Məhkəmə qərarları › İş №1(051)-163/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-163/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-163/2022 28.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 , Təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx.xx.1973-ci ildə Bərdə şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Mingəçevir şəhər məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Mingəçevir şəhər 20 Yanvar küçəsi ev 15, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının CM-in 234.1 və 234.2-ci maddələri ilə, X7 xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhər M.F.axundov küçəsi ev 8, mənzil 5-də qeydiyyatda olmaqla Mingəçevir şəhər A.S.Puşkin küçəsi ev 3. mənzil 23-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 15 saylı binanın dəhlizində 18 manat nəğd pul müqabilində X5 qanunsuz olaraq təmiz çəkisi 0,348 qram olan heroini satmış, həmçinin 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 1,460 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini üzərində qanunsuz olaraq saxlamış, 22 iyun 2022-ci il tarixdə saat 14:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ə.Vahid küçəsində məscidin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki köynəyin sol döş cibində “West” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,460 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X7 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, 16 iyun 2022-ci il tarixdə saat 20 radələrində tanışı Mingəçevir şəhər 20 Yanvar küçəsi ev 15, mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı binanın blokunda 18 manat pul müqabilində sonuncudan satın aldığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,348 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, əynindəki şabalıdı rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 iyun 2022-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhər 20 Yanvar küçəsi 15 saylı binanın qarşısında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 21:00 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şabalıdı rəngli şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,348 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun üzərindən narkotik maddə aşkar edilməmişdir. Murad Abdullayevə də narkotik maddə satmamışdır. Polis şöbəsində ona fiziki təsir göstərildiyinə görə qeyd edilən cinayətləri törtədiyini demişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Murad Abdullayevi şəhər sakini olaraq tanıyır. Münasibətləri normaldır. Murad Abdullayev də narkotik vasitə istifadəçisidir. Bir neçə dəfə olub ki, Murad ilə birlikdə narkotik vasitə alıb istifadə etmişlər. 16 iyun 2022-ci il tarixdə dəqiq saatını xatırlamadığı vaxtda Murad ona məxsus mobil telefonuna zəng edərək narkotik vasitəyə ehtiyacı olmasını deyərək ondna xahiş edib ki, narkotik vasitə tapıb ala bilərsə hər iki pul qoyub narkotik vasitə alsınlar. O da Murada maraqlanıb xəbər edəcəyini bildirmişdir. Dəqiq yadında qalmayan mobil nömrə ilə zəng edərək danışmış həmin şəxs bildirib ki, 18 manat pul müqabilində ona 1 qram narkotik vasitə heroin verə bilər. Həmçinin ona bank kartının şəklini atmışdır. Təxminən 10-15 dəqiqədən sonra Murada zəng etmiş və 18 manat pul karta vurmaqla narkotik vasitə almaq mümkün olmasını bildirmişdir. Murad da razılaşmış və Mingəçevir şəhər N.Nərimanov prospektində yerləşən “Kosmos” şadlıq sarayının yaxınlığında Muradla görüşmüşlər. Murad ona 18 manat pul vermiş və getmişdir. O, 18 manat pulu Muraddan götürüb yadında qalmayan bank kartına Mingəçevir şəhər 20 yanvar küçəsində yerləşən “Qədiroğlu” supermaketində quraşdırılmış aparat vasitəsilə cəmi 36 manat pul vurmuşdur. Əldə etdiyi çekin şəklini xatırlamadığı şəxsə mobil telefon vasitəsilə “vhatsapp” sosial şəbəkəsində fotoşəklini atmışdır. Təxminən 1-2 saat sonra ona vhatsap.la xəbər gəlib və narkotik vasitənin Mingəçevir şəhərinin çıxışında “Alaqapının yaxınlığında olmasını demişlər və gedərək yol kənarından götürmüşdür. Qayıdıb yaşadığı evə gəlmişdir və Murada xəbər vermişdir. Əldə etdiyi narkotik vasitə heroini yarı bölərək Murada düşən hissəsini ayırmış və zəng edərək Muradı çağırmışdır. Murad gəlib onun yaşadığı binanın dəhlizində ondan narkotik vasitə heroini götürüb getmişdir. Sonradan eşidib ki, Murad narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olaraq tutulmuşdur, o da buna görə mobil telefonunda olan kart şəklini, yazışmaları və çekin şəklini silmişdir. Həmin vaxtdan etibarən o, yaşadığı evdən çıxmamışdır. Lakin onu hər hansı polis əməkdaşı axtarmamışdır. xx.xx.2022-ci il tarixdə İcra Probasiya şöbəsindən zəng edərək onu çağırmışlar. O da tutulacağını bildiyi üçün ayağında olan nəzarət qaldalını açaraq yaşadığı evə qoyub evdən çıxmışdır. İcra və Probasiya şöbəsinə getmək məqsədi olmadan özünə aid olan kartdan pul çıxarmaq məqsədilə şəhərə çıxdıqda Mingəçevir şəhər Ə.Vahid küçəsində hərəkətdə olarkən polis əməkdaşları onu məscidin yaxınlığında saxlamışlar. Orxan adlı polis əməkdaşı onu polis şöbəsinə dəvət etmişdir. Onu polis şöbəsinə gətirdikdən sonra polis əməkdaşları döyərək tələb ediblər ki, həm Murada narkotik satmasını etiraf etsin, həm də üzərində narkotik vasitə olmadığı halda narkotik vasitənin özünə məxsus olmasını etiraf etsin. O da qorxaraq razılaşmış və ona verilmiş narkotik vasitəni cibində siqaret qutusunun içərisinə qoyulmuşdur. Daha sonra polis şöbəsindən çıxardıb yenidən gətirmişlər. Vəkil çağırılmışdır. Üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt təsir altında olduğu üçün videoçəikiliş zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və taparaq əldə etdiyini, satış məqsədi olmamasını özü istifadə etmək məqsədilə üzərində saxlamasını bildirmişdir. Lakin əslində üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyildir. Murad Abdullayev öz ifadəsində xx.xx.2022-ci il tarixdə saat 20 radələrində onun yaşaıdğı binaya gələrək ona 18 manat pul verib bir ədəd bükümdə narkotik vasitə heroin alaraq qayıtmasını yalan olmasını bildirmiş Muraddan 18 manat pulu Kosmos şadlıq sarayının yaxınlığında almış, narkotik vasitə heroini isə bir neçə saat sonra yaşadığı binanın dəhlizində vermişdir. 36 manat pulu karta vuraraq əvəzində narkotik vasitə aldığı şəxs barədə hər hansı məlumatı yoxdur, həmin şəxsi heç vaxt görməmişdir. Onunla vhatsaap vasitəsilə əlaqə saxlamış və onun atdığı karta 36 manat pul göndərməklə daha sonra narkotik vasitənin olduğu yerin şəklini çəkib ataraq yerini məlum etdikdə o, gedib narkotik vasitəni götürmüşdür. Döyülməkdən qorduğu üçün şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin müdafiəçinin yanında özünə məxsus olmasını bildirmişdir. Onu döyərək tələb etmişlər ki, Murada narkotik vasitə satmasını etiraf etsin. Həmin dindirmə zamanı sərbəst şəkildə müdafiəçinin iştirakı ilə ifadə verməsini bildirib, Murad Abdullayev ilə bağlı hazırkı ifadəsində qeyd etdiyi bütün xüsusatlar doğru olmasını bildirmiş, lakin üzərindən aşkar olunmuş narkotik vasitə özünə məxsus olmamasını bildirmişdir Təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər narkotik vasitǝ olan heroin istifadə etmişdir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satdığını eşitdi. 16 iyun 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, öz mobil nömrəsi ilə Nicatın istifadəsində olan mobil nömrəsinə zəng edib, ondan heroin almaq istədiyini, Nicat öz evində olduğunu və ona evinə gəlməsini bildirdi. O, Nicatın yaşadığı 20 Yanvar küçəsində yerləşən Qədiroğlu market olan binanın 1-ci blokun 5-ci mərtəbəsinə qalxdı, Nicatla görüşüb ona 18 manat pul verib və heroini Nicatdan alıb şalvarının kiçik cibinə qoydu. Nicatın yaşadığı yuxarı mərtəbədən aşağı düşəndə mülki paltarda iki nəfər polis işçisi yaxınlaşıb, özlərini təqdim etdilər. polis əməkdaşları olduğunu deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etdilər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etmədi və polis işçiləri ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin olundu. Videoçəkilişlə üzərinə axtarış keçiriləcəyi izah olundu. Etiraz etmədi. Axtarış zamanı təklif olundu ki, üzərində narkotik vasitə və ümumiyətlə daşınması saxlanması qanunla qadağan olunmuş hər hansı əşya varsa könüllü təqdim etsin. Üzərində olan bütün əşyaları, yəni şalvarının sağ yan kiçik cibində saxladığı Samsung markalı mobil telefonunu, bir ədəd evin açarını, iki ədəd 20 manatlıq əskinazı, bir ədəd alışqanı, bir ədəd siqareti, sağ cibin üstündəki kiçik cibdə saxladığı heroin olan bükünü və şalvarının sağ arxa cibində olan iki ədəd bir manatlıq pulu çıxarıb polis əməkdaşlarına təqdim etdi. Bundan sonra üzərinə polis əməkdaşları axtarış keçirtdilər, lakin üzərində başqa əşya aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olmasını və 18 manat müqabilində Nicat adlı şəxsdən almasını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdi. Üzərindən aşkar olunan bükümü polis əməkdaşları tərəfindən götürüldü. Digər əşyalar isə özünə qaytarılmışdır. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mingəçevir şəhər sakini X4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞnin PPXB-nün manqa komandiri polis baş serjantı Şahid2 ilə birlikdə X6 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 15 nömrəli binanın yanında saxladılar. X5 narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğu izah olunaraq polis şöbəsinə dəvət edildi. X2 şöbəsinə gətirilmişdir. Polis şöbəsində Murad Abdullayevin hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X8 dövlət hesabına müdafiəçi təyin olundu. Daha sonra vəkilin iştirakı ilə X5 üzərinə şəxsi axtarış keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərdi. Murad Abdullayevə izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Axtarış və götürmə keçirilməzdən əvvəl Murad Abdullayevə təklif olunub ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, vəkilin və digərlərinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Murad Abdullayevin üzərinə şəxsi axtarış keçirilmişdir. Murad Abdullayevin üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şabalıdı rəngli şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı Murad Abdullayev üzərindən aşkar olunmuş narkotik vasitə heroini özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini Nicat adlı şəxsdən 18 manat müqabilində almasını bildirdi. Murad Abdullayevin üzərindən aşkar olunmuş narkotik vasitə heroini onun özünün, müdafiəçisinin iştirakı ilə elektron vasitəsilə çəkilmiş və daha sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Murad Abdullayevə narkotik vasitə heroin satmış şəxs Mingəçevir şəhər 20 Yanvar küçəsi 15 saylı binada yaşayan Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilməsi üçün tərəflərindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması və Mingəçevir şəhər Əliağa Vahid küçəsində olacağı bildirilmişdir. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə keçirilmiş tədbirlərlə həmin gün saat 14:30da Mingəçevir şəhər Ə.Vahid küçəsində Təqsirləndirilən şəxs1 saxlamışlar. Narkotik vasitələrin satışı və saxlanmasında daşınmasında şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs1 gətirildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi Kamil Ynusovun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki köynəyinin sol döş cibində siqaret qutusunun içərisində sellofan büküm aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxdıqda içərisində narkotik vasitəyə oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olmasını və taparaq əldə etməsini bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Şahidlər-Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşin 23-24-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki ağ rəngli köynəyinin sol döş cibində siqaret qutusunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 1,460 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin 78-79-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokolda göstərilir ki, X4 üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki şabalıdı rəngli şalvarının sağ yan cibinin üzərndə yerləşən kiçik cibdən bir ədəd bükümdə təmiz çəkisi 0,348 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin 222-223-cü vərəqlərində xx.xx.2022-ci il tarixli “mobil terlefona baxış keçirilməsi barədə” protokolda göstərilir ki, X5 məxsus xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə zamanıı üzərindən aşkar edilərək bir ədəd ağ rəngli Samsung markalı mobil telefonun zənglər siyahısına baxış zamanı məlum oldu ki, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 16:49, 16:51, 15:20, 20:00, 20:02 baş tutan telefon zənglərində danışıq qeydə alınmamışdır. Həmin tarixdə saat 20:15 dəqiqədə baş tutumuş danışıq 07 saniyə müddətində danışıq baş tutmuşdur. Baxışda iştirak edən Murad Abdullayev bildirib ki, həmin nömrə Təqsirləndirilən şəxs1 məxsusdur və 7 saniyəlik danışıq zamanı narkotik vasitə istəmişdir. Həmçinin mobil telefonun vhatsap tətbiqinə daxil olduqda kontakta “Nicat “ adı ilə qeydə alınmış +99477 ******* saylı abonent ilə xx.xx.2022-ci il tarixdə saat 19:51, 19:58, 19:59, 20:01-də edilmiş zənglərdə danışıq qeydə alınmamış, saat 20:17-də həmin abonentə edilən zəng zamanı 14 saniyəlik söhbət danışıq baş tutmuşdur. Murad Abdullayev bildirib ki, həmin abonent Nicatdır və onunla danışıb narkotik vasitə almışdır. İşin 39-41-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/517 №li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...........” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 1,460 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi-1,460 qr., tədqiqata sərf edildi-0,050 qr., qalıq-1,410 qram İşin 89-91-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/499 №li rəyində göstərilir ki, “ Vət. X4 üzərindən aşkar olunmuş...........” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 0,348 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi-0,348 qr., tədqiqata sərf edildi-0,050 qr., qalıq- 0,298 qram İşin 236-cı vərəqində olan məhkəmə-narkoloji ekspertizasınınn 17 avqust 2022-ci il tarixli 1205 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 Vlilayət oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 235-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasınınn 17 avqust 2022-ci il tarixli 1198 №-li rəyində göstərilir ki, X7 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 15 saylı binanın dəhlizində 18 manat nəğd pul müqabilində X5 qanunsuz olaraq təmiz çəkisi 0,348 qram olan heroini satmış, həmçinin, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 1,460 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini üzərində qanunsuz olaraq saxlamış, 22 iyun 2022-ci il tarixdə saat 14:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ə.Vahid küçəsində məscidin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki köynəyin sol döş cibində “West” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,460 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, alıcı M.Abdullayevin, şahidlərin ifadələri, maddi sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs X7 16 iyun 2022-ci il tarixdə saat 20 radələrində tanışı, Mingəçevir şəhər 20 Yanvar küçəsi ev 15, mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı binada 18 manat pul müqabilində sonuncudan satın aldığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,348 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, əynindəki şabalıdı rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 iyun 2022-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhər 20 Yanvar küçəsi 15 saylı binanın qarşısında saxlanılıb, polis şöbəsinə gətirilərək, həmin tarixdə saat 21:00 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şabalıdı rəngli şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,348 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs M.Abdullayevin qeyd edilən əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 231-234-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)-135/2021 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 23 noyabr 2022-ci il tarixli 197493/3-12 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 22(iki) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 1(bir) ay 16 (on altı) gün hissəsi icra edilməmişdir. İşin 262-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Mingəçevir şəhər məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 1(bir) il 1(bir) ay 16 (on altı) günü CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 6(altı) ay 23(iyirmi üç) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan, 22 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İşin 183-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. İşin 264-cu vərəqində olan xasiyyətnamədən görünür ki, X7 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edələrkən təqsirləndirilən şəxs X4 cinayətin açılmasına kömək göstərməsi, əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.1.10 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. X4 16 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə M.Abdullayevin üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X7 narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. M.Abdullayevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 69,10(altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs1, 102,12 (bir yüz iki manat on iki qəpik) manat X3 alınıb dövlət büdcəsinə keçirilməlidir. X1 aid hissədə icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1,708 qram narkotik vasitə - heroin məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsi ilə 1(bir) il müddətinə, CM-nin 234.2-ci maddəsi ilə 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Mingəçevir şəhər məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 1 (bir) il 1(bir) ay 16 (on altı) günü CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 6(altı) ay 23(iyirmi üç) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4(dörd) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 16 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə X4 üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X7 narkoloji dispanserdə qeydiyyatda alınsın. M.Abdullayevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 69,10(altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs1, 102,12 (bir yüz iki manat on iki qəpik) manat X3 alınıb dövlət büdcəsinə keçirilsin. X1 aid hissədə icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1,708 qram narkotik vasitə - heroin məhv edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar