Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-188/2022 25.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət vermiş X1 iştirakı ilə X1 X4 və X3 qarşı xüsusi ittiham qaydasında şikayətinə baxaraq Müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayət verərək X4 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 296-cı maddələri ilə cəzalandırılmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazrılıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.3 və 293.3.4-cü maddələrinə görə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Lakin S.Qəribov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə qanunun bu tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2 və 302.2.3maddələrində göstərilir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəlləsinin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilən əsasən və Azərbyacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1, 302.1.3, 302.2.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 gün müddətində apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-188/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-188/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver