Məhkəmə qərarları › İş №1(051)-181/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-181/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-181/2021 03.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin 17.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1 və 67.1ci maddələri ilə 01 il 08 ay azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, 23.11.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Mingəçevir şəhəri Z.Həsənova küçəsi ev 3 mənzil 28-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0.281 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 22.07.2021-ci il tarixdə saat 19:15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 8 saylı binanın qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bldirdi ki, 22.07.2021-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhəri, “Güllü bağ” adlanan ərazidən yerdən 1 ədəd siqaretin qızılı rəngli kağzına bükülmüş bükümü görüb götürdü. Açıb baxdıqda bükümün içində narkotik vasitə olduğunu bildi. O, narkotik vasitədən istifadə etdiyi üçün bükümün içərisindəki nakotik vasitə olan heroin olmasını iyindən və rəngindən tanıdı və bundan sonra ətrafa baxdı, heç kimin görmədiyinə əmin olduqdan sonra həmin bükümü özü istifadə etmək üçün əynindəki şalvarın sağ yan cibində qoyub gizlətdi. 22.07.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları onu Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 8 saylı binanın qarşısında saxlayaraq Mingəçevir ŞPŞ-yə gətirdilər. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ cibində siqaretin qızılı kağızına bükülmüş büküm aşkar edildi. Həmin büküm açıldıqda orada olan kütlənin narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən olundu. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22.07.2021-ci il tarixdə saat 19 radələrində o, Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 8 saylı binanın qarşısından piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etdilər. Bundan sonra Abdullayev X2 ŞPŞ-nə gətirildi və polis şöbəsinə vəkil dəvət olundu, vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan sağ yan cibindən bir ədəd “arqo” markalı siqaret qutusu, sol cibindən bir ədəd “prima” markalı siqaret qutusu, 3 ədəd bir manatlıq əskinaz, arxa sol cibindən 5 manatlıq və 1 manatlıq əskinas, sağ cibin yanında olan balaca cibindən bir ədəd gümüşü rəngli açılıb qatlanan cib bıçağı, bir ədəd kağız aşkar edildi. Sağ cibində aşkar olunan siqaret qutusuna baxış keçirərkən içərəsində siqaretin qızılı kağızına bükülmüş büküm aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 22.07.2021-ci il tarixdə təxminən günorta saatlarında Mingəçevir şəhəri, “Güllü bağ” adlanan ərazidə piyada keçən zaman yerdən tapdığını bildirdi. Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 29-30-cu vərəqlərində olan 22 iyul 2021-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd arqo markalı siqaret, sol cibindən bir ədəd prima markalı, siqaret qutusu, 3 ədəd bir manatlıq əskinas, arxa sol cibindən 5 manatlıq və bir manatlıq əskinas, sağ cibin yanında olan balaca cibindən bir ədəd gümüşü rəngli açılıb qatlanan cib bıçağı, bir ədəd kağız aşkar edildi. Onun sol cibində olan olan siqaret qutusu bağlı vəziyyətdə idi. Sağ cibində aşkar olunan siqaret qutusu isə açıq vəziyyətdə idi və həmin qutuya baxış keçirərkən içərisində siqaretin qızılı kağızına bükülmüş büküm aşkar edildi. Bükümü açdıqda içərisində kəskin iyli narkotik vasitəyə oxşar kütlə olması müəyyən edildi. İşin 41-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2021-ci il tarixli, 17/52 saylı rəyində göstərilir ki, üzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə narkotik.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0.281 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin ümumi çəkisi -0,281 qram, tədqiqata sərf edildihər obyekdən 0,050 qram, qalıq cəmi -0,231qram. İşin 101-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1093 saylı 13 sentyabr 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 79-cu vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 10.08.2021-ci il tarixli, 803 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21.12.2016-cı ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0.281 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 22.07.2021-ci il tarixdə saat 19:15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri M.Maqomayev küçəsi, 8 saylı binanın qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 112-114-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 17.07.2019-cu il tarixli, 1(051)-100/2019 saylı hökmündən və 80-81-ci vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abdullayev X2 şəhər məhkəməsinin 22.01.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə və 2600 manat cərimə cəzasına məhkum edilmiş, 27.03.2018-ci ldə Qaradağ rayon məhkəməsinin qərarı ilə 10.03.2015-ci il tarixli hökmdə AR CM-nin 177.2.4 maddəsi CM-nin 177.1-ci maddəsinə tövsif edilib, cərimə cəzsı 300 manata endirilib və qəti olaraq 03 il azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası təyin edilmiş, Abdullayev X2 şəhər Məhkəməsinin 17.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 177.1, 67.1-ci maddələri ilə 01 il 08 ay azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, 23.11.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İşə əlavə edilmiş 29 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, «8 noyabr –Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il Traixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs 300(üç yüz) manat cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsa cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 23-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 22 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,231 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, 22.07.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,231 qram heroin məhv edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar