Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-18/2022 08.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, vətən müharibəsində iştirak etmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəb 08 fevral 2022-ci il tarixdə saat 12:40-da açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 may 2017-ci il tarixdən hesablanmaqla 20.05.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq Quliyeva (Qasımova) Gövhər Həsən qızına ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2017-ci il tarixli, 2(051)-2995/2017 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin 09.09.2019-cu il tarixli, 3(051)-485/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, daha sonra həmin məhkəmənin 3(051)-241/2021 saylı, 21.01.2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə 500,00 manat məğləğində inzibati qaydada cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 19.09.2019-cu il, 08.10.2019-cu il, 06.05.2020-ci il, 08.06.2020-ci il, 23.07.2020-ci il, 07.08.2020-ci il, 07.09.2020-ci il, 10.09.2020-ci il, 05.01.2021-ci il, 13.01.2021-ci il, 02.02.2021-ci il, 08.02.2021-ci il və 15.02.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19.02.2021-ci il tarixədək 3490,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Quliyeva (Qasımova) Gövhər Həsən qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, X8 ilə 02 may 2013-cü il tarixdə faktiki nikah münasibətinə girərək ailə qurmuşlar. Nikahlarını isə 18 aprel 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 2014-cü il tarixdə Ümidcan adlı övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan pozulmuşdur. Ailə münasibətləri pozulduğuna görə Gövhər Qasımova məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2017-ci il tarixli, 2(051)-2995/2017 nömrəli qətnaməsinə əsasən 02 may 2017-ci il tarixdən hesablanmaqla 20.05.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində aliment ondan tutularaq Quliyeva (Qasımova) Gövhər Həsən qızına ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdi. Alimenti tam ödəyə bilmədiyinə və icra məmurunun qanuni tələblərinə tabe olmadığına görə Mingəçevir Şəhər Məhkəməsinin 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Təqdimat üzrə aliment borcu 3490,00 manat təşkil edir. Məşğulluq mərkəzi tərəfindən X14ndə 250,00 manat əmək haqqı olan sosial işçi işi təklif olunmuş, lakin əmək haqqı az olduğundan həmin işdən imtina etmişdir. Onun peşəsi beton ustası olmaqla o həmişə beton tökməklə məşğul olur və aylıq qazancı 200,00 manat təşkil edir. Hazırda Mingəçevir şəhər Günəşli massivində qonşusu Şükür adlı şəxsin evində beton tökməklə məşğuldur. Azərbaycan Respubliasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində iştirak etmişdir. Etdiyi əməldən peşmandır. Hazırda aliment borcundan 400 manat məbləğində ödəniş etmişdir. Məhkəmədən ona cəza təyin edərkən ifadəsində göstərdiyi halları nəzərə almasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 02.05.2013-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, nikahlarını rəsmi qaydada isə 18.04.2014-cü il tarixdə qeyd etdirmişlər. Onların nikahlarından 2014-cü ildə Ümidcan adlı 1 uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk aylardan xasiyyətləri uyğun gəlmirdi. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onu söyüb təhqir edirdi və döyürdü. 2016-cı ilin avqust ayından Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları kirayə olan evdən çıxaraq ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə günəmuzd olaraq ofisiant işləyirdi və ayda yaxşı qazancı olurdu. Uşağı ilə birlikdə ata evinə gedəndən sonra Təqsirləndirilən şəxs uşağının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə valideynlərinin maddi yardımı ilə uşağını saxlayırdı. Təqsirləndirilən şəxs dəfələrlə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq maddi köməklik etməsini bildirməyinə baxmayaraq uşağın saxlanması üçün heç bir yardım etməmişdir. Bundan sonra o Ümüdə qarşı məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2017-ci il tarixli, 2(051)-2995/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02.05.2017-ci il tarixdən hesablanmaqla 20.05.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 09.09.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 21.01.2021-ci il tarixdə həmin məhkəmənin inzibati qərarı ilə 500,00 manat inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərədə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 19.02.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 3490,00 manat borcunu ödəməmişdir. Sonradan məhkəmədə iş gedərkən aliment borcundan 400 manat məbləğində ödəniş etmişdir. Lakin o, borcunun tam ödənilməsini tələb edir. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o Mingəçevir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru vəzifəsində çalışır. Mingəçevir Şəhər Məhkəməsinin 11.09.2017-ci il tarixli, 2(051)-2995/2017 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 02.05.2017-ci il tarixdən hesablanmaqla 20.05.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Quliyeva (Qasımova) Gövhər Həsən qızına verilməlidir. Göstərilən icra vərəqəsi 25.09.2017-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Qanununun 8-ci maddəsinə rəhbər tutularaq 27.09.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək, tərəflərə göndərilmişdir. 29.08.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və borcu barədə xəbərdarlıq verilmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-485/2019 saylı 09.09.2019-cu il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Mingəçevir şəhər Məhkəməsinin 24.09.2019-cu il tarixli, 8(051)-150/2019 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Mingəçevir Şəhər Məhkəməsinin 21.01.2021-ci il tarixli, 3(051)-241/2021 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında inzibati cərimə olunmuşdur. İnzibati tənbehdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Materiallardan göründüyü kimi borclu Qasımov X6 Şəhər Məhkəməsinin 2(051)-2995/2017 saylı, 11.09.2017-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həmdə faktiki imkanlardan istifadə etmir. Onun əməlində qərəzlilik müşahidə olunur. Bundan başqa tələbkar X1 Şəhər İcra və Probasiya Çöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs aliment borcunu qərəzli şəkildə ödəməkdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb edilməsi barədə tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 02.05.2017-ci il tarixdən 16.02.2021-ci il tarixədək aliment borcundan cəmi 1010,00 manat ödəniş etmişdir. Hazırda 3490,00 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Mingəçevir şəhər icra və probasiya şöbəsinin rəisi Şahid2 ifadəsində icra məmuru Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş 19.02.2021-ci il tarixli cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən uzun müddətli fəsilələrlə müxtəlif vaxtlarda Ümüdcan Qasımovun saxlanılması üçün X5 icra dövründə cəmi 1010,00 manat məbləğində pul ödəniş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 20 Saylı Ərazi Məşğulluq Mərkəzinin 17 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09.09.2020-ci il tarixdə 20 Saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət etmişdir. Təqsirləndirilən şəxs “X14” MMC-də sosial işçi işi əmək haqqı 250,00 manat təklif olunmuş, lakin əmək haqqının onu qane etmədiyini bildirərək təklif olunan işdən imtina etmişdir. Cinayət işinin materiallarında olan 19.09.2019-cu il, 08.10.2019-cu il, 06.05.2020-ci il, 08.06.2020-ci il, 23.07.2020-ci il, 07.08.2020-ci il, 07.09.2020-ci il, 10.09.2020-ci il, 05.01.2021-ci il, 13.01.2021-ci il 02.02.2021-ci il, 08.02.2021-ci il və 05.02.2021-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Mingəçevir şəhər Məhkəməsinin 09.09.2019cu tarixli, 3(051)-485/2019 saylı və həmin məhkəmənin 21.01.2021-ci il tarixli, 3(051)- 241/2021 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Mingəçevir şəhər Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli, 2(051)-2995/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Yataqxana Kombinatı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə qonşular və ya müvafiq orqanlar tərəfindən onun barəsində yataqxana komendantlığına heç bir şikayət tərkibli rəsmi məlumat daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş AO seriyalı ******* №-li Hərbi Biletdən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs cinayət işi üzrə ümumi 3490 manat məbləğdə borcundan məhkəmə prosesində ondan 400 manat almışdır. Yuxarıda sadalanan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Qasımov X6 şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini və şahid ifadələrini dinləyib işə əlavə olunmuş sənədləri təhlil edib belə qənaətə gəlir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Beləliklə, məhkəmə sadalanan sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs aliment borcundan 400 manat məbləğində ödəniş etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf etməsi və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə baxışında CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları belə ki, aliment borcundan qismən ödəniş etməsini, vətən müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməsini və səmimi peşmanlığını habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və yaşını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan X7 azad edilməsi haqqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə saxlanıldığı Nərimanov RPİ-in X7 azad edilmişdir. Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək axtarışda olan şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə təqsirləndirilən şəxs X9 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspert xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci tarixədək 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və ekspert xərcləri yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-18/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-18/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver