Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-167/2021 15.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Mingəçevir şəhər vəkil bürosunun vəkili X2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fizuli olunun iştirakı ilə xx xxxxxx 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmüilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 228.1-ci və 234.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 8 saylı yaşayış binasının baş tərəfində yerləşən kafeyə keçib, kafenin qarşısındakı pilləkənlərin üst hissəsində yerləşdirilmiş masanın ətrafındakı stulda əyləşib spirtli içki pivə qəbul edərək, sərxoş vəziyyətdə ünvansız söyüşlər və nalayiq ifadələr işlədən tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb, onun əyləşdiyi masa arxasına əyləşmək istədikdə, Zərərçəkmiş şəxs buna etiraz etmiş, həmin vaxt nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs irad tutduğu zaman, sonuncunun bu dəfə onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əli ilə Zərərçəkmiş şəxs qarşı fiziki qüvvə tətbiq edib, onu əyləşdiyi stuldan itələyərək pilləkənlərdən asfaltın üzərinə yıxıb öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək, əməlinin ictimai təhlükəli nəticələrini, yəni Zərərçəkmiş şəxs pilləkənlərdən yerə yıxılıb xəsarət ala bilməsi imkanını qabaqcadan görüb, bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verərək, Zərərçəkmiş şəxs yerə yıxılması və bədəninin müxtəlif nahiyələrinin yerə dəyməsi nəticəsində küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik sağ bazu sümüyünün, boynunun yerdəyişməyən qəlpəli sınığı, sağ 8- 9-10-cu qabırğalarda yerdəyişən sınıqların əmələ gəlməsi ilə nəticələnən, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan sağ ayağında olan corabın iç hissəsində gizlədib, saxlayaraq daşımış və 11 iyun 2021-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Firəngiz” şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən, “28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə - qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda, onun üzərindən “Prima” markalı siqaret qutusunda təmiz çəkisi 16,35 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa o, 2021-ci ilin aprel ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd "285841" nömrəli, keçmiş "SSRİ” dövlətində 1976- cı ildə zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli "Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli, döyüş təyinatlı, yivli - texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan, hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş odlu silah hesab edilən avtomat, 1 (bir) ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, saz vəziyyətdə, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - darağı, 30 ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlardan 28 (iyirmi səkkiz) ədədini Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindən keçən sahilində torpağın altında gizlədərək saxlamış, həmin patronlardan 2 (iki) ədədini isə əynindəki şalvarın arxa sol cibində gizlədərək üzərində saxlayaraq gəzdirmiş, 11 iyun 2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən "Firəngiz" şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N°-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 2 (iki) ədəd 5,45x39 mm kalibrli döyüş sursatı hesab olunan patronlar onun əynindəki şalvarın arxa sol cibindən, davam edən əməliyyat-axtarış tədbirləri zamanı “Kalaşnikov" konstruksiyalı, döyüş təyinatlı, yivli-odlu silah, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - darağ və 28 (iyirmi səkkiz) ədəd 5,45x39 mm kalibrli döyüş sursatı hesab olunan patronlar Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindən keçən sahilinə saat 20 radələrində axtarış keçirilərkən oradan aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 228.1–ci və 234.1–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu və odlu silah gəzdirdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. O, 06.06.2021 -ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 8 saylı binanın arxa hissəsindən keçən zaman çoxdan tanıdığı Zaur adlı şəxsin həmin vaxt stulda təkcə əyləşib qarşısında pivə içərək ucadan söyüş söydüyünü görmüşdür. O, pilləkənlə yuxarı qalxıb Zaura yaxınlaşıb stul çəkib əyləşmək istəyən zaman həmin vaxt Zaur birlikdə oturmağı ona irad tutmuşdur. O isə Zaurun tək əyləşdiyini görüb onunla birlikdə əyləşmək, eləcə də ətrafdan adamlar keçdiyi üçün söyüş söyməməsini bildirmişdir. Zaur isə onun bu sözlərini eşidib onun da ünvanına nalayiq sözlər işlətmişdir. O da Zaurun onun ünvanına nalayiq sözlər işlətməsindən əsəbləşib qəsdən Zauru əyləşdiyi stuldan itələyib pilləkəndən aşağı atmış, daha sonra isə çıxıb getmişdir. Bundan başqa o, 2021-ci ilin mart ayında həbsdən azad olunmuş və həmin vaxtdan da işləmədiyi üçün şəhərin müxtəlif ərazilərində gəzərək istifadəsiz metal yığaraq həmin metalları metal qəbulu məntəqəsinə təhvil verərək əldə etdiyi pulla gündəlik təlabat xərclərini ödəmişdir. Ona görə də 2021-ci ilin aprel ayında Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindən keçən sahilində metal toplamaq məqsədi ilə gəzərkən, yerdə tullantıların arasında 1 ədəd ağ rəngli bağlanmış kisə görmüşdür. Marağını cəlb etdiyi üçün həmin kisəni yerdən götürüb açıb baxmış, kisənin içərisində sellofan paketdə 1 ədəd “Kalaşnikov” markalı avtomat və avtomatın yanında 1 ədəd içərisində 30 ədəd patronu olan sandıq olduğunu görmüşdür. Əvvəlcə tapdığı Kalaşnikov markalı avtomatı və içərisində patronlar olan sandığı polis şöbəsinə təqdim etməyi fikirləşmiş, lakin sonradan həbsdən yeni azad olunduğunu əvvəllər də eyni cinayətə görə cinayət məsuliyyətinə cəlb edildiyini fikirləşib, yenidən də cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxub avtomat və patronları könüllü təqdim etmək fikrindən daşınmışdır. Ona görə də həmin avtomat və içərisində patronlar olan avtomat sandıqçasını tapdığı yerə yaxınlıqda yerləşən nar ağacları əkilmiş sahibsiz bağda torpağı qazaraq torpağın altına basdırmışdır. Təxminən 09 iyun 2021-ci il tarixdə günorta saatlarında avtomat və patronları gizlətdiyi əraziyə getmiş, həmin ərazidə yaxınlıqdan bel (lapatka) tapıb həmin bellə avtomatı gizlətdiyi yerdə torpağı qazıb avtomat və içərisində patronlar olan sandıqçanın yerində olub-olmamağmı yoxlayaraq, həmin əşyaların gizlətdiyi yerdə olmasını gördükdən sonra patronlardan iki ədədini götürmüş ki, içərilərində olan barıtı boşaltdıqdan sonra arxalarını deşib ipə düzəldərək boynundan assın. Daha sonra avtomatı və yerdə qalan patronlar olan sandığı yenidən kisəyə yığıb həmin yerdə basdırıb beli də yaxınlıqda əkilmiş nar ağacının arasında gizlətmişdir. Bundan başqa 08.06.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlğından piyada keçərkən yerdə 1 ədəd ağ rəngli kağız bükümünü görüb götürmüşdür. Açıb baxdıqda, həmin bükümün içərisindəkinin narkotik vasitə marixuana olduğunu bilmişdir, çünki özü də narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin ağ kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd “Prima” markalı siqaret qutusuna qablaşdırıb cibində gizlətmişdir. Ötən müddət ərzində 3 dəfə tapdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 11 iyun 2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən “Firəngiz” şadlıq sarayının yaxınlığından keçərkən tapdığı narkotik vasitə və iki ədəd avtomat patronları da üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı və qanusuz olaraq odlu silah, döyüş sursatı saxlaması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl, üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki tünd qəhvəyi rəngli cins şalvarın sağ və sol yan ciblərindən hərəsində bir ədəd göy rəngli “Prima” siqareti, şalvarın sol yan cibindən bir ədəd alışqan və bir ədəd “Rinza” ağrıkəsici dərmanını çıxardaraq təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının arxa sol cibindən iki ədəd “Kalaşnikov” tipli avtomatın patronu, bundan əlavə isə sağ ayağında olan corabının içərisindən isə sarı rəngli “Prima” markalı siqareti qutusu aşkar edilmişdir. Həmin siqaret qutusu açılıb baxıldıqda bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, otabənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və siqaretin qutusu ilə birlikdə çəkisi 22,62 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm və patronlar onun və digər şəxslərin iştirakı ilə zərflərə qoyularaq möhürlənmişdir. Zərflərin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra ona Kalaşnikov markalı avtomatı və həmin avtomata aid içərisində patronlar olan sandıqçanı gizlətiyi yeri göstərmək təklif olunmuşdur. O da polis əməkdaşları ilə birlikdə həmin avtomatı və içərisində patronlar olan sandıqçanı gizlətdiyi yerə getməyi bildirmişdir. Birlikdə Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindən keçən hissəsindəki sahilində nar ağaclarının bitdiyi yerə getmişlər. Orada o, avtomatı gizlətdiyi yeri göstərmiş, həmin yer qazıldıqdan sonra torpağın