Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-174/2021 09.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxxxxx 1967-ci il tarixdə Rusiya Federasiyasının Zaqorsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda ünvan 2ayev prospekti, ev 71, mənzil 31də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 42.000 (qırx iki min) manat məbləğində pulun ondan alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(051)-715/2018 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin 24 yanvar 2020-ci tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətə həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 03 fevral 2020-ci il, 13 mart 2020-ci il, 08 iyun 2020-ci il, 02 oktyabr 2020-ci il, 16 oktyabr 2020-ci il, 11 dekabr 2020-ci il, 10 yanvar 2021-ci il və 01 mart 2021ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək həmin məhkəmə aktında nəzərdə tutulmuş pulu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(051)-715/2018 saylı qətnaməsi ilə ondan 42000 (qırx iki min) manat məbləğində pulun alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd olunan məbləğin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, ünvan 3 ünvanında kirayə yaşadığı, həmçinin M.Məmmədzadə küçəsi 10 saylı evin qeyri yaşayış sahəsində yerləşən X2 məxsus 120 kvm-lik «Bavariya» adlı obyekti icarəyə götürüb işlətdiyi üçün icra məmurunun çağırışlarına vaxtında gedə bilməmişdir. Bundan sonra məhkəmə qərarını icra etməyi üçün Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməyinə baxmayaraq, o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi onun tərəfindən icra olunmadığı üçün icra məmuru inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi 24 yanvar 2020-ci il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ona yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra borclu olduğu tələbin ödənilməsi tərəfindən təmin edilməsə, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmişdir, lakin o, yenə də maddi imkanı olmadığına görə məhkəmənin qətnaməsini icra etməmişdir. Ona yenidən vaxt verilsə, gələcəkdə hər ay, borcundan 200,00 manat ödəyə bilər, imkan olanda isə qalan pulu tam ödəyəcəkdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən qeyd etdiyi halların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(051)- 715/2018 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 42000,00 manat məbləğində pul alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə qətnaməsini icra etməsi üçün borcluya Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq, borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək borcundan ona heç bir ödəniş etməmişdir. Bütün bunlar isə onu göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə ona borclu olduğu pulu ödəmir və bunu aşkar şəkildə bildirir. Belə ki, təqsirləndirilən şəxs kinayə ilə məhkəmə istintaqında ayda 200 manat ödəmə təklif etməsi, onun qərəzli olaraq borcu ödəmək istəmədiyini təsdiq edən haldır. Göründüyü kimi təqsirləndirilən şəxsin təklif etdiyi məbləğ mövcud borca münasibətdə olduqca azdır. Bununla da təqsirləndirilən şəxs borcu ödəmək istəmədiyini aşkar surətdə bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxs Qətibə Bəbəlova ilə eyniməzmunlu ifadə verdi və onun göstərdiyi halları təsdiq etdi, həmçinin məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, o Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsində çalışır. Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(051)-715/2018 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 42.000 (qırx iki min) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq, onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün onun inzibati məsuliyyətə cəlb olunması üçün Mingəçevir Şəhər Məhkəməsinə inzibati protokol verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 3(051)-50/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin inzibati qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs indiyədək tələbkar Zərərçəkmiş şəxs borcundan heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan təqdimant verilən günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 da, icra məmuru Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(051)-715/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 42.000 (qırx iki min) manat pulun alınaraq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 10 may 2018–ci il tarixli, 2(051)–715/2018 saylı icra sənədi 15 noyabr 2019-cu il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 15 noyabr 2019-cu il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə 10 may 2018–ci il tarixli, 2(051)–715/2018 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 28 dekabr 2019-cu il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahat Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan iddianı təmin etmə tədbiri haqqında Mingəçevir şəhər məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(051)-715/2018 saylı qərardadından görünür ki, Mingəçevir şəhər XDM RH-nin 31.10.1994-cü il tarixli, 107 saylı qərarı ilə Mingəçevir şəhər 12 saylı məktəbin qarşısında ayrılmış 0,06 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsinin qadağan edilməsi məqsədilə torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cinayət işinin materiallarında olan 13 dekabr 2019-cu il tarixdə Mingəçevir şəhərində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı icra sənədində qeyd olunan mənzilin satıldığını və borclunun həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan borclunun axtarılması haqqında 13 dekabr 2019cu il tarixli qərardan görünür ki, ünvan 2ayev prospekti ev 71, mənzil 31 ünvanda yaşamış Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsinin 20 dekabr 2019cu il tarixli, 158-38979 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir ŞPŞ-nin İTB-də 650305 saylı axtarış işi açılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 24 yanvar 2020ci il tarixli 3(051)–50/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 27 yanvar 2020ci il tarixli 8(051)–7/2020 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018–ci il tarixli, 2(051)–715/2018 saylı icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan 13 mart 2020-ci il tarixdə Mingəçevir şəhərində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı mənzildə borcluya məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat 18 iyun 2021-ci il tarixdə dayandırılmışdır. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin 04 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bərdə Rayon Polis X3 Yerinə təhvil verildiyindən, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin 10 may 2018-ci il tarixli, 2(051)-715/2018 qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2(051)-715/2018 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin 24 yanvar 2020-ci tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətə həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 03 fevral 2020-ci il, 13 mart 2020-ci il, 08 iyun 2020-ci il, 02 oktyabr 2020-ci il, 16 oktyabr 2020-ci il, 11 dekabr 2020-ci il, 10 yanvar 2021-ci il və 01 mart 2021-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək, həmin məhkəmə aktında nəzərdə tutulmuş pulu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcıllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin 07 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 02 avqust 2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq, aidiyyəti üzrə Bərdə RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Eləcə də, cinayət işinin materiallarında olan 04 avqust 2021-ci tarixdə verilmiş “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə Bərdə RPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» dəyişdirilməli, onun barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti rəsmi qaydada verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-174/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-174/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver