Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-17/2025 07.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Yevlax rayonu, Salahlı ərazi dairəsi Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 07 ay 16 gün hissəsi çəkilməmiş qalmış, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 84, mənzil 72-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 83-cü bəndinə əsasən narkotik vasitə olan heroinin xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir ədəd kağız bükümün içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 0,223 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 01:20 radələrində Mingəçevir şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən «5+ supermarketin» yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 01:55-dən saat 02:11-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Yusifov X7 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq cəzasını çəkdiyi müddətdə islah olunmayaraq istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,346 qram olan psixotrop maddə metamfetamini əldə etdikdən sonra, qanunsuz olaraq həmin psixotrop maddə metamfetaminin 0,112 qram olan hissəsini 1 ədəd kağız bükümdə 25 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 84 saylı evin 72 saylı mənzilinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 20 (iyirmi) manata satmış, həmin psixotrop maddə metamfetaminin 0,234 qram olan hissəsini 1 (bir) ədəd kağız bükümdə əynindəki qara rəngli qış gödəkcəsinin sol sinə cibində saxlayaraq özü ilə daşımış, 26 mart 2024-cü il tarixdə saat 15:50 radələrində Mingəçevir şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhərinin giriş hissəsi olan “Ala Qapı” adlandırılan ərazinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada saat 17:00-dən saat 17:16-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd kağız bükümün içərisində xeyli miqdarda, təmiz çəkisi 0,234 qram olan psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli qış gödəkcəsinin sol sinə cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, heç bir yerdə işləmir. xx.xx.2024-cü tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Kür kompyuter zavodunun yaxınlığında piyada hərəkət edən zaman ağacların dibində bir neçə nəfərin həmin yerə baxmalarını və daha sonra çıxıb getmələrini görmüşdür. Onların hərəkətlərindən şübhələnərək gedib həmin yerə diqqətlə baxmışdır. Baxdıqda orada büküm olmasını görmüşdür. Həmin bükümü açıb baxanda içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Belə ki, özü narkotik vasitələrdən istifadə etdiyindən həmin kütləni iyindən və rəngindən tanımışdır. Tapdığı bükümü gələcəkdə istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə tanışı Sahil adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj yazaraq onda “daş” deyə adlandırdıqları psixotrop maddə metamfetamin olub-olmadığını soruşmuşdur. Sahil ona 20 manata “daş” verə biləcəyini, yaşadığı evə gəlib götürməsini demişdir. O da Sahilin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən köhnə Tekstlini zavodunun yataqxanasında onun yaşadığı evə getmişdir. Qapıdan içəri daxil olan hissədə qapının qarşısına gedib ayaqaltının altından ağ rəngli kağız bükümdə psixotrop maddə metafetamini götürmüşdür. Ayaqaltının altına iki ədəd 10 manatlıq əskinas olmaqla ümumilikdə 20 manatı qoyub oradan çıxmışdır. Sonra taksi ilə Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən 5+ supermarketə getmişdir. Elə 5+ supermarketin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X9 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd qırmızımtıl rəngli kağız büküm, 1 ədəd ağ rəngli kağız büküm, sol əlindən 1 ədəd Vinston markalı siqaret, ağ rəngli qış gödəkçəsinin sol yan cibindən X13 markalı mobil telefon, sol iç cibimdən bir ədəd şəxsiyyət vəsiqəsi, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd 50 qəpik, 10 qəpik və 5 qəpik pul, bir ədəd açar aşkar edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kağız bükümlərdən birinə baxış zamanı bükümdə qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər olan kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlənin ümumi çəkisi 0,37 qram olmuşdur. Digər büküm açıldıqda bükümün içərisindən spesifik iyindən, quruluşundan və rəngindən psixotrop maddə metamfetaminə oxşar kütlə olması aşkar olunmuş və həmin büküm tərəzidə çəkilən zaman bükümün çəkisinin 0,15 qram olması müəyyən olunmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq içərisində narkotik vasitə heroin olan kütləni xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində Kür kompyuter zavodunun yaxınlığında olan zaman bir neçə nəfər şəxsin ağacların dibini axtarıb getdikdən sonra, həmin yerə baxan zaman tapdığını bildirmişdir. İçərisində pxisotrop maddə metamfetamin olan kütləni isə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində tanışı Sahil adlı şəxsdən onun yaşadığı mənzlinin qarşısında 20 manat pulu verməklə əldə etdiyini bildirmişdir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tərəzidə çəkildikdən sonra həmin bükümlərdə olan kütlələr onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə Sahilin istifadəsində olan “SahilSebr” adı ilə qeyd etdiyi ***-***-**-** mobil nömrəsinə mesaj yazaraq daşa, yəni psixotrop maddə metamfetaminə xod olub- olmadığını soruşduğunu, Sahil 20 manatlıq olduğunu dedikdən sonra gəlib onlardan metamfetamini görtürməsini dediyini, buna görə Sahilin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən köhnə Tekstilni zavodunun yataqxanasına gedərək qapının qarşısında yerləşən ayaqatlmm altından bir büküm içərisində psixotrop maddə olan metamfetamini götürdüyünü və bunun müqabilində Sahilə 2 ədəd 10 manatlıq əskinas olmaqla ümumilikdə 20 manat pulu qapının qarşısında olan ayaqaltının altına qoyub getdiyini bildirmişdir. Əməlindən peşmandır. Vətən müharibəsi veteranıdır. Ona yüngül cəza verillməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vastələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 3-4 il əvvəl tanımışdır. Belə ki, təxminən 5 il əvvəl Bəxtiyar onun yaşadığı ərazidə olan evlərdən birində kirayədə yaşamış və eyni ərazidə yaşadıqlarına görə Məhərrəmlə münasibəti yaranmışdır. O, Məhərrəmi tanıyan vaxtdan Məhərrəm artıq psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. Təxminən 3-4 dəfə də Məhərrəmlə birlikdə psixotrop maddə olan metamfetamin əldə edib ondan birlikdə istifadə etmişlər. Sonuncu dəfə Məhərrəmlə xx.xx.2024-cü il tarixdə telefon vasitəsilə əlaqə saxlamış və həmin gün Məhərrəmlə yaşadığı evin yaxınlığında görüşmüşlər. Lakin Məhərrəmə nə psixotrop maddə, nə də narkotik vasitə verməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 15:50 radələrində Mingəçevir şəhərinin girişi olan “Ala Qapı” adlanan ərazidə olan zaman polis əməkdaşları onu saxlayaraq tanışı Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin satmaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X11 ona vəkil təyin olunmuş və hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol sinə cibindən 1 ədəd ağ rəngli kağız büküm, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon və əynindəki qara rəngli geyimin (kapuşonka) cibindən 3 ədəd 20 qəpiklik, 1 ədəd 10 qəpiklik pullar aşkar olunaraq götürülmüşdür. Onun üzərindən aşkar olunan bükümdəki psixotrop maddə metamfetaminin ona məxsus olmadığını bildirmişdir. Psixotrop maddə tərəzidə çəkildikdən sonra həmin 1 ədəd kağız bükümdə olan kütlə tərəzidə çəkilmiş və çəkisinin 0,33 qram olması müəyyən olunmuşdur. Sonra onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. xx.xx.2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirən zaman əynindəki qara rəngli gödəkcənin sol sinə cibindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlənin ona məxsus olmadığını, polis şöbəsinə gətirildikdən sonra həmin kütlənin üzərinə qoyulduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı psixi və ya fiziki zoraklılığı tətbiq olunması ilə bağlı bildirdi ki, bir zorakılıq tətbiq olunmadığını halda psixotrop maddəyə bənzər kütlənin ona aid olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməsi ilə bağlı olaraq sonradan polis əməkdaşları ilə başqa problemlərinin yaranmaması üçün bu şəkildə məlumat vermişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş psixotrop maddə olan matemfetamini 20 manat müqabilində ondan almasını bildirməsi ilə bağlı olaraq xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Məhərrəmin onunla əlaqə saxlayaraq yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən köhnə “Tekstilni zavodu”nun yataqxanasına gəldiyini, sonra Məhərrəm onun yaşadığı mənzilin qapısının qarşısında olan zaman qapının altından Məhərrəmə şəxsi istifadəsi üçün 1 bükümdə psixotrop maddə metamfetamin verdiyini, bunun qarşılığında Məhrrəmdən hər hansı məbləğdə pul vəsaiti almadığını, Məhərrəmin ona bunun müqabilində 20 manat pul vermədiyini, həmin məbləğdə pulu götürmədiyini, lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixdə isə polis əməkdaşları onu saxlayan zaman Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamin satmaqda şübhəli olduğunu bildirdiklərini qeyd etmişdir. Cinayət işi üzrə əlavə olaraq verdiyi ifadəsində Mingəçevir şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən xx.xx.2024-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş “Samsung J2” markalı mobil telefona baxış zamanı mobil telefonda ***-***- **-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” ani mesajlaşma sisteminə baxış zamanı mobil telefonda Fahmn kimi qeydiyyata alınmış ***- ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:04-də yazılmış mesajda “Nağarsan Daş isteyen olsa denen” cavab mesajında “Yaxşıdırsa bi çet ver maa” yazılmış, həmin şəxsə verdiyi cavada “Hə dobrudu həmsifa daşdı 10 manat temizdise verim pulu götür gəl”, qeyd olunan mobil nömrədən gələn cavabda “düş tez padezə hardasan” yazısının aşkar olunması ilə bağlı olaraq Fəhmin adlı şəxsin kim olmasını bilmədiyini, həmin şəxslə aralarında aparılmış yazmışmaları xatırlamadığını bildirmişdir. Həmin mobil telefonda olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma sisteminə baxış zamanı Ezim kimi qeyd olunmuş +99***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixli saat 01:15-də olan yazışmada ona “Ayqa 5 manatım çatmır senöl vezyetdə yaxşı dölü” “Aynuyun çükmük isdiyirem 5 manatım çatmır” “Nağarax neter eliyek”, həmin tarixdə saat 08:48-də olan yazışmada “Mən fıkireşriem ki sen daşdan qoyursan torpaxdan qoyursan kakdeyl” “Mende burda lomkada ağanıyıram” yazısının aşkar olunması ilə bağlı olaraq Əzim adlı şəxsi tanıdığını, həmin şəxsin onun yaşadığı yataqxanada yaşadığını, Əzimin də narkotik vasitələrdən istifadə etdiyini, buna görə də hər birinin müəyyən məbləğdə pul vəsaiti qoymaqla kontaktında Zakir 5 adı ilə qeydiyyata aldığı özünü iran vətəndaşı kimi təqdim edən, lakin şəxsiyyəti ona məlum olmayan şəxsdən pul verib alaraq istifadə etdiklərini bildirmişdir. Mobil telefona baxış zamanı +99***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 14:07-də yazılmış mesajda onun yazdığı “Eybi yox seher sa qara maldan tapıb veeerm” yazısına cavab olaraq “Bunu sen yezmısan mənə. İndidə cavab vermirsən??? Sənöl deyirəm yaxşı olmayaçaq, Mən axşamnan pul verib qalmışam aqrıda”, həmin tarixdə saat 20:34-də gələn mesajda “Sənə yıqıram cavab vermirsən. Belə çıxır axşam məni yola verirdin deyib sabah qörüşərik mən sənə qara mal verəçəm”, “Helə eləməki mən qələm səni axtaram” məzmununda mesajların qeyd olunması ilə bağlı olaraq həmin nömrənin kimin istifadəsində olmasını xatırlamadığını, lakin həmin şəxsin də digərləri kimi onunla birlikdə pul qoyaraq, Zakir 5 deyə qeyd etdiyi şəxslə əlaqə saxlayıb narkotik vasitə aldıqlarını, “Qara mal” yazısında narkotik vasitə olan heroin nəzərdə tutulduğunu qeyd etmişdir. Mobil telefonda “Mağa” adı ilə qeyd olunmuş və istifadəçi şəklində Təqsirləndirilən şəxs1 fotoşəkli olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 00:53-də daxil olmuş mesajda “Dasa xod var Getil” yazısının qeyd olunması, sonra onun tərəfindən 6 saniyədən ibarət göndərilmiş səs yazısında “Hə də bildim ayqa elə 20 manat, pul var götür gəl” məzmununun qeyd olunması ilə bağlı olaraq “Mağa” adı ilə qeyd etdiyi Təqsirləndirilən şəxs1 ondan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almaq üçün xod tapmasını istədiyini dediyindən o da Məhərrəmə 20 manat götürüb gəlməsini, Zakir 5 adı ilə qeyd etdiyi narkotik vasitələr satan iran vətəndaşından pul göndərib alacağını nəzərdə tutduğunu, lakin həmin iran vətəndaşı ilə əlaqə saxlasa da həmin şəxs ona cavab vermədiyindən Məhərrəmin gəlib onun yaşadığı binanın yanxmlığında gözləyərək çıxıb getdiyini bildirmişdir. Mobil telefonda “Bilş”adı ilə qeyd olunmuş +99***-***-**-** saylı mobil telefon nömrəsinə onun yazdığı mesajda xx.xx.2024- cü il tarixdə saat 00:36-da göndərilmiş mesajda “Ğağa meni umudlu edib arxeyn gömderdine ayqa qadan alım caban deda Ayqa istirsem daş verim yerinə”, həmin tarixdə saat 01:08-də göndərilmiş mesajda “Ay yetim Das verim lap Ayqa birdene cavab deda ma Lap daşım var getirim” yazılarının qeyd olunması ilə bağlı olaraq adını qeyd etdiyi şəxsin Mingəçevir kəndi adlanan ərazidə yaşayan narkotik vasitələrdən istifadə edən şəxs kimi tanıdığını, həmin şəxs telefon satdığından aralarında telefon və onun daşı, yəni batereyası ilə bağlı olaraq yazışmalar aparıldığını qeyd etmişdir. Mobil telefonda “Zakir 5” adı ilə qeyd olunmuş +98 ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:11-də yazılmış mesajda “Sabah olcaq torpağ? Kart atardmda ğağa” mesajı göndərilmiş, həmin tarixdə saat 18:35 radələrində olan yazışmada “Ğağa sabah olacaq torpaq Var” cavabından sonra “qaqa atim pul “yazısı qeyd olunması xx.xx.2024-cü il tarixli yazışmada Zakir 5 adlı şəxsin “ Ne lazımdı” yazısına “Torpaqğ qardaşım And ols Allahs” yazısı qeyd olunmuş, daha sonra Zakir 5 adlı şəxs tərəfindən işarələnmiş şəkildə şəkilin göndərilməsi ilə bağlı olaraq qeyd olunan şəxsin adını bilmədiyini, həmin şəxsin özünü iran vətəndaşı kimi təqdim etdiyini və istifadəsində olan nömrənin iran nömrəsi olduğunu, həmin şəxslə əlaqə saxlayaraq narkotik vasitə olan torpaq deyə adlandırdıqları narkotik vasitə heroin və daş deyə adlandırdıqları psixotrop maddə metamfetamin aldıqlarını, bunun üçün narkotik vasitə istifadə edən tanışları ilə birlikdə pul qoyduqlarını qeyd edərək həmin iran vətəndaşının psixotrop maddə olan metamfetaminin qramını 30 manatdan, narkotik vasitə heroinin qramını 50 manatdan satdığından və o məblğdə pul heç birində olmadığından hər kəs özünə uyğun pul qoyaraq əldə etdikləri narkotik vasitələri isə böldüklərini bildirmişdir. Hüseynov X2 şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən üzərindən aşkar olunmuş “X13” markalı mobil telefona baxış zamanı 055- ***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma sistemindən SahilSebr kimi qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024cü il tarixdə saat 01:13-də yazılmış mesajda “pulun var torpaq var”, həmin tarixdə saat 19:09-da yazılmış mesajda “pul var” mesajlarının göndərilməsi, xx.xx.2024-cü il tarixdə saat 00:54-də Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış mesajda “Daşa xod var” yazısına cavab mesajında “He var 20 manatdiq var”, həmin tarixdə saat 01:01-də göndərilmiş mesajda “20 manatliqdi patpolni heç kim görmesim gel bize götür get elə eleki heç kim görməsin bura girdiyini grlendr xeber ele bilim” mesajlarının aşkar olunması ilə bağlı olaraq həmin vaxt o, Məhərrəmə 20 manat qoymasını, 20 manat da özünün qoyub ümumilikdə 40 manata əlaqəsi olan iran vətəndaşından psixotrop maddə metamfetamin alacağını və Məhərrəmin payını verəcəyini nəzərdə tutduğunu, lakin həmin iranlı ona cavab vermədiyindən Məhərrəmə heç nə verə bilmədiyini, Məhərrəmin gözləyib çıxıb getdiyini, Məhərrəmin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini ondan aldığını bildirsə də, Məhərrəmə heç bir psixotrop maddə vermədiyini və ya satmadığını qeyd etmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evin qapısının altından psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün pulsuz verdiyini və Məhərrəmdən 20 manat pul almadığını qeyd etdiyi halda, iş üzrə əlavə ifadəsində Məhərrəmə psixotrop maddə vermədiyini qeyd etməsi ilə əlaqədar olaraq yaranmış ziddiyyətlə bağlı olaraq ilkin olaraq keçirilmiş istintaq hərəkətlərində Məhərrəmə psixotrop maddə metamfetamini pulsuz olaraq verdiyini qeyd etsə də, həqiqətdə Məhərrəmə psixotrop maddə metamfetamin vermədiyini və psixotrop maddə metamfetamin satmadığını qeyd etmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə bəraət verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nm baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024- cü il tarixdə saat 01:20 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən 5+ supermarketin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil X9 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibindən 1 ədəd qızılı-ağ rəngli və 1 ədəd gümüşü-ağ rəngli olmaqla 2 ədəd kağız bükümü təqdim etmişdir. Həmin bükümlərdən qızılı-ağ rəngli bükümdə narkotik vasitə heroinə oxşar kütlə, gümüşü-ağ rəngli bükümdə isə psixotrop maddə metamfetaminə oxşar kütlə müəyyən edilmişdir. İçərisində narkotik vasitə və psixotrop maddəyə oxşkar kütlələr olan bükümlər elektron tərəzidə çəkilmişdir. Heroinə oxşar kütlənin çəkisi 0,37 qram, metamfetaminə oxşar kütlənin çəkisi isə 0,15 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə və psixotrop maddəyə oxşar kütlələr qablaşdırılmış, zərflərin üzəri AR DİNin Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs1 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Kür kompyuter zavodunun yaxınlığında taparaq əldə etrdiyini, psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən köhnə “Tekstilni” zavodunun yataqxanasında yaşayan tanışı Sahil adlı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, həmin tədbirlərin davamı olaraq xx.xx.2024 tarixdə saat 15:50 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 psixotrop maddə satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs2 Mingəçevir şəhərinin giriş hissəsi olan “Ala qapı” adlanan ərazidə saxlayaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil X11 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 psixotrop maddə satması ilə bağlı olaraq saxlanılması bildirilib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, Təqsirləndirilən şəxs2 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qış gödəkcəsinin sol sinə cibində saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümü təqdim etmişdir. Bükümün içərisinə baxış keçirən zaman içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. İçərisində psixotrop maddəyə oxşar kütlə olan büküm elektron tərəzidə çəkilmişdir. Metamfetaminə oxşar kütlənin çəkisi 0,33 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddəyə oxşar kütlə qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olmadığını bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 psixotrop maddə satması ilə bağlı olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə satmadığını, Məhərrəmin üzərindən aşkar olunan psixotrop maddəni Məhərrəmə şəxsi istifadəsi üçün verdiyini və Məhərrəmdən heç bir pul vəsaiti almadığını, Məhərrəmə verdiyi psixotrop maddə olan metamfetamini isə tapdığını bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 üzünə qarşı xx.xx.2024-cü il tarixdə ondan 20 manat müqabilində psixotrop maddə metamfetamin aldığını bildirmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə içərisində 0,37 qram çəkidə narkotik vasitə heroin, həmin şalvarın sağ kiçik yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə içərisində 0,15 qram çəkidə psixotrop maddə metamfetamin və əynindəki ağ rəngli qış gödəkcəsinin sol yan cibindən “X13” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16- 2-17/307 №-li rəyinə əsasən, Tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ... kütlə... ” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki qızılı- ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,223 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ... kütlə... ” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,112 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ maddələr qrupuna aid olduğundan onların müqayisəli (eynilik) tədqiqatı aparılmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı) Aparılmış tədqiqatın dəyəri 71,94 manat təşkil edir. 1) Heroinin təmiz çəkisi – 0,223 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,173 qr. 2) Metamfetaminin təmiz çəkisi – 0,112 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,062 qr. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qış gödəkcəsinin sol sinə cibindən 1 ədəd ağ rəngli kağız bükümdə içərisində 0,33 qram çəkidə psixotrop maddə metamfetamin və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən “Samsung Galaxy J2” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İşə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16- 2-17/312 №-li rəyinə əsasən, Tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə... ” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,234 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, ayrı-ayrı zərflərdəki 02 (iki) ədəd bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı) Aparılmış tədqiqatın dəyəri 71,94 manat təşkil edir. 1) Metamfetaminin təmiz çəkisi – 0,234 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,184 qr. 2) Metamfetaminin təmiz çəkisi – 0,062 qr., tədqiqata sərf edildi – 0,020 qr., qalıq – 0,042 qr. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Yusifov X7 şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən üzərindən aşkar olunmuş “Samsung J2” markalı mobil telefona baxış keçirilən zaman qeyd olunan mobil telefonda ***-***-**-** saylı mobil telefon mönrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” ani mesajlaşma sisteminə baxış zamanı mobil telefonda Fahmn kimi qeydiyyata alınmış ***- ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:04-də mesajda “Nağarsan Daş isteyen olsa denen” cavab mesajında “Yaxşıdırsa bi çet ver maa”, yazılmış cavab mesajında “Hə dobrudu həmsifa daşdı 10 manat temizdise verim pulu götür gəl”, cavabda “düş tez padezə hardasan” yazısının qeyd olunması aşkar olundu. Mobil telefonda olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma sisteminə baxış zamanı aşağıdakılar aşkar edildi: Ezim kimi qeyd olunmuş +99***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixli saat 01:15-də olan yazışmada qeyd olunan nömrənin istifadəçisi “Ayqa 5 manatım çatmır senöl vezyetdə yaxşı dölü” “Aynuyun çükrnük isdiyirem 5 manatım çatmır” “Nağarax neter eliyek”, həmin tarixdə saat 08:48-də olan yazışmada “Mən fikireşriem ki sen daşdan qoyursan torpaxdan qoyursan kakdeyl” “Mende burda lomkada ağanıyıram” yazısı qeyd olunmuşdur. +99***- ***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 14:07-də olan yazışmada “Eybi yox seher sa qara maldan tapıb veeerm” yazısına cavab olaraq “Bunu sen yezmısan mənə. İndidə cavab vermirsən??? Sənöl deyirəm yaxşı olmayaçaq, Mən axşamnan pul verib qalmışam aqrıda”, həmin tarixdə saat 2034-də olan yazışmada “Sənə yıqıram cavab vermirsən. Belə çıxır axşam məni yola verirdin deyib sahab qörüşərik mən sənə qara mal verəçəm”, “Helə eləməki mən qələm səni axtaram” məzmununda yazılar qeyd olunmuşdur. Mağa adı ilə qeyd olunmuş və istifadəçi şəklində Təqsirləndirilən şəxs1 fotoşəkli olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 00:53-də daxil olmuş mesajda “Dasa xod var Getil” yazısı qeyd olunmuş, sonra 6 saniyədən ibarət göndərilmiş səs yazısında “Hə də bildim ayqa elə 20 manat pul var götür gəl” məzmunu qeyd olunmuşdur. Bilş adı ilə qeyd olunmuş +99***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:36-da göndərilmiş mesajda “Ğağa meni umudlu edib arxeyn gömderdine ayqa qadan alım caban deda Ayqa istirsem daş verim yerinə”, həmin tarixdə saat 01:08-də göndərilmiş mesajda “Ay yetim Das verim lap Ayqa birdene cavab deda ma Lap daşım var getirim” yazıları qeyd olunmuşdur. Zakir 5 adı ilə qeyd olunmuş +98 ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:11-də yazılmış mesajda “Sabah olcaq torpağ? Kart atardmda ğağa” mesajı göndərilmiş, həmin tarixdə saat 18:35 radələrində olan yazışmada “Ğağa sabah olacaq torpaq” Var cavabından sonra qaqa atim pul yazısı qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli yazışmada Zakir 5 adlı şəxsin “ Ne lazımdı” yazsma “Torpaqğ qardaşım And ols Allahs” yazısı qeyd olunmuş, daha sonra Zakir 5 adlı şəxs tərəfindən işarələnmiş şəkildə şəkil göndərilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Hüseynov X2 şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılarkən üzərindən aşkar olunmuş “X13” markalı mobil telefona baxış keçirilən zaman qeyd olunan mobil telefonda ***-***-**-** saylı mobil telefon mönrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma sisteminə baxış zamanı mobil telefonda SahilSebr kimi qeydiyyata alınmış 051- ***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 01:13-də yazılmış mesajda “pulun var torpaq var”, həmin tarixdə saat 19:09-da yazılmış mesajda “pul var” mesajları göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:54-də Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış mesajda “Daşa xod var” yazısı qeyd olunmuş cavab mesajında “He var 20 manatdiq var”, həmin tarixdə saat 01:01-də həmin nömrə tərəfindən göndərilmiş mesajda “20 manatliqdi patpolni heç kim görmesim gel bize götür get elə eleki heç kim görməsin bura girdiyini grlendr xeber ele bilim” mesajlarının qeyd olunması aşkar olundu. İşə əlavə olunmuş 20 aprel 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 0,173 qram narkotik vasitə heroin, 0,226 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 aşkar olunmuş “X13” və Təqsirləndirilən şəxs2 aşkar olunmuş “Samsung J2” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İşə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 368 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməməsi səbəbindən o, öz hərəkətlərinə cavab vermək və ya rəhbərlik etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törədən vaxt, yəni xx.xx.2024-cü il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycvan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hazırda tibbi xarakterli müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İşə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 978 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşə əlavə olunmuş 07 noyabr 2024-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşə əlavə olunmuş 07 noyabr 2024-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Yusifov X7 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Hüseynov X1 yaşayır və ailə kəndli təsərrüfatında çalışır. 2-ci Qarabağ müharibəsi iştirakçıdır. Haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşə əlavə olunmuş Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Hüseynov X1 yaşayır. İşə əlavə olunmuş Yataqxana Komendantı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı müddətdə barəsində yataqxana komendantlığına şikayət daxil olmamışdır. İşə əlavə olunmuş Yataqxana Komendantı tərəfindən verilmiş 177 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yusifov X7 şəhəri Ş.İ.Xətai küçəsi № 20, mənzil № 12 ünvanında qeydiyyatdadır, yaşamır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 1(051)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 603 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 25 mart 2024-cü il tarixdə ona şamil edilən ictimai təhlükəli əməli törədən zaman Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkmiş, həmin xəstəliyi keçirməsinə baxmayaraq ictimai əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Ona şamil edilən cinayət əməlini törədən zaman onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşməmişdir və hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Hüseynov X3 davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsi səbəbindən o, ona şamil edilən əməli törədən zaman onun əməli CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. İşə əlavə olunmuş hərbi kitabçanın surətindən və medalın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı”dır və buna görə medalla təltif edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 10 günü icra olunmuş, 7 ay 16 günü icra olunmamış qalmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Rayonlararası Dispanseri tərəfindən verilmiş 1201 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən X4 narkoloji qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Rayonlararası Dispanseri tərəfindən verilmiş 1128 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Hüseynov X2 Narkoloji Dispanserdə narkoloji qeydiyyatında yoxdur. İşə əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşə əlavə olunmuş 26 mart 2024-cü il tarixli qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən xx.xx.2024-cü ildə azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 4(051)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 4(051)-43/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində psixotrop maddələrin satışı ilə məşğul olmamasını, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Məhərrəmin onunla əlaqə saxlayaraq yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən köhnə “Tekstilni zavodu”nun yataqxanasına gəldiyi, sonra Məhərrəm onun yaşadığı mənzilin qapısının qarşısında olan zaman qapının altından Məhərrəmə şəxsi istifadəsi üçün 1 bükümdə psixotrop maddə metamfetamin verdiyi, bunun qarşılığında Məhrrəmdən hər hansı məbləğdə pul vəsaiti almadığı, Məhərrəmin ona bunun müqabilində 20 manat pul vermədiyi, həmin məbləğdə pulu götürmədiyi və digər ifadəsində isə onun Məhərrəmə psixotrop maddə vermədiyini qeyd etməsi ilə əlaqədar olaraq yaranmış ziddiyyətlə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Digər hal ekspert rəyi ilə də təsdiq edilir ki, Təqsirləndirilən şəxs2 üzərindən çıxan psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs2 üzərindən çıxan psixotrop maddə metamfetamin tərkiblərinə görə eyni olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılıq əldə edərək psixotrop maddə olan metamfetamini 20 manat məbləğində pul müqabilində ona satmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Həmçinin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ondan pul müqabilində psixotrop maddə metamfetamin aldığını sonuncunun üzünə qarşı demişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 83-cü bəndinə əsasən narkotik vasitə olan heroinin xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir ədəd kağız bükümün içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 0,223 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əynindəki göy rəngli cins şalvarın sağ kiçik yan cibində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 01:20 radələrində Mingəçevir şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən « 5+ supermarketin » yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 01:55-dən saat 02:11-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa məhkəmə istintaqında tam sübuta yetdi ki, Yusifov X7 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq cəzasını çəkdiyi müddətdə islah olunmayaraq istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,346 qram olan psixotrop maddə metamfetamini əldə etdikdən sonra, qanunsuz olaraq həmin psixotrop maddə metamfetaminin 0,112 qram olan hissəsini 1 ədəd kağız bükümdə 25 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 84 saylı evin 72 saylı mənzilinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 20 (iyirmi) manata satmış, həmin psixotrop maddə metamfetaminin 0,234 qram olan hissəsini 1 (bir) ədəd kağız bükümdə əynindəki qara rəngli qış gödəkcəsinin sol sinə cibində saxlayaraq özü ilə daşımış, 26 mart 2024-cü il tarixdə saat 15:50 radələrində Mingəçevir şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhərinin giriş hissəsi olan “Ala Qapı”adlandırılan ərazinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək orada saat 17:00-dən saat 17:16-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd kağız bükümün içərisində xeyli miqdarda, təmiz çəkisi 0,234 qram olan psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli qış gödəkcəsinin sol sinə cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsilə əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146). Məhkəmə, həmçinin toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsini özü tam etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və “Vətən müharibəsi iştirakçısı” olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Yevlax rayonu ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu və Mingəçevir şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin məktubuna əsasən Yusifov X7 şəhər Məhkəməsinin 1(051)-63/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra həbs olunması ilə əlaqədar olaraq cəzası tam icra olunmadığından və hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri sonuncu hökm qanuni qüvvəyə mindikdən sonra cəza çəkdiyi dövrdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsi və onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələr üzrə ayrı-ayrılıqda sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanılmalı, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər Məhkəməsinin 1(051)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə qismən birləşdirilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut kimi tanınıb Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,173 qram narkotik vasitə heroin və 0,226 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınıb Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan “X13” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalı, “Samsung J2” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardıqdan sonra ona geri qaytarılması üçün cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək–cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Yevlax rayonu və Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Yevlax rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Yevlax Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökm üzrə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)- 63/2023 saylı hökmü ilə təyin edilmiş 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 (yeddi) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 3 (üç) ay 23 (iyirmi üç) gün qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,173 qram narkotik vasitə heroin və 0,226 qram psixotrop maddə - metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınıb Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan “X13” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. Maddi sübut kimi tanınıb Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan “Samsung J2” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardıqdan sonra ona geri qaytarılması üçün cəzaçəkmə müəssisəsinə göndərilsin. Təqsirləndirilən şəxs1 ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-17/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-17/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver