Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-170/2021 10.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Tahir oğlunun və onun müdafiəçisi Müdafiəçi2 Vilayət oğlunun, Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi1 Nizami oğlunun iştirakı ilə xx.xx.1991-ci il tarixdə Kəlbəcər rayonu, Zar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Kəlbəcər rayonu, Zar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Mingəçevir şəhər, 3 saylı Qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Tahir oğlunun Azərbaycan Respublikası CM-in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 15.07.2021 -ci il tarixdə saat 17 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində Mingəçevir Tekstill MMC-ııin inzibati binasında həmin müəsissədə əməliyyat departamentinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti otağına gələrək, sonuncudan işə yenidən bərpa olunmasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs onun işə yenidən bərpa olunmasının mümkün olmamasını bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özü ilə gətirdiyi kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sinə və qol nayihəsinə vuraraq onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Qeyd edilən cinayət əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 3 il yarım Mingəçevir Tekstil MMC-də texniki operator vəzifəsində işləmişdir. 2021-ci ilin iyul ayında işlədiyi müəssisədən işdən azad olunmuşdur. İşdən azad edilmə səbəbi kimi onun icazəsiz işdən qaldığı bildirilsə də, o, işə gəlməyəcəyi barədə işlədiyi yerə məlumat vermişdir. Bu barədə dəfələrlə əməliyyat departamentinin direktoru Zərərçəkmiş şəxs xahiş etmiş və ona bildirmişdir ki, anası Adilə Abbasova xəstədir və onun müalicə xərclərini ödəmək üçün işləmək məcburiyyətindədir. Lakin onu yenidən işə qəbul etməmişlər. Buna görə də 15.07.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir Tekstil MMC-nin inzibati binasına gəlmiş və əməliyyat departamentinin direktoru Zərərçəkmiş şəxs icazəsi ilə onun qəbul otağına keçmişdir. Həmin vaxt sex rəisi Hüseyn, elektrik mühəndisi İlkin və bir nəfər adını bilmədiyi şəxs Zərərçəkmiş şəxs otağında olmuşlar. Otağa keçdikdən sonra Zərərçəkmiş şəxs və digərləri ilə salamlaşmış, daha sonra söhbət əsnasında yenidən Zərərçəkmiş şəxs xahiş etmiş, hətta yalvarmışdır ki, onu yenidən işə qaytarsınlar. Həmçinin onlara izah etmişdir ki, anası Adilə Abbasovanın ürək xəstəliyi var və işləyib onun müalicə xərclərini ödəməlidir. Lakin Zərərçəkmiş şəxs “buranın müdiri mənəm, get nə bilirsən elə, səni işə götürmürəm " deyərək kresloya təvazökarlıqla söykənmiş, daha sonra isə ayağa durub onun qabağına gəlmiş və "get işinlə məşğul ol“ demişdir. Həmin vaxt işə bərpa olunmağına ümidi kəsmiş və Zərərçəkmiş şəxs hərəkətlərinə bərk əsəbləşmişdir. Buna görə də şalvarının sağ yan cibində olan cib bıçağını cibindən çıxararaq bir dəfə onu vurmağa cəhd etmiş, lakin bıçaq Zərərçəkmiş şəxs dəyməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs otağında olan masanın süyürməsində olan qara rəngli cib bıçağını götürüb ona doğru gələrkən əlində olan bıçaqla onu vurmağa cəhd etmiş, bir zərbə vurmuş və bıçaq Zərərçəkmiş şəxs qarın nayihəsindən dəymişdir. Bu zaman otaqda olanlar, yəni Zərərçəkmiş şəxs, Hüseyn, İlkin otaqdan çıxmış və qapını bağlamışlar. Daha sonra müəssisənin direktoru Əli adlı şəxs gələrək bıçağı ondan istədikdə, o, həmin bıçağı Əli adlı şəxsə verib otağı tərk etmişdir. Həmin bıçağı təxminən bir neçə ay əvvəl tapmış və onu daim üzərində özünü müdafiə etmək məqsədilə gəzdirmişdir, lakin 15.07.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs ilə görüşmək məqsədilə Mingəçevir Tekstill MMC-yə getməzdən əvvəl həmin bıçaqla Zərərçəkmiş şəxs vurmaq məqsədi olmamışdır. Lakin söhbət əsnasında Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşdiyi üçün cibində olan bıçaqdan istifadə edərək onu vurmuşdur. Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurmağa cəhd etmiş, həmin vaxt ola bilsin ki, zərbə zamanı onun həm sağ qoluna həm də qarın nayihəsinə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onu işə götürməməsinə bərk əsəbləşdiyi üçün onu qorxutmaq və yüngül formada xəsarət yetirmək məqsədilə bıçaqla ona bir dəfə zərbə vurmuşdur, lakin onu öldürmək niyyəti olmamışdır. Otaqdan çıxaraq qapını bağlamasaydılar da yenidən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmək niyyəti olmayacaqdı. Əsəbləşdiyi üçün onu bir dəfə bıçaqla vurmuşdur. Həmin münaqişədən əvvəl bir bakal pivə içsə də, hərəkətlərini idarə edəcək vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs və yanında olan digər şəxslər onu otaqda qoyub çıxarkən qapını bağlamışlar və həmin vaxt qapını açmaq istəyərkən qapının kilidi zədələnmiş, həmçinin otağın pəncərəsindən düşüb getmək məqsədilə pənəcərəyə yaxınlaşmış və pəncərənin jalüzü və toru həmin vaxt zədələnmiş, otağın divar kağızlarının isə hansı şəraitdə zədələnməsini xatırlamamışdır. O, otaqda tək qaldığına və qapı bağlı olduğuna görə hirsindən əmlaklara zərər vurmuşdur. Pəncərənin torunu isə bayıra çıxmaq üçün cırmışdır. Hazırda əməlindən peşmandır. Hadisədən sonra özü və yaxın qohumları zərərçəkmiş şəxsdən və MMC-nin rəhbərliyindən üzr istəməklə barışıq əldə etməyə çalışmışdır. Lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Bununla belə yenə də zərərçəkmiş şəxsdən etdiyi hərəkətə görə üzr istəyir. O, cinayəti hadisələrin təsadüfi axarı zəminində işə ehtiyacı olduğuna görə törətmişdir. Onun həmin vaxt dava salmaq və yaxud zərərçəkmiş şəxsə xəsarət yetirmək niyyəti olmamışdır. Hadisəyə səbəb Zərərçəkmiş şəxs onun işə bərpa olunmasının mümkün olmadığını bildirməsi və ona qeyr-səmimi münasibət bəsləməsi olmuşdur. O həmin vaxt otaqda olan digər şəxslərə qarşı heç bir zorakılıq hərəkətlərinə yol verməmişdir. O, ailədə yeganə qazanc gətirən şəxsdir, anası isə ağır xəstə olduğundan, onun müalicəsinə kifayət qədər vəsait tələb olunur. O isə məcburi köçkündür. Ona görə də işləmək məcburiyyətində qalmışdır. Odur ki, onun cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mingəçevir Tekstil MMC-də əməliyyat departamentinin direktoru vəzifəsində işləyir. Xəsarət alaraq 15.07.2021 -ci il tarixdə Mingəçevir şəhər MX-na müraciət etmişdir. Vəlizadə X1 Tekstil MMC-də əvvəllər klima operatoru vəzifəsində işləmişdir. 2021 -ci ilin may ayında işdə yol verdiyi nöqsanlara görə dəfələrlə ona xəbərdarlıq olunmasına və barəsində töhmət növündə intizam tənbehi tətbiq edilməsinə baxmayaraq, nəticə çıxarmamış və təkrar nöqsanlara yol verdiyi üçün 2021 -ci ilin may ayında nizam-intizam komissiyasının qərarına əsasən Təqsirləndirilən şəxs işdən azad olunmuşdur. Həmin tarixdan etibarən Təqsirləndirilən şəxs işə bərpa olunması üçün müxtəlif üsullarla ona təsir göstərməyə çalışmış, hətta hədələmişdir. Belə ki, onun ailə üzvləri ilə birlikdə yaşadığı binaya gəlmiş və mənzilə qalxmaq istəmişdir, lakin binanın komendantı icazə vermədiyi üçün yanındakı şəxslərlə binaya daxil ola bilməmişdir. Dəfələrlə ona məxsus mobil telefona zəng edərək işdən çıxarılmasına görə kompensasiya ödənilməsini tələb etmiş, ödəməyəcəyi təqdirdə isə onu və ailə üzvlərini hədələmişdir. Təqsirləndirilən şəxs hədələrinə məhəl qoymayaraq, mübahisə yaxud münaqişə yaranmaması üçün onunla görüşməkdən yayınmışdır. 11 iyul 2021 -ci il tarixdə saat 19 radələrində işdən çıxıb evə gedər zaman yaşadığı binanın qarşısına çatanda Dağbəyi onun qabağına gəlmiş və yenə də işə götürülməsini tələb edərək əks halda ailə üzvlərini hədələmişdir. O isə Dağbəyiyə səbəb olaraq işdə yol verdiyi ciddi nöqsanlar olmasını və buna görə də işə bərpa olunmağının mümkün olmadığını bildirmişdir. Bundan sonra Dağbəyi onun bu sözlərindən sonra uzaqlaşıb getmişdir. Sonuncu dəfə 15.07.2021-ci il tarixdə 17 radələrində Mingəçevir Tekstil MMC-nin inzibati binasında xidməti otağında olarkən Təqsirləndirilən şəxs ona mobil telefonla dəfələrlə zəng etməsinə baxmayaraq, o, mobil telefona cavab verməmişdir. Bundan təxminən yarım saat sonra Təqsirləndirilən şəxs Mingəçevir Tekstil MMC-yə gəlmiş və qəbuluna girmək istəməsi barədə nəzarət giriş məntəqəsindən ona məlumat verilmişdir. Dağbəyiyə işə bərpa olunmasının mümkünsüzlüyünü bir daha izah etmək məqsədilə xidməti otağına gəlməsi üçün buraxılmasını bildirmişdir. Bundan sonra xidməti otağında müəssisənin istehsalat rəisi Şahid1, baş mexanik Şahid3 və baş energetik Şahid2 otağında olarkən, Təqsirləndirilən şəxs onun xidməti otağına gəlmişdir. Otağa daxil olanda onun danışığından və hərəkətlərindən, həmçinin xarici görünüşündən spirtli içkinin təsirində olmasını hiss etmiş, buna görə də ona hazırda içkili olduğunu və növbəti gün gəlməsini demiş, lakin Təqsirləndirilən şəxs onun sözünə əhəmiyyət verməyib adları qeyd olunan işçilərin yanında işə bərpa olunmayacağı halda onu və ailə üzvlərini hədələmişdir. O, isə ayağa qalxmış və ona yaxınlaşıb xoşluqla getməsi üçün onu yola salmaq məqsədi ilə qapıya tərəf aparmaq istəmiş, lakin onunla qarşı-qarşıya çatarkən Dağbəyi şalvarının sağ yan cibində özü ilə gətirdiyi cib bıçağını çıxardıb açaraq onun üstünə hücum edərək üç dəfə bıçaq zərbəsi atmışdır. Zərbələrdən birincisi qarın nayihəsindən dəyərək xəsarət yetirmiş, ikinci zərbə sağ qoluna dəyərək xəsarət yetirmiş, növbəti zərbə isə yayındığı üçün boşa çıxmışdır. Həmin vaxt otaqda olan adları qeyd olunan işçilər və o, birlikdə otaqdan çıxaraq otağın qapısını bağlamış və dərhal polisə məlumat vermişlər. Həmin vaxt Dağbəyi onun ünvanına nalayiq küçə söyüşləri söyərək ətrafdakıların diqqətini özünə cəlb etmiş və iş otağını dağıtmışdır. Daha sonra müəssisənin direktoru Əli Əsədov da oraya gəlib Dağbəyini sakitləşdirərək bıçağı ondan almışdır. Bundan sonra polis əməkdaşları gəlmiş və o, xəstəxanaya getmişdir. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla iki dəfə vurub xəsarət yetirdikdən sonra yenə də vurmağa cəhd etdiyi üçün özünü qorumaq, həmçinin Dağbəyini qorxutmaq məqsədilə masada olan ofis ləvazimatı - rezakı əlinə götürmüş, lakin onun üzərinə getməmiş və hər hansı xəsarət yetirməmişdir. Rezak əlində olarkən üstünə gəlməməsini deyərək onu yubatmış və otaqdan çıxmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir Tekstil MMC-də istehsalat rəisi vəzifəsində işləyir. Mingəçevir Tekstil MMC-də klima texniki vəzifəsində işləmiş Təqsirləndirilən şəxs onun birbaşa tabeliyində olan işçi olmuşdur. Lakin Təqsirləndirilən şəxs işdə yol verdiyi nöqsanlara görə təxminən 2 ay əvvəl işdən xaric olunmuşdur. Özünün işdən çıxması barədə ərizəsi əsasında işdən azad olunmuşdur. İşdən çıxdığı vaxtdan etibarən dəfələrlə onu hədələyib, yenidən işə qayıtmasını tələb etmişdir. Dəfələrlə mobil telefon vasitəsilə və üzbəüz olarkən işə geri qaytarılmayacağı halda onu hədələmişdir. O isə işə yenidən bərpası mümkün olmamasını və imkanı daxilində olmamasını Dağbəyiyə bildirmişdir. Təqsirləndirilən şəxs onunla yanaşı, həm də müəssisədə əməliyyat departamentinin direktoru Zərərçəkmiş şəxs da işdən çıxdıqdan sonra yenidən bərpa olunmayacağı təqdirdə hədələməsi barədə məlumatı olmuşdur. 15.07.2021 -ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs ona məxsus mobil telefona zəng edərək yanında bir nəfər yoldaş ilə çayxanada əyləşdiyini bildirmiş və onu Zərərçəkmiş şəxs ilə birlikdə çayxanaya dəvət etmişdir. O isə etirazını bildirərək telefon əlaqəsini bitirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona zəng etməsini demiş, daha sonra isə dəhlizdə olarkən Təqsirləndirilən şəxs müəssisənin giriş qapısına gələrək Zərərçəkmiş şəxs ilə görüşməyə icazə aldığını və onun otağına gəlməsini görmüşdür. Dağbəyi ilə birlikdə Zərərçəkmiş şəxs otağına girmiş və əyləşmişlər. Təqsirləndirilən şəxs otağa daxil olanda onun spirtli içkinin təsirində olmasını hiss etmişdir. Söhbət əsnasında Dağbəyi əvvəlcə Zərərçəkmiş şəxs işə bərpa olunmasını tələb etməyə başlamış və anasının müalicə xərclərini ödəməli olmasını bildirmişdir. Bu zaman Şahid2 və Şahid3 da təsadüfən Zərərçəkmiş şəxs otağına daxil olmuş və onlar da əyləşmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona yəni Dağbəyiyə içkili olmasını və başqa zamanda gəlməsini bildirmiş, Dağbəyi isə içkili olmasını özü etiraf edərək bir bakal pivə içdiyini demişdir. Zərərçəkmiş şəxs ona getməsini və ayıq vəziyyətdə olanda gəlməsini bildirmiş, Zərərçəkmiş şəxs bu sözündən sonra Dağbəyi ayağa qalxaraq əlini şalvarının sağ cibinə salmış, bu zaman Zərərçəkmiş şəxs onun yanına gedərək otaqdan çıxmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ona çatanda Dağbəyi bıçağı cibindən çıxarmış və açaraq Elmirə bıçaqla iki dəfə qolundan və qarın nayihəsindən vurmaqla ona xəsarət yetirmişdir. Daha sonra yenidən zərbə vurmağa cəhd göstərən zaman onlar otaqdan çıxmış və Dağbəyi otaqda qalmışdır. Otağın qapısını bağlayıb daha sonra polis şöbəsinə məlumat vermişlər. Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra onlar birlikdə otaqdan çıxaraq qapını bağlamışdırlar. Həmin vaxtadək Təqsirləndirilən şəxs onlara hücum etməsə də, onlar da otaqdan çıxmaq məcburiyyətində qalmışlar. Onlar qapını bağlandıqdan sonra Dağbəyi qapı pəncərələri zədələyərək müəssisəyə maddi ziyanlıq vurmuşdur. Daha sonra müəssisənin direktoru Əli Əsədov da oraya gəlib Dağbəyini sakitləşdirərək bıçağı ondan almışdır. Təqsirləndirilən şəxs üç dəfə Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirməyə cəhd etmiş, həmin zərbələrdən biri dəyməsə də, digər iki zərbə Zərərçəkmiş şəxs sağ qolundan və qarın nayihəsindən dəyərək ona xəsarət yetirmişdir. Ondan sonra müəssisədə işləyən digər işçilər də səsə-küyə çıxmış və istehsalatda qısa müddət olsa da, iş dayanmışdır. Daha sonra polislər gəlmiş və Dağbəyini aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Mingəçevir Tekstil MMC-də baş mexanik vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, əvvəllər birlikdə işləmişlər. Lakin Təqsirləndirilən şəxs işdə yol verdiyi nöqsanlara görə təxminən 2 ay əvvəl işdən xaric olunub. 15.07.2021-ci il tarixdə saat 17:30 radələrində Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs xidməti otağına gələn zaman otağa daxil olanda görmüşdür ki, Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs sonuncunun xidməti otağında əyləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs spirtli içkinin təsirində olmasını hiss etmişdir. Söhbət əsnasında Dağbəyi əvvəlcə Zərərçəkmiş şəxs işə bərpa olunmayacağı təqdirdə itirəcəyi heç nə olmadığı bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs onu otaqdan çıxarmağa çalışmış və ayağa qalxıb onun yanına gələrək otaqdan çıxmasını bildirən zaman Təqsirləndirilən şəxs cibindən cib bıçağı çıxarmış və onu açaraq Zərərçəkmiş şəxs doğru zərbə endirməyə başlamışdır. İki bıçaq zərbəsi Elmirin sağ qolundan və qarın nayihəsindən dəyərək xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs geri çəkilmişdir. Yenidən Dağbəyi bıçaqla vurmağa cəhd etmiş, lakin zərbə boşa çıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs masanın üzərindən rezak götürmüş və Dağbəyiyə yaxın gəlməməsini bildirdikdən sonra onlar otaqdan çıxmış və Dağbəyini otaqda qoyaraq qapını bağlamışlar. Daha sonra isə polis şöbəsinə məlumat verilmişdir. Polis əməkdaşları gəlib Dağbəyini apardıqdan sonra Zərərçəkmiş şəxs xidməti otağının qapı və pəncərələrinin, həmçinin divar kağızlarının bıçaqla zədələnmiş halda olmasını görmüşlər. Təqsirləndirilən şəxs üç dəfə Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirməyə cəhd etmiş, həmin zərbələrdən biri dəyməsə də, digər iki zərbə Zərərçəkmiş şəxs sağ qolundan və qarın nayihəsindən dəyərək xəsarət yetirmişdir. Həmin vaxt Dağbəyinin ona və otaqda olan digər şəxslərə qarşı hər hansı tələbi olmamışdır. Eyni zamanda əlində bıçaq olan vaxt ona və digər şəxslərə hücum etməmişdir. Onun əsas məqsədi Zərərçəkmiş şəxs xəsarət yetirmək olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da şahidlər Şahid3 və Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onları göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan 15.07.2021-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17 radələrində Mingəçevir Tekstill MMC-nin inzibati binasında Zərərçəkmiş şəxs xidməti otağında onunla aralarında yaranmış şəxsi münasibətlər zəminində qəsdən Zərərçəkmiş şəxs bıçaqla vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət işi materiallarında olan 15.07.2021-ci il tarixdə baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-in maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-tibb ekspertizasının 2021-ci il 15 iyul tarixli 465 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində epiqastral nayihədə və sağ said nayihəsində yara xəsarətlərinin olduğu müəyyən edilmişdir. Bu xəsarətlər kəsici-deşici alətin təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri 15.07.2021-ci il tarixə uyğundurlar. Həmin xəsarətlər sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08.09.2021-ci il tarixli 167 saylı mütəsəssis rəyindən görünür ki, Mingəçevir Tekstill MMC-nin xidməti otağında zədələnmiş bir ədəd qapı kilidinin təxmini dəyəri 15 manat, bir ədəd pəncərə jalüzünün təxmini dəyəri 100 manat, bir ədəd pəncərə torunun təxmini dəyəri 20 manat və 1 kq divar kağızının təxmini dəyəri 3 manat olmaqla, qeyd edilən əşyaların dəyəri ümumilikdə 138 manat olaraq qiymətləndirilmişdir. Cinayət işi materiallarında olan X6 08.09.2021-ci il tarixli 17/650 nömrəli məhkəmə ballistik ekspertizası ekspertinin rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı turist bıçağıdır. Soyuq silah hesab edilmir və istifadəyə yararlıdır. Cinayət işi materiallarında olan 15.07.2021-ci il tarixli 240 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə yüngül dərəcəli sərxoş vəziyyətində olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində əvvəllər texniki operator vəzifəsində işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospekti, 69 ünvanda yerləşən, Mingəçevir Tekstil MMC-nin inzibati binasına getmiş, həmin MMC-nin əməliyyat departamentinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti otağına keçərək sonuncudan işə yenidən bərpa olunmasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs onun işə yenidən bərpa olunmasının mümkün olmamasını bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı, özü ilə gətirdiyi kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını cibindən çıxardıb Zərərçəkmiş şəxs sinə və qol nayihəsinə iki zərbə vuraraq sonuncuya kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik olan epiqastral nayihədə və sağ said nayihəsində yaranın əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına Yüngül zərər vurmuşdur. Məhkəmə, həmçinin cinayət tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi müəyyənləşdirilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində olsa da, özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmiş, həmçinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdə özünün göstərməmişdir. Eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dalaşmasından ibarət hərəkətləri vətəndaşların, idarə, müəssisə və digər təşkilatların, hətta Tekstil MMC-nin normal fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Hadisəyə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında işə bərpa məsələsinin həll edilməsi ilə əlaqədar yaranmış şəxsi münasibətlərdən irəli gələn mübahisə olmuşdur. Həmin mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 128–ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aid edilmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.6-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə, həmçinin qeyd edir ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda müdafiə tərəfinin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktına əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 04.09.2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər bölməsi tərəfindən verilmiş 10.08.2021-ci il tarixli arayışdan görünür ki, Vəlizadə X4 rayonunda qeydiyyatda olmaqla, məcburi köçkün kimi Mingəçevir şəhəri, 3 saylı qəsəbədə müvəqqəti məskunlaşmışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət hesab edilməklə, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurmada ifadə olunan qəsdən törədilən cinayətdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həllı və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmin Məcəllənin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı dəyəri olmadığına görə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri yetirməklə onun sağlamlığına ziyan vurmuşdur. Bununla belə Zərərçəkmiş şəxs tərəfindən dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ilə bağlı məhkəmə məsrəfləri 30,6 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30.6 manat məhkəmə məsrəfləri tutulub dövlət büdcəsinə ödənilməlidir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs məxsus bir ədəd kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik, məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz manat) manat 60 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-170/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-170/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver