Məhkəmə qərarları › İş №1(051)-164/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-164/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-164/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü tarixdə saat 19:40 radələrində Mingəçevir şəhəri Şəfa Bağ massivi 6-cı küçədə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, belə ki, Zərərçəkmiş şəxs küçədən avtomobili ilə geri çıxmağa çalışan zaman, həmin vaxt evinə gələn Təqsirləndirilən şəxs oradan piyada keçməkdə çətinlik çəkib, Zərərçəkmiş şəxs nə üçün ona yol verməmsinə irad bildirmiş, daha sonra aralarında yaranmış mübahisə zamanı əli ilə onun burun nahiyyəsindən vuraraq, burun sümüyünün qəlpəli sınığı ilə nəticələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 13 oktyabr 2023-cü il tarixdə saat 19:40 radələrində yaşadığı Mingəçevir şəhər Şəfa bağlar massivi 6-cı küçədə piyada evə gələrkən həmin yolda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona yol vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əli ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən vurmuşdur. Hazırda zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə təxminən saat 19:40 radələrində Mingəçevir şəhəri Şəfa Bağ massivi küçə 6 ünvanında bacısı Gülnar Əliyevanın yaşadığı evə öz avtomobili ilə evə aparırdı. Bacısı avtomobildən endikdən sonra o, avtomobili arxaya doğru hərəkət etdirərkən, Siyavuş adlı şəxs ona yol vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun burun nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Hazırda təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 13 oktyabr 2023-cü il tarixdə saat 19:40 radələrində küçədə səs-küy eşitmiş və küçəyə çıxmışdır. O küçəyə çıxanda artıq polislərin gəldiyini görmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri Şəfa Bağ massivi 6-cı küçəsidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində həmin küçədə yaşayan bacısı Gülnar Əliyevanı evlərinə gətirən zaman, orada Siyavuş adlı şəxslə aralarında yaranmış mübahisə zamanı Siyavuş adlı şəxs onun burun nahiyyəsindən vurub xəsarət yetirdiyini bildirdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 710 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: burun sümüyünün qəlpəli sınığı bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar. Burun nahiyəsində olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Mingəçevir şəhəri, Mingəçevir şəhəri Şəfa Bağ massivi 6-cı küçədə Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışmasına görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar