Məhkəmə qərarları › İş №1(051)-189/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-189/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-189/2021 27.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Hüseynov Müsaqif Səfər oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri Təbriz küçəsi ev 11 mənzil 33-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 29, 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin may ayının əvəllərində saat 11 radələrində Mingəçevir şəhəri, Tərəvəzçilik savxozu ünvansız fərdi yaşayış evində yaşayan babası X2 həyətindən Zərərçəkmiş şəxs2 məxsus 1ədəd 12 manat dəyərində taxometr cihazı, 1 ədəd 12 manat dəyərində manometr cihazı, 80 metr 240 manat dəyərində 32-lik mis naqil, 1 ədəd uzunluğu 20 metr olan 20 manat dəyərində, “Nurhan Kablo 2x2,5mm” markalı elektrik uzadıcı, 1 ədəd 40 manat dəyərində 40 litrlik alüminum qazan və 3 ədəd hər birinin qiyməti 3 manat, ümumilikdə 9 manat dəyərində 19, 22, 24 nömrəli hər birindən bir ədəd olan açarları gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 333 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12.05.2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Samux küçəsində Zümrüd şadlıq sarayının yaxınlığında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21011” markalı ** BF *** dövlət qeydiyat nişanlı avtomobildən 1 ədəd 110 ( yüz on) manat dəyərində “Fovard” markalı 60 amperlik, 12 voltluq akumlyatoru gizli olaraq talayıb, zərər çəkmiş şəxs Elnur Suxayzadəyə 110 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06 iyul 2021-ci il il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri S.Vurğun küçəsi ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs3 əlində olan çantasını ələ keçirtmək məqsədi ilə onu güdərək, zərərçəkmiş şəxs Mingəçevir şəhəri S.Vurğun küçəsi 7 saylı binanın yan tərəfində keçərkən ətrafda heç kimin olmadığına əmin olduqdan sonra arxadan ona yaxınlaşıb sonuncunun sol əlində olan çantanı dartıb Zərərçəkmiş şəxs3 məxsus içərisində 1702 manat pul olan 20 manat dəyərində çantanı ələ keçirdib binların arası ilə qaçan zaman X9 idarə etdiyi **-LF- *** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə onun yanından keçib qarşısını kəsib avtomobildən enib onun əlində olan “Jaymir” markalı çantanı tələb etməsi nəticəsində o, yaşayış binanın qarşısında olduğundan və zərərçəkmiş şəxsin səs-küy salmasından qorxub əlindəki “Jaymir” markalı çantanı Füzuli Cəbiyevə verib iradəsindən aslılı olmayan səbədən cinayət əməlini, yəni Zərərçəkmiş şəxs3 çantasını açıq yolla talayaraq soyğunçuluq əməlini başa çatdıra bilməmiş və bununlada soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, tək yaşadığına görə arada Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda ünvansız fərdi yaşayış evində yaşayan babası X2 yaşadığı evə gedib onunla birgə qalırdı. Zərərçəkmiş şəxs2 Qəzənəfər oğlu babası Qardaşxan Həsənovun qaynı oğludur. 2021-ci ilin may ayında o, babasının yaşadığı fərdi yaşayış evinə gedən zaman evin həyətində olan tut ağacının altında mis materialından olan elektrik naqilləri və 1 ədəd aliminium qazanın olduğunu gördü. O, babası ilə söhbət edən zaman həmin elektrik naqillərinin və qazanın Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildi. Onun maddi durumu yaxşı olmadığından pula ehtiyacı olduğu üçün həmin elektrik naqillərini və 1 ədəd qazanı oğurlayıb satmaq qərarına gəldi. 2021-ci ilin may ayının əvvələrində saat 12 radələrdinə o həmin elektrik naqilini və 1 ədəd qazanı götürüb avtobusa mindi və Mingəçevir şəhəri, Samux küçəsində metalların qəbulu ilə məşğul olan Füzuli adlı şəxsin yanına getdi. O, mis elektrik naqilini Füzuliyə 80 manat satdı. Lakin 1 ədəd aliminium qazanı isə Mingəçevir şəhəri Samux küçəsində mettalların qəbulu ilə məşğul olan Mahir adlı şəxsə 8 manata satdı. Əldə etdiyi qazancı isə öz şəxsi xərcləri üçün xərclədi. Bundan başqa 12.05.2021-ci il tarixdə saat 11 radələrində o, yaşadığı evdən çıxıb Mingəçevir şəhəri Samux küçəsində yaşayan xalasıgilə getmək üçün yoldan keçən tanımadığı taksiyə minib həmin ünvana yollandı. Samux küçəsində yerləşən “Zümrüd” şadlıq sarayının yanında keçən zaman taksidən düşdü və piyada gedərkən “Zümrüd” şadlıq sarayının yanında qırmızı rəngli “VAZ 21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığını gördü. Həmin vaxt onun pula ehtiyacı var idi və o, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşdı. Həmin vaxt avtomobilin kapotunu qaldıran kimi kapot çox rahatlıqla açıldı, bundan sonra o, avtomobilin akkumlyatorunu oradan çıxartdı. Akkumlyatoru Samux küçəsində metalların qəbulu ilə məşğul olan Füzuli adlı şəxs 16 manata satdı. 06.07.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi ev 11 mənzil 33-dən çıxdı və piyada avtobus dayanacağına tərəf gəldi. Avtobus dayanacağına avtobusa minib Mingəçevir şəhəri “Unibank” yaxınlığında avtobusudan düşdü və “Unibank” yaxınlığında bir qədər piyada gəzdikdən sonra bankın yaxınlığında parkda oturdu. Maddi durumu yaxşı olmadığından cibində pulu yox idi və pul ehtiyac var idi. Bu zaman yanından bir nəfər əlində çanta olan bir qadın keçdi. Həmin qadın yanından keçən zaman tanımadığı şəxslər həmin qadına “salam həkim” deyərək salam verdilər. O, həmin qadının həkim olduğunu və çantasında pul olduğunu düşünüb həmin qadının çantasını ələ keçirtmək məqsədi ilə onun arxasınca piyada düşdü. Həmin qadın park bir qədər getdikdən sonra Mingəçevir şəhər Polis Şöbəsi tərəfdən Mingəçevir şəhər Dram teatr istiqamətinə dönərək piyada getməyə başladı. O, təxminən 7-8 metr məsafə ilə həmin qadının arxasınca gedirdi və münasib vaxt gözləyirdi ki, qadının çantasını ələ keçirsin. Qadın Dram teatr istiqamətində təxminən 150 metr getdikdən sonra sağa binaların qarşısına tərəf döndü. O, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra arxadan həmin qadına cəld yaxınlaşıb qadının əlində olan çantasını dartıb qaçaraq geri istiqamətdə qaçmağa başladı. Geriyə binaların arası ilə qaçdıqdan sonra arxadan tünd göy rəngli “Mercedes” markalı avtomobil yanından keçib onun qarşısını kəsdi. Avtomobilin sükan arxasından bir nəfər şəxs avtomobildən düşüb onun qarşısını kəsərək ”çantanı mənə ver” dedi, o isə günorta vaxtı olduğundan və binanın qarşısına insanların toplaşacağından qorxaraq çantanı sakitcə həmin şəxsə verib oradan uzaqlaşdı. Arxasınca heç kimin gəlmədiyinə əmin olduqdan sonra binaların arası ilə piyada gedib Mingəçevir şəhəri Heydər Əliyev adına olan park yaxınlığında avtobusa mindi, daha sonra isə yaşadığı evə getdi. Axşam saatlarından o, evdə olan zaman polis əməkdaşları onun yaşadığı mənzilə gəldi və Zərərçəkmiş şəxs3 qarşı soyğunçuluq etməkdə şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O, polis əməkdaşları ilə birlikdə Mingəçevir polis şöbəsinə gəldi. Polis şöbəsində hərəkətini etiraf etdi. Əməlində peşimandır. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxılması mümkündür. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Pepsi firmasında bələdçi vəzifəsində işləyir. İşə özünə məxsus “VAZ 21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gedib gəlir. O, avtomobilin akkumlyatoru zəiflədiyindən 12.05.2021-ci il tarixdə səhər saat 09 radələrində işə gedən zaman Mingəçevir şəhəri, avtomobil ehtiyyat hissələri satılan yerdən avtomobil üçün bir ədəd “Forvard” markalı 60 amperlik, 12 voltluq yeni akumlyatoru 150 manata almış və avtomobilinə qoymuşdur. Bundan sonra o, özünə məxsus “VAZ 21011” markalı avtomobil ilə Samux küçəsində yerləşən işlədiyi Pepsi şirkətinin qarşısna getmişdir. Həmin şirkət “Zümrüd” şadlıq sarayının yaxınlığında yerləşirdi və o avtomobilini orada saxlayırdı. O, avtomobilini saxladıqdan sonra yük avtomobilinə əyləşmiş və digər işçilər ilə birlikdə şəhər ərazisində həmin şirkətin məhsullarını mağazalara paylamışlar. Həmin günü yəni, 12.05.2021-ci il tarixdə saat 16:30 radələrində o, işlədiyi şirkətin qarşısına gələn zaman avtomobilinin “kapotu”nun açıq olduğunu və avtomobilə yaxınlaşb kapotu qaldıran zaman avtomobilə həmin günü aldığı Forvard markalı akumlyatorun oğurlandığını görmüşdür. Bundan sonra o, Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus “VAZ 21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin matorxanasında yerləşən, 150 manata aldığı Forvard markalı 60 amperlik, 12 voltluq akumlyatorun oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 08.05.2021-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat verərək ona məxsus əşyaların oğurlanmasını bildirmişdir. Bundan başqa 11.05.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə təkrar ərizə ilə müraciət edərək ona məxsus əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Məlumat və ərizə ilə bağlı bildirmişdir ki,onun özünə məxsus təmir alətləri və sökülmüş kabelləri var idi. O, həmin əşyaları Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda yaşayan qohumu X5 məxsus fərdi yaşayış evinin həytətində saxlayırdı. 08 may 2021-ci il tarixdə saat 14 radələrində o, həmin əşyaları götürmək üçün Qardaşxanın yaşadığı Mingəçevir şəhəri , Tərəvəzçilik sovxozunda yerləşən fərdi yaşayış evinə gəldi. Lakin əşyaları götürmək istəyən zaman həmin əşyaların yerində olmadığnı gördü və bu barədə Qardaşxandan maraqlanan zaman qohumu Qardaşxan əşyaları görmədiyini, onun yaşadığı evə isə yalnız nəvəsi, Təqsirləndirilən şəxs gəlib-getdiyini dedi. O, Ramilə telefonla zəng vurdu, lakin Ramil mobil telefona cavab vermədi. Bu səbəbdən o, əsəbiləşib AR DİN-nin 102 xidmətinə zəng edərək təmir alətlərinin və bir neçə əşyamın oğurlanması barədə məlumat vermişdir. Bir qədər sonra Ramil onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman əşyaları gətirb təhvil verəcəyini demişdir. Bu səbəbdən də o Ramilə inandı və qohumluqlarını nəzərə alaraq təkrarən DİN-in 102 xidmətinə zəng etdi, əşyalarını tapmağı barədə məlumat verərək şikayətçi olmadığımı demişdir. Aradan 3 gün keçsə də Ramil əşyalarını gətrirməmiş, ona görə də o məcbur olub yenidən Mingəçevir ŞPŞ-yə gəlmiş və ona məxsus monoimetr, texometr və s. əşyalarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə ərizə yazmışdır. Həmçinin o verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ona məxsus usta alətlərini- taxometri, monometri, 80 metr uzunluğunda mis kabeli, 19, 22, 24 nömrəli açarları, uzadıcı kabeli (udinitel), bir ədəd aliminium qazanı oğurlandığını bildirmiş və ona məxsus əşyaların ümumi qiymətinin 350-400 manat təşkil etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxs Həsənov Ramin Vidadi oğlundan heç bir şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 06.07.2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus 1000 ABŞ dollarını manata dəyişmək məqsədi ilə yaşadığı evdən çıxıb Mingəçevir şəhərində yerləşən “Xalq Bank”a getmiş, bankda 1000 ABŞ dollarını 1697 manata dəyişdikdən sonra həmin pulu çantasına qoyub, bankdan çıxıb piyada Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Mingəçvir şəhəri H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazara parkın içi ilə getmişdir. Mərkəzi bazar ilə yolun əks istiqamətində yerləşən yeraltı keçiddə ayyaqqabı təmiri sexinə verdiyi ayyaqqabını götürmüşdü. Sonra yolun əks istiqamətində yerləşən bazara keçib meyvə tərəvəz almış, meyvə tərəvəz alan zamanda 1697 manat pulu çantasından çıxartmamışdır. Meyvə və tərəvəz aldıqdan sonra onun çantasında 1697 manat bankda dəyişdiyi pul və 5 ədəd manatlıq pul var idi. sonra yenidən yolun əks istiqamətinə keçib parkın içi ilə yaşadığı evə tərəf piyada gedirdi. Həmin vaxtı əlində meyvə tərəvəz aldığı zənbil və sol əlində isə içərisində ümumilikdə 1702 manat pul olan çantası var idi. Parkın içi ilə Mingəçevir şəhər Polis Şöbəsinə yaxınlaşdıqdan sonra Mingəçevir şəhəri Dram Teatrı istiqamətdə, yəni S.Vurğun küçəsi ilə piyada getməyə başlamışdır. Təxminən, 150-200 metr getdikdən sonra saat 12 radələrində yaşadığı Mingəçevir şəhəri S.Vurğun küçəsi 7 saylı bina tərəfə, yəni sağ tərəfə dönmüşdür. Gündüz vaxtı isti olduğundan küçədə heç kim yox idi. Bu zaman anidən olaraq tanımadığı şəxs arxadan onun sol əlində olan çantasını dartıb qaçmışdır. O, həmin şəxsin qaraşın və hündürboylu olduğunu, ağkofta, qara şalvar geyindiyini görmüşdür. Həmin şəxs çantanı aldıqdan sonra geri çevrilib binaların arası istiqamətində qaçmağa başlamışdır. Bu zaman o, səs küy salaraq həmin şəxsin arxasınca düşmüş, həmin şəxs düz istiqamətdə gedib sağa tərəf binaların arasına qaçmışdır. O, yaşı çox olduğu üçün asta qaçaraq sağa tərəf binların arasına dönən zaman təxminən 50-60 metr qabaqda çantanın yerdə olduğunu, həmin şəxsin isə orada olmadığını görmüşdür. O, gəlib çantasını yerdən götürüb içərisinə baxdıqda 5 manat və ayrıca qoyduğu 1697 manat pulun yerində olduğunu, çantasından heç bir əşyanın oğurlanmadığını görmüşdür. Bundan sonra o, qorxmuş və yaşadığı evə geri dönmüş və evdə ilk olaraq oğluna zəng vurub məlumat vermişdir. Daha sonra oğlu gəlmiş və onlar AR DİN-nin 102 xidmətinə məlumat vermişlər. Təqsirləndirilən şəxs ona məxsus çantanı dartıb qaçan zaman ona heç bir xəsarət yetrimədiyini, hadisə baş verən zaman küçədə heç kim olmadığını bildirmişdir.Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Şahid4 oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-də CAB-in əməliyyat müvəkkili işləyir. 11.05.2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Hüseynov X1 ŞPŞnə ərizə ilə müraciət edərək 08.05.2021-ci il tarixdə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozunda X3 məxsus fərdi yaşayış evinin həyətindən ona məxsus kabel, taxometr, manometr, usta açarları, qazan və elektrik daşıyıcılarının Təqsirləndirilən şəxs tərəfindən oğrulanmasını bildirdi. Bundan başqa 12.05.2021-ci il tarixdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 13, mənzil 35-də yaşayan Surxayzadə X7 ŞPŞ-nə ərizə ilə müraciət edərək 12.05.2021-ci il tarixdə Mingəçevir şəhəri, Samux küçəsi, “Zümrüd” şadlıq sarayının qarşısında saxladığı ona məxsus “VAZ 21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir ədəd akkumlyatorun oğurlanmasını bildirdi. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 məxsus alətləri və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd akkumlyatoru ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edildi. 12.05.2021-ci il tarixdə o və Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən Həsənov X8 şəhəri H.Əliyev prospekti ilə piyada gedən zaman saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirildi. Digər şahidlər, polis əməkdaşları Şahid1, Şahid3 da məhkəmə iclasında Şahid4 ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs əməli digər şahid, Mingəçevir şəhər PŞ İTB-nin sahə rəisi Şahid2 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 2-cild 29-32-ci vərəqlərində olan əmtəşünaslıq ekspertizasının 29.09.2021-ci il tarixli 9/6523 nömrəli rəyində göstərilir ki, 2021-ci ilin may ayına ortabazar qiyməti 1 ədəd taxometrin qiyməti 12 manat, 1 ədəd manometrin qiyməti 12 manat, 80 metr 32-lik mis naqilin qiyməti 240 manat, uzunluğu 20 metr olan “Nurhan Kablo 2x2,5mm” markalı elektrik uadıcının qiyməti 20 manat,1 ədəd 40 litrlik alüminum qazanın qiyməti 40 manat, 3 ədəd 19. 22, 24 nömrəli açarların qiyməti 9 manat və 1 ədəd 60 amperlik, 12 voltluq “Forvard” markalı akkumlyatrou qiyməti isə 110 manat müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq (akkumlyator istifadə olunmamış vəziyyətdə) 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə mtəxminən 443 manat müəyyən edilir. İşin 2-cild 33-35-ci vərəqlərində olan əmtəşünaslıq ekspertizasının 29.09.2021-ci il tarixli 9/6869 nömrəli rəyində göstərilir ki, 1 ədəd “Jaymir” markalı boz rəngli dəri materialından olan qadın çantasının orta istismar müddəti və orta bazar intensicvliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 20 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin may ayının əvəllərində saat 11 radələrində Mingəçevir şəhəri, Tərəvəzçilik savxozu ünvansız fərdi yaşayış evində yaşayan babası X2 həyətindən Zərərçəkmiş şəxs2 məxsus 1ədəd 12 manat dəyərində taxometr cihazı, 1 ədəd 12 manat dəyərində manometr cihazı, 80 metr 240 manat dəyərində 32-lik mis naqil, 1 ədəd uzunluğu 20 metr olan 20 manat dəyərində, “Nurhan Kablo 2x2,5mm” markalı elektrik uzadıcı, 1 ədəd 40 manat dəyərində 40 litrlik alüminum qazan,və 3 ədəd hər birinin qiyməti 3 manat, ümumilikdə 9 manat dəyərində 19, 22, 24 nömrəli hər birindən bir ədəd olan açarları gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 333 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 12.05.2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Samux küçəsində Zümrüd şadlıq sarayının yaxınlığında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21011” markalı ** BF *** dövlət qeydiyat nişanlı avtomobildən 1 ədəd 110 ( yüz on) manat dəyərində “Fovard” markalı 60 amperlik, 12 voltluq akumlyatoru gizli olaraq talayıb, zərər çəkmiş şəxs Elnur Suxayzadəyə 110 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 06 iyul 2021-ci il il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri S.Vurğun küçəsi ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs3 əlində olan çantasını ələ keçirtmək məqsədi ilə onu güdərək, zərərçəkmiş şəxs Mingəçevir şəhəri S.Vurğun küçəsi 7 saylı binanın yan tərəfində keçərkən ətrafda heç kimin olmadığına əmin olduqdan sonra arxadan ona yaxınlaşıb sonuncunun sol əlində olan çantanı dartıb Zərərçəkmiş şəxs3 məxsus içərisində 1702 manat pul olan 20 manat dəyərində çantanı ələ keçirdib binların arası ilə qaçan zaman X9 idarə etdiyi **-LF- *** d.q.n-li Mercedes markalı avtomobil onun yanından keçib qarşısını kəsib avtomobildən enib onun əlində olan “Jaymir” markalı çantanı tələb etməsi nəticəsində o, yaşayış binanın qarşısında olduğundan və zərərçəkmiş şəxsin səs küy salmasından qorxub əlindəki “Jaymir” markalı çantanı Füzuli Cəbiyevə verib iradəsindən aslılı olmayan səbədən cinayət əməlini yəni Zərərçəkmiş şəxs3 çantasını açıq yolla talayaraq soyğunçuluq əməlini başa çatdıra bilməmiş və bununlada soyğunçuluq etməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 177.2.2 və 29, 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 29, 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 1-cild 185-187-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 1(051)-120/2019 saylı hökmündən və 204-205-ci vərəqlərində tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı Cəzaçəkmə Müəssəsindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. İşin 1-ci cild 98-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-cild 109-110-cu vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 14 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. 12 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. İşin 1-ci cild 33-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 06 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 1-180-182-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 08.07.2021-ci il tarixli, 4(051)-87/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 06.07.2021-ci ildən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, 06 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd Jaymir markalı dəri çanta və 1 ədəd 60 amperlik, 12 voltluq Forvard markalı akkumlyatorun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki tələb yoxdur. Vəkil X11 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29, 180.2.2-ci maddələri ilə təqsirli bilinsin. CM-nin 177.2.2-ci maddəsi ilə 2(iki) il 6(altı) ay müddətinə, CM-nin 29, 180.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdən 14.05.2021-ci ilə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, 06.07.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd Jaymir markalı dəri çanta və 1 ədəd 60 amperlik, 12 voltluq Forvard markalı akkumlyatorun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Vəkil X11 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar