Məhkəmə qərarları › İş №1(051)-17/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-17/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-17/2024 30.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 01 (bir) gün hissəsi 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-87/2023 saylı, 07 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hal-hazırda təyin edilmş cəzanın 1 gün müddətini çəkmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 fevral 2023cü il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 51№-li yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi qızıl zinət əşyalarının satışı mağazasına mağazanın fəaliyyət göstərdiyi müddət ərzində mağazanın vətəndaşların azad girib-çıxa biləcəyi ticarət zalına daxil olub həmin zaman mağazada qızıl zinət əşyaları saxlanılan rəflərinin arxasında dayanıb rəflərin şüşə örtüyünün üzərinə yığılmış qızıl zinət əşyalarını rəflərə yerləşdirməklə məşğul olan Şahid2 və Şahid1 özünü guya ki, qızıl zinət əşyası alan şəxs kimi təqdim edib, qızıl zinət əşyalarının qiymətləri ilə maraqlandıqdan sonra rəflərin şüşə örtüyünün üzərində açıq sahədə olan qızıl zinət əşyalarını nəzərdən keçirərək həmin qızıl zinət əşyalarının arasından 382 manat dəyərində 1 ədəd 583 əyyarlı 4,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş gül formalı təzə qızıl üzüyü, 467 manat dəyərində 1 ədəd 583 əyyarlı 5,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş qızıl nişan üzüyünü Şahid2 və Şahid1 diqqətindən yayınaraq sonuncuların hiss etmədikləri şəraitdə gizli olaraq götürüb özgənin, yəni Zərərçəkmiş şəxs məxsus təxminən 849 (səkkiz yüz qırx doqquz) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir. Əvvəllər də Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin müxtəlif hissələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Anası onkoliji xəstədir. Buna görə də anasının müalicəsi üçün pula ehtiyacı var. Özü də heç bir yerdə işləmədiyi üçün anasının müalicə xərclərini ödəyə bilmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərindən Tovuz şəhərinə gedərkən pulu bitdiyi üçün Mingəçevir şəhəri ərazisinə gedərək oğurluq etmək barədə fikirləşmişdir. Çünki, Mingəçevir şəhərində onu heç kəs tanımır. Yevlax rayonu Aran qəsəbəsində avtobusdan enib, taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilinə əyləşib Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhəri ərazisində Mərkəzi Bazarın yaxınlığında avtomobildən düşmüşdür. Mərkəzi Bazarın yaxınlığındakı binaların qeyri yaşayış sahəsində qızıl zinət əşyalarının satıldığı mağazalar yerləşdiyini görüb oğurluq etmək məqsədi ilə həmin mağazalara yaxınlaşmışdır. Mağazaların qarşısından keçərkən həmin cərgədə yerləşən daha gözəgəlimli olan mağazada satıcının qızıl zinət əşyalarını vitrinə yığıdığını görmüşdür. Beləki, qızıl zinət əşyalarının əksəriyyəti vitrinin üzərindəki şüşənin üstünə yığılmışdır. O, mağazaya daxil olub vitrinin üzərindəki qızıl zinət əşyalarına baxdıqdan sonra mağazada olan satıcıdan qızıl üzüklərin qiymətlərini maraqlanmış, bir qədər mağazada qızıllara baxdıqdan sonra satıcının başının qarışıq olduğunu görüb 2 ədəd qızıl üzüyü götürüb cibinə qoymuşdur. Bir qədər də mağazanın daxilində qalıb satıcının onun oğurluq edib etdiyini başa düşüb-düşmədiyini dəqiqləşdirmiş, başa düşmüş ki, satıcı onun mağazadan oğurluq etdiyini görməyibdir. Bundan sonra mağazadan bayıra çıxıb, yaxınlıqdakı avtobus dayanacağından taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşib Mingəçevir şəhər avtovağzalına getmişdir. Oradan isə Yevlax rayonu Xaldan qəsəbəsinə, oradan isə Şəki şəhərinə getmişdir. Şəki şəhərində yerləşən restoranlardan birində nahar etdikdən sonra avtobusa əyləşib Bakı şəhərinə yola düşmüşdür. Oğurladığı qızıl üzükləri Bakı şəhəri Nəsimi rayonunda yerləşən Moskva univermağının yaxınlığındakı qızıl zinət əşyalarının satıldığı mağazaların yaxınlığında dayanıb qızıl almaq üçün mağazaya daxil olub bayıra çıxan şəxslərə qızılı təqdim etmiş, həmin şəxslərdən biri qızıl üzüyə baxdıqdan sonra almaq istədiyini bildirmişdir. O da qızıl üzükləri həmin şəxsə 390 manata satmışdır. Daha sonra əldə etdiyi pulları gündəlik tələbat xərclərinə sərf etmişdir. Həmçinin o, ifadəsində oğurluq hadisəsini tək törətdiyini, həmin oğurluq hadisəsini törətməkdə ona kimsə köməklik etmədiyini bildirmişdir. Daha sonra törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və himayəsində xəstə anasının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Mingəçevir şəhəri H.Əliyev prospekti 51№-li yaşayış binasının qeyri yaşayış sahəsinə yerləşən mağazada qızıl zinət əşyalarının satışı ilə məşğul olur. Mağazada ondan başqa qardaşı oğlu Zülfüqar və övladı Murad da işləyirlər. Mağazanı hər gün səhər saat 08 radələrində açıb saat 17 radələrində bağlayırlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qardaşı oğlu Zülfüqar və oğlu Murad mağazanın vitrinlərinə qızıl zinət əşyalarını düzərkən bir nəfər arıq bədən qurluşlu şəxs mağazaya daxil olmuşdur. Həmin zaman o, mağazada olmamışdır. Lakin, mağazada quraşdırılmış kameraların video görüntülərini özünə məxsus mobil telefonda olan proqram tətbiqi vasitəsi ilə izləmişdir. Görmüş ki, bir nəfər şəxs qulağında mobil telefon mağazanın vitrinin üzərində olan qızl zinət əşyalarına baxaraq həmin əşyaların bir neçəsini götürüb baxır. Telefonda olan görüntülərdən həmin şəxsdən şübhələnmişdir. Həmin şəxs bir qədər qızıl zinət əşyalarına baxdıqdan sonra mağazadan çıxıb getmişdir. O da dərhal oğlu Murada zəng edərək həmin şəxin qızıl zinət əşyasını oğurlamasından şübhələndiyini bildirərək vitrində olan qızıl zinət əşyalarına baxmasını bildirmişdir. Bundan sonra Murad və Zülfüqar qızıllara baxdıqdan sonra vitrində olan 2 ədəd qızıl üzüyün oğurlandığını görüb mağazadan bayıra çıxaraq həmin şəxsi axtarmışlar. Lakin həmin şəxsi tapa bilməmişlər. Bu səbəbdən də o, Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o, ifadəsində mağazadan 1 ədəd 583 əyyarlı 4,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş gül formalı təzə qızıl üzüyü, 1 ədəd 583 əyyarlı 5,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş qızıl nişan üzüyünün oğurlandığını bildirmişdir. Daha sonra məhkəmə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödəndiyindən və bu səbəbdən də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atasına məxsus Mingəçevir şəhəri H.Əliyev prospketi 51№-li yaşayış binasının qeyri yaşayış sahəsində qızıl zinət əşyalarının satıldığı mağaza var. Həmin mağazada əmisi oğlu Şahid2 da işləyir, o isə arada mağazaya gedib müəyyən köməkliklər göstərir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində mağazada əmisi oğlu Zülfüqar ilə birlikdə qızıl zinət əşyalarını rəflərə yerləşdirmək üçün rəfin üzərindəki şüşə örtüyün üzərinə düzmüşlər. Həmin zaman bir nəfər arıq bədən quruluşlu cavan oğlan mağazaya daxil olmuşdur. Həmin şəxs özünü telefonla guya ki, kiminləsə danışır kimi göstərərək qızıl üzük almaq istədiyini bildirmişdir. Onlar da həmin şəxsə bir neçə üzük nümunəsi göstərmişlər. Həmin zaman onların başları qızıl zinət əşyalarını rəflərə yerləşdirməyə qarşımışdır. Həmin şəxs bir qədər mağazada qızıl zinət əşyalaraına baxaraq telefonla danışdıqdan sonra mağazadan çıxıb getmişdir. Həmin şəxs mağazadan çıxdıqdan sonra atası ona zəng edərək həmin şəxsin mağazadan qızıl zinət əşyalarını oğurladığını deyərək qızıllara baxmaqlarını bildirmişdir. O da Zülfüqarla birlikdə qızıllara baxarkən 2 ədəd qızıl üzüyün yerində olmadığını görüb dərhal mağazadan bayıra çıxıb həmin şəxsi axtarmağa başlamışlar, lakin həmin şəxsi tapa bilməmişlər. Daha sonra atası mağazaya gəlmiş və mağazadan oğurluq edilməsi barədə polis şöbəsinə ərizə ilə müraciət etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədlə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Məmmədov X4 şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində işlətdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 51№-li yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən qızıl zinət əşyalarının satıldığı mağazadan 2 ədəd qızıl üzüyün oğlurlanmasını bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin xx.xx.1991-ci ildə Tovuz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Tovuz şəhəri M.P.Vaqif küçəsi 8№-li evdə yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğurladığı qızıl zinət əşyalarını Bakı şəhərində tanımadığı şəxslərə də satdığı müəyyən edilmişdir. Cinayət işində olan iş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs işlətdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 51№-li yaşayış evinin qeyri yaşayış sahəsində yerləşən qızıl zinət əşyalarının satıldığı mağazadan oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən baş vermiş hadisənin video görüntüləri götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanlamış «CD-R» formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2023-cü il tarixdə saat 12:06:27-dən saat 12:26:27-dək Mingəçevir şəhəri H.Əliyev prospekti 51№-li yaşayış binasının yaxınlığında yerləşən ünvan 2 ünvanda quraşdırılmış antenin əhatə dairəsində, 14:36:27-dən 15:21:27- dək isə Şəki şəhəri S.Mümtaz küçəsində quraşdırılmış antenin əhatə dairəsində aktiv olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Mingəçevir şəhəri H.Əliyev prospekti 51№-li yaşayış evinin qeyri yaşayış sahəsində yerləşən qızıl zinət əşyalarının satıldığı mağazadan baş vermiş oğurluq hadisəsinin görüntüləri olan diskə baxış keçirərkən Təqsirləndirilən şəxs telefonla danışaraq mağazaya daxil olan və mağazadan 2 ədəd qızıl üzüyü oğurlayan şəxsin özü olduğunu etiraf etməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkillərlə tanınması haqqında protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş şəkillərin arasından xx.xx.2023-cü il tarixdə saat 13 radələrində işlədiyi mağazadan oğurluq edən şəxs yəni, Təqsirləndirilən şəxs tanımışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkillərlə tanınması haqqında protokoldan görünür ki, X2 ona təqdim edilmiş şəkillərin arasından xx.xx.2023-cü il tarixdə saat 13 radələrində işlədiyi mağazadan oğurluq edən şəxs yəni, Təqsirləndirilən şəxs tanımışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli qərarla təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/3892 nömrəli rəyindən görünür ki, 1 ədəd 583 əyyarlı 4,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş gül formalı təzə qızıl üzüyün 382 (üç yüz səksən iki) manat, 1 ədəd 583 əyyarlı 5,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş qızıl nişan üzüyünün 467 (dörd yüz atmış yeddi) manat olmaqla, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl zinət əşyalarının 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi nəzəri hesablama yolu ilə təxminən 849,00 (səkkiz yüz qırx doqquz) manat müəyyən olunur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnqformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin Qərarından görünür ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 01 (bir) gün hissəsi 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» Mingəçevr şəhər PŞ-nin İB-nin müstəntiqinin 19 may 2023-cü il tarixli qərarından və «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan «qətimkan tədbiri seçmək haqqında» Mingəçevr şəhər PŞ-nin İB-nin müstəntiqinin 21 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə Mingəçevr şəhər PŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş Tovuz rayon İcra və Porbasiya Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2023-cü il tarixdə Tovuz rayon İcra və Pobasiya şöbəsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs cəzanın icrasından qərəzli olaraq boyun qaçırdığına görə Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası icra edilməsi üçün ərazi aidiyyatı üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. Ancaq məhkum azadlıqdan məhrum edildiyinə görə Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə icra olunmadan geri qaytarılmışdır. Məhkəmə sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən apelyasiya şikayəti və protesti verilməmiş və hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Tovuz rayon Məhəkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 08 avqust 2023-cü il tarixdə Tovuz rayon İcra və Pobasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliymi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkib qurtarması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq təcridxanasından azad edilmişdir. Məhkəmə sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş Tovuz rayon İcra və Porbasiya Şöbəsinin 30 aprel 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2024-cü il tarixdə Tovuz rayon İcra və Porbasiya Şöbəsinin icraatına daxil olmuşdur. Hazırda, yəni 30 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəzasının 1 gününü çəkmiş və 1 il 11 ay 29 gün hissəsi çəkilməmişdir. İş materiallarına əlavə edilmiş, Tovuz rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X5 25 mart 1997-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş tibb sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X3 onkoloji xəstədir. İş materiallarına əlavə edlmiş xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş «axtarışda olan şəxsin tutulması barədə» xx.xx.2024-cü il tarixli protokoldan və Mingəçevir şəhər PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Mingəçevir şəhər PŞ-nə gətirilmiş və xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Məhkəməsinə təhvil verilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 51№-li yaşayış binasının qeyri yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi qızıl zinət əşyalarının satışı mağazasına mağazanın fəaliyyət göstərdiyi müddət ərizində mağazanın vətəndaşların azad girib-çıxa biləcəyi ticarət zalına daxil olub həmin zaman mağazada qızıl zinət əşyaları saxlanılan rəflərinin arxasında dayanıb rəflərin şüşə örtüyünün üzərinə yığılmış qızıl zinət əşyalarını rəflərə yerləşdirməklə məşğul olan Şahid2 və Şahid1 özünü guya ki, qızıl zinət əşyası alan şəxs kimi təqdim edib, qızıl zinət əşyalarının qiymətləri ilə maraqlandıqdan sonra rəflərin şüşə örtüyünün üzərində açıq sahədə olan qızıl zinət əşyalarını nəzərdən keçirərək həmin qızıl zinət əşyalarının arasından 382 manat dəyərində 1 ədəd 583 əyyarlı 4,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş gül formalı təzə qızıl üzüyü, 467 manat dəyərində 1 ədəd 583 əyyarlı 5,5 qram çəkidə Rusiya Federasiyasında istehsal edilmiş qızıl nişan üzüyünü Şahid2 və Şahid1 diqqətindən yayınaraq sonuncuların hiss etmədikləri şəraitdə gizli olaraq götürüb özgənin, yəni Zərərçəkmiş şəxs məxsus təxminən 849 (səkkiz yüz qırx doqquz) manat məbləğdə əmlakı Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, cəzanı yüngülləşdirən halları, şəxsiyyətini, belə ki, əvvəllər də eyni maddə ilə cinayət əməlini törətməyə görə məhkum olunduğu dövrdə hazırki cinayət əməlini törətməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs hal-hazırda törətdiyi cinayət əməlini Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl törətdiyi üçün ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Resublikası CM-nin 68.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün, həmçinin axtarışda olarkən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 gün Azərbaycan Respublikası CM– in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq 3 gün və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş 1 günü, cəmi 4 gün müddət cəzadan çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1–ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılğı 1 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin iki gününə bərabər tutularaq 3 (üç) gün və Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)-87/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş 1 (bir) günü, cəmi 4 (dörd) gün müddət cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar