Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-160/2025 04.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Xüsusi ittihamçı X4, xüsusi ittihamçının müdafiəçisi Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 iştirakı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xüsusi ittihamçı X4 şərəf və ləyaqətini alçaldaraq tanışlarının, dostlarının və ictimaiyyətin arasında olan nüfuzunu ləkələyərək təhqir edən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 xx.xx.1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olmuşdur. Şəhid ailəsi üzvüdür. X3 1-ci Qarabağ müharibəsində döyüş əməliyyatları zamanı düşmənin atdığı mərminin partlaması nəticəsində ağır bədən xəsarətləri almış və şəhid olmuşdur. Özü Qarabağ münaqişəsi başlayan zaman Xankəndi şəhərində yaşamış və orada toxuculuq kombinatında işləmişdir. Münaqişə başlayandan sonra Xankəndi şəhərindən məcburi surətdə işdən çıxarmışlar və özlərinə məxsus mənzillərindən çıxartdılar. 1988-ci ildən Mingəçevir şəhərinə köçmüşdür və burada bir müddət Toxuculuq Kombinatında işləmiş və hazırda Mingəçevir şəhərində yaşayır. Halhazırda sağlamlıq imkanım məhdud şəxsdir. 2-ci qrup əlildir və tək yaşayır. Dövlət tərəfindən müəyyən olunmuş imtiyazlardan istifadə edir. AR. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada imtiyazlı şəxs kimi - AR. ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsində qeydiyyatda durur və müəyyən olunmuş qaydada ona fiziki qüsurlu şəxs kimi sosial xidmət göstərən şəxs-baxıcı ayrılmışdır. Barəsində xüsusi ittiham qaydasınıla şikayət verilən şəxs - AR. ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin baş mütəxəssisi -X12 vəzifəsindən istifadə edərək və vəzifə səlahiyyətlərini aşaraq, ona qarşı dəfələrlə kobudluq edərək, onu təhqir edərək ələ salmışdır. Belə ki, dəfələrlə sözügedən idarəyə işlə bağlı müraciət edərkən onu AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin inzibati binasında orada olan şəxslərin içərisində və gözləri qarşısında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs- X12 ələ salmış, alçaltmış və lağlağı edib məsxərəyə qoymuşdur. Hətta, ona şəhid ailəsi olduğumu dedikdə X12 ona deyir ki, "nə olsun şəhid ailəsisən, gəl min boynuma" kimi kobud və insanlığa yaraşmayan ifadələr işlədir. Sonuncu dəfə, X8 AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinə müalicə olunmaq üçün və kurorsanatoriya müalicə mərkəzinə nə vaxt gedəcəyini soruşmaq üçün xx.xx.2025-ci iİ tarixdə gedən zaman, X10 ona yenidən orada olan tanımadığını şəxslərin yanında dedi ki, "gəl elə məni övladlığa yanına götür” kimi təhqir edici ifadələr işlədərək və əllərini bir-birinə vurub qəh-qəhə çəkərək onu yenidən ələ salaraq uca səslə gülməyə başladı. O bir qadın olaraq, X7 bu qanunsuz hərəkətlərinə və təhqiredici ifadələrinə dözə bilməyib əsəbləşdi və onun səbəbsiz yerə etdiyi bu qanunsuzluğa dözə bilməyib halı pisləşdi və ürəyi gedib yerə yıxıldı. Həmin vaxt halı pisləşdiyi üçün orada olan şəxslər təcili tibbi yardım çağrmışlar. Təcili Tibbi yardım maşını ilə onu Mingəçevir ŞMX-nın acil şöbəsinə aparmışlar. Gözünü açan zaman özünü xəstəxanada gördüm. Bir müddətdən sonra özünə gəldi və ona tibbi yardım göstərildikdən sonra evə buraxdılar. Həmin gün yəni, xx.xx.2025-ci il tarixdə AR DİN-n in 102 xidmətinə zəng vuraraq. AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 filalının Mingəçevir şəhər şöbəsinin baş mütəxəssisi - X7 ona qarşı vəzifə səlahiyyətlərini aşaraq qanunsuzluqlar etdiyini, ələ salaraq təhqir etdiyini və hətta onu əsəbləşdirərək ölüm həddinə çatdırdığını bildirdi. AR DİN-nin 102 xidmətinə etdiyi müraciəti əsasında Mingəçevir şəhər Polis şöbəsindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 2-Q-9820Ml\2025 saylı cavab məktubu bildirildi ki, onun müraciətində göstərilən xüsusatla bağlı məhkəməyə müraciət etsin. Bundan sonra, o, xx.xx.2025-ci il tarixdə AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin baş mütəxəssisi - X7 ona qarşı vəzifə səlahiyyətlərini aşaraq qanunsuzluqlar etdiyi və onu təhqir etdiyi barədə Mingəçevir şəhər Prokurorluğuna müraciət etdi. Mingəçevir şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli 266\Ş-25 saylı cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası CPM-nin 37-ci maddəsinə əsasən, AR Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilən cinayətlər üzrə cinayət təqibi yalnız zərər şəkmiş şəxsin şikayəti əsasında xüsusi ittiham qaydasında həyata keçirilir və ona daxil olmuş müraciətinin məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğundan məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. X8 yaşadığı ünvanda qonşularla və binanın digər sakinləri ilə heç vaxt mübahisə və narahatçılığı olmamışdır. AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin baş mütəxəssisi -X12 dəfələrlə AR. ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin inzibati binasında orada olan onu tanıyan və tanımayan şəxslərin gözü qarşısında uca səslə kütlənin içərisində çıxış edərək və onu ələ salıb təhqir edərək, onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla və şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmaqla AR Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Xüsusi ilə qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə AR ƏƏSM Nazirliyinin tabeliyin inzibati binasında X12 ona qarşı yenidən orada olan tanıdığı və tanımadığı şəxslərin yanında “gəl elə məni övladlığına götür” kimi təhqiredici ifadələr işlədərək və əllərini bir-birinə vurub qəh-qəhə çəkərək onu yenidən ələ salaraq uca səslə kütlənin içərisində çıxış edərək təhqir edərək gülməklə və ələ salmaqla cinayət əməlləri törətmiş və ona görə də X9 AR Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul olunmalıdır. Bu hadisələrdən sonra o dostları və qonşuları ilə münasibəti azaltmaq məcburiyyətində qalmış, küçəyə mümkün qədər az çıxır ki, X12 ilə mümkün qədər rastlaşmaq istəmir və qorxur ki, X7 ictimaiyyət içərisində bu cür çıxışları kütləni onun üzərinə qaldırar və onun həyatı və sağlamlığı üçün təhlükə yaradar. X12 ona qarşı uca səslə kütlənin içərisində çıxış edərək təhqiredici ifadələr işlətdikdən sonra səhhətində ciddi problemlər yaranmış, qan təzyiqi 100/180-dən aşağı düşmür və şəkəri yüksəlməklə həyatı üçün təhlükəli hal yaranmışdır. Həmçinin, hiss edir ki, X7 ona qarşı ifadə etdiyi təhqir edici ifadələrə görə AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin əməkdaşlarının ona qarşı fikirləri dəyişmişdir. Onun barəsində X7 tərəfindən səbəbsiz yerə təhqir olunmağı onda depressiya halları yaradır və hətta yüngül ev işləri görmə qabiliyyəti də aşağı düşmüşdür. Hesab edir ki, X12 bu cür hərəkətləri ona qarşı edir ki, o, AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin inzibati binasına getməsin və ildə bir dəfə dövlət tərəfindən ayrılmış kurort sanatoriyasına getməsin və həmin kurort-sanatoriyaya öz şəxsi maraqları üçün başqa şəxsi göndərsin və o isə başını götürüb Mingəçevir şəhərindən getsin və öz istəyinə nail olsun. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X12 AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X4 müdafiəçisi Müdafiəçi şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı qismində X8 şikayət ilə eyni məzmunlu izahat verərək, X7 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 izahat verərək, X4 şikayətinin əsassız olduğunu, ittihamın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi tərəfindən X6 verilmiş 010311 №li vəsiqədən görünür ki, o, xx.xx.2013-cü il tarixdən müddətsiz olaraq İİ qrup əlildir. Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti tərəfindən X6 VN 001052 saylı Mingəçevir şöbəsinin üzvlüyü vəsiqəsi verilmişdir. xx.xx.2025-ci il tarixli 2 saylı MİS tərəfindən verilmiş 240 №li arayışdan görünür ki, X1 şəhəri, N.Nərimanov küçəsi, ev 29, mənzil 42 ünvanında yaşayır. Mingəçevir Şəhər Prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli 266/Ş-25 saylı X4 müraciətinə cavab məktubundan görünür ki, onun AR ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X16 Filalının Mingəçevir şəhər şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyən X7 təhqir edərək ələ salması barədə daxil olmuş müraciətinə baxılmış və Azərbaycan Respublikası CPM-nin 37-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüquqları ona izah edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1.7-ci maddələrinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmənin mövqeyi: Xüsusi ittihamçı X2 Ceyhun Muxtar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb etsə də, məhkəmə hazırlıq iclasında şikayəti ilə bağlı sübutlarını təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X4 xüsusi ittiham qaydasında şikayəti əsassız olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir, buna görə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D İ:
X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Sədrlik edən Güləndam Quliyeva