altından 1 ədəd ağ rəngli kisə aşkar olunmuşdur. Ağ rəngli kisə açılıb baxılarkən içərisindəki sellofann paketdə 1 ədəd qundağı qatlanan Kalaşnikov markalı avtomat və içərisində 28 ədəd patron olan avtomat sandıçası olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş avtomat və içərisində patronlar olan sandıça qablaşdırılaraq götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 iyun 2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3, Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin, odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 18 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən “Firəngiz" şadlıq sarayının yaxınlığı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin, odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. X11 Hüseynova narkotik vasitə saxlaması və istifadə etməsi, odlu silah və döyüş sursatları saxlaması barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, odlu silah, döyüş sursatı və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Təqsirləndirilən şəxs da əynindəki şalvarın sağ və sol yan ciblərindən iki ədəd göy rəngli “Prima” markalı siqaret qutuları, şalvarın sol yan cibindən bir ədəd alışqan və bir ədəd “Rinza” ağrıkəsici dərmanını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, onun əynindəki şalvarının arxa sol cibindən iki ədəd “Kalaşnikov” tipli avtomatın patronu, sağ ayağında olan corabının içərisindən isə sarı rəngli “Prima” markalı siqareti qutusu aşkar olunmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sağ ayağında olan corabın içərisindən aşkar olunmuş “Prima” markalı siqaret qutusu digər iştirakçıların yanında açılarkən içərisindəkinin yaşıl rəngli, kəskin iyli otabənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd “Prima” markalı siqaret qutusunda olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, siqaretin qutusu ilə birlikdə ümumi cəmi çəkisi 22,62 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 08 iyun 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlğından piyada keçərkən yerdən 1 ədəd ağ rəngli kağız bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 JSle-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Həmçinin, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd “Kalaşnikov” tipli avtomata aid gülləni də 2021 -ci ilin aprel ayında Kür çayının sahilində yerləşən tullantılar atılan ərazidən 1 ədəd kisənin içərisində “Kalaşnikov” markalı avtomat, 1 ədəd içərisi mərmi ilə dolu olan avtomat sandıqçası ilə birlikdə tapdığını, 2 ədəd gülləni üzərində gəzdirdiyini, “Kalaşnikov” markalı avtomat və içərisində 28 ədəd güllə olan sandıqçanı isə Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisinən keçən sahilində nar ağaclarının arasında yerə basdırdığını, avtomatı və içərisində güllələr olan sandıqçanı basdırdığı yeri göstərə biləcəyini bildirmişdir. Bundan sora polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs “Kalaşnikov” markalı avtomat və içərisində güllə olan avtomat sandıqçasını gizlətdiyi Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindən keçən sahilində Nar ağacları olan əraziyə gedilmişdir. Həmin ərazidə üzərinə ağac və daşlarla işarə qoyulmuş əvvəllər də qazıldığı bəlli olan yeri Təqsirləndirilən şəxs göstərərək avtomat və içərisində mərmilər olan sandıqçanı həmin yerdə gizlətdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yer bellə qazılmış və torpağın altından bir ədəd ağ rəngli kisəyə bükülmüş, tünd yaşıl rəngli sellofan torba aşkar olunmuşdur. Sellofan torba açılarkən içərisində bir ədəd qundağı qatlanmış, “Kalaşnikov” tipli avtomat və bir ədəd avtomat sandığı aşkar olunmuş, həmin sandığın içərisindəki patronları boşaldıb 28 ədəd olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş avtomat və içərisində güllələr olan sandıqça protokol tərtib edilərək götürülmüş, bu barədə tərtib edilmiş protokola Təqsirləndirilən şəxs özü də imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və X6 da şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Baxış və götürmə haqqında” 11 iyun 2021–ci il tarixli protokoldan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindən keçən sahilində nar ağacları əkilmiş sahədə torpağın altında Təqsirləndirilən şəxs gizlətdiyi, bir ədəd ağ rəngli kisəyə bükülmüş, tünd yaşıl rəngli sellofan torbanın içərisində 1 (bir) ədəd qundağı qatlanmış, “Kalaşnikov” tipli avtomat və bir ədəd avtomat sandığı, həmin sandığın içərisində 28 ədəd patron aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun sağ ayağında olan corabın içərisindən 1 ədəd “Prima” markalı siqaret qutusunda gizlədərək saxladığı ümumi təmiz çəkisi 16,35 qram olan narkotik vasitəqurudulmuş marixuana və əynində olan tünd qəhvəyi rəngli cins şalvarın arxa sol cibindən 2 (iki) ədəd “Kalaşnikov” konstruksiyalı avtomata aid patronlar aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 iyun 2021-ci il tarixli 17/424 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə…” sözləri və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd üzərində “Prima” yazısı olan siqaret qutusunda, təmiz çəkisi- 16,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 16,35 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 16,30 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2021-ci il tarixli 862 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan məhkəmə-ballistik ekspertizasının 29 iyun 2021-ci il tarixli 21/418R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 285841 /Ns-li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1976-cı ildə istehsal olunmuş. 5.45 mm kalibrli "Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. 1.Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 2.Təqdim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır.
3. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN- nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Həmin rəyin Qeyd hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 30 ədəd 5.45x39mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 05.07.2021-ci il tarixli 011-6368-1221N°-İi məktubdan görünür ki, 01 ədəd 5,45 mm kalibrli 285841 JSfo-li AKS-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 27.08.2021-ci il tarxli sübutların qiymətləndirilməsi barədə qərarın 3-cü bəndindən görünür ki, 1 (bir) ədəd 285841N°-li, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində 1976-cı ildə istehsal olunmuş, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli avtomat, 1 (bir) ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidarağı, 27 ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli "Kalaşnikov" konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin silah otağına verilmişdir Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 12 iyul 2021ci il tarixli, 375N»-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki, ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Mingəçevir şəhəri Psixonevroloji Dispanserindən verilmiş 15 sentyabr 2021-ci il tarixli 242/01 saylı ambulator xəstənin tibbi kitabçası, 07.07.2021-ci il tarixli 518 saylı arayış, 203/07 saylı, 214/11 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktları, X1 verilmiş 09.07.2018-ci il tarixli 377 saylı ambulator məhkəmə psixatriya ekspertizası rəyi), anamestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz, acıqlı və konfliktə meyilli olması, onda əsəbiliyə meyillilik aşkar etməsi, tez qıcıqlanması. xırda qıcığa nisbətən güclü cavab reaksiya verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 19 iyun 2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Tribunalının 21 yanvar 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin «a» bəndi və CMnin 143-cü maddəsi ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 sentyabr 2001-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər məhkəməsinin 11 noyabr 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2008-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 29 fevral 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 05 ay 01 gün vaxtından əvvəl cəzadan azad olunmuş, Mingəçevir şəhər məhkəməsinin 20 noyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 % dövlət nəfinə tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Amnistiya qərarına əsasən 20 may 2013-cü il tarixdə təyin olunmuş cəzadan azad edilmiş, Mingəçevir şəhər məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən 15 iyun 2016-cı il tarixdə təyin olunmuş cəzadan azad edilmiş, Mingəçevir şəhər məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 228.1-ci maddələri ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan ”cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən «qurudulmuş marixuana» əldə edib üzərində saxlayıb daşımaqla, həmçinin qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən odlu silah hesab olunan “Kalaşnikov” konstruksiyalı avtomatı, döyüş sursatı hesab olunan patronları və odlu silahın komplekt hissəsi olan darağı əldə edərək saxlayıb üzərində gəzdirməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd “Prima” markalı siqaret qutusunda təmiz çəkisi 16,35 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan sağ ayağında olan corabın iç hissəsində gizlədib, saxlayaraq daşımış və 11 iyun 2021-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Firəngiz” şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 Rb-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun üzərindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, 2021-cu ilin aprel ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd "285841" nömrəli, zavod üsulu ilə keçmiş "SSRİ” dövlətində 1976- cı ildə istehsal olunmuş, 5,45 mm kalibrli "Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli, döyüş təyinatlı, yivli - texniki cəhətdən saz və atəşə yararlı vəziyyətdə olan, hissələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş odlu silah hesab edilən avtomat, 1 (bir) ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, saz vəziyyətdə, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - darağı, 30 ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlardan 28 (iyirmi səkkiz) ədədini Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisinən keçən sahilində torpağın altında gizlədərək saxlamış, həmin patronlardan 2 (iki) ədədini isə əynindəki şalvarın arxa sol cibində gizlədərək üzərində saxlayaraq gəzdirmiş, 11 iyun 2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən "Firəngiz" şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N°-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 2 (iki) ədəd 5,45x39 mm kalibrli döyüş sursatı hesab olunan patronlar onun əynindəki şalvarın arxa sol cibindən, davam edən əməliyyat-axtarış tədbirləri zamanı “Kalaşnikov" konstruksiyalı, döyüş təyinatlı, yivli-odlu silah, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - darağ və 28 (iyirmi səkkiz) ədəd 5,45x39 mm kalibrli döyüş sursatı hesab olunan patronlar Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi adlanan ərazisindən keçən sahilinə saat 20 radələrində axtarış keçirilərkən oradan aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1–ci və 234.1–ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan qurudulmuş marxuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci və 234.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməsi, başqasına verməsi, satması, saxlaması, daşıması və ya gəzdirməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri 7 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Hüseynov X5 şəhər məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 228.1-ci maddələri ilə təqsirli bilinərək, 02 il 05 ay, 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM–nin 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilir, ona görə də onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və həmin Məcəllənin 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2021–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 11 iyun 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 13 iyun 2021–ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 11 iyun 2021–ci il tarixdən hesablanmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd 285841N°-li, keçmiş “SSRİ” dövlətində 1976-cı ildə zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli avtomat, 1 (bir) ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-darağı, 27 ədəd keçmiş “SSRİ” dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar məcburi qaydada dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olub Mingəşevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 16,30 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən məhkəmə bioloji ekpertiza tədqiqatının dəyəri olan 34 manat 55 qəpik, məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci və 234.1–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1–ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 iyun 2021–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 16,30 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd 285841N°-İi, keçmiş “SSRİ” dövlətində 1976-cı ildə zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AKS-74 modelli avtomat, 1 (bir) ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidarağı, 27 ədəd keçmiş “SSRİ” dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar məcburi qaydada dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat 15 (on beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nemət Paşayev