X28 məxsus ünvan 4 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının 1ci mərtəbəsində yerləşən 400,0 kvm olan qeyri-yaşayış sahəsini mülki etibarnamə əsasında X32 30.000 manat dəyərində satmağına baxmayaraq pul aralarında olan ticarət əqdinə görə həmin 300000,00 manat formal olaraq müqavilə rəsmiləşsin deyə banka mədaxil və məxaric edilmişdir. Mingəçevir Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(051)-39/2024 saylı qətnaməsinə əsasən ondan və oğlu X17 müştərək qaydada 300600,00 manat məbləğində pulun alınıb X32 verilməsinə dair qətnamə qəbul edilmişdir. Odur ki, ifadəsində göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram üvanlayaraq, ibtidai istintaqdakı ifadəsini təsdiq etmişdir. O, ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 2009-cu ildə BƏƏ-də yaşadığı üçün qaynı X18 xahiş etmişdir ki, ona Bakı şəhərində satın almaq üçün yeni tikilən çoxmərtəbəli evlərdən bir mənzil tapsınki o, Bakı şəhərinə gəlib həmin evi satın alsın. Elvin Əliyev ev alqı satqısı ilə məşğul olan Ziyəddin adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs və onun oğlu X33 ilə görüşərək Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 302-ci məhəllə ev 88, mənzil 172 saylı 176,4 kvm sahəsi olan dörd otaqlı mənzili 212000,00 iki yüz on iki min ABŞ dollarına razılaşmışdılar. Həmin mənzilin video görüntülərini ona telefon vasitəsi ilə göndərdikləri üçün o, mənzili bəyənmişdir. Ona görə də Bakıya gələrək Təqsirləndirilən şəxsla görüşərək mənzili almaq istədiyini bildirmişdir. Qarşılıqlı razılaşdıqdan sonra ilkin olaraq Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə 70000,00 yetmiş min ABŞ dolları pul ödəmişdir. Qalan 142000,00 ABŞ dollarını isə xx.xx.2009-cu ildə Təqsirləndirilən şəxs ödəyərək yuxarıda qeyd etdiyi mənzili satın almışdır. Evi Təqsirləndirilən şəxs satın aldıqdan sonra həmin evi təmir etdirdi ki, ailə üzvləri ilə köçüb həmin evdə yaşasın. Lakin çoxmərtəbəli evin ona aid olduğunu düşündüyü və dəyərini tamamilə ödədiyi mənzili tikib istifadəyə verən "xxxx" MTK tərəfindən ona bildirildi ki, Təqsirləndirilən şəxs ondan aldığı 212000,00 ABŞ dollarını sözügedən MTK ya ödəmədiyi üçün həmin mənzili boşaltmalıdılar. Təqsirləndirilən şəxs bunu bildirdikdən sonra ona etiraf etdi ki, doğrudan da ondan aldığı pulu MTK ya ödəməmişdir. Buna görə də onunla notarial qaydada borc müqaviləsi bağladıki həmin mənzilin pulun o yenidən MTK ya ödəsin və Təqsirləndirilən şəxs isə ondan aldığı pulu ona geri qaytaracaqdır. Həmin pulu məcbur qalıb evdən çıxarılmamaq üçün hissə hissə "xxxx" MTK ya yenidən ödəmişdir. Lakin Təqsirləndirilən şəxs ondan aldığı 212.000 ABŞ dollarını ona qaytarmadı. Buna görə də Təqsirləndirilən şəxs qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(005)-908/2012 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 212000,00 ABŞ dolları və X12 126000 ABŞ dolları məbləğində pul ödəniş gününə manat məzənnəsi ilə alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-304/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM- nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 600,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddət verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci tarixli təqdimatda qeyd edilən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-908/2012 saylı qətnaməsi üzrə ona olan 212000,00 ABŞ dolları borcunu ödəməmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2010-cu ildə özünə məxsus «Okean» adlı avtosalonunda tanış olduğu İntiqam adlı şəxs avtosalonunun yerləşdiyi Xətai rayon Babək prospektində avtomobil ehtiyat hissələri alış-verişi ilə məşğul idi. İntiqamla qarşılıqlı ticarət etdiklərinə görə ona etibar edirdi. Elə həmin ildə İntiqam onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs ona təklif etdi ki, özü avtomobil alqı- satqısı ilə məşğuldu və əgər o ona əvvəlcədən həmin razılaşdıqları məğləği ödəsə avtomobilləri ona bazar qiymətindən ucuz verəcəyinə dair söz vermişdi. Arada etibar etdiyi İntiqam adlı şəxs olduğuna görə notarial qaydada 45000,00 dollara borc müqaviləsi bağlayaraq həmin məbləği Təqsirləndirilən şəxs vermişdir. O, da əvəzində ona 20000,00 ABŞ dollar dəyərində «BMW» markalı və 25000,00 ABŞ dollar dəyərində isə «İnfiniti» markalı avtomobillər gətirəcəyini öhdəsinə götürmüşdü. Avtomobilləri iki ay müddətinə gətirəcəyinə söz verməsinə baxmayaraq sövdələşməklərindən bir il keçsədə avtomobilləri gətirməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa şəxslərə qarşı cinayət hadisəsi törətdiyi üçün dələduzluq cinayətinə görə azadlıqdan məhrumetmə növündə cəza verildiyi üçün 2016-cı ildə azadlığa çıxdıqdan sonra ona qarşı məhkəməyə müraciət etdiyinə görə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-832/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 45000 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi ilə alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051 )-304/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 600,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021 -ci tarixli təqdimatda qeyd edilən 45000,00 ABŞ dollarından heç bir ödəniş etməmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram üvanlayaraq, ibtidai istintaqdakı ifadəsini təsdiq etmişdir. Nümayəndə ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, «Femida» vəkillər bürosunda vəkil işləyir. Etibarnamə və order əsasında Zərərçəkmiş şəxs3 MMC-nin hüquqlarını müdafiə edir. Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Zərərçəkmiş şəxs3 MMC ilə müqavilə bağlayaraq 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun (P.O.304 AZ) və 2 ədəd 3 CXS markalı Ekskavator Yükləyicini ümumi məbləği olan 252265,36 manatdan 30 faiz məbləğini, yəni 75679,60 manat əvvəlcədən ödəyərək qalan 70 faizini, yəni 176585,75 manat məbləğini isə 04 ay müddətinə ödəmək şərti ilə kreditə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş 53847,90 (18 faiz ƏDV ilə 63540,52 manat) dəyərində 1 ədəd 3 CXS markalı Ekskavator Yükləyicini Zərərçəkmiş şəxs3 MMC-yə qaytarmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən 47212,00 manat məbləğində kredit ödənilmişdir. Qalan 141512,83 manat məbləğində kredit borcu və ona hesablanmış 943,43 manat məbləğində faiz borcu Zərərçəkmiş şəxs3 MMC-yə ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs3 MMC tərəfindən məhkəməyə müraciət edildiyi üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)- 1020/2010 saylı qətnaməsinə əsasən 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun (P.O.304 AZ) və 1 ədəd 3 CXSM4T markalı Ekskavator Yükləyicinin (P.O.303 AZ) alınaraq tələbkar Zərərçəkmiş şəxs3 MMC-nə qaytarılması, bu mümkün olmadıqda isə 141512,83 manat əsas borcun və 943,43 manat faiz borcun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Mingəçevir rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 3(051 )-304/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 600,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci tarixli təqdimatda qeyd edilən 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun (P.O.304 AZ) və 1 ədəd 3 CXSM4T markalı Ekskavator Yükləyicinin (P.O.303 AZ) alınaraq tələbkar Zərərçəkmiş şəxs3 MMC-nə qaytarmamış və nə də 141512,83 manat əsas borcun və 943,43 manat faiz borcundan heç bir ödəniş etməmişdir. Qeyd edilən 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun (P.O.304 AZ) və 1 ədəd 3 CXSM4T markalı Ekskavator Yükləyicinin (P.O.303 AZ) alınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 MMC-nə qaytarmasını və ya 141512,83 manat əsas borcun və 943,43 manat borcun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 hüquqi varisi qismində tanınmış X55 məhkəmə istintaqındakı ifadəsində Zərərçəkmiş şəxs4 onun anası olmasını, anasının xx.xx.2022-ci il tarixdə “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən vəfat etməsini bildirmiş və anası Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. 2012-ci ildə Şahid4 direktoru olduğu "xxxx" MMC-yə qarşı 140000,00 manat pul tələbinə dair iddia qaldırılmış və həmin iddia təmin edilmişdir. Daha sonra 2016-cı ildə Şahid4 AME cəzasına məhkum edildiyi üçün rəhbərlik etdiyi "xxxx" MMC-nin fəaliyyəti dayandırılmışdır. Bundan sonra 2019-cu il tarixdə borclular Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 qarşı Nəsimi Rayon məhkəməsində iddia qaldırdığı üçün həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsinə əsasən Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 müştərək qaydada 140000,00 manat pulun və ödənilmiş 30,00 dövlət rüsumu olmaqla, cəmi 140030,00 manat məbləğində pulun alınaraq zərərçəkmiş şəxsə verilməsi qət edilmişdir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2021-ci tarixli təqdimatda qeyd edilən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsi üzrə olan borc 140030,00 manatdır. Hazırda təqsirləndirilən şəxs borcunu ödəmişdir. Onunla bağlı heç bir tələbi və şikayəti yoxdur. Cinayət işinə əlavə edilmiş Ağdam rayon Nəmirli kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli, 333732 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X70 ilə Zərərçəkmiş şəxs4 birgə nikahlarından xx.xx.1985-ci il tarixdə X55 adlı bir uşaqları olmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ-İİ № 291602 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-1020/2010 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun (P.O.304 AZ) və 1 ədəd 3 CXSM4T markalı Ekskavator Yükləyicinin (P.O.303 AZ) alınaraq tələbkar Zərərçəkmiş şəxs3 MMC-nə qaytarılmasına, bu mümkün olmadıqda isə 141512,83 manat əsas borcun və 943,43 manat faiz borcun alınaraq Zərərçəkmiş şəxs3 MMC-nə verilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-908/2012 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 212000,00 ABŞ dolları və X12 126000,00 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə alınıb tələbkar Zərərçəkmiş şəxs1 verilməsi, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051 )-832/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 45000,00 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə alınıb Zərərçəkmiş şəxs2 verilməsi və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4050/2019 saylı qətnaməsinə əsasən Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs müştərək qaydada 14.000 manat pulun alınıb tələbkar Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir, icra sənədləri icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildirişlər borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnamələri icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, ci il tarixli, 3(051)-304/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 600,00 manat məbləğində cərimə edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarlarının icrasını təmin etməmiş və xx.xx.2021-ci il tarixədək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-1020/2010 saylı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-908/2012 saylı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051 )-832/2018 saylı və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnamələri üzrə müvafiq olaraq ödənilməli olan 142476,26 manat, 212000,00 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə, 45000,00 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 140030,00 manat məbləğində borcu vardır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid6 məhkəməyə ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, 1999-cu ildə Odlar Yurdu Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirməklə ali təhsilə yiyələnmişdir. 1999-cu il tarixdə ailə qurmaqla hazırda üç uşaq atasıdır. Daimi iş yeri olmasada avtomobil alveri ilə məşğuldur. X13 onun yaxın qohumudu və ona özünün mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakının idarə olunması ilə bağlı xx.xx.2018-ci il tarixdə Bakı şəhər 11 saylı notariat kontorunda 30 il müddətinə etibarnamə vermişdir. O, avtomobil alveri ilə məşğul olduğu üçün qohumu Ülkər Nəsrullayevanın adına «Mercedes Benz E-230» markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili 4 il bundan öncə idarə etmək məqsədi ilə satın almışdır. 2021 -ci ilin oktyabr ayının 6- sında iki oğlan övladları dünyaya gəldiyi üçün onların aylıq xərclərini ödəmək məqsədi ilə Ülkər Nəsrullayevanın mülkiyyətində olan və onun faktiki sahibliyində və idarəetməsində olan «Mercedes Benz E-230» markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə «Turbo az» avtomobil satış saytına avtomobilin şəkilləri ilə birlikdə 9300,00 manat satış qiyməti müəyyən etməklə elanı yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin elandan telefon nömrəsi vasitəsi ilə onunla əlaqə saxlayaraq avtomobili almaq niyyətinin olduğunu bildirmişdir. Buna görədə həmin tarixdə o, Təqsirləndirilən şəxsla görüşmüş və sonuncu ona bildirmişdir ki, onun satdığı avtomobili alıb onun şəxsi işlərini görməsi üçün hansısa qohumuna idarə etməsi üçün verəcəkdir. Həmin avtomobili Təqsirləndirilən şəxs «Avto servisdə» yoxlatdıqdan sonra təxminən 300-400,00 manat həcmində avtomobilin nasaz olan texniki hissələrinin düzəldilməsi üçün xərc çəkdikdən sonra ona bildirmişdir ki, onun avtomobilini mövcud bazar qiymətindən yuxarı, yəni manata lakin 24 ay müddətinə ayda 450,00 manat ödəməklə alacaq və əgər o da bu şərtlə razı olsa notarial qaydada həmin şifahi razılaşmanı rəsmiləşdirəcəklər. Sözü gedən təkliflə razılaşdığı üçün Bakı şəhər 11 saylı notariat kontorunda xx.xx.2022-ci il tarixli müqavilə bağlayaraq avtomobili Təqsirləndirilən şəxs 10800,00 manata satmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid7 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsini bitirməklə ali təhsilə yiyələnmişdir. 2012-ci il tarixdən ailə quraraq iki uşaq atasıdır. 2016-cı ildə istehsal olunan «Shevralet Malibu» markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci il tarixdə satın almışdır. Digər avtomobil almaq üçün özünə məxsus ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili Cəlilabad rayon Göytəpə şəhərinin icra nümayəndəsi vəzifəsində işləyən Şəfayətli (Əsgərov) Niyaməddin Qaraş oğluna 19000,00 manata satması üçün vermişdir. Həmin avtomobili etibarnamə vermədən Şahid5 vermişdir ki, Bakı şəhərinə avtomobili gətirib texniki göstəricilərini yoxlatsın. Avtomobili Şahid5 Bakı şəhərinə gətirərək burada texniki baxışdan keçirdikdən sonra ona telefon vasitəsi ilə zəng vuraraq bildirmişdir ki, avtomobili yoxladıblar göstəriciləri yaxşıdı və Təqsirləndirilən şəxs adına etibarnamə versin 19000,00 manat pulu o, rayona gələndə gətirəcəkdir. Şahid5 həmkəndlisi olduğu üçün ona etibar edərək avtomobilin qiyməti olan 19000,00 manat pulu almamış Təqsirləndirilən şəxs adına etibarnamə vermişdir. O, Təqsirləndirilən şəxs adına etibarnamə verdikdən bir neçə gün sonra Şahid5 Cəlilabad rayonuna gələrək onun pulunu gətirmişdir. O, Təqsirləndirilən şəxs şəxsən tanımır və heç vaxt görməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid5 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə Memarlıq və İnşaat universitetinin inşaat fakültəsini bitirməklə ali təhsilə yiyələnmişdir. 2003-cü il tarixdən ailə quraraq üç uşaq atasıdır. 2022-ci ilin yanvar ayından Cəlilabad rayon İHB-nın Göytəpə şəhər icra nümayəndəsi vəzifəsində işləyir. 2012-ci ilədək soy adı Əsgərov olmuşdur lakin 2012-ci ildə babasının adı Şəfayət olduğu üçün soy adını Əsgərov soy adını Şəfayətli soy adına dəyişmiş və Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs 2019-cu ildə Bakı şəhərində 8-ci km deyilən yerdə avtomobil bazarında avtomobil alveri ilə məşğul olan şəxs kimi tanımışdır. Onun Cəlilabad şəhərində tanıdığı yaxın münasibətdə olduğu şəxslər Şahid7 özünə məxsus olan «Chevrolet Malibu» markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili və X37 məxsus «Hyundai Sonata» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri ona satmaq məqsədlərinin olduğunu bildirdikləri üçün o, İldırım Qasımovla telefon əlaqəsinə girərək avtomobillərin göstəricilərini və həmin şəxslərin satmaq istədikləri qiymətləri dedikdən sonra Təqsirləndirilən şəxs ona həmin avtomobilləri Bakı şəhərinə gətirməyini xahiş etmişdir. 2021-ci ildə Şahid7 məxsus olan «Chevrolet Malibu» markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobili 19000,00 manat məbləğinə satmaq istədiyini Təqsirləndirilən şəxs bildirmiş və sonuncu həmin avtomobili kimə neçəyə satmağı barədə onun məlumatı yoxdu sadəcə ona yanında olan tanımadığı bir şəxslə birlikdə həmin məbləği ödəmişlər və İldırım ona bildirmişdir ki, bu avtomobili daxili kredit vasitəsi ilə kiməsə satacaqdır. Avtomobilin dəyəri olan 19000 manat pulu ona ödədiyi üçün Təqsirləndirilən şəxs adına satmaq və s. səlahiyyəti verən etibarnamə verməsini Şahid7 xahiş etmiş və ona telefon vasitəsi ilə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini atmışdır ki, həmin etibarnaməni İldırımın adına notariusda yazdırsın. 2022-ci ilin yanvar ayında X37 məxsus «Hyundai Sonata» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili isə 10000,00 manat məbləğinə satmaq istədiyini bildirmiş və Təqsirləndirilən şəxs Bakı şəhərində 9-cu mikrorayonda özünün dediyinə görə yaşadığı evin yaxınlığında çay evində ona avtomobilin dəyəri olan 10000,00 manat pulu nağd olaraq ödədiyi üçün həmin avtomobili idarə etmək, satmaq və s. üçün İldırımın adına etibarnamənin vermilməsini Arif Ağayevdən xahiş etdiyi üçün İldırımın adına sözügedən etibarnamə verilmişdir. Yuxarıda qeyd etdiyi Təqsirləndirilən şəxsla etdiyi alqı satqıdan ona yalnız müvəqqəti pul lazım olduğu üçün Arif Ağayevdən və Şahid7 müəyyən məbləğ borc olaraq götürmüşdür, lakin sonra həmin həmyerlilərindən götürdüyü borcu qaytarmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid4 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, 2007-ci ildə yaxın bir nəfərin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin dövrlərdə o, Bakı şəhəri Yeni Yasamal ərazisində "xxxx" MMC şirkəti adı altında çoxmərtəbəli evlərin tikintisi ilə məşğul idi. Həmin vaxlarda Təqsirləndirilən şəxs özünə məxsus Abşeron rayon ərazisində Masazır kəndində 04 hektar torpağının olduğunu bildirərək onun Yeni Yasamalda tikdirdiyi çoxmərtəbəli evin bir neçə mənzil ilə bir milyon manat dəyərində dəyişməyini təklif etmişdir. İldırım tərəfindən edilən bu təklif ona cəlbedici gəldiyi üçün həmin torpağa baxmış və təklifi qəbul etmişdir. Bundan sonra sözügedən dəyişməni rəsmiləşdirmək məqsədi ilə xx.xx.2007-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu X38 ilə müqavilə bağlamışlar və imzaları ilə təsdiq etmişlər. Torpağın çıxarışı Real Əsgərovun adına olduğu üçün müqavilə ikisi arasında imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxsla şifahi razılaşma, onun oğlu Real Əsgərovla rəsmi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Belə ki, həmin müqavilənin şərtlərinə uyğun olaraq tikdiyi Bakı şəhəri Yeni Yasamal ərazisində yerləşən özünə məxsus çoxmərtəbəli evin mənzillərini və qeyri yaşayış sahəsini Təqsirləndirilən şəxs göstərişi ilə onun dediyi şəxslərin adlarına müqavilə bağlayaraq öhdəliyini icra etmişdir. Lakin qarşı tərəf yəni Təqsirləndirilən şəxs ona Abşeron rayon ərazisində Masazır kəndində 04 hektar torpağı etibarnamə ilə versədə həmin torpağa dair sənəd saxta çıxmışdır. Belə ki həmin torpağı ona verməmişdən öncə «Standart» Banka girov qoyaraq yüklü etdiyi üçün torpağı onun adına rəsmiləşdirmək mümkün olmamışdır. Bundan sonra 2008-ci ildə Təqsirləndirilən şəxs və Şahid3 dələduzluq cinayətində təqsirli bilindikləri cinayət işinə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə baxılarkən ondan Təqsirləndirilən şəxs xahiş etmişdir ki, Ovud Əliyevə təklif etsinki məhkəmədə ona dəyən ziyanın, yəni 140000,00 manatın tamamilə ödənilməsi barədə ərizə versə ona əvəzində mülkiyyətində olan çoxmərtəbəli evin 140000,00 manat dəyərində qeyri yaşayış sahəsinə rəsmi müqavilə ilə qiyməti ödənilmiş kimi sənəd versin. Təqsirləndirilən şəxs ona həmin vaxt söz verdiki həbsdən çıxdıqdan sonra 3 ay müddətinə Ovod Əliyevin arvadı Zərərçəkmiş şəxs4 ilə bağlayacağı müqavilədə göstərəcəyi 140000,00 manat ona ödəyəcəkdir. O, Təqsirləndirilən şəxs inanaraq sözügedən təklifi Ovod Əliyevə eləmiş və Ovod bu təkliflə razılaşaraq onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yaşayış evinin 7-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 kvm olan qeyri yaşayış sahəsinə 140000,00 manat ödəniş edilmiş kimi göstərilməklə Ovod Əliyevin arvadı Zərərçəkmiş şəxs4 adına müqavilə bağlamışdır. Bundan sonra Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs və Şahid3 Ovod Əliyevə qarşı dələduzluq cinayəti törətmələri nəticəsində ona dəyən maddi ziyanın sonuncular tərəfindən tamamilə ödənilməsi və onlara qarşı heç bir şikayətinin və tələbinin olmaması barədə ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs həbsdən azad olduqdan sonra ona söz verdiyi 140000,00 manat pulu ödəmədiyi üçün Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində yaşayış evinin 7-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 kvm olan qeyri yaşayış sahəsini müqavilə üzrə versədə faktiki olaraq Zərərçəkmiş şəxs4 verməkdən imtina etmişdir. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. CM-sinə edilən dəyişikliklə əlaqədar xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, azadlıqdan məhrumetmə cəzası çəkərkən Zərərçəkmiş şəxs4 məhkəməyə müraciət etdiyinə görə məhkəmə onlardan müştərək qaydada 140000,00 manatın alınıb Zərərçəkmiş şəxs4 verilməsi barədə qətnamə qəbul etmiş və buna görə də apellyasiya şikayəti verərək nəticəsini gözləyir. Ovod Əliyev nə də ki Zərərçəkmiş şəxs4 tərəfindən ona Bakışəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivində evinin 7-ci blok, 1-ci ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 kvm olan qeyri yaşayış sahəsinə görə 140.000 manat ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, Ovod Əliyev və Zərərçəkmiş şəxs4 birgə mülkiyyətində olan qeyri yaşayış sahəsini girov qoyaraq pul götürüyü üçün cinayət məsuliyyətindən onu xilas etmək məqsədi ilə onların adına qeyri yaşayış sahəsi 140000,00 manat ödənilmiş kimi göstərməklə müqavilə bağlasın. Həbsdən çıxacağı təqdirdə ona 140000,00 manat pulu ödəyəcək və ya digər əmlakla həmin məbləğdə əvəzləşdirmə edəcəkdir. O, həbsdən yeni çıxdığı üçün hələki heç bir əmək fəaliyyəti ilə məşğul deyil, lakin eşitdiyinə və bildiyinə görə Təqsirləndirilən şəxs etibarnamə ilə avtomobil alqı satqısı, yeni çoxmərtəbəli evlərin mənzillərinin alqı satqısı və torpaq alqı satqısı ilə məşğuldur və Zərərçəkmiş şəxs4 olan borcunu ödəməyə kifayət qədər maddi imkanı var. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, 2000-ci ildən Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən «222 Avto Servis» i 2006-cı ilədək idarə etməklə rəhbərlik edirdi. Elə həmin servisdə Təqsirləndirilən şəxs və Ovod adlı şəxslə 2002 və ya 2003-cü ildə tanış olmuşdur. Həmin şəxslərlə tanış olduqdan sonra dost olmuşdur. Eşitdiyinə görə Ovod digər dostları Təqsirləndirilən şəxs özünün şəxsi biznesini genişləndirmək üçün pu! verməliydi və həmin biznesdən Ovoda verdiyi pul müqabilində gəlir verməyi İldırım öhdəsinə götürmüşdür. Ovodun şəxsi mülkiyyətində Bakı şəhərində X26 yaxınlığında qeyri yaşayış sahəsi var idi. Həmin qeyri yaşayış sahəsini Ovod arvadı Şəfayətlə birlikdə Təqsirləndirilən şəxs vermişdilər ki, həmin əmlakı banka girov qoymaqla onun adına bankdan pul götürsünlər və götürdükləri pulu İldırım işlədərək həm bankın pulunu qaytarsın həm də Ovoda gəlir versin. Dost olduqlarına görə Ovoda və İldırıma inanaraq həmin qeyri yaşayış sahəsini girov qoymaqla deyəsən Standart Bankdan onun adına 100000,00 manat kreditə pul götürmüşlər. Həmin pulu bankdan ona təhvil vermişlər və o, bankdan çıxdıqdan sonra qeyd etdiyi məbləğin Ovodun əvvəlcədən ona borclu olduğu 5000,00 manatın götürüb qalan 95000,00 manatın Ovoda təhvil vermişdir. Sonradan eşitdi ki, Ovod Təqsirləndirilən şəxs 37000,00 manat və ya 47000,00 manat arasında pul vermişdir. O, avto servis işlədəndə onun tanıdığı adamlar avtomobillərini satmaq üçün onun yanına gəlirdilər və o bildiyinə görə Təqsirləndirilən şəxs çoxmənzilli evlər tikib satırdı ona görə də ona daim əlində işlətmək üçün nağd pula ehtiyacı olurdu. Onun yanına avtomobilini satmağa gələn şəxslərlə Təqsirləndirilən şəxs tanış edirdi və avtomobillərini həmin dövr üçün bazar qiymətindən baha nisyə olaraq satmağı təklif edirdi. Həmin avtomobilləri Təqsirləndirilən şəxs nisyə olaraq baha satanlara o, zamin dururdu ki, İldırım pullarını verəcəkdir. Həmin nisyə alış verişdən həm avtomobillərini satan şəxslər həm də Təqsirləndirilən şəxs ona 300-500,00 manat məbləğində vasitəçilik üçün hörmət edirdilər. Bu cür alverlərdən son üç nəfərinə Təqsirləndirilən şəxs vədd etdiyi müddətdə avtomobillərin pullarını ödəmədiyi üçün həmin şəxslər vasitəçi kimi həm ondan həm də İldırımdan şikayət etdikləri və sübuta yetdiyi üçün onların barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Bunlarla yanaşı Ovod da şikayət etdiyi üçün, çünki Təqsirləndirilən şəxs onada verdiyi vədə əməl etməmişdir. Onuda istintaq orqanı tərəfindən zərərçəkmiş kimi tanımışlar. Məhkəmə dövründə avtomobil satanlar məhkəməyə ərizə verərək onlara dəymiş ziyanın ödənildiyini bildirmişlər. Lakin həmin ziyanların kimin tərəfindən necə ödənilməsi barədə məlumatı yoxdur. Ovodun isə şikayətini geri götürməsinin səbəbi Təqsirləndirilən şəxs şəriki və dostu Qoşun adlı şəxs özlərinin tikdikləri Bakı şəhəri Yeni Yasamal ərazisində yerləşən çoxmərtəbəli evlərin birinci mərtəbəsində olan qeyri Yaşayış sahəsi müqavilə ilə Ovodun adına rəsmiləşdirdikləri üçün maddi ziyanın ödənilməsi barədə məhkəməyə ərizə yazmışdır. Həmin cinayət işi üzrə zərərçəkənlərin maddi ziyanları ödənildiyi üçün Təqsirləndirilən şəxs və ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilərək 3 il şərti olaraq azadlığa buraxılmışlar. Bundan sonra o nə Təqsirləndirilən şəxs nədə ki Ovodu görməmişdir. 2019- cu ildə Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən məhkəmənin qətnaməsini icra edilməsi üçün dəvət edildikdə məlumatı olub ki, Ovod vəfat etmiş və onun həyat yoldaşı Zərərçəkmiş şəxs4 onu Təqsirləndirilən şəxs və Qoşun adlı şəxsi məhkəməyə verdiyi üçün onlardan müştərək qaydada 140000,00 manat pulun alınıb Zərərçəkmiş şəxs4 verilməsi barədə qətnamə çıxarılmışdır. Onun məhkəmə baxışından və qətnamədən xəbəri olmadığı üçün ötürülmüş apellyasiya şikayətinin müddəti məhkəmə tərəfindən bərpa edilərək Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti göndərilmiş və icra işi buna görə dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanıldığı üçün Ali Məhkəməyə şikayət vermişdir. Çünki o Ovoddan ona borclu olduğu 5000,00 manatdan başqa heç bir pul almamışdır. Ondan pulu Təqsirləndirilən şəxs almış və oda qaytarmalıdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş Şahid9 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, X29 onun anasıdır. X56 isə onun atasıdır. X67 ilə atası Zaur Tağıyev 2002-ci il tarixdən rəsmi olaraq aralarında olan nikah pozulmuşdur və onlar ayrılıqda yaşayırlar. Belə ki, anası yuxarıda qeyd olunan ünvanda onunla birlikdə yaşayır. 2019-cu ildə anasına bildirmişdir ki, atası Zaur Tağıyevin vasitəsi ilə Təqsirləndirilən şəxs adlı bir nəfərlə tanış olmuşdur. Anasının mülkiyyətində olan «MAN YÜK» modelli, ** NF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini satmaq istəyirdilər. Həmin İldırım adlı şəxs sözü gedən yük avtomobilini ona nisyə olaraq satmağını və razılaşacaqları məbləği bir neçə ay müddətinə tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna görə də yük avtomobili X67nın mülkiyyətində olduğu üçün ona mülkiyyət etibarnaməsi vermişdir ki, onlar bu məsələni öz aralarında həll etsinlər anası notariat ofisinə hər dəfə gedib gəlməsin. xx.xx.2019-cu il tarixdə anasının ona verdiyi etibarnamə əsasında «avtomobili nisyə alqı-satqısı müqaviləsi» bağlayaraq «MAN YÜK» modelli, ** NF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini 55000,00 manat məbləğinə razılaşaraq müqavilə üzrə həmin günə 200,00 manat ödəməklə qalan məbləğdən 10000,00 manatı 5 gün ərzində digər qalan 44800,00 manat məbləğində pulu isə 4 ay müddətinə ödəməyi Təqsirləndirilən şəxs öhdəsinə götürmüşdür. İki dəfə 3.000 manat, bir dəfə 5000,00 manat pul ödədikdən sonra heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs nisyə alqı satqı müqaviləsi əsasında veirlmiş onun mülkiyyətində olan «MAN YÜK» modelli, ** NF *** dövlət qeydiyyat nişanlı yük avtomobili hazırda kimin istifadəsində və ya mülkiyyətində olması barədə heç bir məlumatı yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid8 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, ailəli olmaqla bir uşaq atasıdır. 2014-2018-ci illərdə Rusiya Federasiyasında MDU-nin hüquq fakültəsini bitirmişdir. Ali təhsil aldıqdan sonra Bakı şəhərində yerləşən «Avropa» hüquq şirkətində işləmişdir. Təqsirləndirilən şəxs atası X56 vasitəsi ilə 2019-cu ilin sentyabr ayında tanış olmuşdur. Təqsirləndirilən şəxsla tanış olduqdan sonra ümumi etibarnamə əsasında X5 məxsus Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən və faktiki olaraq ona məxsus olan 0,2717 hektar torpaq sahəsini Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ilkin alqısatqı müqaviləsinə əsasən 35000,00 manat məbləğinə razılaşaraq satmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona ilkin olaraq 1000,00 manat, daha sonra 4000,00 manat və sonda 30000,00 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə bağlanan tarixdə, yəni xx.xx.2019-cu il tarixdə 43 saylı notariat ofisin depozit hesabı vasitəsi ilə 1000,00 manat pul ödəmişdir. Daha sonra isə yəni xx.xx.2020-ci il tarixdə müqavilədə göstərilən öhdəliklə bağlı Təqsirləndirilən şəxs ona ödəməli olduğu 4000,00 manat puldan 3500 manatını nağd şəkildə ödəmişdir. Lakin sonuncu ödənişdən sonra ona heç bir ödəniş etməmişdir. İlkin alqı satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs vermiş olduğu etibarnaməni ləğv etdirmək üçün notariat kantoruna müraciət etsə də həmin notarius tərəfindən onun iştirakı olmadan qanunsuz olaraq alqı satqı müqaviləsi imzalanmış və həmin torpaq sahəsini ona borclu olduğu qalan pulu ödəmədən rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona faktiki olaraq onun mülkiyyətində və istifadəsində olan Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 0,2717 hektar torpaq sahəsini xx.xx.2019-cu il tarixli ilkin alqı- satqı müqaviləsinə əsasən və həmin müqavilə bağlandıqdan sonra cəmi 4500,00 manat məbləğində pul ödəmişdir. Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 0,2717 hektar torpaq sahəsi hazırda kimin istifadəsində və ya mülkiyyətində olduğunu bilmir lakin həmin müqavilənin və etibarnamənin ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, şahid X29 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, Şahid9 və Şahid8 hər ikisi onun X56 ilə birgə nikahlarından olan övladlarıdır. Zaur Tağıyev ilə 2002-ci il tarixdən rəsmi olaraq aralarında olan nikah pozulmuşdur və onlar ayrılıqda yaşayırlar. Belə ki, o, yuxarıda qeyd olunan ünvanda uşaqları ilə birlikdə yaşayır. Şahid9 2019-cu ildə ona bildirmişdir ki, atası Zaur Tağıyevin vasitəsi ilə Təqsirləndirilən şəxs adlı bir nəfərlə tanış olmuşdur. Onun mülkiyyətində və adında olan «MAN YÜK» modelli, ** NF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini satmaq istəyirdilər. Həmin İldırım adlı şəxs oğlu Emilə sözü gedən yük avtomobilini ona nisyə olaraq satmağını və razılaşacaqları məbləği bir neçə ay müddətinə tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna görə də o yük avtomobili onun mülkiyyətində olduğu üçün oğlu Şahid9 mülkiyyət etibarnaməsi vermişdir ki, onlar kişidilər bu məsələni özləri həll etsinlər notariat ofisinə hər dəfə gedib gəlməsin. xx.xx.2019-cu il tarixdə oğlu Şahid9 onun ona verdiyi etibarnamə əsasında «avtomaşının nisyə alqı-satqısı müqaviləsi» bağlayaraq «MAN YÜK» modelli, ** NF *** dövlət qeydiyyat nişanlı yük avtomobilini 55000,00 manat məbləğinə razılaşaraq müqavilə üzrə həmin günə 200,00 manat ödəməkləqalan məbləğdən 10000,00 manatı 5 gün ərzində digər qalan 44800,00 manat məbləğində pulu 4 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İki dəfə 3000,00 manat, bir dəfə 5000,00 manat pul ödədikdən sonra heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs nisyə alqı satqı müqaviləsi əsasında verilmiş onun mülkiyyətində olan “MAN YÜK” modelli, ** NF *** dövlət qeydiyyat nişanlı yük avtomobili hazırda kimin istifadəsində və ya mülkiyyətində olması barədə heç bir məlumatı yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid11 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, iki uşaq atasıdır ailəli olmaqla Məştağa kəndində yaşayır və sürücü işləyir. Təqsirləndirilən şəxs ilə rəhmətə getmiş xalası oğlu Oktay Məlikovun vasitəsi ilə tanış olmuş və onu Təqsirləndirilən şəxs şəxsi sürücüsü olaraq işə götürüb ayda 250,00 ABŞ dollar aylıq maaş verirdi. Təqsirləndirilən şəxs özünə məxsus Yasamal rayonunda «Taleh» adlı kafenin yaxınlığında «Avto salonu» var idi və avtomobil alış-verişi ilə məşğul olurdu. Belə ki, müxtəlif şəxslərdən xarici markalı modelli avtomobillər ya nağd pul ödəyərək və ya torpaq və ya mənzil barter edərək alıb satırdı. Sonradan dələduzluq cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və oda «Azəriqaz» idarəsində sürücü olaraq işə düzəlmişdir. 2017-ci ildə Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra ona zəng vuraraq yenidən onun yanında şəxsi sürücü olaraq işləməyini və hər ay 300-400,00 manat məbləğində maaş təklif etsə də, o həmin təklifdən imtina etmişdir. Təqsirləndirilən şəxs aldığı və faktiki olaraq onun mülkiyyətində olan lakin sənəd üzərində onun olduğu görünən «Mercedes Benz 320 CDİ» markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil onun adında olsada heç vaxt faktiki olaraq onun mülkiyyətində olmamışdır və Təqsirləndirilən şəxs məxsus olmaqla onun faktiki mülkiyyətində olmuşdur. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra, yəni 2016- 2018-ci illərdə dəqiq vaxtı xatırlamır ona telefonla zəng edərək sənəd üzrə onun olduğu görünən lakin Təqsirləndirilən şəxs mülkiyyətində və faktiki istifadəsində olan «Mercedes Benz 320 CDİ» markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili ona məlum olmayan məbləğə satdığını və həmin avtomobili satdığı şəxsin adına etibarnamə verməyini ondan tələb etdiyi üçün həmin etibarnaməni vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, həmin avtomobil onsuzda onun mülkiyyətindir və o heç həmin avtomobili görməmiş odurki onun adından çıxartsın. Ona görə də 22 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs adına mülkiiyyətlə bağlı etibarnamə verdi ki, avtomobili satdığı adamın adına qeydiyyata aldırsın və həmin avtomobil rəsmi olaraq onun adından çıxsın. Təqsirləndirilən şəxs 2017-ci il tarixdə ona telefon vasitəsi ilə zəng vurub azadlığa çıxdığını və yenidən avtomobil alqı-satqısı ilə məşğul olduğunu eyni zamanda onunla yenidən sürücü kimi işləyərsə hər ay 300-400,00 manat maaş verə biləcəyini işlərinin yaxşı getdiyini bildirmişdir. «Mercedes Benz 320 CDİ» markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt faktiki olaraq nə onun mülkiyyətində nə də ki, faktiki olaraq onun istifadəsində olmayıb çünki həmin avtomobil Təqsirləndirilən şəxsdu onun istifadəsində olub və sonuncu cəzasının çəkib qurtardıqdan sonra satdığı üçün ondan etibarnamə verməyini tələb etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş, Şahid12 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O ifadəsində göstərmişdir ki, üç uşaq atasıdır ailəli olmaqla Yasamal rayonunda yaşayır və fərdi qaydada təsərrüfatla məşğuldur. Təqsirləndirilən şəxs ilə 2000-ci illərdə tanış olmuşlar sonradan tanışlıq münasibətləri dostluğa çevrilmişdir. 2012-ci ilin əvvəllərində yaxın dostluq münasibətlərinə görə həmin vaxtlar avtomobil alveri ilə məşğul olduğu üçün 5000,00 manat borc pul istəmiş və oda alış-verişinin yaxşı olması və pul qazanması səbəbindən ona həmin məbləği borc olaraq vermişdir ki, işləyib qaytarar. Bir müddət sonra həmin pulu qaytarmadığı üçün pulun girovu olaraq özünə məxsus olduğunu iddia etdiyi ünvan 6 ünvanında yerləşən təxminən 95 sot, yəni 0,9581 hektar pay torpaq sahəsini ona etibarnamə ilə vermişdir ki, nə vaxt pulunu qaytarsa torpağını ona geri verər. Bundan sonra 2013-cü ildə dələduzluq cinayəti ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün həmin torpaq səhəsini onun adına etibar olunduğuna görə qardaşı X25 adına rəsmi olaraq keçirməklə çıxarış almışdır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra yəni xx.xx.2020-ci il tarixdə sonuncuya qardaşının adından etibarnamə vermişdi ki, həmin torpaq sahəsini sataraq həm onun pulunu versin həm də özünə qazanc əldə etsin. Lakin Təqsirləndirilən şəxs həmin torpağı onun tanımadığı adama 4200,00 manata satdığını bildirərək ona cəmi qeyd etdiyi qədər pul vermişdir. Təqsirləndirilən şəxs ilə çox yaxın dostluq münasibətində olduğu üçün maklerlik fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etdiyini bildiyi üçün ona 200 manat pul təklif etmişdir ki, əziyyət çəkib torpağını satıbdır. Təqsirləndirilən şəxs müxtəlif şəxslərə məxsus olan torpaq sahələrini və müxtəlif modelli markalı müxtəlif şəxslərə məxsus olan avtomobillərin alqı satqısını həyata keçirməklə hal hazırda da qazanc əldə edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan 26 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və ********* nömrəsi ilə icraatına qəbul edilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(051)-908/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 212.000 ABŞ Dolları məbləğində pulun və 126.000 ABŞ Dolları məbləğində pulun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İşdə olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(051)-908/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 212.000 ABŞ Dolları məbləğində pulun və 126.000 ABŞ Dolları məbləğində pulun Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. İşdə olan 02 iyul 2012-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(051)-908/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi 02 iyul 2012-ci il tarixli icraata daxil olmuşdur. İşdə olan xx.xx.2012-ci il tarixli, 3752 №li tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(051)-908/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin 10 gün ərzində könüllü icrası tələb olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2012-ci il tarixli, 8(051)- 337/2012 saylı borclunun ölkədən getmək hüququnun məhdudlaşması barədə qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İşdə olan 24 iyun 2019-cu il tarixli, 16 iyul 2019-cu il tarixli, 08 avqust 2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. İşdə olan 15 yanvar 2016-cı il tarixli, 30 avqust 2019-cu il tarixli “borclunun axtarılması haqqında qərar”ın surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması qərara alınmışdır. İşdə olan xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli cinayət xəbərdarlıqlarından görünür ki, Təqsirləndirilən şəxs borcun ödənilməsi tələb olunmuş əks halda, cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1020/10 saylı, 21 aprel 2010-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 1 ədəd JCB JS220 S Tırtıl ekskavator və 1 ədəd 3 CXSM4T Ekskavator yükləyicisi alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda Təqsirləndirilən şəxs 141512,83 manat əsas borc və 943,43 manat və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 MMC-yə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 23 may 2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1020/10 saylı, 21 aprel 2010-cu il tarixli icra sənədi 20 may 2016-cı il tarixli icraata daxil olmuşdur. İşdə olan 24 may 2016-cı il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1020/10 saylı, 21 aprel 2010-cu il tarixli icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 8(051)- 577/2017 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, borclu Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1020/10 saylı, 21 aprel 2010-cu il tarixli icra sənədi icra olunanadək ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-832/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 45000,00 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə alınıb Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İşdə olan 24 aprel 2018-ci il tarixli, 2(051)-832/2018 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 45000 ABŞ Dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-832/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 45000 ABŞ Dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İşdə olan 06 iyun 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-832/2018 saylı, xx.xx.2018-ci il tarixli icraata sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuşdur. İşdə olan 06 iyun 2018-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-832/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədini icra etmək üçün 10 gün vaxt verilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 müştərək qaydada 140.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140030 manat pul alınaraq Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4050/2019 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 müştərək qaydada 140.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140030 manat pul alınaraq Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinn Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1356/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsi cavabdeh Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2791/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1356/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. İşdə olan 04 oktyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə icraata qəbul edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icrası tələb olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli icraatın birləşdirilməsi barədə qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs borclu olduğu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-1020/2010 saylı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-908/2012 saylı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)- 832/2018 saylı və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı icra sənədlərinin ümumi icraatda birləşdirlməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(051)-908/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi, Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1020/10 saylı, 21 aprel 2010-cu il tarixli icra sənədi, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı icra sənədi, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-832/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqələri üzrə borcunu ödəmədiyinə görə 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-304/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 manat cərimə edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 3(051)-304/2021 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 manat cərimə edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-304/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-304/2021 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində icra olunması qərara alınamışdır. İşdə olan 30 noyabr 2021-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-39/2024 saylı qətnaməsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs və X19 müştərək qaydada 300600,00 manat məğləğində pul alınıb X32 verilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, X6 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0,2717 hektar torpaq sahəsini etibarnamə əsasında nümayəndəsi Şahid8 Təqsirləndirilən şəxs 35000,00 manat məbləğində pula satmışdır. İşdə olan "xxxx" ASC Mərkəzi filialının xx.xx.2019-cu il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 43 saylı notariat kontorunun vasitəsi ilə ilkin alqı-satqı müqaviləsi üzrə Şahid8 1.000 manat pul ödəmişdir. İşdə olan Yevlax rayonu “Bərəkət” kəndli (fermer) təsərrüfatının dövlət aktının surətindən görünür ki, kənd təsərrüfatı məhsulları istehsal etmək Təqsirləndirilən şəxs 50,0 hektar pay torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Məşğulluq haqqında 29 iyun 2018-ci il tarixli Qanununun 4.1.3-cü maddəsində göstərilir ki, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X14 20 Saylı Ərazi Məşğulluq Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi (**********) saxlanılmış, lakin cavablandırılmamışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X70 ilə Zərərçəkmiş şəxs4 nikahı xx.xx.1980-ci il tarixli, 333732 saylı aktla Ağdam rayon Nəmirli kənd sovetliyində qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X70 ilə Zərərçəkmiş şəxs4 birgə nikahlarından xx.xx.1985-ci il tarixdə X55 adlı uşaqları doğulmuşdur. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2008-ci il tarixli, 1(101)- 1118/2008 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.3-cü maddələri ilə cəzaları toplanılması və ona qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə onun həmin cəzaya şərti olaraq məhkum edilməsi 3 il sınaq müddətinin müəyyən edilməsi hökm edilişdir. İşdə olan EMF elektron icra sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2020-2021-ci illərin müxtəlif aylarında istifadəsində və idarəetməsində olan «Chevrolet Malibu» markalı, ** RU *** dövlət qeydiyyat nişanlı, «X62» markalı, ** PF *** dövlət qeydiyyat nişanlı və «BMW-X6» markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilləri Bakı şəhərində və Bakı- Əələt-Qazax-Gürcüstan magistral yolunda idarə etməklə inzibati xətalar törətdiyi üçün inzibati cərimə tənbehinə məruz qalmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli, 1(101)- 712/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və cəzanın başlanğıcı 24 mart 2012-ci il tarixdə hesablanması hökm edilmişdir. İşdə olan 09 mart 2022-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanmaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi qismində tanınması qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İşdə olan 10 noyabr 2009-cu il tarixli maliyyə arayışına əsasən "xxxx" MTK-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binasında 3-cü giriş, 15-ci mərtəbəsində ümumi sahəsi 113,5 kvm olan 2 otaqlı, 245 saylı mənzilin pay dəyəri 45400,00 manat Təqsirləndirilən şəxs tərəfidən ödənilmiş və onun "xxxx" MTK-ya borcu qalmamışdır. İşdə olan Bakı şəhəri 11 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli ilkin müqaviləsindən görünür ki, X3 məxsus olan “Mercedes Benz E 230” minik markalı avtomobili etibarnamə əsasənda nümayəndəsi Şahid6 Təqsirləndirilən şəxs 10800,00 manat məbləğində pula satmışdır. İşdə olan Bakı şəhəri 43 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli avtomaşının nisyə alqı-satqı müqaviləsindən görünür ki, X20 məxsus “Man Yük” modelli ** NF *** DNN-lı yük avtomobilini etibarnamə əsasında nümayəndəsi Şahid9 Təqsirləndirilən şəxs 55.000 manat məbləğində pula satmışdır. İşdə olan "xxxx" ASC Mərkəzi filialının xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 43 saylı Notariat Kontorunun vasitəsi ilə avtomobilə görə müqavilə üzrə Şahid9 3000,00 manat pul ödəmişdir. İşdə olan "xxxx" ASC Mərkəzi filialının xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 43 saylı Notariat Kontorunun vasitəsi ilə nisyə alqı-satqı müqaviləsi üzrə Şahid9 5.000 manat pul ödəmişdir. İşdə olan Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli ilkin müqaviləsinə əsasən X39 ünvan 7 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400 kv/m olan qeyri-yaşayış sahəsini X32 310000,00 manat məbləğində pula satmışdır. İşdə olan "xxxx" ASC Mərkəzi filialının xx.xx.2020-ci il tarixli qəbzinin ksero surətindən görünür ki, X42 tərəfindən Təqsirləndirilən şəxs verilməsi üçün Bakı şəhər 9 saylı Notariat Ofisinin məktubuna əsasən bankın depozit hesabına qoyulmuş 300000,00 manat məbləğində pul Təqsirləndirilən şəxs təhvil verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərəçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə özünü könüllü olaraq Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təqdim etmiş və aidiyyəti üzrə təhvil verimişdir. İşdə olan 12 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın elan olumnmuşdur. İşdə olan 12 mart 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və onun RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X7 İldırım Qasım oğlu ilə barışmışdır. Belə ki, ona dəymiş zərərin əvəzi tam olaraq ödənilmişdir. Bununla belə, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan 14 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı dövrdə qonşular arasında hörmət qazanmışdır, onun barəsində 14 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. İşdə olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 10.11,2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 03 il şərti sınaq müddəti müəyyən edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə şərti məhkumetmə ləğv edilmiş və üzərindən məhkumluğu götürülmüş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzası 08 ilə endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 2744 saylı “Əhv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(051)-908/2012 saylı, xx.xx.2012-ci il tarixli, Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1020/10 saylı, 21 aprel 2010cu il tarixli, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4050/2019 saylı, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-832/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 141512,83 manat əsas borcunu və 943,43 manat faiz borcunu Zərərçəkmiş şəxs3 MMC-nə, 212000,00 ABŞ dolları məbləğində borc pulunu Zərərçəkmiş şəxs1, 45000,00 ABŞ dolları məbləğində borcunu Zərərçəkmiş şəxs2 və 140030,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs4 ödəməyərək həmin şəxslərə maddi ziyan vurmaqla ödənilməsinə dair Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(051)-908/2012 saylı, xx.xx.2012-ci il tarixli, Bakı şəhər Yasamal rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-1020/10 saylı, 21 aprel 2010-cu il tarixli, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 4050/2019 saylı, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-832/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(051)-304/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 manat cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixlərdə cinayət məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 1 ədəd JCB JS220 S markalı Tırtıllı Ekskavatorun və 1 ədəd 3 CXSM4T markalı Ekskavator Yükləyicinin, bu mümkün olmadıqda isə 141512,83 manat əsas borcunu və 943,43 manat faiz borcunu Zərərçəkmiş şəxs3 MMC-nə, 212000.00 ABŞ dolları məbləğində borcunu Zərərçəkmiş şəxs1, 45000,00 ABŞ dolları məbləğində borcunu Zərərçəkmiş şəxs2 və 140030,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs4 ödəməyərək həmin şəxslərə maddi ziyan vurmaqla yanaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-1020/2010 saylı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)- 908/2012 saylı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)- 832/2018 saylı və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqda tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödəniş etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəzası saxlanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» dəyişdirilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 noyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar