Məhkəmə qərarları › İş №1(051)-187/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-187/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-187/2021 18.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir Şəhər Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1959-cıı ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi ev 14. mənzil 38-də qeydiyyatda olmaqla Mingəçevir şəhər Günəşli bağ massivi 5-ci küçə nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarət, altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 244.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə gəlir əldə etmək üçün 23 aprel 2021-ci il tarixdə saat 15 radələrində tanışı Şahid3 30 manat müqabilində fahişəliklə məşğul olan X5 ilə cinsi əlaqədə olması üçün yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi, 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evinin yataq otağını verib, bunun müqabilində Şahid3 10 manat pul almaqla əxlaqsız yuva təşkil etmişdir. Qeyd edilən cinayət əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1 -ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, həqiqətən qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 23.04.2021-ci il tarixdə təxminən saat 15 radələrində Goranboy rayonunda yaşayan tanıdığı Nicat adlı şəxs ona zəng edərək, cinsi əlaqədə olmaq üçün qız təşkil etməyini xahiş etmişdir. Belə ki, o, mütəmadi olaraq Nicatla telefonda danışdığına görə araları açıq olmuşdur. Həmin vaxt o, Nicata cinsi əlaqədə olmaq üçün qız təşkil edəcəyini demişdir. Bundan sonra o, şəhərdə yaşayan və pul müqabilində cinsi əlaqə üçün görüşən tanıdığı Nubara zəng etmiş və Nicatı da xəttə qoşmuşdur. Həmin vaxt Nubar nə qədər pul verə biləcəyini telefonda Nicatdan soruşmuş, Nicatda 2 dəfə cinsi əlaqədə olmaq müqabilində cəmi 30 manat pul verəcəyini bildirmiş, Nubar isə 5 manat da əlavə taksi pulu istəmiş, Nicat da onunla razılaşmışdır. Bu zaman o, evində görüşəcəklərinə görə Nicata 10 manat da ona pul verməli olduğunu bildirmiş, Nicat da yenə də etiraz etməyib razılıq vermişdir. Təxminən 30 dəqiqə sonra Nubar onun yaşadığı evə gəlmiş, Nubar gəldikdən 10 dəqiqə sonra Nicat da onun yaşadığı evə gəlmişdir. Nicat ona 10 manat, Nubara isə 35 manat pul vermişdir. Bundan sonra o, onlara cinsi əlaqədə olacaqları yataq otağını göstərmiş, özü isə çıxıb yaşadığı evin həyətində oturmuşdur. Təxminən 20 dəqiqə keçdikdən sonra, sonradan Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları onun yaşadığı evə daxil olmuşlar və o, artıq polisin onun nə işlə məşğul olmasından məlumatlı olduqlarını bildiyinə görə etiraz etməmiş və polisin evə daxil olmasına yazılı razılıq vermişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə daxil olmuşlar, Nicatla Nubarı cinsi əlaqədə olduqları yerdə aşkar edib videogörüntü ilə qeydə almışdılar. Sonra isə hər üçünü də Mingəçevir şəhər polis şöbəsinə dəvət etmişlər. O, etdiyi əməldən səmimi olaraq peşiman olduğunu bildirmişdir. O, Nubar Rzayevanı təxminən bir ay müddətdir ki, tanıyırmış. 2021 -ci ilin mart ayının sonlarında o, Nııbar Rzayeva ilə söhbət edən zaman, Nubar ona maddi vəziyyəti çox aşağı olduğunu, pul müqabilində cinsi əlaqədə olmaq istəyən şəxslər olacağa halda, o, cinsi əlaqədə ola biləcəyini bildirmişdir. Həmin vaxtdan Nubar Rzayevanın pul müqabilində cinsi əlaqədə olmağa razı olduğu yadında qalmışdır. O, Nubar Rzayevanı fahişəliyə cəlb etməmişdir. Belə ki, onun müştəri ilə cinsi əlaqədə olma qarşılığında hansı məbləğdə razılaşması onun üçün əhəmiyyət kəsb etməmiş, o, Nubarın cinsi əlaqədə olması qarşılığında aldığı puldan hissə tələb etməmiş, onu müştəriyə təqdim etməmiş, lakin Nubar Rzayevanın pul müqabilində cinsi əlaqədə olması üçün yer, yəni ev, otaq, çarpayı və sair ləvazimatlar təşkil etmiş və qarşılığında isə 10 manat pul almışdır. 23.04.2021-ci il tarixdə isə Nicat adlı şəxslə 10 manat pul müqabilində Nubar Rzayevanın onunla cinsi əlaqədə olması üçün yer təşkil etmişdir. Maddi təminatı zəif olduğu üçün o, evində pul müqabilində şəxslərin cinsi əlaqədə olması üçün yer təşkil etmək niyyətinə düşmüş, lakin onun evində Nicat və Nubar adlı şəxsin cinsi əlaqədə olmasından başqa, digər şəxslər olmamış, nə də o, başqa şəxslər üçün evində əxlaqsız yuva təşkil etməmişdir. O, daha əvvəllər öz yaşadığı mənzildə şəxslərin fahişəliklə məşğul olmasına yer təşkil etməmiş, bunun müqabilində pul almamışdır. Nubar Rzayevanın onun yaşadığı evdə Zaur adlı şəxslə cinsi əlaqədə olmasını yalan dediyini, onun həmin hadisə barədə məlumatının olmadığını və buna görə də ondan hər hansı pul almadığını bildirmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 1 il əvvəl keçmiş qonşusu Zaur adlı şəxsdən 50 manat borc pul almışdır. Lakin maddi vəziyyəti çətin olduğundan və pulu olmadığına görə borcunu qaytara bilməmişdir. 2021 -ci ilin mart ayının sonunda Zaurla şəhərdə görüşmüş, Zaur 50 manat borcunu qaytarmasını istəmiş, o isə pulu olmadığını demişdir. Həmin vaxt Zaur ondan xoşu gəldiyini və 50 manatın əvəzində onunla cinsi əlaqədə olmağı təklif etmiş, o da etiraz etməyərək razılaşmışdır. Bundan sonra Zaur onu Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan sonradan adının Sadəgül olduğunu bildiyi şəxsin yaşadığı evə aparmış və onlar həmin evdə cinsi əlaqədə olmuşdur. Həmin vaxt Sadəgül ona "nömrəni mənə ver əgər müştəri olsa, sənə görüşmək üçün zəng edərəm gələrsən" deyəndə, o da razılaşmış və nömrəsini ona vermişdir. 23.04.2021-ci il tarixdə təxminən saat 15-radələrində Sadəgül ona zəng edərək, bir nəfər tanışı olduğunu, onunla cinsə əlaqədə olmağı təklif etmiş və sonradan adının Nicat olduğunu bildiyi şəxsi xəttə qoşmuşdur. Bundan sonra o, Nicatla danışanda nə qədər pul verə biləcəyini soruşmuş, Nicatda 2 dəfə cinsi əlaqədə olmaq müqabilində cəmi 30 manat pul verəcəyini bildirmiş, bu zaman o, 5 manat da taksi pulu verməsini istəyəndə, Nicat etiraz etməyərək razılaşmışdır. Bu zaman Sadəgüldə evində görüşəcəklərinə görə Nicata 10 manat pul verməli olduğunu bildirmiş, Nicat da etiraz etməmişdir. Təxminən 30 dəqiqə sonra o, Sadəgülün yaşadığı evinə getmiş, 10 dəqiqə keçdikdən sonra Nicat da oraya gəlmişdir. Bundan sonra Nicat Sadəgülə 10 manat, ona isə 35 manat pul vermişdir. Sadəgül onların cinsi əlaqədə olacağı yataq otağını və çarpayını göstərmiş, özü isə yaşadığı evin həyətinə çıxmışdır. O, 10 dəqiqə ərzində Nicatla bir dəfə cinsi əlaqədə olmuş, daha sonra yuyunub yenidən yatağa qayıtmışlar. 20 dəqiqə keçdikdən sonra o, Nicatla 2-ci dəfə cinsi əlaqədə olmuşdur ki, bu zaman polis əməkdaşları videoçəkilişlə evə daxil olmuşlar. Həmin vaxt onları dəvət edib polis şöbəsinə aparmışlar. Maddi vəziyyəti zəif olduğundan dolanışığı aşağı səviyyədə olduğundan, Nicat adlı şəxs onunla mobil telefon vasitəsilə danışıb cinsi əlaqədə olmaq müqabilində pııl verəcəyini vəd etdikdə o, təklifi qəbul edərək razılaşmış, lakin daha əvvəllər fahişəliklə məşğul olmamışdır. O, cinsi əlaqədə olmaq müqabilində əldə etdiyi puldan Təqsirləndirilən şəxs pul verməmiş və ya pul verməyi vəd verməmiş, lakin cinsi əlaqədə olmaq üçün yer təşkil etdiyinə görə Təqsirləndirilən şəxs Nicat adlı şəxsdən 10 manat pul almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 23.04.2021ci il tarixdə Mingəçevir şəhər Günəşli Bağ massivi 5-ci küçədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə pul müqabilində şəxslərin cinsi əlaqədə olmaları üçün yer təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə 23.04.2021-ci il tarixdə saat 15 radələrində Şahid1 və Şahid2la birlikdə təxirəsalınmaz tədbir keçirilərək Mingəçevir şəhər Günəşli bağ massivi 5-ci küçə nömrəsiz evə yəni Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evin həyətinə daxil olduqda Təqsirləndirilən şəxs evin həyətində oturmuş vəziyyətdə görüb, onun evində əxlaqsız yuva təşkil olunması barədə daxil olmuş məlumatın yoxlanılmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək yazılı razılıq vermişdir. Bundan sonra onlar evin içərisinə daxil olan zaman adının sonradan Şahid3 və X5 olduğunu bildiyi şəxslərin evin içərisində otaqda cinsi əlaqədə olmaq üçün təşkil olunmuş yerdə olduqlarını görüb, həmin şəxslərdən nə baş verdiyini soruşduqda Nicat və Nübar həmin evdə yaşamadıqlarını və 10 manat pul müqabilində Təqsirləndirilən şəxs evində təşkil edilmiş yerdə cinsi əlaqədə olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsləri polis şöbəsinə dəvət edib gətirmişlər və bu barədə raportla məruzə etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da digər Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 Şöhrəddin oğlu xidməti vəzifəsinin icrası ilə bağlı məhkəmə iclasında iştirak edə bilməmişdir. Ona görə də məhkəmə Şahid1 Şöhrəddin oğlunun məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 Şöhrəddin oğlu da digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Ona görə də məhkəmə Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 4 il əvvəl Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs nömrəsini xatırlamadığı bir insan ona vermişdi. Həmin vaxtdan o, Sadəgüllə mütəmadi olaraq telefonda danışmağa başlamış və belə onların münasibətləri yaranmışdır. Söhbət əsnasında Sadəgül ona nə vaxt cinsi əlaqədə olmaq üçün qız lazım olanda, ona deyə biləcəyini bildirmişdir. Öz yaşadığı evinə cinsi əlaqədə olmaq üçün qız gətirə biləcəyini də demişdir. O, isə imkanı olanda xəbər edəcəyini bildirmişdir. 23.04.2021 -ci il tarixdə saat təxminən 15 radələrində o, Sadəgülə zəng edib ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmişdir. O da həll edəcəyini bildirmişdir. Bir qədər sonra Sadəgül ona zəng edib adının sonradan Nubar olduğunun bildiyi qadınla xəttə qoşmuşdur. Həmin vaxt Nubar nə qədər pul verəcəyini telefonda soruşduqda, o, da iki dəfə cinsi əlaqədə olmaq müqabilində cəmi 30 manat pul verəcəyini bildirmişdir. Bu zaman Nubar 5 manat da taksi pulu verməsini istəyəndə, o, etiraz etməmişdir. Ondan sonra Sadəgül də evində görüşəcəyinə görə ona 10 manat pul verməli olduğunu bildirmiş, o da etiraz etməmişdir. Təxminən 1 saat sonra o, Sadəgülün yaşadığı evə gələndə, Nubarın evdə olduğunun görmüşdür. Bu zaman o, Sadəgülə 10 manat Nubara isə 35 manat pul vermişdir. Sonra Sadəgül onlara cinsi əlaqədə olacaqları üçün yataq otağını və çarpayını göstərmişdir. (Özü isə yaşadığı evin həyətinə çıxmışdır. O, 10 dəqiqə ərzində Nubarla bir dəfə cinsi əlaqədə olımış, daha sonra yuyunub yenidən yatağa qayıtmışdır. 20 dəqiqə keçdikdən sonra o, Nubarla ikinci dəfə cinsi əlaqədə olarkən polis əməkdaşları videoçəkilişlə evə daxil olmuşlar. Həmin vaxt onları dəvət edərək polis şöbəsinə gətirmişlər. O, Təqsirləndirilən şəxs evində birinci dəfə idi ki, pul verərək qadınla cinsi əlaqədə olmuşdur. Daha əvvəllər bu hal baş verməmişdır. O, Təqsirləndirilən şəxs ünvanını mobil telefonla onunla danışaraq soruşub tapmışdır. O, Nubarla yataqda cinsi əlaqədə olarkən, Sadəgül Qıırbanovaya onunla cinsi əlaqədə olmağa yer təşkil etdiyi üçün verdiyi 10 manat puldan əlavə pul verəcəyinin soruşmuş, Nubar Rzayeva isə aldığı 30 manat puldan Sadəgül Qıırbanovaya heç bir hissə verməyəcəyini bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan 23.04.2021 -ci il tarixdə tərtib edilmişhadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görüniir ki, qeyd olunan evin həyətinə dəmir darvazadan daxil olunur, ev 1 mərtəbəli kürsülüdür, 1 zal və 2 otaqdan ibarətdir. Baxışda iştrak edən Təqsirləndirilən şəxs 23.04.2021-ci il tarixdə qazanc əldə etmək məqsədi ilə Şahid3 10 mana pul alıb onu öz evinin yataq otağındakı divanda tanışı Şahid5 ilə cinsi əlaqədə olmasına şərait yaratdığını birldirmiş və onların yataq otağında cinsi əlaqədə olduqları yeri göztərmişdir. Cinayət işi materiallarında olan 23.04.2021-ci tarixdə çəkilmiş CD-diskə baxış və götürülmə keçirilməsi haqqında protokoldan görünür ki, CD diskə baxış keçirilərkən 23.04.2021 -ci il tarixdə Mingəçevir ŞPŞ-nin CAB-nin ə/m. polis baş leytenantı Şahid1 və şəhər polis şöbəsinin digər əməkdaşları videoçəkilişlə Mingəçevir şəhəri Günəşli bağ massivi 5-ci küçədə yaşayan vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqdan sonra həmin şəxsin 1 mərtəbəli kürsülü evinə daxil olmuş, sonra isə evin yataq otağına daxil olanda Şahid3 ilə X4 cinsi, əlaqədə olduqları aşkar olunmuşdur. Cinayət işi materiallarında olan 23.04.2021-ci il tarixdə baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd (A********) seriya nömrəli 10 manatlıq və X3 götürülmüş 1 (bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq. 1 (bir) ədəd (A********) seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd (C********) seriya nömrəli 5 manatlıq pul əskinaslardan ibarət olan cəmi 45 manat (qırx beş) manat məbləğində nağd pul vəsaitləri maddi sübut kimi tanınmış və depozit hesabda saxlanılması, həmçinin Banka təhvil verilməsi üçün Mingəçevir ŞPŞ-nin maliyyə hissəsinə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədi ilə yaşadığı Mingəçevir şəhərı Günəşli bağ massivi 5-ci küçədə yerləşən nömrəsiz evdə X4 fahişəliklə məşğul olmasına yer təşkil etmiş və qarşılığında Şahid3 10 manat pul alaraq əxlaqsız yuvası təşkil etmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 244.1–ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aid edilmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.12-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq qadınlar, həmçinin həmin Qərarın 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə, həmçinin qeyd edir ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda müdafiə tərəfinin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktına əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 12.07.2021–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1959-cu il tarixdə doğulmuş və hazırda onun 62 yaşı tamam olmuşdur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət hesab edilməklə, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermədə ifadə olunan qəsdən törədilən cinayətdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cinayət törədərkən əldə etdiyi pul vəsaitləri istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlaklar kimi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və depozit hesabda saxlanılması, həmçinin Banka təhvil verilməsi üçün Mingəçevir ŞPŞ-nin maliyyə hissəsinə təhvil verilmiş, 1 (bir) ədəd (A********) seriya nömrəli 10 manatlıq və X3 götürülmüş 1 (bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq. 1 (bir) ədəd (A********) seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd (C********) seriya nömrəli 5 manatlıq pul əskinaslardan ibarət olan cəmi 45 manat (qırx beş) manat məbləğində nağd pul vəsaitləri dövlət nəfinə müsadirə edilməli və dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, üzrə maddi sübut kimi tanınmış, lakin əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar müəyyən edilmədi. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1–ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və depozit hesabda saxlanılması, həmçinin Banka təhvil verilməsi üçün Mingəçevir ŞPŞ-nin maliyyə hissəsinə təhvil verilmiş, 1 (bir) ədəd (A********) seriya nömrəli 10 manatlıq və X3 götürülmüş 1 (bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq. 1 (bir) ədəd (A********) seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd (C********) seriya nömrəli 5 manatlıq pul əskinaslardan ibarət olan cəmi 45 manat (qırx beş) manat məbləğində nağd pul vəsaitləri məcburi qaydada dövlət nəfinə müsadirə edilərək dövlət büdcəsinə keçirilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar