Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-160/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi X4, Mülki iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 11 aprel 2021 -ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər istiqamətində Mingəçevir su anbarına gələrək 01 ədəd rezin kobinezon, 02 ədəd hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə etməklə 12 aprel 2021-ci il tarixə saat 06 radələrinədək olan müddət ərzində .35 ədəd hər biri 33 (otuz üç) manat olmaqla 1155 (min yüz əlli beş) manat dəyərində şamayı balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1155 (min yüz əlli beş) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 07 radələrində X7 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan 02 ədəd tor, 35 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 11 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gəldi. İşləmədiyinə, ailəsini dolandırmaqda çətinlik çəkdiyinə görə, qida üçün balıq tutmaq qərarına gəldi. Orada 1 ədəd rezin kombinezondan istifadə edərək Mingəçevir su anbarına girib özünə məxsus jilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan 2 ədəd toru suda səpib evə qayıtdı. Səhəri gün, yəni 12 aprel 2021-ci il tarixdə, saat 06 radələrində yenidən Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə, torları səpdiyi yerə gələrək 1 ədəd rezin kombinezondan istifadə edib suya girdi. Torlarla tutduğu balıqları yığarkən məlum oldu ki, 35 ədəd şamayı balığı tutmuşdur. Bu zaman X7 İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşları onu saxladılar. Sorğu zamanı həmin əməkdaşlara bildirdi ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından torla balıq tutmaq üçün onun rəsmi icazəsi yoxdur. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd rezin kombinezonu, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan 2 ədəd toru və tutduğu 35 ədəd şamayı balıqlarını götürdülər. Əməlindən peşimandır. Mülki iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, 8 saylı RETSİ iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, "Balıqçılıq haqqında! Azərbaycan Respublikasının qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 nömrəli qərtarı ilə təsdiqlənmiş "Balıq və digər Su bioresuslarının sənaye ovu Qaydaları”nm 19.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezdentinin 23.06.2016-cı il tarixli 962 nömrəli Fərmanı ilə təsdiqlənmiş bieresusların artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnaməyə əsasən vətandaş Təqsirləndirilən şəxs 1155 manat məbləğində pul alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda cavabdeh təbiətə dəymiş ziyandan 350 manat pulu ödəmiş və 805 manat borcu qalmışdır. İddianın təmin olunmasını, 805 manat borcun təqsirləndirilən şəxsdən tutulub 8 saylı RETSİ-nin hesabına ödənilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X7 İdarəsinin Mingəçevir XPM-nin rəisi vəzifəsində işləyir. 12 aprel 2021-ci il tarixdə X7 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 07 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor və 35 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 35 ədəd şamayı balıqlarını 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor vasitəsi ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir XPM-da polis nəfəri işləyən Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 12 aprel 2021-ci il tarixdə X7 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etdilər. Həmin gün saat 07 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldı.Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor və 35 ədəd şamayı balıqları aşkar edilərək götürüldü. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edildi. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 35 ədəd şamayı 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan tor vasitəsi ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, balıq tutmağa onun icazəsi yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X7 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürüldü. Təqsirləndirilən şəxs əməli digər Şahid4 Firuddin oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə təsdiq olunur. İşin 19-cu vərəqində olan 14 aprel 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışda göstərilir ki, 35 ədəd şamayı balığının qanunsuz tutulması ilə balıq ehtiyatlarına vurulan ziyan 1155(bir min yüz əlli beş ) manat təşkil edir. İşin 9-cu vərəqində olan mədaxil qəbzindən görünür ki, qanunsuz tutulmuş 35 ədəd şamayı balıqları Tam Ortaqlı “HABACO AG” müəssisəsinə təhvil verilmişdir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 1155 manat məbləğində dəymiş zərərdən 350 manat ödəmişdir. İşin 21-ci vərəqində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında bioloji müxtəlifliyin qoruması xidmətinin 14 aprel 2021-ci il il tarixli 21/178 nömrəli məktubundan görünür ki, 14 aprel 2021-ci il tarixə kimi Yevlax rayonunun Xanabad kənd sakini Təqsirləndirilən şəxs Mingəçevir su anbarında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşin 27-29-cu vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 may 2021-ci il tarixli, 9/2221 saylı rəyində göstərilir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində, balıqlar və digər bioresursları qanunsuz ovladığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcəli, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən(ölçüsündən və çəkisindən asılı olmayaraq) 35 ədəd şamayı balıqların qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 2021-ci ilin aprel ayına 1155,0 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1 və 2.5.21 -ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 11 aprel 2021 -ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər istiqamətində Mingəçevir su anbarına gələrək 01 ədəd rezin kobinezon, 02 ədəd hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə etməklə 12 aprel 2021 -ci il tarixə saat 06 radələrinədək olan müddət ərzində 35 ədəd hər biri 33 (otuz üç) manat olmaqla 1155 (min yüz əlli beş) manat dəyərində şamayı balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1155 (min yüz əlli beş) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 07 radələrində X7 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 mm. olan 02 ədəd tor, 35 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, mülki iddiaçının, şahidlərin ifadələri, iş materialı ilə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarını nəzərə almaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 26-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 23-cü vərəqində olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 354 №li , 27 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05.12.2010-cu il təvəllüdlü Camal və 14.10.2013-cü il təvəllüdlü Günel adlı iki nəfər azyaşlı uşaqları var. İşin 24-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması, dəymiş zərərin bir qismini ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin böyük ictimai təhlükəli törətməyən cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdüdlarını, eləcə də saat 23:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilmiş 19.10.2021-ci il tarixli iddia tələbinin həcminin azaldılmasına dair ərizədən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 350 manat pulu ödədiyindən iddia tələbinin həcminin azaldılaraq Təqsirləndirilən şəxs 805 manat məbləğində pulun alınıb 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməsi xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təmin olunmalı, 805 manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan balıqların tez xarab olan ərzaq məhsulu olması nəzərə alınaraq Tam Ortaqlı “HABACO AG” müəssisəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Digər maddi sübut olub və saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 verilmiş 1 ədəd rezin kombinezon və hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 millimetr olan, sintetik sapdan toxunmuş 2 ədəd tor məhv edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdüdlarını, eləcə də saat 23:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia təmin olunsun, 805(səkkiz yüz beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan balıqların tez xarab olan ərzaq məhsulu olması nəzərə alınaraq balıq dükanına təhvil verilməsi nəzərə alınsın. Digər maddi sübut olub və saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 verilmiş 1 ədəd rezin kombinezon və hər birinin uzunluğu 25 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 20x20 millimetr olan, sintetik sapdan toxunmuş 2 ədəd tor məhv edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-160/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-160/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver