Məhkəmə qərarları › İş №1(051)-176/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-176/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-176/2021 26.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 01.01.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2,177.2.3 və 177.2.4-ci maddələri ilə təqsirli bilinib 5 (beş)il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli qərarı ilə 11 ay vaxtından əvvəl şərti azad edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.05.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 2 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Günəşli bağ massivi, 9-cu küçə ünvanında yaşamış, barəsində 28.07.2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə saat 21 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin gümüşü rəngli bükümündə içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 1,543 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.07.2021-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, şəhərin giriş hissəsi olan, “Ala qapı” adlandırılan ərazidə saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman, 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, təmiz çəkisi 1,543 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, heç yerdə işləmir. Tutulduğu vaxta qədər narkotik vasitələrdən və psixotrop maddədən istifadə etmişdir. 27.07.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ala qapı” adlandırılan ərazidən piyada keçən zaman yerdə 1 ədəd siqaret qutusu görüb götürmüşdür. Açıb baxdıqda qutunun içərisində gümüşü rəngli kağıza bükülmüş bükümdəki maddənin psixotrop maddə olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Həmin bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. 28.07.2021-ci il tarixdə saat 16:30 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində, Günəşli bağ massivinin yaxınlığında yerləşən “Ala qapı” adlandırılan yerdə olan zaman tapdığı psixotrop maddə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X6 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. O da üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 qutu Prima markalı siqaret, 1 ədəd qırmızı rəngli alışqan və siqaretin gümüşü rəngli bükümünü könüllü olaraq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində hər hansı əşya olmadığını bildirdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa digər əşya və ya saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm açılıb baxıldıqda bükümdə olan kütlənin psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçılarm yanında aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və gümüşü rəngli kağızma bükülmüş bükümü ilə birlikdə çəkisi 2,22 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Dözülməz ağrıları olduğuna görə psixotrop maddə qəbul etmişdir. Ona görə də məhkəmədən onun narkotik aludəçisi olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28.07.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs Mingəçevir şəhəri “Ala qapı”adlandırılan ərazinin yaxınlığında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etmişdir. Bundan sonra Bəkirov X3 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsində vəkil X4 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə - metamfetamin olan bir ədəd siqaretin gümüşü bükümünü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin bir ədəd siqaretin gümüşü rəngli bükümü Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd siqaretin gümüşü rəngli bükümünün içərisində psixotrop maddə-metamfetaminə oxşar olan kütlə müəyyən edilmişdir. Həmin bükümün içərisində psixotrop maddəyə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 2,22 qram olmuşdur. Həmin psixotrop maddəmetamfetaminə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd siqaretin gümüşü rəngli bükümündə olan kütlənin psixotrop maddə-metamfetamin olduğunu və həmin psixotrop maddəni 27.07.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Ala qapı” adlandırılan ərazidə gəzərkən 1 ədəd siqaret qutusunun içərisindən tapdığını və şəxsi istifadəsi məqsədilə həmin bükümü əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 28.07.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə “Konstant” elektron tərəzidə çəkildi. Götürülmüş bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində olan həmin kütlənin ümumi çəkisi 2,22 qram oldu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə oxşar kütlə “samsung” markalı aparatla video görüntü ilə qeydə alındı. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq AR DİN 76 nömrəli ilə möhrlənmiş və üzəri, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2021-ci il tarixli 17/556 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş....» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,543 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə- metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,543 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 1,493 qramdır. Cinayət işinin materiallarında olan 17 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, 28.07.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 1,493 qram olan psixotrop maddə-matemfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseirinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının 31 avqust 2021 -ci il tarixli 1023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli 1(051)–173/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 01 fevral 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 11 ay cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması qərarı ləğv edilərək, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin olunmuş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəki Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 7(051)-101/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 02 (iki) ay, 20 (iyirmi) gün vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 08.09.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Bəkirov X3 şəhər məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. 01 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CPM-nin 513 və 520-ci maddələrini rəhbər tutaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 01 yanvar 2020-ci il tarixdə cəza müddəti bitmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin olunmuş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 26 may 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 2 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə saat 21 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin gümüşü rəngli bükümündə içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 1,543 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlədib üzərində saxlayaraq daşımış, 28.07.2021-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən, şəhərin giriş hissəsi olan, “Ala qapı” adlandırılan ərazidə saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞnin inzibati binasında saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə psixotrop maddə “metamfetamin” əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, təqsirləndirilən şəxs Bəkirov X3 Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 26 may 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 2 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, lakin vaxtından əvvəl şərti azad olunma müddətinin başa çatmasına 21 (iyirmi bir) gün qalmış yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalı, həmçinin həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən onun barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyətiinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində MKT İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Bəkirov X3 şəhər məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzadan 11 ay vaxtından əvvəl şərti azad edilmiş və şərti azad olunma müddəti başa çatmamış, yəni cəzanın çəkilməmiş hissəsi ərzində və məhkumluğu ödənilməmiş yenidən qəsdən az ağır cinayət törətmiş və Mingəçevir Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib hökmlərin məcmusu ilə 2 il müddətə qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 may 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə 2 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, lakin vaxtından əvvəl şərti azad olunma müddətinin başa çatmasına 21 (iyirmi bir) gün qalmış, yəni cəzanın çəkilməmiş hissəsi ərzində məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və yenidən sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş qəsdən az ağır cinayət törətmişdir. Belə olan halda təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 83-cü maddəsinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.2.1–ci maddəsinin tələbinə görə cinayətin təhlükəli residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3–cü maddəsinin tələbinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67–ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza, yəni təhlükəli residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən onun barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə 2 ay 20 gün şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 2 ay 20 gün hissəsini qismən birləşdirməklə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 28 iyul 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 30.07.2021-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,493 qram olan kustar üsulla hazırlanmış, psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 27.11.2019–cu il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 20 gün hissəsinə Şəki Rayon Məhkəməsinin 26.05.2021–ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM–in 67.1–ci maddəsinə əsasən Bəkirov Qnyaz Rafiq oğluna yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 234.1–ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 20 (iyirmi ) gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyul 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM–in 93.1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,493 qram olan kustar üsulla hazırlanmış, psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat (yetmiş bir) 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar