Məhkəmə qərarları › İş №1(051)-168/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-168/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-168/2022 21.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Şahid1, Müdafiəçi: Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022- ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iClasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə saat 13:30-da ayıq vəziyyətdə idarə etdiyi «Ford Fusion» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri M.Maqomayev prospektində 48 və 50 saylı binaların arasında yerləşən yol ayrıcında sola dönmə əməliyyatını icra edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən, velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi ilə həyata keçirildiyi halda, həmçinin həmin qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmadan qabaq müvafiq istiqamətdə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı, solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişsə, həmin yollardan keçərək sola və ya geriyə dönməli, bu zaman tramvay üçün maneə yaratmamalı olduğu halda sürücülük vəsiqəsi olmadan, həmçinin dönməzdən əvvəl müvafiq istiqamətdə kənar vəziyyət tutmadan manevri təhlükəsiz etmədən, hərəkətin digər iştirakçıları üçün maneə yaratmaqla yol- nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq onunla eyni istiqamətdə hərəkət edən Şahid2 idarə etdiyi « VAZ 21015 » markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla idarə etdiyi avtomobilin sol arxa hissəsi ilə, Şahid2 idarə etdiyi avtomobilin qabaq hissəsinin toqquşmasına səbəb olaraq ehtiyatsızlıqdan «VAZ 21015» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs qızma alın nahiyəsində yara xəsarətinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığı qısa müddətdə pozduğundan sağlamlığa Yüngül, sağ mil sümüyünün distal hissəsinin qapalı sınığı xəsarətinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir.. Məhkəmə istintaqı zamanı dindirilmiş yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 1 aydır ki, “Ford Fusion” markalı ** PG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmişdir. Belə ki, avtomobil lizinq krediti ilə "xxxx" MMC-yə aid olmuşdur. Həmin avtomobil müqavilə əsasında anası Şahid1 adma verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Mingəçevir şəhəri M.Maqomayev prospekti ilə 40 km/saat surətlə hərəkət etmişdir. Sonra evə dərman almaq yadına düşmüş və kənarda avtomobili saxlayaraq telefondan istifadə etdikdən sonra dərman almaq üçün geriyə qayıtmaq məqsədilə prospektdə yerləşən dönməyə icazə verən qırıq-qırıq xətt istiqamətində hərəkət edərək surətini 5-10 km/ saat surətinə kimi azaldaraq sola dönmə işıq siqnalını yandırmışdır. Sola dönmə əmliyyatmı icra edən zaman isə onunla eyni istiqamətdə hərəkət edən VAZ 21015 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol yan hissəsindən vurmuşdur. O, sola istiqamətdə geriyə dönmə əməliyyatını icra edərkən VAZ 21015 markalı atomobilin uzaqda olduğunu görmüşdür. Həmin avtomobil yüksək surətlə hərəkət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman onun nəqliyyat vasitəsini idarə etməyə imkan verən sürücülük vəsiqəsi olmamış, hadisə baş verən zaman sola dönmə əməliyyatını icra etdiyindən hərəkət surəti təxminən 5-10 km/saat olmuş, hadisə zamanı avtomobildə sərnişin və ya hadisəyə səbəb ola biləcək başqa yük olmamış, hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Hadisənin baş verməsinə səbəb kimi VAZ 21015 markalı avtomobilin yüksək surətlə hərəkət etməsini göstərmiş, əgər sola dönmə əməliyyatını icra edərəkən VAZ 21015 markalı avtomobilin sürücüsü aşağı surətlə hərəkət etsəydi, yol-nəqliyyat hadisəsinin qarşısını ala biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin Cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qanuni nümayəndəsinin, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid2 onun həyat yoldaşıdır, onların X7 və X3 adında iki azyaşlı övladları vardır. Samir ** BM *** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobilini təxminən 1 ildir ki, almışdır. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Samirin avtomobilində o və azyaşlı övladları arxa oturacaqda oturmuşlar və şəhərin M.Maqomayev küçəsində 5+ supermarket istiqamətindən H.Əliyev prospekti istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt Samir avtomobili yüksək surətlə idarə etməmişdir. Onların qarşısında eyni istiqamətdə “Ford Fusion” markalı ** PG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkət etmişdir. Həmin vaxt Samir həmin avtomobilin yanından keçib hərəkətini davam etdirmək istəyən zaman “Ford Fusion” markalı avtomobil sola dönmüş və onların avtomobilinin qabaq hissəsi ilə Ford markalı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində o, qolundan xəsarət almış və Samir onu avtomobillə Mingəçevir ŞMX-na aparmışdır. Təqsirləndirilən şəxs və onun valideyni tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş və barışmışlar. Ona görə də təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ** BM *** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobilini təxminən 1 ildir ki, almış və avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobili idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində şəhərin M. Maqomayev küçəsində 5+ supermarket istiiqamətindən H.Əliyev prospekti istiqamətində 40-50 km/saat surətlə hərəkət etmişdir. Onunla eyni istiqamətdə “Ford Fusion” markalı ** PG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkət etmişdir. Yolayrıcından bir qədər keçdikdən sonra o, idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkət edən “Ford Fusion” markalı avtomobilin sol tərəfindən hərəkət edərək öz hərəkəti istiqamətində onun sol tərəfindən keçərək hərəkət etmək istəmişdir. Elə həmin an onun sağımda hərəkətdə olan Ford markalı avtomobil geriyə dönmək məqsədilə avtomobili sola tərəf döndərərək geriyə dönmək istəmişdir. Həmin an o, avtomobili sola çəkmək istəmiş, lakin Ford marakalı avtomobil arxa sol hissəsi ilə onun avtomobilinin sağ qabaq hissəsi ilə toqquşmuşdur. Həmin vaxt avtomobilidə arvadı və 2 azyaşlı övladı olmuşdur. Hadisə nəticəsində arvadı xəsarət almış və onu yaxınlıqda olan avtomobilə əyləşdirirək Mingəçevir ŞMX-na aparmışdır. Hadisə baş verən zaman Mingəçevir şəhəri M.Maqomayev prospektindən H.Əliyev prospeti istiqamətində 40-50 km/ saat surətlə hərəkət etmiş, hadisə zamanı avtomobildə arvadı və 2 uşağı olmuş, lakin hadisənin baş verməsinə səbəb ola biləcək başqa yük olmamış, hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Hadisənin baş verməsinə səbəb kimi onun Mingəçevir şəhəri Maqomayev prospektində sol hərəkət zolağı ilə hərəkətdə olan zaman sağ hərəkət zolağında hərəkətdə olan Ford Fusion markalı ** PG *** qeydiyyat nömrə nişanlı avtomobilin onun hərəkətini gözləmədən qəflətən sola dönərək geriyə dönmə əməliyyatı yerinə yetirməsini göstərmişdir. Həmçinin o, baş vermiş toqquşma nəticəsində avtomobilinə 1.100 (min yüz) manat maddi ziyan dəydiyini və həmin maddi ziyanın qarşı tərəfin ödənilyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “Ford Funsion” markalı ** PG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 2021-ci ilin sentyabr ayında almışlar. Həmin vaxt avtomobilin krediti olduğu üçün onu Mingəçevir şəhərinə gətirməmişlər. Təxminən 1 ay əvvəl həmin avtomobili Mingəçevir şəhərinə gətimişlər. Avtomobil müqavilə əsasında onun adma olmuşdur. Lakin avtomobili idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. Həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs onun doğma oğlumdur. Nihatın da həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur və o, Nihata həmin avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. xx.xx.2022-ci il tarixdə isə oğlu Nihat həmin avtomobillə dərman almaq məqsədilə evdən çıxmışdır. Təxminən evdən çıxandan 10 dəqiqə sonra oğlu ona zəng edərək Mingəçevir şəhəri M.Maqomayev prospektində hərəkətdə olarkən yolnəqliyyat hadisəsi baş verməsi haqqında ona məlumat vermişdir. O da dərhal həmin hadisə baş verən yerə yollanmışdır. Sonra hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs qızma baş çəkmək üçün Mingəçevir ŞMX-nə getmişdir. Həkim müayinəsi zamanı zərərçəkmiş şəxsin səhhətində ciddi probelmlərin olmadığını demişlər. Həmin vaxt zərərçəkmiş şəxsin yaxınlarının təkidi ilə onu yenidən həkim müayinəsindən keçirmişlər və həkimlər Zərərçəkmiş şəxs qolunda heç bir ciddi xəsarətin olmadığını bildirmişlər. Bundan sonra da zərərçəkmiş şəxsin müayinə xərclərini ödəmiş, eyni zamanda VAZ 21015 markalı avtomobilə dəymiş maddi ziyanı da tam şəkildə zərərçəkmişlərə ödəmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 Samit oğlu göstərmişdir ki, o, 2016cı ildən DİO-da xidmət edirəm. 2020-ci ildən isə Mingəçevir şəhər X10 X12 Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Mingəçevir şəhər X10 X12 Yol Patrul Xidməti inspektoru Şahid3 ilə birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin M.Maqomayev prospektində 48 və 50 saylı yaşayış binalarının arasında yerləşən yol ayrıcında nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs “Ford Fusion” markalı ** PG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri M.Maqomayev prospektində yerləşən 48 və 50 saylı binaların arasında yerləşən yol ayırıcmda geriyə dönmə əməliyyatını yerinə yetirən zaman həmin vaxt M.Maqomayev prospektində onunla eyni istiqamətdə, yəni prospektin H.Əliyev prospekti ilə kəsişməsi istiqamətində hərəkət edən Şahid2 idarə etdiyi “VAZ 21015” markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə toqquşmuşlar. Zərbənin təsirindən “VAZ 21015” maraklı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Daha sonra hadisə nəticəsində xəsarət almış şəxs Zərərçəkmiş şəxs Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılmışdır. Sonradan hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişlər. Sürücülər Şahid2 və Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji dispanserinin həkimlərinin onları müayinə etmələrini təşkil etmişlər. Müayinə zamanı sürücülər SamirMəmmədov və Təqsirləndirilən şəxs törətmiş olduqları yolnəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmaları aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 Şahid4 Samit oğlu ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təstiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospektində 48 və 50 saylı binaların arasında yerləşən yol ayrıcında asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid2 idarə etdiyi «VAZ 21015» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması və «VAZ 21015» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022ci il tarixli, 262 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdu. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 285 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ mil sümüyünün distal hissəsinin qapalı sınığı, yetirimə müddətləri qərarda göstərilən xx.xx.2022- ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. İş üzrə xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1273 saylı rəyindən göstərilmişdir ki: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Ford Fusion markalı, 99 PG 0 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü N. A.Mehdizadə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununu maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21015 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı, ** PG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri, M.Maqomayev prospektinin H.Əliyev prospekti ilə kəsişməsi istqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə Şahid2 « VAZ 21015 » markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə M.Maqomayev prosketində 48 və 50 saylı binaların arasında yerləşən yol ayrıcından sol tərəfə dönmə əməliyyatını yerinə yetirən zaman Şahid2 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Təqsirləndirilən şəxs idarə etiyi Ford Fusion markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 158-34200-1122 saylı məktubdan görünür ki, sorğuya əsasən xx.xx.2005-ci il təvəllüdlü X4 adma sürücülük vəsiqəsi aşkar edilməmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı və Şahid2 « VAZ 21015 » markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçilərinə qaytarılmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır, orta təhsillidir, işsizdir, məhkum olunmamışdır, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci ildə doğulmuşdur. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2, 88.2.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məCburi tədbir tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-nin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlu yetkinlik yaşına çatmayan şəxsdir, onun törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətdir, o, ilk dəfə cinayət törətmiş, müstəqil qazancı yoxdur, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, törədilmiş cinayət əməlinin ictimai-təhlükəlilik dərəcəsini, dəymiş zərərin onun tərəfindən aradan qaldırılmasını, onun gələcəkdə psixi, əxlaqi və mənəvi inkişafını və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 88-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad olunmasını, həmin Məcəllənin 88.2.2-ci maddəsinə əsasən onun barəsində anasının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbirin tətbiq edilməsini və həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən himayəçisinin üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi « VAZ 21015 » markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçilərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.6—197.1.8-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AzərbayCan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 88.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində anası Şahid1 nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən X5 anası Şahid1 üzərinə X6 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı və Şahid2 idarə etdiyi « VAZ 21015 » markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçilərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar