Məhkəmə qərarları › İş №1(051)-180/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-180/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-180/2021 18.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs Abış oğlu xx.xx.1960-ci ildə Yevlax rayonu Tanrqullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri M.S.Ordubadi küçəsi ev 9-da yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Abış oğlu 22.09.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Mingəçevir şəhəri M.S.Ordubadi küçəsi 9 saylı evdə keçmiş baldızı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edərkən, sonuncuya «niyə mənim ailə işlərimə və şəxsi işlərimə qarışırsan» deyərək münaqişə yaratmaqla mətbəxdən götürdüyü döşəmə yuyan ağacla bir dəfə sonuncunun baş və sol əl nahiyəsinə vuraraq ona təpə nahiyyəsində hematoma və sol əlində qançırla nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan zərər və sol təpə nahiyyəsində yara ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər yetirmişdir. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Abış oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, baldızı Zərərçəkmiş şəxs onun ailə işlərinə müdaxilə edir və arvadı Sevili öyrədir, bu səbəbdən də arvadı Sevil ondan boşanmaq üçün Mingəçeir şəhər məhkəməsinə müraciət etmişdir. Baldızı Nərgiz hər gün onun yaşadığı evə gəlib onu narahat edir. 22.09.2021-ci il tarixdə saat 20.30 radələrində evə sərxoş vəziyyətdə gələn zaman baldızı Zərərçəkmiş şəxs yenə onların evində olduğunu gördü. Nərgiz ondan idarə etdiyi avtokranın harada olduğunu soruşdu. Onu sorğu-suala tutduğuna görə Nərgizə iradını bildirdi və mətbəxə keçdi. Bu zaman Nərgiz onun arxasından mətbəxə gəldi və onun ünvanına nalayiq söz işlətdi. O, da əsəbləşərək mətbəxdə olan döşəmə yuyan ağacı götürdü, həmin ağacla Zərərçəkmiş şəxs başına iki dəfə və qoluna bir dəfə vurdu. Əməlində peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 22.09.2021 -ci il tarixdə saat 19.30 radələrində bacısı Sevilgildə olan zaman Yavər sərxoş halda evə gəldiyi onu görən kimi üzünü turşutdu, Sevili təhqir etdi. Ona görə də Yavərə irad bildirdi ki, “Sən kişi deyilsən, niyə qadına qarşı belə hərəkətlər edirsən?” Yavər yaxşı elədiyini deyərək niyə onun ailə işinə qarışdığını irad tutdu. Yaranmış mübahisə zamanı gözləmədiyi halda Yavər döşəmə yuyan ağacla iki dəfə onun başına zərbə vurdu, əli ilə başından tutub özünü müdafiə edən zaman Yavərin 3-cü zərbəsinin onun sol əlinə dəydi. Sevil araya girib Yavəri sakitləşdirdi, digər otaqdan səsə gələn bacısı oğlu Xəzər gəlib ağacıatasının əlindən aldı və kənara atdı. Başı qanadığı, halı pisləşdi üçün Sevil DİN-in 102 xidmətinə zəng etdi. Təqsirləndirilən şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirdi ki, 22.09.2021-ci il tarixdə saat 19.30 radələrində bacısı Zərərçəkmiş şəxs onların evində olan zaman keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs sərxoş halda evə gəldi, bacısı Nərgiz Əlieyevanı evdə görüb hirsləndi. Bacısı Zərərçəkmiş şəxs Yavərin hərəkətlərinə dözməyib ona irad bildirib ‘;sən kişi deyilsən, niyə qadına qarşı belə hərəkətlər edirsən?” dedi. Yavər isə dedi ki,yaxşı eləyir. Niyə Nərgiz ailə işinə qarışır Mətbəxdə mübahisə baş verdi, Nərgiz mətbəxdən digər otağa keçmək istəyən zaman Yavər qəflətən döşəmə yuyan ağacı götürüb arxadan iki dəfə Nərgizin başına zərbə vurdu. Nərgiz qışqırıb əli ilə başını tutarkən 3-cü zərbənin onun sol əlinə dəydi. Nərgizin başının qanadığnı görüb araya girdi. Yavəri sakitləşdirməyə çalışdı, səsə oğlu Xəzər yanlarına gələrək döşəmə yuyan ağacını Yavərin əlindən alıb kənara atdı. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək, keçmiş əri Yavərin onun bacısı Nərgizi döyməsi barədə məlumat verdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 9-cu vərəqində olan məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 632 saylı rəyindən göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sol təpə nahiyyəsində yara, təpə nahiyyəsində hematoma və sol əlində qançır-küt əşyanın(alətin), o cümlədən pol ağacın təsirindən əmələ gələ bilərdi, yetirilmə müddətləri qərarda göstərilən 22.09.2021 -ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə təpə nahiyyəsində olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir, təpə nahiyyəsində hematoma və sol əlində qançır- sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Abış oğlu 22.09.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Mingəçevir şəhəri M.S.Ordubadi küçəsi 9 saylı evdə keçmiş baldızı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edərkən, sonuncuya «niyə mənim ailə işlərimə və şəxsi işlərimə qarışırsan» deyərək münaqişə yaratmaqla mətbəxdən götürdüyü döşəmə yuyan ağacla bir dəfə sonuncunun baş və sol əl nahiyəsinə vuraraq ona təpə nahiyyəsində hematoma və sol əlində qançırla nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan zərər və sol təpə nahiyyəsində yara ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər yetirmişdir. Bununla da əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şikayət verən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 35-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abış oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 37-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abış oğlu əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Abış oğlunun yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Abış oğluna cəza növünün təyin olunması məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar