Məhkəmə qərarları › İş №1(051)-171/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-171/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-171/2025 12.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şuşa rayonu, Xanalılar kənd uşaq musiqi məktəbində «nəzəriyyə» müəlliməsi işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Şuşa rayon «Xanalılar» kənd uşaq musiqi məktəbinin müəllimlərindən ibarət «WhatsApp» ani mesajlaşma mobil tətbiqində yaradılmış «müəllimlər» qrupunda musiqi məktəbində təhsil alanlardan götürüləcək imtahan vaxtının təyin olunması ilə bağlı məktəbdə «musiqi nəzəriyyəsi» fənnindən təhsil keçən Şahid1 ilə yazışarkən aralarında yaranmış mübahisədən sonra xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti, 68/1 ünvanında yerləşən Şuşa rayon «Xanalılar» kənd uşaq musiqi məktəbinin dəhlizində olarkən Şahid1 səhhətində olan pisləşmə ilə bağlı xalası Zərərçəkmiş şəxs və məktəbdə «qarmon» müəllimi işləyən tanışı Şahid3 Elsəvər oğlunun köməkliyi ilə məktəbdən çıxıb getmək istədiyini görüb, Şahid1 üzərinə getmiş, xx.xx.2025-ci il tarixdə «müəllimlər» qrupunda yazışma apardıqları vaxt aralarında yaranmış mübahisə ilə bağlı sonuncunu təhqir etmiş, həmin vaxt Şahid1 halı bir qədər də pisləşdiyi üçün sonuncunun xalası Zərərçəkmiş şəxs və tanışı Şahid3 tərəfindən məktəbin dəhlizində yerləşən oturacaqda əyləşdirildikdən sonra Zərərçəkmiş şəxs onun (Təqsirləndirilən şəxs) ölmüş atasının ünvanına söyüşlü kəlmələrdən istifadə etdiyi və bununla bağlı həmin an onların arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq üçün onun üzərinə hücum çəkib, sağ əli ilə saçından tutub, təpiklə bir neçə dəfə sol əl nahiyəsinə vuraraq, Zərərçəkmiş şəxs sol əlinin 5-ci barmağının proksimal falanqasının yerdəyişməyən sınığı xəsarəti ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, qızı X6 özünün işlədiyi Şuşa rayon «Xanalılar» kənd musiqi məktəbində təhsili alır. xx.xx.2025-ci il tarixdə məktəbin müəllimlərindən ibarət olan «WhatsApp» qrupuna qızı Zeynəb Abbasovanın xx.xx.2025-ci il tarixdə imtahanının olması barədə iş yoldaşı Şahid1 mesaj yazmışdır. Ardınca məktəbin «Nəzəriyyə» şöbəsinin müdiri Şahid5 qrupa mesaj yazaraq, imtahanın xx.xx.2025-ci il tarixdə olacağını bildirmişdir. O da Şəlalənin sözünü təsdiqləyərək, xx.xx.2025- ci il tarixdə məktəbə yoxlamanın gəlməsi ilə bağlı imtahanın keçirilməsinin mümkün olmayacağım və xx.xx.2025-ci il tarixə təyin ediləcəyini yazmış, lakin Nazilə imtahanla bağlı onun qərar verəsi adam olmadığını bildirmiş və bununla bağlı «WhatsApp» qrupunda mesaj yazmışdır. Axşam vaxtı isə Şahid1 «WhatsApp» qrupunda onun ünvanına nalayiq yazılar (mesajlar) yazaraq, onu təhqir etmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 13:00 radələrində iş yerinə getmiş, orada iş yoldaşı Şahid1, sonuncunun qeyri-rəsmi münasibətdə olduğu, həmin məktəbdə müəllim işləyən Elvin və Nazilənin xalası Nailə məktəbdə olmuşlar. Məktəbə daxil olduqda direktor Afət Ələkbərovanın, Fortepiano şöbəsinin müdiri Şahid4, «Nəzəriyyə» şöbəsinin müdiri Şahid5, Elnur adlı saz müəllimin yanında Şahid1 onun üzərinə hücum çəkmiş və onu təhqir etməyə başlamış, lakin o, Nazil Məmmədovaya əl vurmayacağını, hüquqlarını bildiyini demişdir. Həmin vaxt Şahid1 halı pisləşmiş, onunla qeyri-rəsmi münasibətdə olan Elvin Nazilənin yanma gələrək, ona Naziləyə qarşı səhv hərəkət etdiyini bildirmişdir. Həmin vaxt Nazilə yenidən ayağa qalxıb onun üzərinə gəlmiş, Şahid1 xalası Zərərçəkmiş şəxs onun atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də o, əlində saxladığı istəkanı yerə çırpıb, Nailənin saçını yolmuş, Elvin onu ayırıb itələdikdə isə yerə yıxılmış, ayağa qalxdıqda isə Elvin onu yenidən itələyib yıxmış və təpiklə ayağının barmağına xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs saçından tutub dartmaqdan savayı ona qarşı heç bir zor tətbiq etməmişdir. Sonradan Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixli məhkəmə iclası zamanı ifadəsində özünü təqsirli bilərək cinayət hadisəsini törətdiyini bildirmiş və amnistiya aktı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saat 12 radələrində bacısı qızı Şahid1 bir gün əvvəl səhhətinin pisləşdiyinə görə sonuncunun çalışdığı və Mingəçevir şəhərində yerləşən Şuşa rayon «Xanalılar» kənd Uşaq Musiqi Məktəbinə getmiş, habelə Şahid1 səhhəti ilə bağlı «Təcili tibbi yardım» stansiyasının əməkdaşları musiqi məktəbinə gəlmişlər. Tibbi heyət ilkin yardım göstərdikdən sonra Şahid1 evə getməli olduğunu tövsiyyə etmişlər. O və bacısı qızı Şahid1 qeyri-rəsmi münasibətdə olduğu Elvin adlı musiqi müəllimi Nazilənin qolundan tutub musiqi məktəbindən çıxarmaq istəyərkən musiqi məktəbində işləyən, əvvəldən tanımadığı Xatirə adlı qadın bacısı qızı Nazilənin qolundan tutaraq, onu təhqir edib, getməyə qoymayacağım bildirmiş və məktəbin içərisinə dartıb, salmışdır. Nazilənin halı daha da pisləşdiyi üçün o və Elvin Naziləni dəhlizdə yerləşən skamyaya uzatmışlar. Təqsirləndirilən şəxs onun bacısı qızı Şahid1 qarşı etdiyi hərəkətlər onu hiddətləndirmiş, çünkü Təqsirləndirilən şəxs Nazilənin səhhətinin pisləşməsinə məhəl qoymadan onunla sözlü mübahisə etməyə davam etmişdir. Bu səbəbdən də Xatirənin Naziləyə qarşı etdiyi hərəkətləri qəbul etməyib, Xatirənin hərəkətlərinin qarşısını almağa çalışmış, həmin vaxt Xatirə ilə arasında yaranmış mübahisə zamanı əsəblərini cilovlaya bilməyib, Xatirənin onun ünvanına işlətdiyi kobud kəlməni söyüş şəklində onun atasının ünvanına işlədərək ona cavab qaytarmış və Nazilənin səhhəti ilə maraqlanmaqdan ötrü ona tərəf aşağı əyilən zaman Xatirə qəflətən arxadan ona hücum çəkib, saçını yolmağa və ona təpiklə zərbələr endirməyə başlamış, sol əlinə dəyən zərbələrdən biri nəticəsində barmağından zədə almışdır. X8 zərbə vurmağa davam edərkən öz ayağı orada olan skamyanın dəmir kənarına toxunmuş, sonra isə geri çəkilərək çölə çıxmışdır.Onlar isə çətinliklə Naziləni ayağa qaldırıb Mingəçevir şəhər xəstəxanasına aparmışlar. Mübahisə zamanı Şahid3la Təqsirləndirilən şəxs heç bir mübahisəsi olmamış, habelə Şahid3 Xatirəyə hər hansı bir xəsarət yetirməmişdir. Elvinin hərəkətləri yalnız onları ayırması, habelə Təqsirləndirilən şəxsm sakitləşdirməklə kifayətlənmişdir. Həmçinin, Təqsirləndirilən şəxs onun bacısı Şahid1 ilə mübahisə edib onun üstünə qışqırsa da, o, Şahid1 vurmamış və ona hər hansısa bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işlədiyi Mingəçevir şəhərində yerləşən Şuşa rayon «Xanalılar» kənd UMM işçilərindən ibarət «WhatsApp» qrupunda xx.xx.2025-ci il tarixdə nəzəriyə imtahanının olacağını bildirmiş, həmin vaxt işlədiyi musiqi məktəbində nəzəriyyə müəllimi olan Təqsirləndirilən şəxs məktəbə yoxlamanın gələcəyini, ona görə də xx.xx.2025-ci il tarixdə nəzərdə tutulmuşimtahanm keçirilməyəcəyini bildirmişdir. Bu mesaja cavab olaraq Təqsirləndirilən şəxs əvvəlcədən məlumatlandırılmalı olmasını bildirmişdir. Xatirənin qızı onun nəzəriyyə sinfində təhsil almış, ona görə də Təqsirləndirilən şəxs bütün şagirdlərin imtahanda iştirakının məcburi olmasını bildirdikdə, Xatirə əsəbləşib özündən çıxmış və ard-arda qrupda ona qarşı təhqiramiz ifadələr yazmışdır. Xatirənin bu yazışmasından sonra vəziyyətin gərginləşdiyini görüb, qrupdan çıxmışdır. Lakin bundan sonra iş yoldaşı Zərifə ona Təqsirləndirilən şəxs onun ünvanına qrupda təhqiramiz mesajlar və səslər atdığını demiş, o da qrupa ertəsi gün bu haqda danışıb aydınlıq gətirəcəyini Təqsirləndirilən şəxs çatdırmasmı xahiş etmişdir. xx.xx.2025ci il tarixdə saat 12:00 radələrində iş yerində olarkən vəziyyətinin pisləşməsi ilə bağlı iş yerinə təcili tibbi yardım çağırılmış, təzyiqini normaya salındıqdan sonra təcili tibbi yardım xidmətinin avtomobili getmişdir. Təcili tibbi yardım avtomobili getdikdən sonra o, məktəbdən çıxmaq istəyərkən dəhlizdə Xatirə ilə rastlaşdıqda Xatirənin onun ünvanına etdiyi təhqirlərlə qarşılaşmışdır. Səhhətində yaranmış narahatçılıq üzündən həmin vaxt onu evə aparmağa gələn xalası Zərərçəkmiş şəxs da orada olmuşdur. O, qapıdan çıxmaq istədikdə Təqsirləndirilən şəxs onun qolundan tutub «səni getməyə qoymaram» sözlərini deyib, onu içəri dartmış, həmin vaxt qeyri- rəsmi münasibətdə olduğu Şahid3 da onun yanında olmuş və X11 Cəfərovun üzərinə hücum çəkərək onun barəsində qeyri-etik ifadələrdən istifadə etmişdir. Ona görə də xalası Zərərçəkmiş şəxs və Şahid3 onu stulaəyləşdirmək istəmişlər. Lakin həmin vaxt Təqsirləndirilən şəxs xalasının ünvanına söyüş söymüş, xalası ona cavab qaytardıqda Təqsirləndirilən şəxs xalasına hücum çəkib, arxadan onun saçını yolmuş və təpiklə əlinə zərbə endirmişdir. Həmin zərbədən sonra xalasının əl barmağı sınmışdır. Xalasının ayağına təpik vuran zaman Təqsirləndirilən şəxs öz ayağı skamyanın dəmir hissəsinə dəymiş, bundan sonra Xatirə nalayiq ifadələr işlədərək geri çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis çağırmış və polis əməkdaşları gədikdən sonra onun səhhətində olan narahatlığa görə xalası Nailə və Elvinlə birlikdə Mingəçevir şəhər xəstəxanasına getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər 12:00 radələrində çalışdığı Mingəçevir şəhərində yerləşən Şuşa rayon «Xanalılar» kənd UMM-də işdə olarkən qeyri-rəsmi münasibətdə olduğu Şahid1 halı pisləşmiş və məktəbə təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılmışdır. Təcili tibbi yardım stansiyasının heyəti Naziləyə iynə vurmuş və ona evə getməli olduğunu bildirmişlər. O və Nazilənin orada olan xalası Nailə Naziləni onun idarə etdiyi avtomobilə doğru aparmaq istəyərkən iş yoldaşı Təqsirləndirilən şəxs qarşılarına çıxıb, getmələrinə maneçilik törətmək məqsədi ilə musiqi məktəbinin qapısını örtmüş və yüksək səslə getmələrinə imkan verməyəcəyini bildirmiş və yüksəs səslə «bura məktəb yox, əxlaqsızlıq yuvasıdır» sözlərini demiş, ardınca Təqsirləndirilən şəxs Naziləyə hücum çəkmişdir. O və iş yoldaşı Şahid4 onu ayırmağa çalışmış, həmin vaxt Nazilənin halı pisləşdiyinə görə sonuncunun xalası Zərərçəkmiş şəxs və o, Naziləni yaxınlıqda olan skamyaya əyləşdirmişlər. Həmin vaxt Xatirə əyilmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs arxadan hücum çəkib, onun saçını yolmağa başlamış, habelə təpiklə ona tərəf zərbələr endirmişdir. Zərbələrdən biri Nailə əlinə dəymiş və o, barmağından xəsarət almışdır. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpiklə vurduğu zaman öz ayağı ehtiyatsızlıqdan skamyanın dəmirinə dəymiş, bundan sonra o, geri çəkilmişdir. Ardınca o və Zərərçəkmiş şəxs Naziləni xəstəxanaya apararkən Xatirə polis əməkdaşlarım çağırmış, habelə onların xəstəxanaya getmələrinə maneçilik törətmişdir. Bir qədər sonra oraya gələn polis əməkdaşları vəziyyəti görüb, xəstəxanaya getmələrinə maneçilik törətməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işlədiyi Mingəçevir şəhərində yerləşən Şuşa rayon «Xanalılar» kənd UMM müəllimlərindən ibarət «Whatsapp» qrupunda musiqi məktəbinin müəllimləri Təqsirləndirilən şəxs və Şahid1 arasında məzmununu xatırlamadığı mübahisə yaranmışdır. xx.xx.2025-ci il tarixdə günorta radələrində Nazilənin məktəbdə halı pisləşmiş və bu səbəbdən təcili tibbi yardım stansiyasının əməkdaşları oraya çağırılmışlar. Bundan sonra Nazilə xalası və Elvin adlı müsiqi müəlliminin köməyi ilə evə getmək istəyərkən Təqsirləndirilən şəxs məktəbə girmiş və həmin vaxt onların arasında sözlü mübahisə yaranmışdır. Həmin vaxt Nazilənin halı yenidən pisləşdiyinə görə onu dəhlizdə yerləşən oturacağa əyləşdirmişlər və o, Xatirəyə 1 istəkan su vermişdir. Həmin vaxt Xatirə ilə Nazilənin xalası arasında sözlü mübahisə yaranarkən Xatirə su istəkanını yerə vurub, Nazilənin xalasının üzərinə hücum çəkmiş, habelə onu saçından tutub dartmağa başlamışdır. Həmin vaxt onları ayırmaq istədikdə Xatirə onu kənarlaşdırmış, nəticədə o, yerə yıxılmışdır. Bundan sonra Xatirə polis əməkdaşlarını çağırmış, Nazilə isə şəhər xəstəxanasına getmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində işlədiyi Mingəçevir şəhərində yerləşən Şuşa rayon «Xanalılar» kənd UMM-də olarkən Təqsirləndirilən şəxs məktəbə gəlmiş, həmin vaxt səs-küyün qalxdığını eşidib, Xatirə və Naziləyə yaxınlaşmış, sonuncu, Təqsirləndirilən şəxs və Nazilənin xalası arasında sözlü mübahisə yaranmış, Nazilənin halı pisləşdiyinə görə xalası və saz müəllimi Elvin Naziləni dəhlizdəki oturacağa əyləşdirmişlər. Bir neçə dəqiqəlik çölə çıxmış, qayıtdıqda Xatirə ilə Nazilənin xalasının bir-birinin ünvanına nalayiq ifadələr işlətməsinin, o cümlədən Nazilənin xalasının Xatirənin atasının ünvanına nalayiq ifadələr işlətməsinin, bunu eşidən Xatirənin Nazilənin xalasının saçından tutaraq yolmasının, Elvinin isə onları ayırmağa cəhd etməsinin şahidi olmuşdur. Bundan sonra Xatirə Nazilənin xalasından kənarlaşmış, sonra isə Nazilə, onun xalası və Elvin məktəbdən çıxıb getmişlər. Hadisə vaxtı Şahid3 Təqsirləndirilən şəxsm vurmamış, ona xəsarət yetirməmiş, o, yalnız Xatirəni Nazilənin xalasından ayırmağa çalışmış, həmçinin Xatirənin Nazilənin xalasının əlindən vurubvurmadığını, habelə Xatirənin təpik zərbəsinin skamaya dəyib-dəyməməsinin şahidi olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işlədiyi Mingəçevir şəhərində yerləşən Şuşa rayon «Xanalılar» kənd UMM-də direktor olan Afət müəllimə ilə birlikdə məktəbə gələcək yoxlama ilə bağlı protokol tərtib etməklə məşğul olmuş, həmin vaxt müəllimlərin bir neçəsi dəhlizdə olmuşlar. Bir neçə dəfə ardarda yüksək səs-küyün gəlməsi onların işinə maneçilik törətmiş, ona görə də o, dəhlizə tərəf çıxıb, müəllimlərə irad tutub, onlara mane olmamalarını tapşırmışdır. Bunu dedikdən sonra o, işlədiyi otağın qapısının yanında olmuş və müəllimlər tərəfə yaxın getməmişdir. İrad tutduqdan sonra yenidən Afət müəllimənin yanma qayıtmış və işinə davam etmişlər. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 və Şahid5 oğlunun məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 iyul 2025-ci il tarixində “sadələşmiş icraat materialı əsasında cinayət işi başlanması və işin istintaqının aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində açılmış məhkəməyədək sadələşmiş icraat materialı əsasında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin başlanması və iş istintaq aparılması üçün aidiyyəti üzrə Mingəçevir şəhər X9 Bölməsinə göndərilməsi qərara alınmışdır. 13 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 68/1-də yerləşən Şuşa rayon «Xanalılar» kənd uşaq musiqi məktəbində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş və Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş mübahisə baş vermişdir. Hadisə yeri olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 68/1-də yerləşən Şuşa rayon, Xanalılar kənd uşaq musiqi məktəbi 1 mərtəbəli olmaqla, giriş qapısı ağ rəngdə, iki taylıdır və iç tərəfdən barmaqlıqdır. Qapını açıb içəri girdikdə görünür ki, dəhliz vardır, dəhlizin eni 6 metr, uzunluğu 12 metr, hündürlüyü 3 metrdir, dəhlizin solunda işıq sayğacı vardır, dəhlizin sağında otaqlar, pəncərələr və hündürlüyü 0,5 metr olan dəmir ayaqlı, ağ rəngli skamya vardır. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs ağ oturacağın yanında dayanaraq, həmin oturacağın yanında dayanan bacısı qızı Nazilənin sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə mübahisə edərkən Naziləyə kömək etdiyi vaxt əyildiyi zaman Təqsirləndirilən şəxs onun saçından.tutduğunu, yerə yıxıb sol əlindən vurduğu yeri göstərdi. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025 tarixli, 202 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilən xəsarətlər: - sol əlin 5-ci barmağının proksimal falanqasının yerdəyişməyən sınığı, bərk küt əşyanın təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur. Ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. 02 sentyabr 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. 05 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. 05 sentyabr 2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 arasında olan “Whatsapp” ani mesajlaşma mobil tətbiqində olan mesajlar və səs yazılarının mühüm sübut əhəmiyyəti kəsb etdiyini nəzərər alaraq DVD diskə baxış keçirilmiş, diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs və Şahid1 arasında “Whatsapp” ani mesajlaşma mobil tətbiqində yaradılmış müəllimlərdən ibarət qrupda Şuşa rayon Xanalılar kənd uşaq musiqi məktəbində keçiriləcək imtahanın vaxtı ilə bağlı narazılıq yaranması, həmin narazılığa görə isə adı çəkilən şəxslər arasında mübahisənin yaranması, mübahisə zamanı Təqsirləndirilən şəxs və Şahid1 bir-biri ilə mübahisə etməsi və bir-birinə nalayiq ifadələr işlətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 293 saylı arayışdan görünür ki, Abbasova X2 şəhəri Ş.İ.Xətai küçəsi ev 3a mənzil 36 ünvanda qeydiyyatsız yaşayır. 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşularla münasibəti yaxşıdır, onun yaünvan 1 ünvanında yaşadığı müddət ərzində barəsində 8 saylı MİS-ə heç bir şikayət və bu tipli digər məlumat daxil olmayıb. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1093 saylı arayışdan görünür ki, Abbasova X2 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Şuşa rayon, Xanalılar kənd, Uşaq Musiqi Məktəbində nəzəriyyə ixtisası üzrə müəllim işləyən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, iş fəaliyyət ərzində kollektivlə münasibəti normal olmuşdur, kollektiv daxilində davranışı qənaətbəxş hesab edilib, məktəb daxilində heç bir nizam-intizamı pozmayıb. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 Xatirə Rəfael qızının və X4 birgə nikahlarında doğulmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxsnun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aiddir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12-ci bəndinə əsasən qadınlar, 1.16-cı bəndinə əsasən isə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət təqibinə xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə təqdim etməklə razılıq verməsini, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, habelə əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərar aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12, 1.16 və 5.1-ci bəndlərinə əsasən onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar