Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-161/2022 19.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs -xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 1(bir) il 8(səkkiz) ay müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12A№-li evin 26№-li mənzilində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,802 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli şalvarın sol yan cibində saxlayaraq daşımış və 17 avqust 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12A№-li evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 11 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12 A №-li yaşayış binasının yaxınlığından piyada hərəkət edərkən yerdə 1 ədəd gümüşü-ağ rəngli kağız büküm görüb götürdü. Açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bildi. bükümdə olan narkotik vasitəni əynində olan qara rəngli şalvarın sol yan cibində gizlətdi ki, sonra istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12A№-li yaşayış binasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı narkotik vasitə də cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində ona üzərinə axtarış keçirmək istədiklərini bildirdilər. O da üzərinə axtarış keçirilməsinə etiraz etmədi. Üzərinə axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirildi. O da üzərinə axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etmədi. Üzərinə axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etmək ona bildirildi. O da əynindəki şalvarın cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan kağız bükümünü çıxarıb təqdim etdi. Həmin narkotik vasitə tərəzidə çəkildi, sonra polis əməkdaşları qablaşdırıb götürdülər.Əməlindən peşimandır, bir daha belə hərəkətə yol verməyəcəkdir. Himayəsində azyaşlı uşağı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 12A№-li yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs də üzərinə axtarış keçirilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli şalvarın cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü çıxarıb təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyadan başqa digər əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın cibindən aşkar olunmuş gümüşü-ağ rəngli kağız bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni narkotik vasitə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 12A №-li yaşayış binasının yaxınlığından keçərkən yerdən tapıb özü istifadə etmək məqsəddə üzərində saxladığını bildirdi. Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 30-31-ci vərəqlərində olan 17 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli cins şalvarın sol yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,802 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin 39-41-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 17 avqust 2022-ci il tarixli, 17/662 saylı rəyində göstərilir ki, üzərində üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli bükümdə, təmiz çəkisi- 0,802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0,802 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,752 qram. İşin 105-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1317 saylı 06 sentyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,802 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki qara rəngli şalvarın sol yan cibində saxlayaraq daşımış və 17 avqust 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 12A№-li evin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə gətiriləcək orada saat 11 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 93-95-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il tarixdə doğulmuş Ömər adlı 1 nəfər azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük Vətən müharibəsi zamanı Ağdam və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağın olması, 44 günlük Vətən müharibəsinin iştirakçısı olması, Vətən müharibəsində göstərdiyi rəşadətə görə medalla təltif olunması, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halı, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 21554/3-12 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 1(bir) ay 10(on) günü icra edilməmiş qalmışdır. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1(bir) il 8(səkkiz) ay azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 1(bir) il 1(bir) ay 10(on) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxarılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlən tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,752 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1(bir) il 8(səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1(bir) il 1 (bir) ay 10 (on) günü CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 3 (üç) il 8 (səkkiz) ay azadlığın məhdudlaşdırması cəzası saxlanılsın. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 2 ay 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, 4 (dörd) ay 4 (dörd) gün ona təyin edilmiş 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 3 (üç) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxsm alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,752 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-161/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-161/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver