Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-19/2021 03.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Havarlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, hazırda ünvan 1 mənzil 162 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs onun 2016-cı ildə Rusiya Federasiyasında yerləşən A.A.Yejenski adına Dövlət Aqrar Universitetindən aldığı diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyini yalandan vəd verib aldadaraq sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 2019-cu ilin iyun ayının əvvəllərində Mingəçevir şəhəri, AzDres qəsəbəsində yerləşən çayxanada 700 manat, daha sonra 2019-cu ilin iyun ayının ortalarında yenidən Mingəçevir şəhəri, AzDres qəsəbəsində yerləşən çayxanada 800 manat, bundan başqa 2019-cu ilin iyun ayının axırında yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 31 saylı binanın arxa tərəfində 300 manat, 2019-cu ilin iyul ayının əvvəllərində yenidən Mingəçevir şəhəri, AzDres qəsəbəsində yerləşən çayxanada 200 manat, sonuncu dəfə 2019-cu ilin iyul ayının 29-da Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketin qarşısında 1500 manat olmaqla ümumilikdə 3500 manat məbləğdə pulunu alıb etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən cinayət əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şahid1 1996-cı ildən tanıyır. Belə ki, həmin dövrdə onlar birlikdə Mingəçevir şəhəri İES-da işləmiş, həmin vaxtdan onların münasibətləri yaranmış və yaxın dostuq etmişlər. O, Çingizin kirayə yaşadığı evində təmir işləri görmüşdür. Həmin ev Yevlax rayonu Salahlı kənd sakini Zərərçəkmiş şəxs məxsusdur. Çingiz 2019-cu ilin iyun ayında ona bildirmişdir ki, evinin sahibi olan Rahib universiteti Rusiya FR-da bitirib, lakin işə qəbul olunması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi həmin diplomu tanımalıdır, lakin Təhsil Nazirliyi diplomu təsdiq etməyib. Söhbət əsnasında o, Çingizə demişdir ki, onun Bakı şəhərində Təhsil Nazirliyində vəzifədə işləyən adamı var, həmin adamla danışar və həmin adam məsələni həll edər. Bundan bir neçə gün sonra o, Çingiz və Rahib Mingəçevir şəhərində, AzDres qəsəbəsində yerləşən çayxanaların birində görüşmüşlər. O, Rahibə tanışı olduğunu, işi həll edə biləcəyini, bunun üçün 2000 (iki min) pul lazım olduğunu demiş, Rahib də onunla razılaşaraq özünün diplomonu ona vermişdir. Bundan bir neçə gün sonra yəni, 2019-cu ilin iyun ayının əvvəllərində o, Rahibə zəng etmiş və bu işdən ötrü pul lazım olduğunu demişdir. Rahib də həmin gün Mingəçevir şəhərinə, AzDres qəsəbəsində, klubun yaxınlığında görüşmüş və 700 manat ona pul vermişdir. Bundan bir neçə gün sonra yenidən Rahibə zəng etmiş və Rahib yenidən AzDres qəsəbəsinə gələrək, orada çayxananın qarşısında ona 800 manat pul vermişdir. Daha sonra isə təxminən beş gün sonra Rahibə zəng etmiş və Rahibi Mingəçevir şəhərinə çağırmışdır. Rahib Mingəçevir şəhərinə gəlmiş və o, Rahibə narahat olmamağını, işinin həll edildiyini, pul gətiribgətirmədiyini soruşmuş, Rahib isə pul gətirmədiyini demişdir. Bundan sonra Rahibə 300 manat pul gətirməyini demiş, təxminən bir saat sonra Rahib yaşadığı binanın qarşısına gəlmişdir. O, azyaşlı qızını həyətə Rahibin yanma göndərmiş, özü isə aynəbənddən onlara baxmışdır. O, Rahibə qızın onun qızı olduğunu demiş Rahib 300 manat pulu onun qızna vermiş, qızı isə gətirib pulu ona vermişdir. Bundan bir neçə gün sonra o, yenidən Rahibə zəng etmiş və qalan 200 manatı da istəmişdir. Rahib yenidən AzDres qəsəbəsinə gəlmiş və ona 200 manat pul vermişdir. Bundan sonra o, Rahibə zəng edərək sənədinin dekabr ayında hazır olacağını, ancaq sentyabr ayında hazırlanmasını istəyirsə, 1500 manat pul verməsini, həmin pulu Təhsil Nazirliyinə göndərəcəyini demişdir. 2019-cu ilin iyul ayının 29-da Rahib dayısı ilə Mingəçevir şəhərinə, AzDres qəsəbəsinə gəlmiş, ona zəng etmişdir. Onlar birlikdə AzDres qəsəbəsində “Qədiroğlu” marketin qarşısında görüşmüş və orada 1500 manat pulu Rahib ona vermişdir. O isə həmin pulu tanışı olan Elnur adlı şəxsin hesabına yükləmiş və yalandan Rahibə guya pulu Bakı şəhərinə Təhsil Nazirliyində işləyən şəxsin hesabına yüklədiyini demişdir. Həmin vaxt onun Tural adlı şəxsə 1500 manat borcu olmuşdur. 1500 manat pulu Elnura məxsus karta yükləməyini isə ona Tural demişdir. 2019-cu ilin sentyabr ayında Rahib ona zəng etmiş və sənədin niyə gecikməsini soruşmuşdur. O isə Rahibə işin düzələcəyini, səbrli olmasını demişdir. Bundan sonra mütəmadi olaraq Rahib ona zənglər etməyə başlamış, o da hər dəfə müxtəlif bəhanələrlə Rahibi aldatmışdır. 2020-ci ilin yanvar ayında isə onlar birlikdə Çingizin evində görüşmüş, o, Rahibin sənədlərini özünə qaytarmış və Rahibə işin alınmadığını, pulunu da tez bir vaxtda qaytaracağını demişdir. Ancaq pulu olmadığı üçün pulunu geri qaytara bilməmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Rusiya FR-da yaşadıqları üçün 2012-ci ildə Rusiya FR-nın İrkutsk vilayətində yerləşən A.A.Yejevski adına Dövlət X1 fakültəsinə daxil olmuş və 2016-cı ildə həmin universiteti bitirmişdir. Həmin il o, Azərbaycan Respublikasına geri qayıtmış və diplomunu təsdiq edilməsi üçün Təhsil Nazirliyinə müraciət etmiş, daha sonra isə orada keçirilən müsabiqədən keçə bilmədiyi üçün diplomu tanınmamış və təsdiq olunmamışdır. Onun Mingəçevir şəhərində yerləşən evimdə kirayişin qalan Çingiz 2019-cu ilin iyun ayında ona Ruslan adlı şəxsi tanıdığını, Ruslanın ona köməklik edə biləcəyini, çox yerdə tanışları olduğunu, diplomunu həmin tanışlarının əli ilə təsdiqlədə biləcəyini demişdir. Onların bu söhbətdən təxminən 5 gün sonra onlar birlikdə AzDres qəsəbəsində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxslə görüşmüşlər. O, olanları Ruslana danışmış, Ruslan isə ona bu işlər onluq olduğunu, əlində diplom təsdiqlətməyin asan bir iş olduğunu, ancaq bunun üçün pul lazım olduğunu demişdir. O, Ruslandan məbləğin nə qədər olmasını soruşduqda, Ruslan ona 2000 (iki min) manata pula həll etmək olacağını demişdir. O da Ruslanla razılaşmış və diplomu ilə bərabər bütün sənədlərini Ruslana vermişdir. Onların bu danışıqlarından beş gün sonra o, ilk dəfə Mingəçevir şəhər AzDres qəsəbəsində yerləşən xəstəxananın qarşısında olan çayxanada Ruslanla görüşmüş və Ruslana 700 manat pul vermişdir. Həmin vaxt onlar tək olmuşlar. O, Ruslana qalan pulu da hissə-hissə ödəyəcəyini demiş, Ruslan da onunla razılaşmışdır. Onların bu söhbətindən təxminən yeddi gün sonra Ruslan ona zəng etmiş və Bakıya işlə bağlı göndərmək üçün 800 manat pul lazım olduğunu demişdir. O, Ruslana birinci dəfə pulu verdiyi çayxanaya getmiş və Ruslana zəng edərək Ruslanı çöldə gözlədiyini demişdir. Ruslan da yanına gəlmiş və O, Ruslana 800 manat pul vermişdir. Həmin vaxt onlar tək olmuşlar. Sonra o, çıxıb getmişdir. Təxminən dörd gün sonra Ruslan yenidən ona zəng etmiş və onu Mingəçevir şəhərinə çağırmış və ona heç bir problem olmadığını, hər şeyin həll olunduğunu demiş, ondan bacardığı qədər pul gətirməsini istəmişdir. O, Salahlı kəndinə qayıtmış, təxminən bir saat sonra Mingəçevir şəhərinə gələrək Ruslana zəng etmiş və Ruslandan harada olmasını soruşmuşdur. Ruslan isə ona evində olmasını demişdir. Ruslan ona yaşadığı evi tərif etmiş və o həmin yataqxana binasını tapmışdır. Ruslan binanın 5-ci mərtəbəsindən, aynəbənddən baxmış və ona qızını göndərəcəyini, pulu qızına verməyini demişdir. Təxminən 15 yaşlarında olan bir qız uşağı həyətə düşüb onun yanma gəlmiş, Ruslan aynəbənddən ona həmin qızın onun qızı olduğunu, pulu həmin qıza verməyini demişdir. O da 300 manat pulu Ruslanın qızına vermişdir. Bu söhbətdən beş gün sonra Ruslan yenidən ona zəng etmiş və pulun qalanını, yəni iki yüz manatı ondan istəmişdir və o da Mingəçevir şəhərinə, AzDres qəsəbəsinə gəlib çayxananın yanında Ruslanla görüşmüş və iki yüz manatı Ruslana vermişdir. Ruslan ona 2019-cu ilin dekabr ayında sənədin tam hazır olacağını demişdir. 2019-cu ilin iyul ayının axırlarında Ruslan ona zəng edərək əgər sənədin sentyabr ayında düzəlməsini istəyirsə, 1500 manat əlavə pul gətirməyini, pulu Bakı şəhərinə göndərəcəyini və işin tez həll olunacağını demişdir. O da razılaşmış və iyul ayının 29-da Mingəçevir şəhərinə gələrək AzDres qəsəbəsində yerləşən “Qədiroğlu” marketin yanında Ruslanla görüşmüşdür. Həmin vaxt hal-hazırda Rusiya FR-da olan X5 da onun yanında olmuşdur. Onlar birlikdə Ruslanla görüşmüş, Ruslan ondan 1500 manat pulu almış və marketdə yerləşən MilliÖn terminalı vasitəsi ilə 16186425 seriya nömrəli şəxsiyyət vəsiqəsinin adına həmin 1500 manat pulu vurmuş və həmin çeki o, özü ilə götürmüşdür. Bundan sonra həmin marketin qarşısında Ruslan kağız parçasına ondan cəmi 3500 manat pul almasını yazmış və özü öz imzasını çəkmiş, həmin kağızı isə o, özü ilə götürmüşdür. Onlar 2020-ci ilin yanvar ayına kimi gözləmiş, lakin Ruslandan bir xəbər çıxmamışdır. O, Ruslana tez-tez zənglər etmiş, Ruslan ona müxtəlif bəhanələr gətirərək, işini düzəldəcəyini, əks halda pulunu geri qaytaracağını bildirmişdir. Yanvar ayında Ruslan onunla Çingizin kirayişin yaşadığı evində görüşmüş, görüş zamanı Ruslan onun sənədlərini qaytarmış və işi düzəldə bilmədiyini, aldığı pulu yaxın günlərdə geri verəcəyini bildirmişdir. Ancaq Ruslan ondan aldığı pulu geri qaytarmamışdır. İşə məhkəmədə baxılan zaman Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, kirayə yaşadığı mənzil Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs isə 2004-cü ilin noyabr ayından tanıyır. 2019-cu ilin yay aylarında kirayişin yaşadığı evin su boruları deşilib qonşunun evini batırdığına görə və bazar günü olduğu, MİS-də işçi olmadığından Ruslan ev təmiri işləri gördüyü üçün, o, Ruslana evində santexnik işləri görməsini demişdir. Ruslan da səhər onun yaşadığı evə gəlib işləri görmüşdür. Həmin gün saat təxminən 11 radələrində evinin sahibi Rahibin atası Baxış, qaynı Səmədlə birlikdə həmin evə gəlmiş, həmin vaxt Ruslan onlarda iş görürmüş. Onlar birlikdə oturub çay içmişlər. Ruslan da onlara qoşulmuş və onlarla birlikdə çay içmişdir. Söhbət əsnasında Ruslan Rahibin atası Baxışla qohum çıxmışdır. Daha sonra Baxış ona oğlu Rahibin Rusiya FR-da universitet bitirib gəldiyini, lakin diplomu Azərbaycan Respublikasında tanınmadığını, buna görə ona bir neçə dəfə müraciət etdiyini, ona kömək etməsini demişdir. O isə elə işlərə əli girmədiyini bildirmişdir. Bu zaman Ruslan bir tanışı olduğunu, bu işi düzəldə biləcəyini, Ruslana bir müddət vaxt vermələrini, həmin adamla maraqlanmağını və Baxışa bu barədə deyəcəyini bildirmişdir. Bundan sonra Ruslanla Baxış bir-birilərinin əlaqə nömrəsini götürmüşlər. Daha sonra Baxış gil çıxıb getmişlər. 2020-ci ilin iyul ayında Rahib ona zəng edərək onunla görüşmək istədiyini demişdir. O, Rahibə Mingəçevir şəhərində, AzDres qəsəbəsində klubun yanında çayxanada olduğunu demişdir. Bir qədər sonra Rahib, Rahibin anası və babası onun yanma gəlmişlər. Onlar ondan Ruslanı çağırmağını, Ruslanla telefon vasitəsilə danışdıqlarını demişlər. O bundan sonra Ruslanı oraya çağırmışdır. Ruslan oraya gəlmişdir. O, onların söhbətlərindən başa düşmüşdür ki, Ruslan onlara Rahibin diplomunu təsdiqlədəcəyini deyib. Rahib Ruslandan bu iş üçün nə qədər pul lazım olduğunu soruşduqda Ruslan əvvəlcə Rahibin sənədlərini Bakı şəhərinə aparmalı olduğunu demişdir. Ruslan həmçinin diplom təsdiqlənəndən sonra Rahibin praktikaya gedəcəyini də demişdir. Ruslan bu iş üçün ümumilikdə 2500 manat pul lazım olduğunu demişdir. Rahib də bununla razılaşmışdır. Bundan sonra onun başı qarışıq olduğu üçün bu söhbətdən nə əlaqəsi, nə də məlumatı olmamışdır. 2020-ci ilin fevral ayında Rahibin telefonu ilə Rahibin anası ona zəng etmiş və onunla beş dəqiqəlik Ruslanla birlikdə görüşmək istədiklərini demiş və yerini soruşmuşlar. O, Rahibin anasına Mingəçevir şəhərində, AzDres qəsəbəsində klubun yanında çayxanada olduğunu demişdir. Bundan sonra Rahib, anası və Ruslan onun yanma gəlmişdir. Orada olarkən Rahibin anası ona Ruslanın onların işini düzəltmədiyini və pullarını qaytarmadığını demişdir. Bundan sonra Ruslan and içirək Novruz bayramının axırına kimi Rahibin diplomunu təsdiqlədəcəyini ya da pullarını qaytaracağını demişdir. O da Ruslana ya Rahibin diplomunu təsdiqlətməyini, ya da pullarını verməyini demişdir. Bundan sonra Ruslan and içməyə başlamış və mart ayının sonuna kimi həll edəcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onun Ruslanla yaxın münasibəti vardır. Belə ki, Ruslanın atası və onun atası qohumdurlar. Ruslanın ona 1500 manat borcu olmuşdur. Həmin borcu Ruslan ondan xatırlamadığı vaxtda almışdır. 2019-cu ilin iyul ayında o, Ruslandan ondan aldığı borcu geri qaytarmasını tələb etmişdir. Ruslan isə yaxın vaxtda pulu qaytaracağını demişdir. 2019- cu ilin iyul ayının 29-da Ruslan ona zəng edərək Ruslana kart nömrəsi verməyini, pulu həmin karta göndərəcəyini demişdir. O isə özünə məxsus kartı olmadığını, dostu Elnurun kart nömrəsini Ruslana göndərəcəyini demişdir. Ruslan razılaşmışdır. O bundan sonra Elnurun mobil telefon nömrəsini Ruslana vermişdir. Həmçinin bu barədə Elnuru da məlumatlandırmışdır. Bir qədər sonra Elnur ona zəng edərək Ruslanın Elnurun kartına pulu göndərdiyini bildirmişdir. O həmin gün Elnurla görüşərək Elnurdan 1500 manat pulu götürmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nəvəsidir. Nəvəsi Rahib RF-da ali təhsil almışdır. Lakin diplomunu təsdiq etdirə bilmirmiş. O, evdə gedən söhbətlərdən Ruslan adlı şəxsin Rahibin diplomunu təsdiqlədəcəyini vəd verərək Rahibdən pul aldığını eşitmişdir. O buna görə Ruslanla görüşüb söhbət etmək qərarına gəlmişdir. 2019-cu ilin yay aylarında o, nəvəsi Rahib və gəlini Zəminə Mingəçevir şəhərinə gedərək orada Ruslanla görüşmüşlər. O, Ruslandan nəvəsi Rahibin işinin necə olacağını soruşmuşdur. Ruslan isə ona narahat olmamağmı, işin düzələcəyini bildirmişdir. O bundan sonra Ruslanı görməmişdir. O, sonradan bilmişdir ki, Rahib Ruslana diplomunu təsdiq etdirmək üçün 3500 manat pul vermiş, lakin Ruslan vədinə əməl etməyərək nəvəsinin diplomunu təsdiqlətməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs onların evində kirayədə yaşayan Çingiz adlı şəxsin vasitəsilə tanımışdır. Çingiz onların Mingəçevir şəhərində aldıqları evdə kirayədə yaşayırmış. Onlar 2019-cu ilin fevral ayında Çingiz və ailəsini qonaq çağırmışlar. Söhbət əsnasında onlar Çingizə Rahibin RF-da təhsil aldığını, diplomunu təsdiqlətmək istədiklərini demişlər. 2019-cu ilin may ayında Rahib evə gələrək Mingəçevir şəhərində Çingizlə görüşdüyünü, X6 tanış etdiyini, Ruslanın diplomunu təsdiq etdirmək üçün 2000 manat pul istədiyini demişdir. O və həyat yoldaşı Baxış razılaşmışlar. Bundan sonra Rahib 2019-cu ilin yay aylarında Ruslana hissə-hissə ümumilikdə 3500 manat pul vermişdir. 2019-cu ilin yay aylarında o, Rahib və qaynatası Rəşid Mingəçevir şəhərinə gedərək orada Ruslanla görüşmüşlər. X4 Rahibin işinin necə olacağını soruşmuş, Ruslan isə narahat olmamalarını, işin düzələcəyini bildirmişdir. O bundan sonra Ruslanı görməmişdir. Lakin Ruslan vədinə əməl etməyərək Rahibi diplomunu təsdiqlətməmiş və onlardan aldığı pulu geri qaytarmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilsə də, onun gətirilməsi mümkün olmadığı üçün məhkəmə istintaqında iştirak etməmiş Şahid2 ərizə ünvanlayaraq məhkəmə iclasına üzrlü səbəbdən gələ bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid2 məhkəmə istintaqda elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid3 göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi kağıza və qəbzə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs sonuncu 1500 manat pul alarkən sonuncuya öz xətti ilə yazılmış qəbz vermiş, həmin qəbzdə “Əliyev X3 Rahib Baxış oğlu diplomu təsdiq eləmək üçün 3500 manat pul vermişdi. Söz verirəm ki sentyabr 15-də diplomu təsdiq edib verəcəm. Heç bir problem olmayacaq” sözlərini yazmış və Təqsirləndirilən şəxs qəbzi imlamamışdır. Bundan başqa baxış protrokolundan görünür ki, baxış zamanı xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Qədiroğlu” marketdəki “Milliön” ödəniş terminalı vasitəsilə **********01618708 saylı hesab nömrəsinə 1500 manat pul köçürülməsi müəyyən olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat məbləğdə pulunu alıb etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək ona 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.1–ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqında, həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət hesab edilməklə, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən yazılmış və məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 168 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1– ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 168 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-19/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-19/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver