Məhkəmə qərarları › İş №1(051)-178/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-178/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-178/2021 22.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 8 mənzil 25-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 03.04.2021-ci il tarixdə əvvəlcədən istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə X7 istifadəsində olan 077 *** ** ** mobil nömrəsi ilə Emin Cəfərovla danışıb razılaşdıqdan sonra həmin günü axşam saatlarında X10 ilə Mingəçevir şəhər 20 Yanvar küçəsi 8 saylı yaşayış binasının blokunda görüşərək istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamini 20 manat müqabilində X1. Bundan başqa Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qızılı-ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,937 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 14.07.2021-ci il tarixdə saat 09:25 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən “Araz” supermarketin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən həmin çəkidə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində olan zaman tanımadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəldi və o, mobil telefonu ekranına baxan zaman mobil nömrənin üzərində İran yazısı olduğunu gördü. Zəngin İran Respublikasından olduğunu başa düşdü. O, həmin zəngə cavab verən zaman ona zəng vuran şəxsin Azərbaycan dilində ona adının Amid olduğunu, ondan narkotik vasitə lazım olub olmadığını soruşdu, o isə narkotik vasitə istifadə etdiyindən narkotik vasitə lazım olduğunu bildirdi. Bundan sonra o, narkotik vasitə olan heroinin bir qramının qiymətini, daha sonra isə narkotik vasitə olan heroini ondan necə əldə edə biləcəyini soruşduqda həmin şəxs ona heroinin bir qramının 22 manata satdığını, əgər istəsə narkotik vasitəni Bakı şəhərində bir yerə atdıracağını bildirdi. O, həmin şəxsdən narkotik vasitə olan heroinin pulunu necə verəcəyini soruşan zaman isə həmin şəxs “Whatsapp” vasitəsi ilə ona hesab nömrəsi atdı və pulu həmin hesab nömrəsinə vurmağını bildirdi. O, Amid adlı şəxsə ona 4 qram narkotik vasitə olan heroin lazım olduğunu bildirdi, həmin şəxs isə ona 4 qram narkotik vasitə olan heroin verə biləcəyini, lakin ilk öncə göndərdiyi hesab nömrəsinə pulu göndərməyini dedi. O razılaşıb Bakı şəhərində “AzərTürkbank” vasitəsi ilə həmin hesaba 88 manat pul köçürtdü və həmin 88 manat pulunu qəbzini Amid adlı şxsə “Whatsapp” vasitəsi ilə göndərdi. Bir neçə dəqiqə sonra həmin şəxs zəng vurub narkotik vasitə olan heroini büküm içərisində “Bakı” markalı siqaret qutusuna atıb Bakı şəhərində “Xalqalar” metrosu yaxınlığında “Laçın” ticarət mərkəzinin qarşısında olan H.Əliyev adına parkda ağacın dibində olduğunu bildirdi və həmin qutunun olduğu yerin şəklini ona “Whatsapp” vasitəsi ilə göndərdi. O, həmin ünvana getdi və həqiqətən də Amid adlı şəxsin dediyi kimi ağacın dibində olan Bakı markalı siqaret qutusunu tapıb içərisində baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu gördü. Daha sonra həmin narkotik vasitə olan heroindən bir qədərini istifadə etdi, qalan hissəsini şalvarının sol cibində gizlətdi.13.07.2021-ci il tarixdə o, Mingəçevir şəhərinə gəldi. Mingəçevir şəhərinə gələn zaman həmin narkotik vasitə olan heroin onun əynində olan şalvarının sol yan cibində idi. O, öz şəxsi istifadəsi üçün həmin narkotik vasitə olan heroini üzərində saxlayırdı. 14.07.2021-ci il tarixdə saat 09:25 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti “Araz” supermarketin qarşısından piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdib onu polis şöbəsinə dəvət etdilər. Polis Şöbəsində onun üzərinə baxış keçirdilər. Baxış zamanı əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan büküm aşkar olundu. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Lakin o, 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. O, Emin Cəfərova narkotik vasitə olan heroin satmamışdır. Doğrudur, Emin ona zəng edib narkotik istəmişdir, lakin o, Eminə narkotik maddə olan heroin satmamışdır. Ancaq üzərində narkotik vasitə saxladığına görə özünü təqsirli bilir və əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14.07.2021-ci il tarixdə saat 09:25 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və Quliyev X6 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev küçəsi “Araz” supermarketin yaxınlığında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Neymanı polis şöbəsinə dəvət etdilər. Bundan sonra Əmirov X4 ŞPŞ-nə gətirildi və polis şöbəsinə vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən olan bir paket siqaret qutusunun içərisindən qızılı rəngli kağıza bükülmüş büküm aşkar olundu. Aşkar olunmuş həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə olan kütlənin heroin olduğunu, heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 10.07.2021-ci il tarixdə Bakı şəhərində tanımadığı İran Respublikasının vətəndaşından aldığını bildirdi. Digər şahidlər, polis əməkdaşları Şahid2 Qorxmaz oğlu, Şahid3 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. Dövlət ittihamçısının vəsatəti ilə məhkəmə iclasında şahid kimi ifadə verən məhkum X10 bildirdi ki, o, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin almamışdır. Ancaq işin 255-258-ci vərəqlərində olan üzləşdirmə protokolunda, işin 97-ci səhifəsində olan E.Cəfərovun özünün CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqsirləndirilən şəxsi dindirmə protokolunda, eləcə də CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş Mingəçevir şəhər məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmündə X10 bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə metamfetamini Təqsirləndirilən şəxs almışdır. İşin 26-27-ci vərəqlərində olan 14 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ və sol ciblərində iki ədəd kent 4 markalı siqaret qutusu aşkar edildi və əlində olan “REAL Mİ C2” telefonu təqdim etdi. Onun sol cibində olan siqaret qutusu bağlı vəziyyətdə idi. Sağ cibində aşkar olunan siqaret qutusu isə açıq vəziyyətdə idi və həmin qutuya baxış keçirərkən içərisində siqaretin qızılı kağızına bükülmüş büküm aşkar edildi. Bükümü açdıqda içərisində sellofana bükülmüş kəskin iyli narkotik vasitəyə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, bir ədəd sellofana bükülmüş bükümün narkotik vasitə heroin olduğunu, təxminən 4 gün əvvəl Bakı şəhəri “Xalqlar dostluğu”nda bir nəfər İran vətəndaşından qramı 22 manat olmaqla 4 qram aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, almış olduğu narkotik vasitədən istifadə etdiyini, hazırda üzərində həmin narkotik vasitədən qaldığını bildirmişdir. İşin 34-36-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli, 17/159 saylı rəyində göstərilir ki, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... kütlə....» sözləri yazılmış zərfin içərisindəki qızılı-ağ rəngli kağıza bükülmüş bükümdə, təmiz çəkisi – 0,937 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,937 qr., tədqiqata sərf edildi -0,050 qr., qalıq- 0,887 qr İşin 255-258-ci vərəqlərində olan 15 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X3 Neyman Vaqif oğlunun üzünə qarşı ondan 20 manat müqabilində psixatrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri 20 yanvar küçəsi 8 saylı binanın blokunda aldığını bildirmişdir. İşin 304-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1148 saylı 23 sentyabr 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 279-cu vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 10.08.2021-ci il tarixli, 802 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.08.2014-cü ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03.04.2021-ci il tarixdə əvvəlcədən istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə X7 istifadəsində olan 077 *** ** ** mobil nömrəsi ilə Emin Cəfərovla danışıb razılaşdıqdan sonra həmin günü axşam saatlarında X10 ilə Mingəçevir şəhər 20 Yanvar küçəsi 8 saylı yaşayış binasının blokunda görüşərək istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamini 20 manat müqabilində X1. Bundan başqa Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qızılı-ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,937 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 14.07.2021-ci il tarixdə saat 09:25 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən Araz supermarketin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən həmin çəkidə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsi şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun ifadəsi özünü müdafiə xarakteri daşıyır, iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 274-275-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşin 298-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 22-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 14 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,887 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin. CM-nin 234.1-ci maddəsi ilə 1(bir) il 6(altı) ay müddətinə, CM-nin 234.2-ci maddəsi ilə 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, 14 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,887 qram narkotik vasitə heroin məhv edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar