Məhkəmə qərarları › İş №1(051)-17/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-17/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-17/2023 10.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Mingəçevir şəhər ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs "28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,338 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayaraq daşımış, 12 iyun 2022-ci il tarixdə saat 02:40 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 03:55-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,338 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,157 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 26 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun meydanında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki ağ rəngli köynəyinin sol döş cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,157 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayon polis şöbəsində üzərindən 1 ədəd bükümdə olan narkotik vasitə heroin aşkar olundu. Həmin narkotik vasitəni Bərdə şəhərində tutulmazdan 1 gün əvvəl Bakı şəhərində gəzişən zaman yerdən tapmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Avtovağzalı yaxınlığında olduğu zaman yerdə kibrit qutusunun olduğunu görüb həmin kibrit qutusunu götürdü. Baxan zaman içərisində bir ədəd bükülünün olduğunu, həmin bükülüyə baxdıqda içərisində narkotik vasitə hesab edilən heroinin olduğunu müəyyən etdi. Həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədilə cibinə qoydu. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən çıxaraq xx.xx.2022-ci | tarixdə gecə saatlarında Bərdə şəhərinə gəldi. Bərdə şəhərində olan zaman tapdığı narkotik vasitə üzərində idi. xx.xx.2022-ci il tarixdə saat 02:40 radələrində Bərdə rayon Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə gəzərkən orada mühafizə əməkdaşı ona yaxınlaşaraq kim olmasını soruşdu. Lakin həmin vaxtı o, qeyri-səmimilik bildirərək kim olduğunu demək istəmədiyinə görə, mühafizə əməkdaşı yaxınlıqda xidmət edən polis əməkdaşlarına məlumat verdi. Polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə dəvət edildi. Polis şöbəsində hüquqlarının qorunması üçün müdafiəçi dəvət edildi. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə axtarış keçirildi. Baxış zamanı Bakı şəhərindən tapdığı narkotik vasitə olan heroini əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etdi. Təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilərək götürüldü. Bundan başqa Mingəçevir şəhərində olarkən xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı M.S.ünvan 1 ünvanından çıxıb şəhərin ünvan 4 düzəlmiş oturacaqda əyləşən zaman orada yerdən bir ədəd selofana bükülmüş bükümü görüb götürdü. Tapdığı bükümün içərisində olan narkotik vasitə olan heroini gələcəkdə özü istifadə etməsi üçün bükümü cibinə qoydu. Bundan sonra işlərinin ardınca getdi. xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Mingəçevir şəhəri S.Vurğun küçəsi ilə M.V.Vidadi küçəsinin kəsişməsində yerləşən "S.Vurğun” meydanında dayanan zaman iki nəfər polis işçisi ona yaxınlaşdı, özlərini təqdim etdilər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildiriş, özlərinə məxsus avtomobillə şəhər polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşlarına etiraz etmədi və polis işçiləri ilə birlikdə Mingəçevir SPS-yə gəldi. Polis şöbəsində üzərində büküm aşkar edilərək götürüldü. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd selofana bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə onun və müdafiəçinin iştirakı ilə elektron tərəzidə çəkildi, sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırıldı. Əməlindən peşimandır. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində xidmətdə olarkənb Bərdə şəhəri Ü.hacıbəyov küçəsindən keçərkən Mülki Mühafizə Xidmətinin Bəybala adlı əməkdaşı onları çağırdı və bir nəfər şəxsin özünü şübhəli aparmasını bildirdi. Onlar həmin şəxsə yaxınlaşıb özünü təqdim etməsini bildirdikdə həmin şəxs Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olmasını bildirdi, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə apardılar. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olundu. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində sellofan bükümdə nakrotik vasitə heroin aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdi Təqsirləndirilən şəxs əməli şahid kimi dindirilmiş Bərdə PŞ-nin polis nəfəri Şahid6, Bərdə rayon Regional Mühafizə şöbəsinin əməkdaşı Şahid5 məhkəmə iclasında verdikləri ifadələri ilə, həmçinin Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 iyun 2022-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı almışlar. Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri S.Vurğun parkının yaxınlığında küçədə tərəflərindən saxlanıldı. Həmin vaxt Təqsirləndirilən şəxs izah etdilər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdu. Buna görə də üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu səbəbdən də tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olundu. Daha sonra müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd 5 qramlıq şpris, əynindəki köynəyinin sol döş cibində saxladığı sellofan bükümdə içərisində narkotik vasitə heroin olan büküm aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olmasını, tapdığını satış məqsədi olmamasını özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdi. Şahid2 da məhkəmə iclasında şahid Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili X2 ifadəsinə uyğun ifadə verdi. İşin 122-123-cü vərəqlərində olan 12 iyun 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ cibində kibrit qutusunun içərisində sellofan bükümdə 0,338 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 24-25-ci vərəqlərində olan 26 iyun 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd 5 qramlıq şpris, əynindəki ağ rəngli köynəyinin sol döş cibində sellofan bükümdə 1,157 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 130-132-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2022-ci il tarixli, 16/665 saylı rəyində göstərilir ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 01 (bir ) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,338 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0,338 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,288 qram. İşin 35-38-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2022-ci il tarixli, 17/532 saylı rəyində göstərilir ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 01 (bir ) ədəd sellofan bükümdə təmiz çəkisi 1,157 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-1,157 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,107 qram. 01 (bir) ədəd şprisdən aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri, narkotik vasitə-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. İşin 211-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1429 saylı 23 sentyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,338 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayaraq daşımış, 12 iyun 2022-ci il tarixdə saat 02:40 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 03:55-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0, 338 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,157 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 26 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun meydanında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki ağ rəngli köynəyinin sol döş cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,157 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 84-84-cü vərəqlərində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X4 adlı iki nəfər azyaşlı uşaqları var. İşin 89-90-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları olması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cinayətin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 117-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 156-cı vərəqində olan Bərdə şəhər Polis Şöbəsinin 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. İşin 20-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 71-72-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 28 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. İşin 181-182-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İşin 189-cu “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. İşin 206-207-ci vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 19 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 6 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan həbs qətimkan tədbiri ilə əvəz olunsun və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlən tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1,395 qram narkotik vasitəheroin və 1 ədəd içərisində heroin hissəcikləri olan 5 qramlıq spris məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 99,50 (doxsan doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı 6 (altı) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə ekspertiza xərci olan 99,50 (doxsan doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1,395 qram narkotik vasitə heroin və 1 ədəd içərisində heroin hissəcikləri olan 5 qramlıq spris məhv edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar