Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-179/2025 26.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 83-cü bəndinə əsasən narkotik vasitə - heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda ayrı-ayrılıqda bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,165 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram, ümumilikdə xeyli miqdar təşkil edən 0,471 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:38də Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Şaiq küçəsi, 15 saylı binanın yaxınlığında saxlanılıb, həmin tarixdə saat 19:38-dən 19:50-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibində olan pul qabının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə heroindan istifadə edir. Əvvəllər də bir neçə narkotik vasitələrdən istifadə etmişdir. Təqribən 2025-ci ilin iyul ayının 09-da tanımadığı İran İslam Respublikasının vətəndaşından narkotik vasitə - heroin almış, narkotik vasitəni ondan alarkən, yeri qabaqcadan ona deyilib, işarələnməklə (zakladaka) vasitəsi ilə almışdır. Narkotik vasitə - heroini alarkən pul vəsaitini həmin şəxsin ona verdiyi, hazırda xatırlamadığı bank kart hesabına pul köçürməsi etməklə almış, bundan sonra ona narkotik vasitənin qoyulduğu məkan göstəricisi (konum) göndərilmiş, oda həmin məkandan pulunu köçürdüyü narkotik vasitəni götürmüşdür.Dostluq münasibətində olduğu, narkotik vasitələrin aludəçisi olan Şahid4 xx.xx.2025-ci il tarixdə saat 15:48-də ona zəng edib, narkotik vasitə - heroinin olduğunu və birlikdə istifadə etməyi təklif etmişdir. O da Elvinə bir qədər işinin olduğunu, sonra birlikdə görüşüb, narkotik vasitə - heroindən istifadə etmək istədiyini bildirmişdir.Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 19 radələrində o, Mingəçevir şəhəri, A.Şaiq küçəsində yerləşən «Əsgər» kafesinin yaxınlığında piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərini yoxlamışlar. Həmin vaxt əynindəki şalvarın sol cibində olan pul qabının içərisindən 1 ədəd sellofan və 1 ədəd kağız bükümlər aşkar edilərək, götürülmüşdür. Həmin bükümlərin hər ikisi ona məxsus olmuşdur. Sonra üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış və o, Mingəçevir ŞPŞ-yə aparılmışır. Narkotik vasitələrin satışı ilə məşğul deyil və olmamışdır. xx.xx.2025-ci il ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman qorxduğu üçün ilkin ifadəsində Şahid4 xx.xx.2025-ci il tarixdə «Mingəçevir Mail» deyilən ünvanda dirəyin yanma narkotik vasitə heroin qoyduğunu və həmçinin ilkin olaraq polis şöbəsinə gətirildiyi zaman qorxduğu və həyəcanlı olduğu üçün üzərindən aşkar edilmiş narkotik vasitənin bir hissəsinin ona məxsus olmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində bir azyaşlı övladı var. Ona görə də barəsində amnistiya aktı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Zümrüd» şadlıq sarayının yaxınlığından keçən zaman yerdə bir ədəd kağız büküm olduğunu görüb, həmin bükümü yerdən götürmüş, sonra içərisinə baxdıqda oradakı kütlənin iyindən narkotik vasitə - heroin olduğunu bilmiş, ətrafda ona heç kimin fikir vermədiyinə əmin olduqdan sonra uyğun vaxtda istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlətmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 16 radələrində o, yaxşı münasibətdə olduğu və ara-sıra bir yerdə narkotik vasitə istifadə etdiyi Təqsirləndirilən şəxs zəng edib, həmin vaxt üzərində narkotik vasitə - heroinin olduğunu, birlikdə istifadə etməyi təklif etmişdir. Lakin Nazim ona həmin vaxt işinin olduğunu, başqa vaxt bir yerdə narkotik vasitə istifadə etməyə etirazının olmadığını bildirmişdir. Bundan sonra o, həmin tarixdə Mingəçevir şəhəri, Nizami küçəsi, 23 saylı binanın yaxınlığından piyada keçərkən polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olması barədə polis əməkdaşlarına məlumatın Təqsirləndirilən şəxs tərəfindən verildiyini düşünüb, sonuncudan qisas almaq məqsədi ilə üzərindən aşkar edilmiş narkotik vasitə - heroini 15 manat nisyə olaraq Nazimdən aldığını yalandan göstərmiş, Nazimlə həmin gün arasında olan telefon danışığını isə buna əyani sübut kimi təqdim edəcəyini düşünmüşdür. Sonradan isə polis əməkdaşları tərəfindən ifşa olunmasında Təqsirləndirilən şəxs heç bir günahının olmadığını anlayıb, həqiqəti danışmağa üstünlük vermişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxsla aralarında telefon danışığı olsada, həmin danışığın məqsədinin görüşərək, birlikdə narkotik vasitə heroindən istifadə etmək olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o, və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Vəliyev X1 şəhərində yaşayan Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 Mingəçevir şəhəri, Nizami küçəsi, 23 saylı binanın yaxınlığında görüb, ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumatın olduğunu, videoçəkilişlə üzərinin yoxlanılacağını, belə olan halda hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Şahid4 üzərinin yoxlanılacağına etiraz etməmiş,bu hərəkətə başlamazdan öncə Şahid4 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümünü könüllü olaraq təqdim etmişdir. Bundan sonra Şahid4 üzəri yoxlanılmış, oradan qanunla saxlanılması qadağan edilmiş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Şahid4 könüllü olaraq təqdim etdiyi bir ədəd kağız büküm açılıb, içərisinə baxış keçirilən zaman oradan spesifik iyindən və görünüşündən narkotik vasitə - heroinə oxşar kütlə aşkar edilmişdir. Daha sonra prosses iştirakçılarının yanında həmin kağız büküm, içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,33 qram olması bəlli olmuşdur. Daha sonra içərisində narkotik vasitə heroinə oxşar kütlə qablaşdırılmış və qablaşdırılmış zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Şahid4 üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdə olan narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs 15 manata nisyə qaydada aldığını bildirmişdir. Bundan sonra İsgəndərov X2 ŞPŞ-yə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Davam edən əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2025-ci il tarixdə saat 20 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, A. Şaiq küçəsində yerləşən «Əsgər» kafesinin yaxınlığında görüb, ona yaxınlaşaraq, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı polis şöbəsində məlumatın olduğunu və bu səbəbdən də videoçəkiliş aparılmaqla üzərinin yoxlanılacağını, belə olduğu halda isə hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına etiraz etməmiş və onun üzəri yoxlanılarkən əynindəki göy rəngli cins şalvarın sol cibindən bir ədəd pul qabının içərisində saxladığı 1 ədəd sellofan və 1 ədəd kağız bükümlər aşkar edilərək, götürülmüşdür. Həmin bükümlər açılıb, içərisinə baxış keçirilən zaman onların içərisindəkinin narkotik vasitə - heroinə oxşar kütlə olması müəyyən edilmişdir. 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və onun ümumi çəkisinin 0,25 qram olması müəyyən olunmuşdur. Lakin texniki nasazlıq səbəbindən 1 ədəd kağız bükümdə olan kütlənin elektron tərəzidə çəkilməsi mümkün olmamışdır.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı İran respublikasının vətəndaşından «məkan göstəricisi» (konum) telefonuna göndərilməklə aldığını, pulu xatırlmadığı bank kart hesabına yüklədiyini bildirmişdir.Bundan sonra Müzəffərov X3 ŞPŞ-yə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xususatları öz ifadəsində təsdiq etmişlr. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibində olan pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükümdə və bir ədəd kağız bükümdə, ümumi çəkisi 0,66 qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci tarixli qərarla təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/520№-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkidə - 0,165 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş,üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik....” sözləri, imzalar və adlar yazılmış digər 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,306 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan heroin ilə Şahid4 üzərindən aşkar edilmiş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,165 qram heroin isə təqdim edilmiş digər heroinlərdən xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-56/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-63/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz seçilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-179/2025 saylı xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dipanserdə qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanıma və saxlanca verilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,471 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,371 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlədərək saxladığı 1-ədəd kağız bükümün içərisində olan narkotik vasitə heroin aşkar edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-94/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün müddətinə yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il tarixdə doğulmuş X4 adlı azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aiddir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət təqibinə xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə təqdim etməklə razılıq verməsini, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, habelə əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-cı il tarixdə doğulmuş X4 adlı az yaşlı uşağı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,371 qram olan narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərar aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,371 qram olan maddə narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-179/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-179/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver