Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-178/2022 15.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi - vəkil X9, Təqsirləndirilən şəxs və müdafiəçisi – vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sevdiyi və ailə qurmaq istədiyi Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs ilə görüşmək və ona ailə qurmaq barədə təklif etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində idarə etdiyi özünə məxsus «Mercedes Benz» markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Şahid3 və Şahid4 ilə birlikdə Yevlax rayonu, Aran qəsəbəsindən Mingəçevir şəhərinə gəlib, avtomobili Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən binanın qarşısına sürmüş, sonuncu ilə təklikdə görüşüb söhbət etmək üçün idarə etdiyi avtomobili müvəqqəti idarə etmək üçün tanışı Şahid4 vermiş, sonuncu Şahid3la birlikdə Mingəçevir şəhərində bir qədər gəzmək üçün N.Nərimanov prospekti, 8 saylı binanın yanından avtomobillə uzaqlaşdıqdan sonra o, Zərərçəkmiş şəxs işə getmək üçün yaşadığı N.Nərimanov prospekti, 8 saylı binadakı mənzili tərk edib, çıxmasını gözləmiş, saat 08:30 radələrində Zərərçəkmiş şəxs binanın blokunu tərk etdikdən və iş yoldaşı X2 ilə birlikdə işə gedərkən onların ardınca düşüb, ilkin olaraq Emiliya Xasməmmədovanın yanında Zərərçəkmiş şəxs yaxınlaşmağa cürət etməsə də, sonradan bunu başqa vaxt etməyə fürsətinin olmayacağını düşünüb, iti addımlarla Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində piyada hərəkət edən Zərərçəkmiş şəxs və Emiliya Xasməmmədovaya çatarkən, onunla ünsiyyət saxlamaq və ailə qurmaq fikrində olmayan və başqası ilə nişanlı olan Zərərçəkmiş şəxs onun yaxınlaşdığını görüb, bunun qarşısını almaq üçün qışqırmağa və yanındakı Emiliya Xasməmmədovadan polis orqanına məlumat verməsini tələb etməyə başladıqda o, sakit tərzdə və sivil yolla Zərərçəkmiş şəxs ilə danışa bilməyəcəyini anlayıb, ictimai yer hesab olunan şəhərin Ü.Hacıbəyov küçəsində hər hansı bir əsaslı səbəb olmadan, ictimai qaydaya və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış davranış və birgəyaşayış qaydalarına biganəlik nümayiş etdirib, 3-4 dəqiqə ərzində işlətdiyi ünvansız söyüşlərlə yaxınlıqda yerləşən Mingəçevir şəhər X10 normali iş rejimini pozmaqla, habelə öz şəxsiyyətini ətrafa toplaşan Emiliya Xasməmmədova, bir qrup şəxsiyyəti istintaqa məlum olmayan şəxsin fövqündə qoymaqla Zərərçəkmiş şəxs qollarından tutub, onu dinləməli olduğunu bir daha tələb etmiş, Zərərçəkmiş şəxs onu dinləmədiyini görüb, orada olan və onun hərəkətlərindən narahatçılıq və qorxu hissi keçirən Emiliya Xasməmmədova, ətrafa toplaşan qeyrimüəyyən sayda şəxsə, habelə onun qışqırıq və söyüş səslərinə oraya gələn Mingəçevir şəhər X10 əməkdaşları X12, Şahid7 və Şahid6 laqeydlik və etinasızlıq göstərərək əli ilə Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirib, ona təpə nahiyəsində hematoma, üst dodağında yara, sağ əl barmağında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayının 1-də «MİNGƏÇEVİR ASAN XİDMƏT» Mərkəzinə gedərkən görmüş və xoşuna gəlmişdir. Bundan sonra 2021-ci ilin fevral və avqust aylarında həmin «Asan Xidmət» Mərkəzinə gedən zaman Səadəti işdə görmüşdür. Səadət işdən çıxıb evə gedəndə onu bir neçə dəfə izləmiş, yaşadığı evin harada olmasını bilmiş, işə gəlməsi, işdən evə getməsi qrafiki ilə tanış olmuşdur. Bir müddət sonra 2021-ci ilin avqust ayında Xaçmaz rayonuna işləməyə getmişdir. 2022-ci ilin yanvar ayının sonlarında Xaçmazdan evə gəlmişdir. Səadətı ağlından çıxara bilməmiş, ona bağlanmış ona qarşı ürəyində sevgi hisslərinin yarandığını hiss etməyə başlamışdır. Lakin, Səadətin sevgisinə cavab verəcəyindən əmin olmamışdır. Çünki, bir dəfə də olsun aralarında danışıq olmamışdır. Nəticədə ona ürəyini açmaq qərarına gəlmişdir. Bu minvalla 02 fevral 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 8 ünvanda yerləşən binanın blokunun giriş hissəsinə gələrək onu gözləmiş, Səadət blokdan çıxanda onun qarşısına keçib, onu sevdiyini və onunla ailə qurmaq istədiyini bildirmişdir. Lakin, Səadət başqası ilə nişanlandığını və ona qarşı heç bir simpatiyasının olmadığını söylədikdə ilkin olaraq Səadətin bu sözləri ona həddən artıq pis təsir etsə də, sonradan onun dediklərinin həqiqət olmadığını düşünməyə başlamışdır. Belə ki, o, aralarında yaranmış ilk ünsiyyətə görə onu tanımadığı üçün belə bir bəhanə uydurmasını və dediklərinin həqiqət olmaması ehtimalını düşünmüşdür. Lakin, buna baxmayaraq ürəyində bir «xal» qalmış və Səadəti də unuda bilməmişdir. Bir müddət sonra Səadətin atasının barəsində Mingəçevir şəhər polis şöbəsinə şikayət etdiyini bilmiş, həmin şikayətlə bağlı Səadətin atasından üzr istəyəndən sonra o, bağışlanmışdır. Lakin, buna baxmayaraq Səadət ağlından çıxmamışdır və ona qarşı sevgi hisslərim günü-gündən artmışdır. Ona görə də, Səadətlə bir dəfə də görüşüb, onunla yekun olaraq danışıb, hisslərini və ailə qurmaq istədiyini bildirmək qərarına gəlmişdir. Niyyəti ciddi olduğundan bunu Səadətə izah etmək qərarına gəlmişdir. Onunla danışıb söhbət etdikdən sonra təklifini qəbul edəcəyini və ailə qurmağa razılaşacağını güman etmişdir. 08 fevral 2022-ci il tarixdə yaşadığı Yevlax rayonunun Aran qəsəbəsində sinif yoldaşı Pərviz və qonşusu Rəşadla görüşüb söhbət edərkən onlara xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə gedəcəyini bildirdikdə Pərvizgil onları da Mingəçevir şəhərinə aparmağını xahiş etmişlər. İlkin olaraq onlar Mingəçevir şəhərinə nə səbəbə görə getməyi barədə məlumatsız olmuşlar, lakin, Mingəçevir şəhərində Səadət adlı qızdan xoşu gəldiyini təxmini bilmişlər. İlkin olaraq X11 danışmaq məqsədi ilə Mingəçevir şəhərinə getməyi barədə məlumat verməsə də, sonradan ürəyində olanları onlarla paylaşmaq qərarına gəlmişdir. Bunu həm ürəyini boşaltmaq, həm də tanışlarından dəstək görmək məqsədi ilə etmək istəmişdir. Bir sözlə Səadətlə danışmaq üçün ona bir növ cəsarət lazım olmuşdur ki, bunu da tanışları: Pərviz və Rəşadın mənə verəcəyini düşünmüşdür. Beləliklə, Rəşad və Pərvizlə söhbət əsnasında onlara sevdiyi Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhərində görüşməyi planlaşdırdığımı demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 07:30 radələrində idarə etdiyi «MERCEDES BENZ» markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə o, Rəşad və Pərviz Yevlax rayonundan Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərinə çatandan sonra avtomobili Səadətin yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 8 ünvanında yerləşən binanın qarşısına sürmüşdür. X3 şəhərində işləri olduğu üçün Pərviz avtomobili 10-15 dəqiqəlik ona verməyini xahiş etmişdir. Buna etiraz etməyərək, onlardan yubanmamağı, ən geci 15 dəqiqəyə qayıtmalı olduqlarını demiş, özü isə avtomobildən düşüb Səadətin yaşadığı binanın qarşısında gözləməyə başlamışdır. Pərviz də ona məxsus avtomobilin sükanı arxasına keçib Rəşadla birlikdə işlərinin dalınca getmişlər. Qısa müddət keçmiş Səadətin binadan tanımadığı, sonradan adının Emilya olduğunu bildiyi bir qızla bərabər çıxaraq iş yeri istiqamətində getdiyini görmüşdür. Emiliyanın yanında Səadətlə danışmağa cürət etməmişdir. Ona görə də, Səadəti piyada izləməyə başlamış, eyni zamanda Pərvizin avtomobillə Səadətin yaşadığı binanın yanına qayıdacağını bilib, Rəşada zəng edərək Səadətin yanında tanımadığı qadın olduğuna görə ona yaxınlaşa bilmədiyini, bu səbəbdən də Səadəti izlədiyini deyib, Rəşaddan Pərvizə avtomobili Səadəti izlədiyi istiqamətə sürməyi deməsini xahiş etmiş və danışa-danışa Rəşada getdiyi istiqamət barədə məlumat vermişdir. Bir sözlə Pərviz istiqaməti öyrənib maşını onun arxasınca sürməyə başlamışdır. Səadətin yanında olan Emilya adlı qız ondan ayrılmamış və artıq Səadətə yaxınlaşmaq üçün fürsəti əldə verdiyini görmüş, X7 şəhər X5rşısına çatanda Rəşadla Pərvizin də arxasınca gəldiyini bilib, özü də cürət tapıb Səadətə yaxınlaşmış və onu sevdiyini, onunla ailə qurmaq istədiyini demişdir. Lakin, Səadət qəfil olaraq ona yaxınlaşdığını görüb, qışqırmağa başlamış və yanında olan Emilya adlı qızdan polis çağırmasını xahiş etmişdir. Səadətin qışqırığına ətrafda olan tanımadığı bir neçə şəxs toplaşmışdır. Səadət qışqırdığı və qulaq asmaq istəmədiyi üçün əsəblərini cilovlaya bilməmişdir. Səadətin qollarından möhkəm yapışaraq, ondan deyəcəyi sözü axıradək dinləməsini tələb etmişdir. Lakin, Səadət ondan uzaq durmağını tələb etdiyi və qolunu əllərindən azad etmək istədiyi üçün ətrafa bir neçə nəfər şəxsin toplaşmağına baxmayaraq onun qollarından bir neçə dəfə vurub, onun qaçmasına imkan verməmişdir və əsəbindən ətrafda insanların olmasına baxmayaraq onlara məhəl qoymayıb dilə gətirilməsi mümkünsüz olan ünvansız nalayiq kəlmələrdən istifadə etməyə başlamışdır. Həmin vaxt Səadət əlindən çıxmaq istəyərkən hətta yerə də yıxılmışdır. xx.xx.2022-ci il tarixdə olduğu kimi Səadətin ona qulaq asmaq istəmədiyini görüb, barəsində yenidən şikayət edəcəyini anlamışdır. Ona görə də, buna imkan verməmək üçün elə həmin vaxt onunla ailə qurmaq və gələcəkdə ona qarşı ola biləcək şikayətinin qarşısını almaq məqsədi ilə özünə məxsus avtomobillə onu Yevlax rayonunun Aran qəsəbəsində yerləşən yaşadığı evə qaçırmaq qərarına gəlmişdir. Pərvizin ona məxsus avtomobillə artıq yanlarına çatdığını görüb, elə həmin an Səadəti qaçırmaq istədiyini tanışları: Pərviz və Rəşada bildirmişdir. Pərviz sükan arxasında olduğu üçün Rəşaddan avtomobildən düşüb Səadəti zorla da olsa avtomobilə mindirməkdə kömək etməsini xahiş etmişdir. Rəşadla Pərviz təəccüblü şəkildə Səadətin qollarından tutaraq avtomobilə tərəf dartmağına baxımışlar. Sonra hər ikisi etdiyi hərəkətin düzgün olmadığını, camaatın ona baxdığını və qızdan əl çəkməyini xahiş etməyə başlamışlar. Lakin, əsəbləri təmiz korlandığından, Səadətin onunla ailə qurmaq istəmədiyini və birlikdə getmək istəmədiyini qəbul etmək istəmədiyinə görə də, Rəşad və Pərvizin tutduğu irada və Səadətdən əl çəkməyi barədə tələblərinə baxmayaraq Rəşada yalandan da, olsa Səadətin rüsvay olmamaq və qorxduğu üçün müqavimət göstərdiyini bildirib, Rəşaddan Səadəti məcburi qaydada avtomobilə otuzdurmaqda köməklik etməsini xahiş etmişdir. Bir qədər tərəddüd edən Rəşad avtomobildən tam düşməsə də, Səadəti avtomobilə tərəf dartıb gətirməyini demiş, onun dediyi kimi edib, Səadətin hər iki qolundan tutaraq darta-darta avtomobilinin arxa oturacağına tərəf gətirmişdir. Orada Rəşad avtomobildən düşdükdən sonra Səadəti avtomobilə mindirmişdir. Səadət yanında olan Emilya adlı qızdan polis çağırmasını tələb etmişdir. Pərviz isə sükan arxasında əyləşmişdir. Səadəti avtomobilin arxa oturacağına mindirdikdən sonra avtomobilə minməyə hazırlaşarkən yaxınlıqda olan Mingəçevir şəhər Mühafizə Polisinin əməkdaşlarından bir neçəsi gəlib onu tutmaq istədiklərinə görə də avtomobilə minə bilməmişdir. Pərivzə avtomobili sürməsini göstəriş verib və imkan tapıb oradan qaçaraq tanımadığı bir taksiyə əyləşərək, sürücüdən avtomobili Pərvizin arxasınca sürməyi xahiş etmişdir. Təxminən 2-3 dəqiqə keçmiş Rəşad zəng edərək Səadətin həqiqətən də başqası ilə nişanlı olduğunu, onu məcburi olaraq aparmaqlarının düzgün olmadığını, etdikləri hərəkətə görə cavab verəcəklərini deyib, onu azad etməyin ən düzgün yol olduğunu bildirmişdir. İlkin olaraq buna etiraz etsə də, Səadətin artıq başqa şəxslə nişanlı olduğuna inanmağa başlamışdır. Çünki, artıq hadisədən bir neçə dəqiqə keçmiş və «soyuq başla» düşünməyə başladıqda Səadətin onunla getmək istəməməsinə bu cür inadlı müqavimət göstərməyinin onun başqası ilə nişanlı olduğu ilə əlaqələndirmişdir. Eyni zamanda həmin vaxt telefonda Rəşad Səadətin avtomobilin qapısını hərəkətdə olarkən açmaq niyyətində olduğunu da dedikdən sonra Rəşada avtomobili saxlamaqlarını və Səadəti azad etmələrini tapşırmışdır. Qısa müddət sonra Rəşad zəng edərək avtomobili saxladıqlarını və Səadəti Mingəçevir «Asan Xidmət» Mərkəzinin yanında avtomobildən düşürtdüklərini demişdir. Bundan sonra dal-qabaq Aran qəsəbəsinə getmişlər. Avtomobili evə qoyduqdan sona Pərviz və Rəşadla bərabər Rəşadın idarə etdiyi avtomobilə əyləşib Goranboy rayonu, Ağcakənd qəsəbəsinə gedib, orada çay içib yenidən qəsəbəyə qayıtmışdır. Qəsəbəyə gəldikdə isə onlardan ayrılıb Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı ilə görüşüb, onlarla birlikdə Mingəçevir şəhər polis şöbəsinə gedib, polis əməkdaşlarına könüllü təslim olmuşdur. Zərərçəkmiş şəxs 2 ildir ki, tanımış, aralarında heç bir ünsiyyət olmamışdır. İlk görüşləri 2022-cilin fevral ayının 2-də olmuşdur. Səadət Məmədovanın iş yoldaşı Emilya polis çağırmaq istəyən zaman siz onu itələyərək zəng etməsinə maneçilik törətməmişdir. Həmin vaxt belə şey olmamışdır. Bunları Səadət özündən uydurur. Lakin, Səadəti hadisə yerində güclə qaçırmaq istəyəndə bir qədər artıq-əskik hərəkətlər edib, ətrafda olan tanımadığı bir qrup şəxsin və hadisə yerinə gələn mühafizə polis əməkdaşlarının yanında qışqırıb dilə gətirilməsi mümkünsüz olan ünvansız söyüşlər söymüş və əsəbi halda Səadətin qollarından möhkəm tutub onu dartışdırmış, sonradan isə Səadəti istəyinə zidd olaraq Pərvizin idarə etdiyi ona məxsus avtomobilə tərəf dartıb aparmışdır. Sonradan Rəşad zəng edib, Səadətin başqa şəxslə nişanlı olduğunu və onu bu vəziyyətdə qaçırmağının ciddi fəsadlar yaradacağını dedikdən sonra artıq «soyuq başla» düşünüb səhv etdiyini anlamağa başlamış və etdiyi hərəkətin düz olmadığını başa düşmüşdür. Ona görə də, Rəşad bu haqda deyən kimi Səadəti azad etməyi tapşırmışdır. Yəni, həmin avtomobildə olmuş olsaydı belə yenə də, eyni hərəkəti edəcək və Səadəti axıra qədər aparmayacaqdı. xx.xx.2022-ci il tarixdə də Zərərçəkmiş şəxs ona qulaq asmadığını, ümumiyyətlə onu eşitmək istəmədiyini görüb, Səadətin xx.xx.2022-ci il tarixdə olduğu kimi onunla görüşməyi barədə yenə də gedib atasına və ya polisə şikayət edəcəyini başa düşüb, elə həmin an iradəsinə zidd da olsa qaçırmaq qərarına gəlmişdir. Elə həmin vaxt da özünə məxsus avtomobillə oraya gələn tanışları: Pərviz və Rəşada bu haqda bildirmiş, onlar ilkin olaraq razılaşmaq istəməsələr də, sonradan Rəşad kömək edərək Səadəti avtomobilə mindirmiş, Pərviz isə avtomobili oradan sürüb getmişdir. Zərərçəkmiş şəxs avtomobildə mindirən zaman onun boynuna zərbə endirməyimi xatırlamır. Yəqin ki, avtomobilə minmək istəməyəndə ona zor tətbiq etmişdir. Zərərçəkmiş şəxs bədən səthində olan təpə nahiyəsində hematoma, üst dodağında yara, sağ əl barmağında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətlər onun təqsirim ucbatından əmələ gəlmişdir. Belə ki, Səadət müqavimət göstərəndə onun qollarından tutub vurmuş və onu avtomobilinə tərəf sürüyən zaman o, yıxılmışdır. Avtomobilinə minmək istəməyəndə də ona zor tətbiq etmişdir. Rəşad və Pərviz ona heç bir bədən xəsarəti yetirməmişlər. Pərivz və Rəşadla birlikdə tez-tez görüşüb, Rəşada və ya ona məxsus avtomobillə müxtəlif yerlərə getmişlər. xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində çayxanada görüşərkən onlara Mingəçevir şəhərinə Səadətlə görüşmək və onunla danışmaq üçün getdiyini bildirmiş, həmin vaxt Pərviz və Rəşad da Mingəçevir şəhərinə paltar mağazasına getmək istədiklərnini demişlər. Onlar həmin gün paltar mağazalarına baxmağa gəlmişlər. Yəni üçünün Mingəçevir şəhərinə birlikdə gəlməyi Səadəti qaçırmaq barədə qabaqcadan planlarının olması anlamına gəlmir. Səadəti zorla qaçırmaq barədə planı hadisə yerində yaranmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş və ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 09 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, habelə onu tanışları sonradan adlarının Pərviz və Rəşad olduğunu bildiyi şəxslər tərəfindən iradəsinə zidd olaraq qaçırılmağı ilə baş verən hadisəyədək Təqsirləndirilən şəxs tanımamış, onunla əvvəllər heç bir münasibəti olmamışdır. 2021-ci ilin dekabr ayının 19-da X15 ilə nişanlanmışdır. 02 fevral 2022-ci il tarixdə saat 08:30 radələrində yaşadığı binanın 3-cü mərtəbəsində yerləşən mənzildən çıxıb işə getmək məqsədi ilə pilləkənlərlə düşüb blokdan çıxan zaman Təqsirləndirilən şəxs ilk dəfə qarşısını axırıncı pilləkəni düşəndən sonra giriş hissədə kəsdikdə ondan kim olduğunu soruşub, qarşısını kəsməsinin səbəbini öyrənmək istəmiş, həmin vaxt Nicad iki ildir ki, dalınca gedib-gəlməsini bildirib onu tanımalı olmasını bəyan etmişdir. Ona başqası ilə nişanlı olduğunu deyib, əl çəkməsini tələb etmişdir. Lakin, Nicad sanki, sözlərinə inanmayıb üzərinə tərəf gəldikdə iki pilləkən arxaya çəkilib, «mənim atam polisdir!» sözlərini demişdir. Bu sözlərinə cavab olaraq Nicad «mən Allahdan başqa kimsədən qorxmuram» kəlməsini işlətmiş, onunla söz güləşdirməyib yaşadığı mənzilə geri qayıtmış, baş verənləri atasına danışdıqdan sonra atası Mingəçevir şəhər polis şöbəsinə şikayət etmiş, lakin, araşdırma aparılan müddətdə o, atasından və özündən üzr istədiyi üçün atası və özü onu bağışlamışlar. Artıq ondan heç bir şikayət və tələblərinin olmadığını polis şöbəsinə bildirmişlər. Bundan sonra həmin insident yadından çıxmış və hər şeyin sonlandığını düşünmüşdür. 09 fevral 2022-ci il tarixdə saat 08:25 radələrində evdən çıxıb, iş yoldaşı Emilya ilə birlikdə Mingəçevir şəhəri X10 inzibati binasının qarşısı ilə söhbət edə-edə iş yeri istiqamətində piyada gedərkən Mühafizə şöbəsinin binasının qarşısına çatmamış arxadan qəfil olaraq bir nəfərin onlara tərəf yaxınlaşdığını hiss etmişdir. Arxaya dönüb baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görüb, qışqırmağa başlamış və yanında olan Emilyadan polis çağırmasını xahiş etmişdir. Qışqırığına ətrafa bir neçə nəfər tanımadığı şəxsin toplaşdığını görmüşdür. Elə bu vaxt Nicad qollarından möhkəm tutub, «qışqırma, qoy sözümü axıradək deyim» sözlərini deyib, qollarını bir qədər də bərk sıxaraq ünvansız söyüşlərdən istifadə etməyə başlamışdır. Ətrafda olan tanımadığı şəxslərdən yaxınlaşmağa cəhd edən olmasa da, kənardan Nicada işlətdiyi söyüşlər və onun qollarından tutduğuna görə irad bildirən də olmuşdur. Lakin, Nicad həmin iradlara daha da hiddətlənərək qolunu bir qədər də sıxmağa başlamışdır. Nicadan yaxa qurtarmaq istədikdə onu itələmiş və dartışdığı zaman yerə yıxılıb bədəninin baş, dodaq və sağ əl nahiyələrindən xəsarət almışdır. Bütün baş verənlərin şahidi tanışı Emilya olmuşdurdu. Elə bu vaxt tünd-göy rəngli «MERCEDES BENZ» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili idarə edən şəxs düz yanlarında gəlib dayanmışdır. Həmin avtomobildə daha iki nəfərin olduğunu görüb onların Nicadın tanışları olduğunu anlamışdır. Sonradan adının Pərviz olduğunu bildiyi sürücü avtomobili saxladıqdan sonra yerə düşüb avtomobilin yanında dayanmışdır. Qabaq oturacaqdan isə qarabuğdayı, hündürboy, yumrusifət gözləri qəhvəyi rəngdə, 30 yaşlarında üzü az tüklü olan, sonradan adının Rəşad olduğunu bildiyi oğlan düşmüdür. Həmin vaxt Nicad avtomobilin yanlarında saxlandığını görüb sanki ürəklənərək ona əmredici formada avtomobilə minməyi göstəriş verdikdə etiraz etmişdir. Sonradan gələn Nicadın tanışları Pərviz və Rəşad Nicadın ona qarşı zorakı hərəkətlərini və küçədə səsküy saldığını görüb, Nicaddan sakitləşməyi, ətrafda xeyli sayda adamların olduğunu deyib özünü ələ almağı xahiş etdib ona qarşı etdiyi hərəkətin düzgün olmadığını bildirmişlər. Lakin, Nicad tanışlarının da sözünə məhəl qoymayıb Rəşada «nə durmusan, tez ol bunu maşına mindirək» sözlərini demiş, Rəşad ilkin olaraq tərəddüd etsə də, sonra Nicada qoşulub üzərimə gəlmişdir. Beləliklə, Nicad sağ qolundan, Rəşad isə sol qolundan tutaraq onu avtomobilə tərəf dartıb aparmışlar. Sürücü Pərviz isə ona yaxınlaşmamış və ona qarşı hər hansı bir zorakı hərəkət etməmişdir. Onu avtomobilə iradəsinə zidd olaraq otuzdurmağa çalışarkən Emilyadan yenə də polisə zəng etməsini qışqıraraq xahiş etmişdir. Emiliya isə baş verənlərin şokundan ayıla bilməmişdir. Lakin o, özünü toplayıb mobil telefonu ilə polisə zəng etmək istədikdə Nicad onu itələyib mobil telefonunu əlindən alaraq zəng etməsinə maneçilik törətmişdir. Buna baxmayaraq Emiliyadan təkrarən polisə zəng etməsini xahiş etmişdir. Emiliya oradan qaçdığı zaman fikri yayınmış, bu vaxt Nicad boynumun arxasından əli ilə vuraraq, müqavimətini qırıb onu avtomobilin arxa oturacağına otuzdurmağa başlamış, eyni zamanda avtomobilin arxa oturacağında Rəşad oturmuşdur. O, avtomobildə qapıya söykənib onlara müqavimət göstərərək avtomobildən düşmək istəmiş, lakin, Nicad onu bir təhər arxa oturacağa uzatmış, sol tərəfdən isə Rəşad əlindən tutub saxlamışdır. Nicad isə onu avtomobilə əyləşdirib, qapını bağlamaq istəyəndə ayağını qapıdan çöldə saxlayaraq qapını örtməklərinə imkan verməmişdir. Bu vaxt Pərviz qışqırıb polis əməkdaşlarının yaxınlaşdıqlarını bildirmişdir. Həmin vaxt o, da bir neçə nəfər polis əməkdaşının oraya gəldiyini görmüşdür. Nicad qapı açıq ola-ola Pərvizdən avtomobili sürüb uzaqlaşmağı göstəriş vermiş, polis əməkdaşları gəldiyinə görə özü avtomobilə otura bilməyib oradan qaçıb çıxıb getmişdir. Həmin vaxt sürücü maşını sürərkən polis əməkdaşlarından hansısa əlləri ilə avtomobilə vurub saxlamasını tələb etsələr də, Pərviz avtomobili saxlamayıb «Kür» çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsindəki körpü istiqamətinə sürmüşdür. Beləliklə, Nicad avtomobildə olmasa da, onun tanışı Rəşad arxa oturacaqda əyləşib ondan bərk-bərk yapışmış və tərpənməyə qoymamışdır. Pərviz isə iti sürətlə avtomobili üzü Yevlax rayonu, Aran qəsəbəsi istiqamətində sürmüşdür. Mingəçevir şəhərinin ərazisindən keçən «Kür» çayınının körpüsünə çatanadək avtomobildə əyləşən hər iki şəxsə etdikləri hərəkətin düzgün olmadığını, Nicadın onları bəlaya salacaqlarını, məsuliyyətdən yaxa qurtara bilməyəcəklərini, nişanlı olduğunu, dünya dağılsa belə Nicadla ailə qurmayacağını deyib, onu azad etmələrini tələb etməyə başlamış, eyni zamanda özünü avtomobildən atacağını da demişdir. Bu vaxt Rəşadın qorxmağa başladığını və Pərvizə onu avtomobildən düşürtməyi təklif etdiyini görmüşdür. Bu sözlərdən sonra sanki Pərviz də ayılmış, avtomobilin sürətini bir qədər azaltmağa başlamışdır. Elə həmin ərəfədə Rəşad onu bir əli ilə tutub saxlayaraq, digər əlində saxladığı telefonla kimisə yığmağa başladıqda Nicada zəng etdiyini başa düşmüşdür. Nicad telefona cavab verən kimi, Rəşad ona «Nicad bu nişanlıdır axı, bunu necə qaçırırıq, səhər bunu altından çıxa bilməyəcəyik» sözlərini demiş, həmin vaxt telefonda Nicadın da eşitməsi üçün əsəbindən avtomobildə qışqırıb uca səslə onu azad etməli olduqlarını demişdir. Rəşad Nicadla danışıb qurtardıqdan sonra telefonu söndürüb, avtomobili sürən Pərvizə Nicadla danışdığını və onun avtomobildən endirilməyinə Nicadın etiraz etmədiyini bildirib Pərvizdən yaxınlıqda bir yerdə avtomobili saxlamasını xahiş etdikdə Nicad da baş verənləri və bütün bunların onlar üçün yaxşı qurtarmayacağını anlayıb onun avtomobildən azad edilməyinə etiraz etməməsini başa düşmüşdür. Beləliklə «Kür çayı»nın üzərindəki körpünü keçdikdən sonra Pərviz avtmobilin sürətini azaltmış, sonra isə avtomobilini sağa verib saxlamış, bundan sonra onu avtomobildən düşürtmüşlər. Həmçinin çantası maşında qalmışdır. Onların ardınca qışqırıb başlarına oyun açacağını, habelə əl çantasını vermələrini tələb etdikdə onlar da «Asan Xidmət» mərkəzinin yanına çatmamış işıqforun yanında avtomobilin pəncərəsindən çantasını yerə atmışlar. O da yerə düşən çantanı götürmüşdür. Özləri isə oradan uzaqlaşıb getmişlər. Onu avtomobildən düşürtməklərinə baxmayaraq ona etdiklərinə görə Nicadgilə qarşı həddən artıq aqressiv olmuşdur. Bundan dərhal sonra atası ilə əlaqə yaradaraq ona olanları danışandan sonra atası polisə müraciət etmiş və evə qayıtmışdır. Rəşad və Pərviz ilkin olaraq Təqsirləndirilən şəxs ilkin olaraq irad bildirib, ona qarşı zor tətbiq etməsinin düzgün olmadığını hadisə vaxtı desələr də, sonradan Rəşad Nicadın sözünə qulaq asıb, sonuncunun sözünə əsasən onu avtomobilə mindirməkdə Nicada kömək edib, ona qarşı zor tətbiq etmişdir. Pərviz isə nə qədər də Nicada irad bildirsə də, nəticə etibarı ilə onu avtomobilə otuzdurduqdan sonra avtomobili işə salıb hadisə yerindən uzaqlaşmışdır. Yəni faktiki olaraq onu qaçırmaqda iştirak etmişdir. Ona görə də, Pərviz və Rəşadın Nicadın ona qarşı etdikləri ilə bağlı hadisə vaxtı Nicada irad bildirmələri hissəsinin izahat və əvvəlki ifadələrində göstərməyin vacib olduğunu bilməmişdir. Bundan başqa onların hər üçünün ağır cəzalanmağını istəmiş, ona görə də, bu xüsusatların ifadəsində göstərilməsinin onların məsuliyyətinin yüngülləşməsinə gətirib çıxaracağını düşünmüşdür. Lakin, Rəşad ilkin olaraq onu oğurlamaq məqsədində olmadığını və Nicadın onu qarşı etdiyi hərəkətlərin qanunazidd olduğunu hadisə vaxtı Nicada dediyini üzləşdirmə zamanı üzünə qarşı dedikdən sonra artıq hadisənin dəqiq necə və hansı şəraitdə cərəyan etdiyini açıb danışmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs, Rəşad və Pərvizin ona qarşı etdiyi hərəkəti onlara bağışlaya bilmədiyinə görə avtomobildən azad olunmağı ilə bağlı bir qədər fərqli izahat və ifadələr vermişdir. Yəni, Rəşad və Pərvizin onu məcbur qalaraq azad etdiklərini, habelə Nicadın onların hərəkətlərinə nə kimi münasibət göstərməsini deməmişdir. Lakin, Nicad və Rəşadla aralarınzda keçirilən üzləşdirmə zamanı hər şeyil olduğu kimi göstərmək qərarına gəlmişdir. Reallıqda onu iradəsinə zidd olaraq oğurladıqdan sonra yolda Rəşad Nicada zəng edərək onun həqiqətən də nişanlı olduğunu, bu söhbətlərin altından çıxa bilməyəcəklərini dedikdən sonra Nicad azad edilməyimə etiraz etmədiyi üçün onun sözünə əsasən Pərviz və Rəşad onu könüllü olaraq azad etmişlər. Həmçinin hərəkətdə olan avtomobilin qapısını reallıqda açmasa da, Pərvizlə Rəşada avtomobilin qapısını açacağımı deyib onları qorxutmağa çalışmışdır. Bədən səthində olan təpə nahiyəsində hematoma, üst dodağında yara, sağ əl barmağında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətlərin əksəriyyəti ona ilkin olaraq Nicad tərəfindən yetirilmişdir. Sonradan hadisə yerinə gələn Nicadın tanışlarından qarabuğdayı oğlan da onu avtomobilə mindirərkən xəsarət almışam. Belə ki, avtomobilə oturmaq istəmədikdə ayağı çöldə qalmış, habelə sağ əlində cırmaq izləri yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma övladıdır. O, hal hazırda Mingəçevir Asan Xidmət Mərkəzində tibb qeydiyyatçısı vəzifəsində işləyir. Yevlax rayonunun Aran qəsəbəsində yaşayanlar: Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 isə əvvəllər tanımamışdır. Onlarla aralarında hər hansı qohumluq əlaqəsi yoxdur. Heç ədavəti də olmamışdır. Qızı Zərərçəkmiş şəxs 2021ci ilin dekabr ayının 19-da X15 ilə nişanlanmışdır. 02 fevral 2022-ci il tarixdə saat 08:30 radələrində qızı binanın 3-cü mərtəbəsində yerləşən yaşadıqları mənzildən çıxıb işə getmək məqsədi ilə pilləkənlərlə düşüb blokdan çıxan zaman Nicad axırıncı pilləkəni düşəndən sonra giriş hissədə əli cibində tanımaza bilməzə qızının qarşısını kəsdikdə ondan kim olduğunu soruşub, qarşısını kəsməsinin səbəbini öyrənmək istəyəndə həmin vaxt Nicad qızına «mən iki ildir ki, sənin dalınca gedib-gəlirəm, guya məni tanımırsan?» sualını verdikdə qızı ona başqası ilə nişanlı olduğunu deyib, əl çəkməsini tələb etmişdir. Lakin o, qızının sözlərimə inanmayıb üzərimə tərəf gəldikdə qızı ona «mənim atam polisdir!» sözlərini demişdir. Bu sözlərə cavab olaraq Nicat «mən Allahdan başqa kimsədən qorxmuram» kəlməsini işlətdikdə qızı mənzilə gələrək olanları ona danışmışdır. Daha sonra hiddətlənərək Mingəçevir şəhər polis şöbəsinə şikayət etmiş, lakin, araşdırma aparılan müddətdə o, qızından və ondan üzr istədiyi üçün onu bağışlamış və artıq ondan heç bir şikayət və tələbinin olmadığını polis şöbəsinə bildirmişdir. Bundan sonra həmin məsələ yadından çıxmış və hər şeyin qurtardığını düşünmüşdür. 09 fevral 2022-ci il tarixdə saat 08:25 radələrində qızı evdən çıxıb, iş yoldaşı Emilya ilə birlikdə işi getmişdir. Aradan az müddət keçdikdən sonra qızı istifadəsində olan mobil telefondan ona zəng edərək 3 nəfər tanımdağı şəxsin onu avtomobilə mindirib qaçırdıqlarını və hazırda iş yerinin qarşısında olduğunu bildirmişdir. Dərhal Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə zəng edərək qızının zorla qaçırılması haqqında məlumat verdikdən sonra qızının olduğu yerə yəni, Mingəçevir Asan Xidmət Mərkəzinin qarşısna gedərək onun pərişan halda orada oturmasının şahidi olmuşdur. Qızının dodağında və sağ əlində xəsarət olmasını görüb nə baş verməsini soruşduqda xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində Emilya ilə birlikdə işə getdiyi zaman Nicadın Mingəçevir şəhər X5rşısında ona yaxınlaşdığını, həmin vaxt orada onun qollarından tutub dartışdırdığını, dilə gətirilməsi mümkün olmayan ifadələr işlətdiyini, bu səbəbdən ətrafa kənar şəxslər yığışdıqlarını, həmin şəxslərin ona irad tutmalarına məhəl qoymayaraq sonradan yanlarına yaxınlaşaraq Pərivz adlı şəxsin digər şəxslə birlikdə avtomobildən düşdükdən sonra onlara qızını avtomobilə mindirməyə kömək etməyə göstəriş verdiyini, ilk öncə həmin şəxslər ona irad tutsalar da, bunun xeyri olmadığını, yekunda qızının onlara tutarlı müqavimət göstərməsinə baxmayaraq həmin şəxslərdən Rəşad adlı şəxsin köməkliyi ilə ona avtomobilin arxa oturacağına mindirdiklərini sonra isə yaxınlıqdakı Mühafizə şöbəsinin polis əməkaşları köməyə gələndə Nicad başqa avtomobillə, Pərivzlə Rəşad isə Nicadın avtomobilində hadisə yerindən uzaqlaşdıqlarını, qızının özünü avtomobildən atmaq istəməsini görüb həmçinin onlara nişanlı olduğunu onların etdikləri hərəkətə görə həbs olunacaqlarını dedikdən sonra Nicadla məsləhətləşmələr apardıqlarını, həmin müddətdə maşını qızının iş yerinin qarşısında saxlayaraq azad etmələrini, daha sonra işıqforun altına qızının çantasını atdıqlarını danışmışdır. Həmin gün qızını xəstəxanaya aparmış, orada qızını müayinə etdirdikdən sonra qızı ilə ikisi də faktla bağlı Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Qızının izahatı alınandan sonara məhkəmə tibb ekspertizasından keçmişdir. Hadisə ilə bağlı bildikləri göstərdiklərindən ibarətdir. Olanların bilavasitə şahid olmamış, hamısını qızından eşdib öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Nicat Həşimov və Şahid4 onunla eyni qəsəbədə yaşayırlar. Onlarla aralarında xoş münasibətlər vardır. Qəsəbədə olanda onlarla bir yerdə oturub yeyib içmişlər. Pərvizlə o, evli olsa da, Nicad hələ ki, subaydır. Lakin, onun söhbətlərindən eşidib Mingəçevir şəhərində yaşayan Səadət adlı qızdan xoşu gəlməsini bilmişlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı Yevlax rayonu, Aran qəsəbəsində yerləşən çayxanada Nicad və Pərvizlə görüşüb söhbət edərkən Nicad xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə gedəcəyini bildirdikdə onu da Mingəçevir şəhərinə aparmağını xahiş etmiş, Pərviz də Mingəçevir şəhərində kişi paltarları mağazalarına baxmaq istədiyi üçün onu da aparmağı Nicaddan xahiş etmişdir. Bir sözlə yol yoldaşı kimi onları idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə aparmasını Nicaddan xahiş etmişlər. İlkin olaraq Nicadın Mingəçevir şəhərinə nə səbəbə görə getməyi barədə məlumatı olmamış, Nicad onlara Səadətlə danışmaq məqsədi ilə Mingəçevir şəhərinə getməyi barədə məlumat vermək istəməsə də, sonradan reallıqda Səadətlə görüşüb, ona ailə qurmaq barədə təklif edəcəyini demişdir. Beləliklə, söhbət əsnasında Nicad sevdiyi Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhərində görüşməyi planlaşdırdığını dedikdən sonra Nicaddan ayrılmışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 07:30 radələrində Nicad, o və Pərviz yaşadığı qəsəbədə zəngləşib görüşərək Nicadın idarə etdiyi «MERCEDES BENZ» markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə o, Pərviz və Nicad Yevlax rayonundan Mingəçevir şəhərinə yola düşmüşlər. Yevlax rayonundan Mingəçevir şəhərinə qədər avtomobili Nicad özü idarə etmiş, Mingəçevir şəhərinə çatandan sonra Nicad avtomobili Səadətin yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 8 №-li ünvanda yerləşən binanın qarşısına sürmüşdür. O, Pərvizlə paltlar mağazalarına baxmaq üçün avtomobili Nicaddan 15-20 dəqiqəlik istəmişdir. Nicad etiraz etməmişdir, lakin, yubanmamağı xahiş edib ən geci 15 dəqiqəyə qayıtmağımızı xahiş etmişdir. Habelə özü avtomobildən düşüb Səadətin yaşadığı binanın qarşısında gözləməyə başlamışdır. Pərviz Nicada məxsus avtomobilin sükanı arxasına keçib onunla birlikdə bir iki paltar mağazasına baxmaq üçün getmişdir. Aradan bir müddət keçmiş Nicad zəng edərək Səadətin yanında tanımadığı qadın olduğuna görə ona yaxınlaşa bilmədiyini, bu səbəbdən də Səadəti izlədiyini deyib, Pərvizin avtomobili Səadətin yaşadığı binanın qarşısına deyil, onun Səadəti izlədiyi istiqamətə sürməyini ona deməyimi xahiş etmişdir. Həmin vaxt Nicadla danışaraq Pərvizə avtomobili sürməli olduğu istiqaməti demiş, bir sözlə Nicaddan istiqaməti öyrənib Pərvizə deyəndən sonra o, maşını Nicadın arxasınca sürməyə başlamışdır. Nicadın Səadəti izlədiyi yerə çatmağına az bir məsafə qalmış uzaqdan Səadətin yanında sonradan adının Emilya olduğunu bildiyi qızın olduğunu görmüşdür. Pərviz avtomobili Nicadın arxasınca sürmüş, X7 şəhər X5rşısına çatanda Nicad Səadətə yaxınlaşmışdır. Pərvizin idarə etdiyi və onun da əyləşdiyi avtomobillə aralarında bir xeyli məsafə olsa da, Nicadın Səadətin qollarından tutub onu dartışdırdığını, özünə tərəf çəkdiyini, Səadətin isə ona müqavimət göstərməsini görmüşdür. Bir qədər yaxınlaşdıqda Səadətin uca səslə qışqırdığını, Nicadın isə nalayiq ifadələrdən istifadə etdiyini eşitmişdir. Vəziyyətin getdikcə gərginləşməsini hiss etmişdir. Çünki, Nicadın Səadətə qarşı etdiyi hərəkətlərə və Səadətin ona açıq və aqressiv şəkildə göstərdiyi müqavimətə görə ətrafa xeyli sayda tanımadığım şəxs toplaşmışdır. İlkin olaraq gözləyib onlara yaxınlaşmaq istəməsələr də, sonradan Nicadın bir qədər də əsəbi halda Səadəti dartışdırdığını, həmin vaxt hətta onu yerə yıxıldığını görüb, Pərviz avtomobili onların yanına sürmüşdür. Həmin vaxt avtomobilin qabaq oturacaqda əyləşmişdir. Nicadla Səadətin və ətrafa toplaşan bir kütlə şəxsin yanına çatdıqdan sonra Pərviz avtomobili saxlayıb düşmüş, arxasınca o da qabaq oturacaqdan yerə düşmüşdür. Hər ikisi Nicadı sakitləşdirməyə, etdiyi hərəkətin yalnış olduğunu və bu hərəkətlərin onlar üçün yaxşı nəticə verməyəcəyini izah etməyə, habelə Səadətin qollarını buraxmağını xahiş etməyə başlamışdır. Həmin vaxt ətrafa baxanda bir qədər əvvəl yığışan kütlənin artıq dağıldığını görmüşdür. Bir qədər kənarda sonradan adının Emilya olduğunu bildiyi Səadətin tanışının qorxu içərisində dayandığını görmüş, həmin vaxt Səadət Emilyadan polis çağırmasını tələb etmişdir. Bütün bunlara baxmayaraq Nicad Səadəti buraxmamışdır. Elə bu vaxt Nicad ona avtomobilin arxa qapısını açmağı və ona Səadəti avtomobilin salonunda arxa oturacağa yerləşdirməkdə ona köməklik etməyi, Pərvizdən isə sükan arxasına əyləşib Yevlax rayonu, Aran qəsəbəsi istiqamətində maşını sürməyi tapşırmışdır. İlkin olaraq tərəddüd etsələr də, hadisə vaxtı vəziyyətə adekvat reaksiya verə bilməmişər və Pərviz sükan arxasına keçmişdir. Pərviz Səadətə yaxınlaşmasa da, o, arxa oturacağa keçmiş, Nicad isə Səadəti qollarından dartaraq avtomobilin arxa oturacağına tərəf çəkmiş, sonra Nicadla ikisi Səadəti avtomobilin arxa oturacağına yerləşdirmişlər. Həmin vaxt Nicad ona və Pərvizə narahat olmamağını, Səadətin rüsvay olmamaq və qorxduğu üçün müqavimət göstərdiyini, nəticədə onlardan şikayət etməyəcəyini də demişdir. Həmin vaxt Səadət yanında olan Emilya adlı qızdan yenə də polis çağırmasını tələb etmişdir. Pərviz sükan arxasında əyləşib, Səadətin tam olaraq avtomobilin arxa oturacağına yerləşdirilməsini, hamının avtomobilə əyləşməsini gözləmişdir. Nəhayət Səadət avtomobilin arxa oturacağına tam olaraq yerləşdirildikdən sonra yenə də müqavimət göstərərək, qapını ayaqları ilə itələyib açmağa çalışmışdır. Bu vaxt Nicad avtomobilə minməyə hazırlaşanda Mingəçevir şəhər Mühafizə Polisinin əməkdaşlarından bir neçəsi gəlib onu tutmaq istədiklərinə görə avtomobilə otura bilməmiş, imkan tapıb avtomobilin qapısını örtmüş, habelə Pərvizə avtomobili oradan sürməyi göstəriş verəndən sonra qaçıb harasa getmişdir. Sonradan onun hansısa taksi ilə arxalarınca gəldiyini bilmişdir. Pərviz polis əməkdaşlarının gəldiyini görüb avtomobili Nicadın dediyi kimi Yevlax rayonu, Aran qəsəbəsi istiqamətində sürmüşdür. Yolda Səadət nişanlı olduğunu, elədiyi hərəkətin düzgün olmadığını, başılarının ağrıyacağını, onlardan şikayət edəcəyini deyib, avtomobili saxlayıb onu yerə düşürtməyi xahiş etmişdir. Həmin vaxt Nicada zəng edərək Səadətin başqası ilə nişanlı olduğunun həqiqət olduğunu, onu məcburi olaraq aparmağın düzgün olmadığını, etdikləri hərəkətə görə cavab verəcklərini, Səadətin naəlac qalıb avtomobilin qapısını açıb özünü bayıra ata biləcəyini demişdir. Nicad isə hər şeyi anlayıb belə olan halda onu yaşadığı qəsəbəyə aparmağın təhlükəli olmasını deyərək Səadəti azad etməyi tapşırmışdır. Nicadın da Səadəti azad etmək istəməsi onu çox sevindirmişdir. Çünki, vəziyyət həddən artıq gərgin olmuşdur. Bundan sonra telefonu söndürüb Pərvizə Nicadla danışdığını, sonuncunun Səadəti avtomobildən düşürtməyinə etiraz etmədiyini deyib, avtomobili yolun qırağına verib saxlamağını xahiş etmişdir. Bu sözləri eşidən kimi Pərviz dərhal avtomobili Mingəçevir «Asan Xidmət» Mərkəzini keçdikdən sonra sağa verib saxlamışdır. Səadət qışqıra-qışqıra avtomobildən yerə düşmüş, Pərviz avtomobili yenidən hərəkətə gətirərkən Səadət çöldən qışqıraraq çantasının avtomobildə qaldığını bildirdikdə işıqforun altında çantanı avtomobildən yerə atıb hərəkətə davam etmişlər. Bundan sonra Nicada zəng edərək Səadəti Mingəçevir «Asan Xidmət» Mərkəzinin yanında avtomobildən düşürtdüyünü demişdir. Bundan sonra Nicadla dal-qabaq Aran qəsəbəsinə getmişlər. Nicad avtomobili evə qoyduqdan sona Pərvizlə bərabər onun idarə etdiyi avtomobilə əyləşib Goranboy rayonu, Ağcakənd qəsəbəsinə gedib, orada çay içib yenidən qəsəbəyə qayıtmışlar. Qəsəbəyə gəldikdə isə onlardan ayrılıb evə getmişdir. X4 şəhər polis şöbəsinin əməkdaşları ilə görüşüb, onlarla birlikdə Mingəçevir şəhər polis şöbəsinə gedib, orada polis əməkdaşlarına könüllü olaraq təslim olmasını öyrənmişdir. Özünün isə təqsirləndirilən şəxs qismində cəlb edildiyimi və axtarışda olmağımı bilməmiş, lakin, 02 mart 2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları evinə arxasınca gəldikdə hər şeyin ciddi olmasını və problem yaşayacağını bilib onlara təslim olaraq polis şöbəsinə gəlmişdir. Zərərçəkmiş şəxs zorla qaçırdıqları gün tanımışlar. Səadətlə Nicadın həmin hadisəyədək görüşüb-görüşmədiyini bilmir. Sadəcə hadisəyədək Nicadın özündən onun Mingəçevir şəhərində yaşayan Səadət adlı qızdan xoşunun gəldiyini və onunla ailə qurmaq istədiyini eşitmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Yevlax rayonunda çayxanada olarkən xx.xx.2022-ci il tarixdə Nicadın Səadətlə görüşmək üçün Mingəçevir şəhərinə özünə məxsus avtomobillə getdiyini bilmişlər. Hadisə baş verən gün Səadətin iş yoldaşı Emilya polis çağırmaq istəyən zaman Təqsirləndirilən şəxs onu itələyərək zəng etməsinə maneçilik törətməsini xatırlamır. Orada Səadətin yanında sonradan adının Emilya olduğunu bildiyi bir qız olmuşdur və Səadəti qaçırarkən Səadət Emilyadan polisə məlumat verməyi qışqıraraq tələb etmişdir. Lakin, hadisələr bir qədər tez cərəyan etdiyindən Emilyanın polisə məlumat verib-vermədiyini, həmin vaxt Nicadın ona maneçilik törədib-törətmədiyini dəqiq xatırlamır. Həmçinin avtomobillə hadisə baş verən yerə çatanadək Nicadın Səadətə qarşı əl-qol hərəkətləri etdiyini, səs-küyə ətrafa xeyli sayda şəxsin toplaşdığını, Nicadın buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyini, hətta mühafizə polisi əməkdaşlarının yanından qaçıb uzaqlaşarkən ünvansız söyüşlər söydüyünü, Səadətin qollarından möhkəm tutub onu avtomobilə tərəf dardığını, müqavimət göstərərkən Səadətin yıxılmasının şahidi olmuşdur. Avtomobillə Səadət və Pərvizlə Yevlax rayonu istiqamətində gedərkən Səadətin sözlərindən sonra, yəni onun nişanlı olması, Nicadı tanımadığı, onunla heç bir halda ailə qurmayacağı barədə dediklərindən, habelə baş verənlərin özləri üçün yaxşı nəticələnməyəcəyini dedikdən sonra artıq onu azad etmək qərarına gəlmişdir. Pərviz də bu fikirdə olmuşdur. Məhz bu səbəbdən də yolda Nicada zəng edib fikirlərini çatdırmışlar. Nicadın da həmin vaxt onlarla həmfikir olması onun və Pərivzin işini bir qədər də yüngülləşdirmişdir. Hər üçü eyni fikirə gələrək Zərərçəkmiş şəxs azad etmişlər. Nicad avtomobildə olsaydı da eyni qərara gələcəyi qeyd şərtsizdir. Səadəti qaçırmaq, ələlxüsus da iradəsinə zidd olaraq bunu etmək barədə nə onun nə də Pərvizin qabaqcadan fikri olmamış və Nicad bu haqda qabaqcadan, o cümlədən xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərinə gedərkən heç bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə Nicadın dediyi yerə, yəni onunla Səadətin görüşdüyü yerə çatarkən orada Nicadın Səadətin qollarından tutaraq özünə tərəf dartışdığını, onu buraxmaq istəmədiyini gördükdə ona etdiyi hərəkətin düzgün olmadığını bildirdikdə elə həmin vaxt Nicad ona və Pərvizə Səadəti iradəsinə zidd olaraq qaçırmaqda, habelə həmin vaxt gəldikləri avtomobilə mindirməkdə ona kömək etməyini xahiş etmişdir. Yəni Səadəti iradəsinə zidd olaraq qaçırmaq barədə niyyətləri elə hadisə yerində, Nicadın təklifindən və təkidindən sonra yaranmışdır. X8 məcburi qaydada avtomobilə mindirmək istəyərkən ona qarşı zor tətbiq edib, qollarından tutmuş və özünə tərəf çəkmişdir. Bir sözlə onu qaçırmaq üçün ona qarşı zor tətbiq etmişdir. Ola bilsin ki, həmin vaxt boynundan da vurmuşdur. Lakin, bütün detalları dəqiqliyi ilə xatırlamır. Zərərçəkmiş şəxs bədən səthində olan təpə nahiyəsində hematoma, üst dodağında yara, sağ əl barmağında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri Nicadın təqsiri ucbatından əmələ gəlmişdir. Belə ki, Səadət müqavimət göstərəndə Nicad onun qollarından tutub vurmuş və onu avtomobilə tərəf sürüyən zaman o, yıxılmışdır. Pərviz və o ona heç bir bədən xəsarəti yetirməmişlər. Hadisə Nicadın təşəbbüsü ilə başlamışdır. Nicadla Səadəti məcburi qaydada avtomobilin arxa oturacağına otuzdurduqdan sonra polis əməkdaşları gəldiyi üçün Nicadın özü avtomobilə otura bilməmiş, lakin buna baxmayaraq Pərvizə avtomobili oradan sürməsini tapşırmışdır. Hər üçü tez-tez görüşüb, Rəşada və ya Nicada məxsus avtomobillə müxtəlif yerlərə gedirlər. xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində çayxanada görüşərkən Mingəçevir şəhərinə getməyi planlaşdırdıqda Nicadın orada istədiyi Zərərçəkmiş şəxs adlı qızla görüşmək və onunla danışmaq üçün getdiyini bilmişlər. O və Pərviz də Mingəçevir şəhərinə paltar mağazasına baxmağa gəlmişlər. Yəni hər üçünün Mingəçevir şəhərinə birlikdə gəlməyi Səadəti qaçırmaq barədə qabaqcadan planının olmasına dəlalər etmir. Nicadın Səadəti qaçırmaq fikri elə hadisə yerində yaranmışdır, əvvəlcədən aralarında buna dair hər hansı bir razılaşma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs və Şahid3 onunla eyni qəsəbədə yaşayırlar. Onlarla aralarında xoş münasibətlər vardır. Nicad sinif yoldaşıdır. Qəsəbədə olanda onlarla bir yerdə oturub yeyib içmişlər. Rəşadla o, evli olsa da, Nicat hələ ki, subaydır. Lakin, onun söhbətlərindən eşidib Mingəçevir şəhərində yaşayan Səadət adlı qızdan xoşu gəldiyini bilmişlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı Yevlax rayonu, Aran qəsəbəsində yerləşən çayxanada Nicad və Rəşadla görüşüb söhbət edərkən Nicat xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə gedəcəyini bildirdikdə işi olduğundan onu Mingəçevir şəhərinə aparmağını xahiş etmişdir, Rəşad da yol yoldaşı kimi onlara qoşulub Mingəçevir şəhərinə getmək istədiyini demişdir. İlkin olaraq Nicadın Mingəçevir şəhərinə nə səbəbə görə getməyi barədə məlumatsız olmuşdur. Onun Mingəçevir şəhərində gedişinin məqsədini soruşanda Səadət adlı qızdan xoşunun gəldiyini demişdir. İlkin olaraq Rəşadla ona Səadətlə danışmaq məqsədi ilə Mingəçevir şəhərinə getməyi barədə məlumat vermək istəməsə də, sonradan reallıqda Səadətlə görüşüb, ona ailə qurmaq barədə təklif edəcəyini demişdir. Beləliklə, söhbət əsnasında Nicad sevdiyi Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhərində görüşməyi planlaşdırdığını dedikdən sonra ayrılmışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 07:30 radələrində Nicad, o və Rəşad yaşadığı qəsəbədə zəngləşib görüşərək Nicadın idarə etdiyi «MERCEDES BENZ» markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə o, Rəşad və Nicad Yevlax rayonundan Mingəçevir şəhərinə gəlmişlər. Yevlax rayonundan Mingəçevir şəhərinə qədər avtomobili Nicad idarə etmiş, Mingəçevir şəhərinə çatandan sonra Nicad avtomobili Səadətin yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 8 №-li ünvanda yerləşən binanın qarşısına sürmüşdür. Rəşadla Mingəçevir şəhərində işləri olduğu üçün Nicaddan avtomobili 10-15 dəqiqəlik verməsini xahiş etmişdir. Nicad etiraz etməmiş, lakin, ondan yubanmamağı xahiş edib ən geci 15 dəqiqəyə qayıtmalı olduğunu demiş, özü isə avtomobildən düşüb Səadətin yaşadığı binanın qarşısında gözləməyə başlamışdır. Nicada məxsus avtomobilin sükanı arxasına keçib Rəşadla birlikdə işlərinin dalınca, daha dəqiq olaraq bir iki paltar mağazasına «ayaq üstü» baxmaq üçün getmişdir. Aradan bir müddət keçmiş Nicad Rəşada zəng edərək Səadətin yanında tanımadığı qadın olduğuna görə ona yaxınlaşa bilmədiyini, bu səbəbdən də Səadəti izlədiyini deyib, Rəşaddan avtomobili Səadətin yaşadığı binanın qarşısına deyil, onun Səadəti izlədiyi istiqamətə sürməyi ona deməsini xahiş etmişdir. X19 danışaraq ona avtomobili sürməli olduğu istiqaməti demiş, bir sözlə Rəşad ona istiqaməti Nicaddan öyrənib deyəndən sonra avtomobili Nicadın arxasınca sürməyə başlamışdır. Nicadın Səadəti izlədiyi yerə çatmağına az bir məsafə qalmış uzaqdan Səadətin yanında sonradan adının Emilya olduğunu bildiyi qızın olduğunu görmüşdür. Avtomobili Nicadın arxasınca sürmüşdür. X7 şəhər X5rşısına çatanda Nicad Səadətə yaxınlaşmışdır. Mənim idarə etdiyim avtomobillə aralarında bir xeyli məsafə olsa da, Nicadın Səadətin qollarından tutub onu dartışdırdığını, özünə tərəf çəkdiyinin, Səadətin isə buna etiraz etdiyinin şahidi olmuşlar. Bir qədər yaxınlaşdıqda Səadətin uca səslə qışqırdığını, Nicadın isə dilə gətirilməsi mümkünsüz olan nalayiq ifadələrdən istifadə etdiyini eşitmişdir. Vəziyyətin belə olduğunu görüb bir qədər narahat olmağa başlamışdır. Çünki, Nicadın Səadətə qarşı etdiyi hərəkətlərə və Səadətin ona açıq və aqressiv şəkildə göstərdiyi müqavimətə görə ətrafa xeyli sayda tanımadığım şəxs toplaşmışdır. İlkin olaraq onlara yaxınlaşmaq istəməsələr də, sonradan Nicadın bir qədər də əsəbi halda Səadəti dartışdırdığını, həmin vaxt hətta Səadətin yerə yıxıldığını görüb avtomobili onların yanına sürmüşdür. Həmin vaxt Rəşad onun yanında qabaq oturacaqda əyləşmişdir. Nicadla Səadətin və ətrafa toplaşan bir kütlə şəxsin yanına çatdıqdan sonra mən avtomobili saxlayıb avtomobildən düşmüş, arxasınca Rəşad da qabaq oturacaqdan yerə düşmüşdür. Hər ikisi Nicadı sakitləşdirməyə, etdiyi hərəkətin yalnış olduğunu və bunun axırının yaxşı qurtarmayacağını izah etməyə, Səadətin qollarını buraxmağını deməyə başlamışlar. Həmin vaxt ətrafa baxanda bir qədər əvvəl yığışan kütlənin artıq dağıldığını görmüşdür. Bir qədər kənarda sonradan adının Emilya olduğunu bildiyi Səadətin tanışının qorxu içərisində dayandığını görmüşdür. Həmin vaxt Səadət Emilyadan polis çağırmasını qışqıraraq tələb etməsinə və bütün bunlara baxmayaraq Nicad Səadəti buraxmamış və belə bir niyyəti də olmamışdır. Elə bu vaxt Nicad Rəşada avtomobilin arxa qapısını açmağı və Səadəti avtomobilin salonuna arxa oturacağa salmaqda ona köməklik etməsini, ondan isə sükan arxasına əyləşib Yevlax rayonu Aran qəsəbəsi istiqamətində avtomobili sürməyi tapşırmışdır. İlkin olaraq tərəddüd etsələr də, hadisə vaxtı vəziyyətə adekvat reaksiya verə bilməmiş və sükan arxasına keçmişdir. Səadətə yaxınlaşmasa da, Rəşad arxa oturacağa keçmiş, Nicad isə Səadəti qollarından dartaraq avtomobilin arxa oturacağına tərəf çəkmişdir. X20 Səadəti avtomobilin arxa oturacağına yerləşdirmişdir. Həmin vaxt Nicad ona və Rəşada narahat olmamağı Səadətin rüsvay olmamaq və qorxduğu üçün müqavimət göstərdiyini, nəticədə onlardan şikayət etməyəcəyini də demişdir. Həmin vaxt Səadət yanında olan Emilya adlı qızdan yenə də polis çağırmasını tələb etmişdir. O, sükan arxasında əyləşib, Səadətin tam olaraq avtomobilin arxa oturacağına yerləşdirilməsini, hamının avtomobilə əyləşməsini gözləmişdir. Nəhayət Səadət avtomobilin arxa oturacağına tam olaraq yerləşdirildikdən sonra yenə də müqavimət göstərərək, qapını ayaqları ilə itələyib açmağa çalışmışdır. Bu vaxt Nicad avtomobilə minməyə hazırlaşanda Mingəçevir şəhər Mühafizə Polisinin əməkdaşlarından bir neçəsi gəlib onu tutmaq istədiklərinə görə avtomobilə otura bilməmiş və imkan tapıb oradan qaçmışdır. Sonradan onun hansısa taksi ilə arxalarınca gəldiyini bilmişdir. O, da polis əməkdaşlarının gəldiyini görüb avtomobili Nicadın dediyi kimi Yevlax rayonu, Aran qəsəbəsi istiqamətində sürmüşdür. Yolda Səadət nişanlı olduğunu, elədikləri hərəkətin düzgün olmadığını, bunun altından çıxa bilməyəcəklərini deyib, avtomobili saxlayıb onu yerə düşürtməyi xahiş etmişdir. Həmin vaxt Rəşada Nicada zəng edərək Səadətin başqası ilə nişanlı olduğunun həqiqət olduğunu, onu məcburi olaraq aparmağın düzgün olmadığını, etdikləri hərəkətə görə cavab verəcəklərini, Səadətin naəlac qalıb avtomobilin qapısını açıb özünü bayıra ata biləcəyini dedikdən sonra telefonu söndürüb Nicadla danışdığını, sonuncunun Səadəti avtomobildən düşürtməyimizə etiraz etmədiyini deyib, avtomobili yolun qırağına verib saxlamağını göstəriş verimşdir. Bunun ən düzgün yol olduğunu bildiyindən bu sözləri eşidən kimi sevincək olub, avtomobili Mingəçevir «Asan Xidmət» Mərkəzini keçdikdən sonra sağa verib saxlamışdır. Səadət qışqıra-qışqıra avtomobildən yerə düşmüşdür. Avtomobili yenidən hərəkətə gətirəndə Səadət çöldən qışqıraraq çantasının avtomobildə qaldığını bildirdikdə işıqforun altında çantanı avtomobildən yerə atıb hərəkətlərinə davam etmişlər. Bundan sonra Rəşad Nicada zəng edərək Səadəti Mingəçevir «Asan Xidmət» Mərkəzinin yanında avtombildən düşürtdüklərini demişlər və Nicadla dal-qabaq Aran qəsəbəsinə getmişlər. Nicad avtomobilini evə qoyduqdan sona Nicad və Rəşadla bərabər Rəşadın idarə etdiyi avtomobilə əyləşib Goranboy rayonu, Ağcakənd qəsəbəsinə gedib, orada çay içib yenidən qəsəbəyə qayıtdıqda onlardan ayrılıb xidmət etdiyi yerə getmişdir. X4 şəhər polis şöbəsinin əməkdaşları ilə görüşüb, onlarla birlikdə Mingəçevir şəhər polis şöbəsinə gedib, orada polis əməkdaşlarına könüllü olaraq təslim olmasını öyrənmişdir. O, təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barəsində axtarış elan olunduğunu bilsə də, Müdafiə Nazirliyi tərəfindən döyüş hazırlığı ilə əlaqədar olaraq toplantıda olduğundan rəhbərlik gəlişinə icazə verməmişdir. Lakin, sonradan problem yaşayacağımı bilib məzuniyyət götürərək polis şöbəsinə gəlmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs hadisə baş verən gün tanımışdır. Ondan əvvəl onunla heç bir ünsiyyəti olmamışdır. Eləcə də, Nicadın da onunla hər hansı ünsiyyətinin olub-olmasından məlumatı olmamışdır. Sadəcə hadisəyədək Nicadın özündən onun Mingəçevir şəhərində yaşayan Səadət adlı qızdan xoşunun gəldiyini və onunla ailə qurmaq istədiyini eşitmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Yevlax rayonunda çayxanada olarkən xx.xx.2022-ci il tarixdə Nicadın Səadətlə görüşmək üçün Mingəçevir şəhərinə özünə məxsus avtomobillə getdiyini bilmişdir. Hadisə vaxtı Səadətin yanında sonradan adının Emilya olduğunu bildiyim bir qız olmuşdur və Səadəti qaçırarkən Səadət Emilyadan polisə məlumat verməyi qışqıraraq tələb etmişdir. Lakin, hadisələr o qədər tez cərəyan etmişdir ki, Emilyanın polisə məlumat veribvermədiyini, həmin vaxt Nicadın ona maneçilik törədib-törətmədiyini dəqiq xatırlamır. Həmçinin avtombillə hadisə baş verən yerə çatanadək Nicadın Səadətə qarşı əl-qol hərəkətləri etdiyini, səs-küyə ətrafa xeyli sayda şəxsin toplaşdığını, Nicadın buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyini, hətta mühafizə polisi əməkdaşlarının yanından qaçıb uzaqlaşarkən ünvansız söyüşlər söydüyünü, Səadətin qollarından möhkəm tutub onu avtomobilə tərəf dardığını, müqavimət göstərərkən Səadətin yıxılmasının şahidi olmuşdur. Nicadsız Səadət və Rəşadla üzü Yevlax rayonu istiqamətində gedərkən Səadətin sözlərindən sonra, yəni onun nişanlı olması, Nicadı tanımadığı, onunla heç bir halda ailə qurmayacağı barədə dediklərindən, habelə baş verənlərin onlar üçün yaxşı nəticələnməyəcəyini dedikdən sonra artıq onu azad etmək qərarına gəlmişdir. Rəşad da bu fikirdə olmuşdur. Məhz bu səbəbdən də Rəşad yolda Nicada zəng edib fikrilərini çatdırmış, Nicadın da həmin vaxt onlarla həmfikir olması işi bir qədər də yüngülləşdirmiş və hər üçü eyni fikirə gələrək Səadəti azad etmişlər. Səadəti qaçırmaq, ələlxüsus da iradəsinə zidd olaraq bunu etmək barədə nə onun nə də Rəşadın qabaqcadan fikri olmamış və Nicad bu haqda qabaqcadan, o cümlədən xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərinə gedərkən heç bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə Nicadın dediyi yerə, yəni onunla Səadətin görüşdüyü yerə çatarkən orada Nicadın Səadətin qollarından tutaraq özünə tərəf dartışdığını, onu buraxmaq istəmədiyini gördükdə ona etdiyi hərəkətin düzgün olmadığını bildirmişdir. Elə həmin vaxt Nicad ona və Rəşada Səadəti iradəsinə zidd olaraq qaçırmaqda, habelə həmin vaxt gəldikləri avtomobilə mindirməkdə ona kömək etməyimizi tələb etmişdir. Yəni Səadəti iradəsinə zidd olaraq qaçırmaq barədə niyyət elə hadisə yerində yaranmışdır. Nicad zatən Səadəti məcburi qaydada avtomobilə mindirmək istəyərkən ona qarşı zor tətbiq edib, qollarından tutmuşdur və özünə tərəf çəkmişdir. Bir sözlə onu qaçırmaq üçün ona qarşı zor tətbiq etmişdir. Ola bilsin ki, həmin vaxt boynundan da zərbə endirmişdir. Lakin, sükan arxasında olduğu üçün bütün detalları dəqiqliyi ilə xatırlamır. Zərərçəkmiş şəxs bədən səthində olan təpə nahiyəsində hematoma, üst dodağında yara, sağ əl barmağında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri Nicadın təqsiri ucbatından əmələ gəlmişdir. Belə ki, Səadət müqavimət göstərəndə Nicad onun qollarından tutub vurmuş və onu avtomobilə tərəf sürüyən zaman o, yıxılmışdır. Rəşad və o Səadətə heç bir bədən xəsarəti yetirməmişlər. Hadisə Nicadın təşəbbüsü ilə başlamışdır. X16 məcburi qaydada avtomobilin arxa oturacağına otuzdurduqdan sonra polis əməkdaşları gəldiyi üçün Nicad özü avtomobilə otura bilməyib ona avtomobili oradan sürməyi tapşırmışdır. Birlikdə tez-tez görüşüb, Rəşada və ya Nicada məxsus avtomobillə müxtəlif yerlərə gedirlər. xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində çayxanada görüşərkən Mingəçevir şəhərinə getməyi planlaşdırmışlar. Nicadın oradan istədiyi Səadət adlı qızla görüşmək və onunla danışmaq üçün getdiyini bilirmişdir. O və Rəşad da Mingəçevir şəhərinə paltar mağazasına baxmağa gəlmişlər. Yəni üçünün bir yerdə Mingəçevir şəhərinə birlikdə gəlməyi Səadəti qaçırmaq barədə qabaqcadan planılarının olmasına dəlalər etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Zahid oğlu ifadəsindəı göstərmişdir ki, Mingəçevir şəhər Mühafizə şöbəsində polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs qarşı adam oğurluğu cinayəti törətmiş Təqsirləndirilən şəxs və qeyriləri ilə aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavət yoxdur. Hadisə baş verən günə qədər onların heç birini qətiyyən tanımamışdır. 09 fevral 2022-ci il tarixdə saat 08:30 radələrində işlədiyi Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən xidmət etdiyi Mingəçevir şəhər Mühafizə şöbəsində səhər düzülüşündə olan vaxt çöldən, şöbənin yaxınlığından bir nəfər oğlanın ucadan narazı şəkildə söyüş söydüyünü və qışqırdığını eşitmişdir. Bu qışqırıq səsləri onun və düzülüşdə olan digər əməkdaşların diqqətini cəlb etmişdir. Həmin qışqırıq səsləri təxminən 2-3 dəqiqə ərzində davam etmişdir ki, bir nəfər qadının da qışqırıb kimdənsə yaxa qurtarmağa çalışdığını eşitmişlər. O və iş yoldaşları sıranı tərk edərək səs gələn tərəfə gedənə qədər sonradan adının Emilya olduğunu öyrəndiyi bir qız şöbənin qarşısına gələrək onlara yaxınlaşıb, iş yoldaşı Zərərçəkmiş şəxs 3 nəfər şəxs tərəfindən zorla avtomobilə mindirilərək qaçırıldığını bildirmişdir. O və digər iş yoldaşları Şahid6 və Şahid7 qabağa düşüb həmin yerə çatana qədər sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs «Mercedes Benz» markalı avtomobilin arxa oturacağına sonradan adını bildiyi Nicad adlı şəxs tərəfindən məcburi qaydada yerləşdirildiyinin, habelə həmin şəxsin özünün də qapını örtüb avtomobilə əyləşməyə cəhd etməsinin şahidi olmuşdur. Avtomobilə tərəf qaçanda Nicad onları görüb avtomobilə minməyə macal tapa bilməmiş, arxa qapını örtərək ara küçə ilə qaçıb aradan çıxmışdır. Nicadın səsindən onun bir qədər əvvəl söyüş söyən, qışqıran, ətrafdakıları narahat edən şəxsin olduğunu başa düşmüşdür. O, Tural və Taleh Zərərçəkmiş şəxs əyləşdiyi avtomobilə çatana kimi avtomobil yerindən tərpənib hərəkətə başlamışdır. O, avtomobilin arxasınca düşüb əli ilə arxasına vurub sürücünün avtomobili saxlamağını tələb etsə də, sürücü avtomobili saxlamamışdır. Bundan sonra baş vermiş hadisə barədə işlədiyi şöbənin rəhəbərliynə şifahi olaraq məlumat vermişdir. Sonradan hadisə yerində baş verənlərlə bağlı maraqlandıqda Səadət adlı qızın həmin şəxslər tərəfindən nişanlı olmasını bildikdən sonra Mingəçevir Asan Xidmət Mərkəzinin qarşısında könüllü olaraq azad edilməsini, lakin, buna baxmayaraq Səadətin onların barəsində şikayət etməsini öyrənmişdir. Hadisə baş verən yerə getdikdə, orada sonradan adının Nicad olduğunu bildiyi şəxsin Zərərçəkmiş şəxs «Mersedes Benz» markalı, dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına məcburi qaydada otuzdurduğunu, avtomobilin arxa oturacağında əyləşən adını bilmədiyi bir oğlanın isə ona bunu etməkdə kömək etdiyini görmüşdür. Nicadın səsindən bir qədər əvvəl söyüş söyən şəxs olduğunu başa düşmüşdür. Sürücü isə sükan arxasında oturmuşdur. Avtomobili saxlamaq üçün onun arxasınca düşüb, arxasına əli ilə vursa da, avtomobilin sürücüsü avtomobili saxlamamış və avtomobili oradan sürüb getmişdir. Nicad adlı şəxs isə Zərərçəkmiş şəxs avtomobilə mindirsə də, özü avtomobilə otura bilmədiyi üçün oradan qaçıb çıxıb getmişdir. Taksiyə minib uzaqlaşdığından onu təqib edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 da oxşar məzmunlu ifadələr verərək Şahid5 ifadəsində ki, xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ildən tanıyır, onunla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. Zərərçəkmiş şəxs ilə “Mingəçevir ASAN” xidmət mərkəzində birlikdə işləyir. O, cümlədən, əvvəllər adlarını bilmədiyi, əvvəllər heç vaxt tanımadığı, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs zorla idarə etdikləri avtomobilə mindirib qaçıran, sonradan adlarını öyrəndiyi Nicad, Rəşad və Pərviz adlı şəxsləri əvvəllər tanımamışdır. Onlarla aralarında heç bir qohumluq əlaqəsi və ya ədavət yoxdur. O və iş yoldaşı Zərərçəkmiş şəxs ilə ara-sıra Mingəçevir “ASAN” xidmət mərkəzinə yəni, iş yerlərin birlikdə piyada söhbət edə-edə gedirlər. Adəti üzrə xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində yaşadığı binanın yaxınlığından o və Zərərçəkmiş şəxs görüşərək birlikdə piyada iş yerimizə tərəf getməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində o və Zərərçəkmiş şəxs söhbət edə-edə Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ilə piyada hərəkət edən zaman Mingəçevir Şəhər X10 bərabərliyinə çatmaqlarına təxminən 10-15 metr qalmış gözləmədikləri halda arxadan qəfil olaraq 30-35 yaşlarında, sarışın sonradan adının Nicad olduğunu öyrəndiyi bir nəfər şəxsin bizə tərəf yaxınlaşdığını hiss etmişdir. Arxaya dönüb baxdıqda Səadət ona məlum olmayan səbəblərdən qeyri iradi olaraq qışqırmağa başlamış və ondan polis çağırmağını xahiş etmişdir. Səadətin gözlənilmədən qışqırıb səs-küy salması və polis çağırmasını xahiş etməsindən təəccüblənib təşvişə düşmüş və nə edəcəyini özü də bilməmişdir. Səadətin qışqırığına ətrafa bir neçə nəfər tanımadığı şəxsin toplaşdığını görmüş, elə bu vaxt Nicad Səadətin qollarından möhkəm tutub, «qışqırma, qoy sözümü axıradək deyim, bir mənə qulaq as» sözlərini demişdir. Lakin, Səadət ona qulaq asmaq istəmədiyini, qollarını buraxmağı tələb etdikdə Nicad adlı həmin şəxs bir qədər də əsəbi halda Səadətin qollarından möhkəm tutaraq hazırda dilə gətirməyə utandığı ünvansız söyüşlərdən və nalayiq ifadələrdən istifadə etməyə başlamışdır. Ətrafda olan tanımadığım şəxslərdən yaxınlaşmağa cəhd edən olmasa da, kənardan Nicadın işlətdiyi nalayiq ifadələrə və Səadətin qollarından tutduğuna görə ona irad bildirən də olmuşdur. Lakin, Nicad həmin iradlara daha da hiddətlənərək Səadətin qolunu bir qədər də sıxmağa başlamışdır. Səadət ondan kömək istəsə də, qorxudan donub yerimdə qalmış və nə edəcəyini də bilməmişdir. Çünki, Nicadın ətrafda olan şəxslərə və Səadətin onunla danışmaq istəməməsi barədə sözlərinə laqeyd yanaşaraq ona qarşı zorakı, habelə ətrafdakılara qarşı saymaz hərəkətləri şəxsən onu həddən artıq narahat etmişdir. Səadət birinci ondan yaxa qurtarmaq istədikdə Nicad Səadəti itələmiş və dartışdıqları zaman Səadət yıxılmışdır. Elə bu vaxt tünd-göy rəngli «MERCEDES BENZ» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili idarə edən şəxs düz yanlarına gəlib dayanmışdır. Həmin avtomobildə daha iki nəfərin olduğunu görmüşdür. Vəziyyətdən onların Nicadın tanışları olduğunu anlamışdır. Sonradan adının Pərviz olduğunu bildiyi sürücü avtomobili saxladıqdan sonra yerə düşüb avtomobilin yanında dayanmışdır. Qabaq oturacaqdan isə qarabuğdayı, hündürboy, yumrusifət gözləri qəhvəyi rəngdə, 30 yaşlarında üzü az tüklü olan, sonradan adının Rəşad olduğunu bildiyi oğlan düşmüşdür. Həmin vaxt Nicad avtomobilin yanlarında saxladığını görüb, Səadətə əmredici formada avtomobilə minməyigöstəriş vermişdir. Səadət isə ona müqavimət göstərərək avtomobilə minməyə etiraz etmişdir. Sonradan gələn Nicadın tanışları Pərviz və X13rşı zorakı hərəkətlərini və küçədə səs-küy saldığını görüb, ondan sakitləşməyi, ətrafda xeyli sayda adamların olduğunu deyib özünü ələ almağı məsləhət görüb Səadətə qarşı etdiyi hərəkətin düzgün olmadığını ona bildirmişlər. Lakin, Nicad tanışlarının da sözünə məhəl qoymamış və Rəşada «nə durmusan,tez ol bunu maşına mindirək» sözlərini dedikdə Rəşad ilkin olaraq tərəddüd etsə də, sonra o, Nicada qoşulub Səadətin üzərinə gəlmiş, beləliklə Nicat Səadətin sağ qolundan, Rəşad isə sol qolundan tutaraq onu avtomobilə tərəf dartıb aparmışlar. Sürücü Pərviz isə Səadətə qarşı hər hansı bir zorakı hərəkət etməmişdir. Özü isə Səadətə kömək edə bilməmişdir. Çünki, hadisə ani baş verdiyi üçün nə edəcəyini bilməmiş, qorxuya düşmüş, habelə Nicada fiziki cəhətdən gücü çatmamışdır. Səadət avtomobilə iradəsinə zidd olaraq otuzdurularkən yenə də polisə zəng etməyini ondan xahiş etmişdir. Bundan sonra özünü toplayıb mobil telefonu çıxarıb, polisə zəng etmək istədikdə Nicad onu itələyərək mobil telefonunu əlindən alıb zəng etməyinə maneçilik törətmişdir. Telefonunu özümə qaytardıqdan sonra Səadət təkrarən polisə zəng etməyini xahiş etdikdə yaxınlıqdakı X10 həyətinə tərəf qaçmış və orada səhər sıra düzülüşündə olan polis əməkdaşlarına qışqırıb «kömək edin!» deyə müraciət etmişdir. Polis əməkdaşlarından bir neçəsi dərhal yaxınlaşıb nə baş verdiyini soruşduqda «iş yoldaşı Səadəti zorla maşına basıb qaçırdırlar!» sözlərini demişdir. Bundan sonra bir neçə nəfər pok olanları müşahidə etmişdir. Bu vaxt Nicad Səadətin boynunun arxasından əli ilə vuraraq, müqavimətini qırıb onu avtomobilin arxa oturacağına otuzdurmağa başlamışdır. Eyni zamanda avtomobilin arxa oturacağında Rəşad oturmuşdur. Səadət onlara müqavimət göstərib avtomobildən düşmək istəsə də, Nicad onu bir təhər arxa oturacağa uzatmışdır. Qapını bağlamaq istəyəndə Səadət ayağını qapıdan çöldə saxlayaraq qapını örtməklərinə imkan verməmişdir. Bu vaxt Mühafizə polisinin əməkdaşları səsi eşidib onlara tərəf yaxınlaşmışlar. Pərviz qışqırıb polis əməkdaşlarının yaxınlaşdıqlarını bildirmişdir. Nicad qapı açıq ola-ola Pərvizdən avtomobili sürüb uzaqlaşmağa göstəriş verib, polis əməkdaşları gəldiyinə görə özü avtomobilə otura bilməyib oradan qaçıb çıxıb getmişdir. Həmin vaxt sürücü avtomobili sürərkən polis əməkdaşlarından hansısa əlləri ilə avtomobilə vurub saxlamasını tələb etsə də, Pərviz avtomobili saxlamayıb «Kür» çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsindəki körpü istiqamətinə sürmüşdür. Bundan sonra mən həyəcanlı olsa da, iş yerinə tərəf piyada getmişdir və Mingəçevir “ASAN” xidmət mərkəzinə çatarkən Səadət zəng edib həmin şəxslərin yolda avtomobili saxlayaraq onu düşürtüklərini bildirmişdir. Hadisə vaxtı Nicad mobil telefonunu alaraq polisə məlumat verməyinə maneçilik törətsə də, sonradan mobil telefonu qaytarmış, telefonunu zədələməmiş, habelə ona heç bir xəsarət yetirməmişdir. Ona görə də, məhkəmə-tibbi ekpretizadan keçmək istəmir. Odur ki, xüsusatlarla bağlı kimsədən tələb və şikayəti yoxdur. Hadisə barədə bildikləri göstərdiklərindən ibarətdir. Cinayət işinin istintaqı zamanı 09 fevral 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman hadisənin ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı səkidə Mingəçevir şəhər Mühafizə şöbəsinin inzibati binasının yaxınlığında yerləşən asfaltbeton örtüklü yolda baş verməsi müəyyən edilmiş, baxış keçirilən zaman hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya sənəd götürülməmişdir. Bu barədə tərəfimdən fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının ekspertizasının "12 " fevral 2022-ci il tarixli “89» №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində təpə nahiyəsində hematoma, üst dodağında yara, sağ əl barmağında sıyrıqla nəticələnən küt əşyanın (alətin) təsirindən əmələ gələn, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun olan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 08:32 dəqiqədən saat 08:34 dəqiqəyədək olan müddət ərzində Zərərçəkmiş şəxs münasibətdə törədilən adam oğurluğu cinayət əməlinin baş verməsi ilə bağlı görüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 08:32 dəqiqədən saat 08:34 dəqiqəyədək olan müddət ərzində Şahid4 idarə etdiyi Təqsirləndirilən şəxs məxsus «Mercedes Benz» markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin «Kür çayı»nın üzərindən keçən körpü ilə «MİNGƏÇEVİR ASAN XİDMƏT» Mərkəzi istiqamətində hərəkət etməsinin, sürücü Şahid4 avtomobili Zərərçəkmiş şəxs işlədiyi Mingəçevir şəhəri Z.Əliyeva küçəsində yerləşən «MİNGƏÇEVİR ASAN XİDMƏT» Mərkəzinin qarşısında saxlamasının, Şahid3 və X14 Məmmədovanı könüllü olaraq avtomobildən düşürdüb azad etmələrinin, Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra isə sürətlə hərəkət edərək hadisə yerindən uzaqlaşdıqda avtomobilin arxasınca qışqırıb qacmağa cəhd etməsinin, qarşıda olan işıqfora çatmağa təxminən 6-7 metr qalmış avtomobildən qadın çantasının yola atılmasının, avtomobilin yüksək sürətlə hərəkət edərək hadisə yerini tam tərk etməsinin və naməlum kişinin yerə düşən çantanı götürüb Zərərçəkmiş şəxs verməsinin görüntülərinin əks olunması müəyyən olunmuşdur. Cinayət işində olan Bərdə və Mingəçevir regional ASAN xidmət mərkəzlərində notariat ofisində təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Cinayət işi materiallarında olan əməlin tövsif edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 CM-nin 144.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişlər, Şahid3 və Şahid4 barəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, yuxarıda tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs sevdiyi və ailə qurmaq istədiyi Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs ilə görüşmək və ona ailə qurmaq barədə təklif etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində idarə etdiyi özünə məxsus «Mercedes Benz» markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Şahid3 və Şahid4 ilə birlikdə Yevlax rayonu, Aran qəsəbəsindən Mingəçevir şəhərinə gəlib, avtomobili Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən binanın qarşısına sürmüş, sonuncu ilə təklikdə görüşüb söhbət etmək üçün idarə etdiyi avtomobili müvəqqəti idarə etmək üçün tanışı Şahid4 vermiş, sonuncu Şahid3la birlikdə Mingəçevir şəhərində bir qədər gəzmək üçün N.Nərimanov prospekti, 8 saylı binanın yanından avtomobillə uzaqlaşdıqdan sonra o, Zərərçəkmiş şəxs işə getmək üçün yaşadığı N.Nərimanov prospekti, 8 saylı binadakı mənzili tərk edib, çıxmasını gözləmiş, saat 08:30 radələrində Zərərçəkmiş şəxs binanın blokunu tərk etdikdən və iş yoldaşı X2 ilə birlikdə işə gedərkən onların ardınca düşüb, ilkin olaraq Emiliya Xasməmmədovanın yanında Zərərçəkmiş şəxs yaxınlaşmağa cürət etməsə də, sonradan bunu başqa vaxt etməyə fürsətinin olmayacağını düşünüb, iti addımlarla Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində piyada hərəkət edən Zərərçəkmiş şəxs və Emiliya Xasməmmədovaya çatarkən, onunla ünsiyyət saxlamaq və ailə qurmaq fikrində olmayan və başqası ilə nişanlı olan Zərərçəkmiş şəxs onun yaxınlaşdığını görüb, bunun qarşısını almaq üçün qışqırmağa və yanındakı Emiliya Xasməmmədovadan polis orqanına məlumat verməsini tələb etməyə başladıqda o, sakit tərzdə və sivil yolla Zərərçəkmiş şəxs ilə danışa bilməyəcəyini anlayıb, ictimai yer hesab olunan şəhərin Ü.Hacıbəyov küçəsində hər hansı bir əsaslı səbəb olmadan, ictimai qaydaya və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış davranış və birgəyaşayış qaydalarına biganəlik nümayiş etdirib, 3-4 dəqiqə ərzində işlətdiyi ünvansız söyüşlərlə yaxınlıqda yerləşən Mingəçevir şəhər X10 normali iş rejimini pozmaqla, habelə öz şəxsiyyətini ətrafa toplaşan Emiliya Xasməmmədova, bir qrup şəxsiyyəti istintaqa məlum olmayan şəxsin fövqündə qoymaqla Zərərçəkmiş şəxs qollarından tutub, onu dinləməli olduğunu bir daha tələb etmiş, Zərərçəkmiş şəxs onu dinləmədiyini görüb, orada olan və onun hərəkətlərindən narahatçılıq və qorxu hissi keçirən Emiliya Xasməmmədova, ətrafa toplaşan qeyrimüəyyən sayda şəxsə, habelə onun qışqırıq və söyüş səslərinə oraya gələn Mingəçevir şəhər X10 əməkdaşları X12, Şahid7 və Şahid6 laqeydlik və etinasızlıq göstərərək əli ilə Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirib, ona təpə nahiyəsində hematoma, üst dodağında yara, sağ əl barmağında sıyrıqla müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakılıq hərəkətlər başa düşülməlidir. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, törətdiyi əməli səmimi etiraf etməsi və peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, içtimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, nəzərə alaraq belə hesab edir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir və ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəza öz məqsədinə nail ola bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir, Təqsirləndirilən şəxs islah olunmasını, sosial ədalətin bərpa olunmasını, cəmiyyət üçün təhlükəli olmasını, həmçinin özünün və başqa şəxslərin yenidən cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi il ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işində olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsin barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bitdiyi üçün həmin gün o, Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət 7 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Həmin Məcəllənin 158.2–ci maddəsinəəsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlama müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzanı tam əhatə etdiyindən, cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-178/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-178/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver