Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-18/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs oğlu – xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 mənzil 26 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 335,00 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində 12 saylı orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq həmin gün saat 21:48 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əlində olan bir ədəd sellofan bükümündə təmiz çəkisi 335,00 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bldirdi ki, o, bəzi vaxtlarda Yevlax rayonu Qaraoğlan kəndinə balıq ovuna gedirdi. Təxminən on beş gün əvvəl o, yenidən balıq ovlamaq üçün Qaraoğlan kəndinə getdi. Orada olarkən o, sahibsiz torpaqda marixuna kolları bitdiyini gördü və özü istifadə etmək üçün həmin marixuana kolundan bir az qırıb özü ilə Mingəçevir şəhərinə gətirdi. Yaş olduğundan yaşadığı evin yanında olan qazanxanada gizlin yerində onları sərib qurutdu. Daha sonra isə sellofan torbaya qoyub həmin yerdə gizlətdi. O, həmin qurudulmuş marixuanadan bir dəfə götürüb, siqaret kağızına dolduraraq istifadə etdi. O, xx.xx.2020-ci il tarixdə, saat təxminən 21 radələrində yenidən həmin yerə gəldi və qurudulmuş marixuanadan istifadə etmək üçün sellofan torbanı oradan götürdü. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb,özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə baxış keçirilərkən əlindəki, içərisində qurudulmuş marixuana olan həmin sellofan torba polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili işləyir. Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən 12 saylı orta məktəbin yanında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs əlində bir ədəd üzərində «yavrucak» yazısı yazılmış, sarı və qara rənglərdən ibarət sellofan torba, əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd mobil telefon, şalvarının sağ yan cibindən bir qutu siqareti, bir qutu kibrit və bir ədəd qara rəngli günəş əleyhinə eynək aşkar olundu. Təqsirləndirilən şəxs əlində olan olan sellofan açılarkən içərisində olan kütlə spesifik iyindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olundu. Sorğu-sual zamanı Elton Təqsirləndirilən şəxs sellofan torbanın içərisində maddə narkotik vasitə olan qurudulmuş marixuana olduğu onu Yevlax roayonu Qaraoğlan kəndinə balıq ovuna gedərkən, oradan çöllükdən yığdığını, daha sonra həmin marixuananı özü ilə Mingəçevir şəhərinə gətirdiyini, yaş olduğundan qurutması üçün yaşadıqları evin yanında olan qazanxanada sərərək qurutduğunu və özü istifadə etməsi üçün onları sellofana yığaraq orada gizlətdiyini bildirdi. Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 24-25-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs oğlunun əlində bir ədəd üzərinə “yavrucak” yazısı yazılmış ağ, sarı və qara rənglərdən ibarət sellofan torba, əynindəki qara rəngli idman şalvarının soç cibindən bir ədəd mobil telefon, şalvarının sağ yan cibindən bir qutu “Sabriniya” siqareti, bir qutu kibrit və bir ədəd qara rəngli günəş əleyhinə eynək aşkar edildi. Həmin sellofan açılarkən içərisində olan kütlə spesifik iyindən narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olundu. İşin 33-35-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/426 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik…” sözləri yazılmış sellofan torbanın içərisindəki, təmiz çəkisi-335,00 qram olan bitki mənşəli kütlə tərkibində narkoti maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -335,00 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-334,95 qram. İşin 100-cu vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 752 saylı xx xxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. İşin 93-cü vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş xx.xx.2020-ci il tarixli, 751 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2013-cü ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 335,00 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış və xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində 12 saylı orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq həmin saat 21:48 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əlində olan bir ədəd sellofan bükümündə təmiz çəkisi 335,00 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(051)-183/2017 saylı hökmündən və 70-71-ci vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Kərimov X3 şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2(iki) il müddətinə azadlıqdan məhtumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 19-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 334,95 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 334,95 qram narkotik vasitə –qurudulmuş marixuana məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-18/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-18/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver