Məhkəmə qərarları › İş №1(051)-179/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-179/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-179/2021 29.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Xüsusi X1 nümayəndəsi və vəkili Mehdiyev Dərgah Hüseyn oğlu, Təqsirləndirilən şəxs X3 iştirakı ilə X5 05.06.1971-ci ildə Ağdam rayonu Qalayçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri İES müvəqqəti vaqonlar yaşayış massivində yaşayan Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında icraat materiallarına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək X3 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, nüfuzdan salan, ağı cinayətdə ittiham edən məlumatlar yaydığını və bununla da Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyini bildirmişdir. Məhkəmə iclasında xüsusi ittihamçısı X2 nümayəndəsi və vəkili Müdafiəçi ifadəsində bildirdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X5 “YouTube” videopaylaşma internet saytında “Milli News” kanalında 14 sentyabr 2021-ci il tarixdə “Mingəçevir İB-nın Prezidentə şikayət, sənin başçın xalqa xidmət yox, ancaq istirahət düşünür. “Əlildən üsyan” başlıqlı videoyayımla 2 dəqiqə 34 saniyə çıxış edərək yalan olduğunu bilə-bilə, qəsdən onun şərəf və ləyaqətini ləkəyən, onu nüfuzdan salan böhtan xarakterli məlumatlar yaymış, təhqir etmiş, habelə ağır cinayətlərdə ittiham etməklə ona böhtan atmışdır. Video yayılan gündən, yəni 14.09.2021-ci il tarixdən hal-hazıradək videonu 1134 nəfər izləyicisi olmuş, şərhlər yazılmışdır. X8 xüsusi ittihamçı İlham İsmayılova “Mingəçevir şəhərində özbaşınalıq baş alıb gedir, ona görə ki, Mingəçevir şəhərinin başçısı ancaq istirahətə gedir, turizm kafelərində, xarici ölkəkərdə dincəlir. Ö dəstəsi ilə, Bələdiyyə sədri seçdiyi kirvəsi Ramizlə, qohumu Nərimanla istirahətlərdədir, Mingəçevir şəhəri onu maraqlandırmır, ancaq cənab Prezidentin ayırdığı pulları sağa-sola xərcləməklə və öz yaxınları ilə bölməklə məşğuldur. Heç bir vətəndaşı qəbul etmir. Veteranları, qaziləri inctiməklə məşğuldur, özü isə müharibədən qaçmış fəraridir. İlham İsmayılov İ Qarabağ müharibəsinin iştiraçısı olmuşdur. 15.08.1992-ci il tarixdən 09.12.1992-ci tarixədək N saylı hərbi hissədə zabit kimi hərbi xidmətdə olmuş və müharibə veteranıdır. X10 videodakı məlumatında İ.İsmayılovu müharibə dövründə fərarilikdə və digər ağır cinayətdə əsassız olaraq ittiham edir. X3 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, nüfuzdan salan, ağır cinayətdə ittiham edən məlumatlar yaymışdır. Ona görə də xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. Sonra P.Məmmədov İ.İsmayılovdan üzr istəmiş, əməlindən peşiman olmuşdur. Hazırda P.Məmmədovla barışmışlar. Pərnahdan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X4 barəsində qeyri-etik ifadələr işlətmişdir. Əməlindən peşimandır. X6 barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Xüsusi ittihamçısı X4 məhkəməyə ərizə verərək X5 ilə barışdıqlarını, verdiyi şikayətdən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.9-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlamış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Məhkəmə xüsusi ittihamçının və təqsirləndirilən şəxsin ərizələrini, onların barışmalarını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 321.2.1, 384.1 və 384.1.3cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 147.2 və 148-ci maddələri ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar