Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-165/2025 20.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilərək qəti olaraq 03 il 03 ay 08 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Penitensiar Xidmətində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilərək qəti olaraq 03 il 03 ay 08 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə, Bakı şəhəriXəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad edilməsinə, yəni məhkumluğu ödənilmədən və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq, islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə-heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,313 ( sıfır tam mində üç yüz on üç) qram çəkidə narkotik vasitə-heroini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 14:13 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nəsimi küçəsində hərəkət edən zaman saxlanılıb, saat 14:13-dən 14:19-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin xeyli miqdarda, yəni 0,313 qram çəkidə narkotik vasitə- heroin onun əynində olan qara rəngli şalvarının sağ kiçik yan cibindəki kağız bükümün içərisindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, 14 iyun 2025-ci il tarixdə saat 11-12 radələrində Aydın Məmmədov küçəsində marketə girən zaman Fərhad, Emin və Dilqəm adlı 3 polis nəfəri ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə yoxlanış keçirəcəklərini bildirdilər. Heç bir etiraz etmədi. Üzərinə baxış keçirildi və heç bir narkotik vasitə aşkar edilmədi. Bu zaman Fərhad adlı polis verdikləri bükümü götürməsə, külli miqdarda psixotrop maddə olan metamfetamini ona verməklə onu hədələdi. Dilqəm adlı polis başından ona zərbələr endirdi. Bükümü götürməyini, 48 saat ərzində prokurorluq və ya məhkəmədən azadlığa buraxılacağını bildirdilər. O, 2019-cu ilin may ayından narkotik vasitədən istifadə etmir. İçki içirdi. Onu saxladıqdan sonra rəy verilməsi üçün müayinəyə getdi, həmin zaman qanını almadan narkomaniya xəstəliyindən əziyyət çəkməyi barədə rəy verildi. Saxlanıldığı zaman bütün baş verənlər yaxınlıqdakı market və digər obyektlərin kameralarında qeydə alınmışdı. İstintaq zamanı dəfələrlə müstəntiqdən həmin kameralardan görüntülərin əldə edilməsini xahiş etsə də, buna səlahiyyəti olmadığını bildirərək tələbini yerinə yetirməmişdir. Aydın Məmmədov küçəsində 16№li məktəbin yaxınlığında tutuldu. Üzərinə baxış Nəsimi küçəsində keçirildi. Ona A.Məmmədov küçəsində marketin qarşısında hədə-qorxu gəlindi. Çəkiliş zamanı üzərindən aşkarlanan heroini Fərhad adlı polis ona verdi. 2019-cu ilə qədər narkotik vasitədən istifadə etmişdir. Əvvəllər ancaq heroin istifadə etmişdir. Telefonunu satdığından saxlanılan zaman üzərində yox idi. Saxlanılan zaman ətrafda insanlar var idi, lakin heç birini tanımırdı. Aydın Məmmədov küçəsində onu saxladıqları zaman təzyiqə məruz qalmışdır. Ondan qan analizi alınmadı və rəy verildi. Bununla belə, qarşısında saxlanıldığı marketin adını bilmir. Saxlanıldığı zaman üzərində telefon yox idi. Suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman üstündə telefonu olmamışdır, belə ki, ehtiyacı olduğundan 100 manata satmışdır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 14 iyun 2025-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞnin əməkdaşı Şahid2, Şahid1 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə saat 14:13 radələrində Mingəçevir şəhəri Nəsimi küçəsində piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd alışqanı, bir ədəd 10 qəpiklik və 1 ədəd 20 qəpiklik əskinazları və şalvarının sağ kiçik yan cibindən bir ədəd bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açılarkən bükümün içərisindəki kütlənin narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm ilə birlikdə narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisinin 0,43 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə, zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanaraq götürülmüş, bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinə bənzər kütləni xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində Mingəçevir şəhəri Karyel yolu ilə piyada hərəkət edən zaman yerdən tapdığım bildirmişdir. Məhkəmə iclası zamanı şahid Mingəçevir şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Mingəçevir şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak edə bilməmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Mustafayev X2 şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli, saat 13:00 tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10-dan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibindən bir ədəd bükümün içərisində ümumi çəkisi 0,43 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/439 №-li rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində ““Vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,313 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.” xx.xx.2025-ci il tarixli qəraria təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025ci il tarixli 1304 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 4884 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Mingəçevir şəhər Rayonlararası Psixo- Nevroloji Dispanserin xx.xx.2025-ci il tarixii 1015 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Rayonlararası Psixo- Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(051)-49/2025 saylı qərarından görünür ki, təqdimat və vəsatətin təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilərək qəti olaraq 03 il 03 ay 08 müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(105)-48/2021 saylı qərarından görünür ki, Xaçmaz rayon Məhkəməsinin 1(067)- 2/2020 saylı, 06 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il, 06 (altı) azadlıqdan məhrumetmə cəzası 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-126/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasnın saxlanılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-126/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il, 06 ay müddətinə zadlıqdan məhrumetmə cəzasının çəkən 01 il 02 ay 22 gün hissəsi hazırki hökmlə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il 03 ay 08 gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır, müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(105)-48/2021 saylı qərarı üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır.) Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(105)-48/2021 saylı qərarı ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(105)-48/2021 saylı qərarı üzrə olan azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halların olması, əvvəllər müxtəlif maddələrlə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2025-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji Dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 0,263 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı, həbs qətimkan tədbirinin seçildiyi, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,263 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının və Mingəçevir şəhər Polis Şöbəsinin rəhbərliklərinə tapşırılsın. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-165/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-165/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver