Məhkəmə qərarları › İş №1(051)-165/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-165/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-165/2021 01.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 185.2.3-cü maddələri ilə təqirləndirilməsinə dair Mingəçevir şəhər Məhkəməsinə daxil olmuş cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4 və 185.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 03 sentyabr 2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinə daxil olmuşdur. İşin məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, cinayət Yevlax rayon Məhkəməsin yurisdiksıyasına aid olan ərazidə törədildiyi üçün cinayət işinə baxılması Yevlax rayon Məhkəməsinə səlahiyyətinə aiddir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il il tarixdə saat 13 radələrində tanışları Şahid2 Afıq oğlu və Şahid1 ilə birgə Mingəçevir şəhərində «Kür» çayı sahilində gəmi ilə gəzmək məqsədi ilə Şəmkir rayonunda Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi «Nissan Sunny» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Şəmkir rayonundan Mingəçevir şəhərinə gəldikdən sonra, Mingəçevir şəhərində «Kür» çayında gəmidə gəzmək məqsədi ilə Zərərçəkmiş şəxs 5 manat borc alan zaman sonuncunun cibində pul olduğunu görüb, həmin pulu ələ keçirməyi planlaşdırıb, bu haqda tanışları Şahid2 və Şahid1 dedikdən sonra cinayətin törədilməsi üçün əlverişli yer tapmaq üçün Zərərçəkmiş şəxs avtomobili Yevlax rayonu, Varvara kəndi istiqamətində sürdürüb, orada asfalt yoldan 500 metr kənarda boş torpaq sahəsində avtomobili saxlatdırdıqdan və hamısı avtomobildən endikdən sonra, o, Zərərçəkmiş şəxs avtomobilin salonunu təmizlədiyini görüb arxadan yaxınlaşaraq onu dartıb yerə yıxaraq boğub, üzərində olan pulları tələb edərək Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə 130 manat məbləğdə pulunu açıq yolla talayaraq soyğunçuluq etmiş, bundan sonra qanunsuz və zorakı əməllərini davam etdirib, Zərərçəkmiş şəxs məxsus «Nissan Sunny» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilini qanunsuz olaraq ələ keçirmək üçün ilkin olaraq Zərərçəkmiş şəxs avtomobilin yük yerinə keçməsini tələb edib, onu zor tətbiq etməklə hədələmiş, lakin Şahid1 təkidindən sonra, Yevlax rayonu, Varvara kəndində boş torpaq sahəsində Şahid1, Şahid2 Afıq oğluna və Zərərçəkmiş şəxs göstəriş verərək avtomobilə əyləşmələrini tələb edib, sonuncuya məxsus «Nissan Sunny» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına keçib, sonuncunun barəsində həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə hədələyib, iradəsinə zidd olaraq avtomobilini, mühərriki işə salma mexanizminin üzərində olan açarla işə saldıqdan sonra Yevlax rayonu, Varvara kəndindən Mingəçevir şəhərinə tanımadığı küçəyədək sürmüş və orada avtomobili Zərərçəkmiş şəxs qaytarmaqla ona məxsus «Nissan Sunny» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirmiş, yəni qaçırmışdır. Məhkəmə hesab edir ki, cinayət əməlinin törədildiyi yer Yevlax rayonun inzibati ərazisində yerləşən Varvara kəndində başa çatdığı üçün cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti Yevlax rayon Məhkəməsinə aid olduğundan, cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclası zamanı Dövlət ittihamçısı göstərdi ki, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin hər ikisi Yevlax rayonun inzibati ərazisində yerləşən Varvara kəndində başa çatmışdır. Ona görə də cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinin Yevlax rayon Məhkəməsinə aiddir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçısi Müdafiəçi (hər biri ayrı ayrılıqda) cinayət işinin baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədilər. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci madddəsində qeyd edilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd edilənləri və Cinayət-prosesual qanunvericiliyin ümumi prinsiplərini rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəmə hazırlıq iclası zamanı cinayət əməlinin törədildiyi və başa çatdığı yerin Yevlax rayonunun inzibati ərazisi olduğu müəyyən edildiyindən, cinayət işinin ərazi üzrə məhkəmə aidiyyəti Yevlax rayon Məhkəməsinə aid olduğundan , cinayət işi baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 299, 300-301, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 185.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(051)-165/2021 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar