Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-19/2022 11.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi - Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 50/2, mənzil 14-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yaşayan, barəsində 31.05.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair və xx.xx.2003-cü ildə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 50/2, mənzil 14-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yaşayan, 27.10.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Tağıyev X7 bağ massivi 7-ci küçədə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin may ayının əvvəllərində arvadı Şahid2 arasında, sonuncunun Zərərçəkmiş şəxs1 ünvanına bir sıra xoşagəlməz sözlər və şaiyələr yaydığı, habelə arvadı Şahid2 Zərərçəkmiş şəxs1 boşqab verərkən ona «dəli şeysən birdən sındırarsan» kimi ifadələr işlətməsi nəticəsində Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə onun ailəsi arasında narazılıq və şəxsi ədavətə çevrilən münasibətlər yarandıqdan və getdikcə ailələr arasında artan gərginlikdən sonra, 15.05.2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs1 və onun ilə üzvləri arasında baş verən qarşılıqlı dava-dalaş zamanı sonuncular tərəfindən oğlu Təqsirləndirilən şəxs2 qarın nahiyəsinin yaba ilə deşilməsi barədə digər oğlu Uğur Tağıyevin ona mobil telefonla məlumat verməsindən sonra, ilkin olaraq oğluna yetirilən xəsarətin ağır olmasını zənn edib, ona xəsarət yetirən Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərindən qisas almaq məqsədi ilə həmin vaxt tanışı Şahid4 ilə birlikdə olduqları Güllü bağ dairəsinin yaxınlığında yerləşən Şirniyyat dükanından yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yerləşən evinin qarşısına gəlib, orada bir qədər əvvəl dava-dalaşın baş verməsini anlayıb, oğlu Təqsirləndirilən şəxs2 həmin ərazidə görmədiyinə görə onun həqiqətən də ağır yaralandığını düşünərək ilkin olaraq qarşısına çıxan Zərərçəkmiş şəxs2 və atası Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək əlində saxladığı istintaqa məlum olmayan küt alətlə ilkin olaraq Zərərçəkmiş şəxs2 sifət və baş nahiyələrinə, habelə əl və ayaq zərbələri ilə sol qabırğa nahiyəsinə, yumruqla Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif, o cümlədən sağ qabırğa nahiyəsinə çoxsaylı zərbələr endirib Zərərçəkmiş şəxs2 hər iki gözlərin alt qapaqlarında qançırlar, alın nayihəsində yara və təpə nayihəsində hematoma sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aid və sol 11-12-ci qabırğaların qapalı sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 isə sağ dirsək oynağında, sağ diz oynağında, sol diz oynağında sıyrıqlar, sağ almacıq nayihəsində və döş qəfəsinin ön səthində qançırlar dərəcəsi təyin edilməyən və sağ 5-ci qabırğasının yerdəyişən sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik xəsarətlər yetirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlıqların uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlıqlarına az ağır zərər vurmuşdur. Qeyd edilən cinayət əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Eyni zamanda Tağıyev X4 şəhəri, Günəşli bağ massivi 7-ci küçədə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin may ayının əvvəllərində anası Şahid2 arasında, sonuncunun Zərərçəkmiş şəxs1 ünvanına bir sıra xoşagəlməz sözlər və şaiyələr yaydığı, habelə anası Şahid2 Zərərçəkmiş şəxs1 boşqab verərkən ona «dəli şeysən birdən sındırarsan» kimi ifadələr işlətməsi səbəbindən, Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə onun ailəsi arasında narazılıq və şəxsi ədavətə çevrilən münasibətlər yarandıqdan və getdikcə ailələr arasında artan gərginlikdən sonra, o, 15.05.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə dayandığı zaman Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 ilə rastlaşdıqda ictimai yer sayılan küçədə bir-birilərinə qarşı olan ədavət və narazılıqla bağlı mübahisə etməyə başlamış, bir-birilərinin ünvanına nalayiq və təhqiredici kəlmələr işlədib, ilkin olaraq şəxsi münasibətlər zəminində başlayan və getdikcə qızışan mübahisənin gedişatında sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, ətrafa toplaşan qonşular Şahid5, Şahid7, təsadüfən hadisə yerindən keçən X5 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə münasibətdə laqeydlik və etinasızlıq nümayiş etdirib, özünü onların fövqündə qoymaqla və ümumi qəbul edilmiş birgəyaşayış və etik davranış qaydalarını, habelə ətrafda yaşayan şəxslərin dincliyini pozaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə əlbə-yaxa olarkən onların ünvanına söyüş və təhqiredici kəlmələrdən istifadə etməyə davam etmiş, aralarında baş verən və davam edən dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 istintaqa məlum olmayan küt alətlə onun üzərinə hücum çəkib, həmin alətlə qarın nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, o, Zərərçəkmiş şəxs1 əlində saxladığı həmin aləti əli ilə tutaraq, ondan almağa çalışmış və sonuncu ilə dartışdığı zaman, onu itələyib yerə yıxaraq bədəninin sağ aşağı ətraf yerdə fiksə olunmaqla öz oxu ətrafında fırlanması və sağ ayağının burxulması nəticəsində ona sağ incik sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ aşıq baldır oynağı sümüklərinin açıq sınıqları, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan hərəkətlərə yol verdikdən sonra, bununla kifayətlənməyərək istintaqa məlum olmayan silah qismində istifadə etdiyi küt alətlə zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərini davam etdirib aldığı xəsarətin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs1 üzərinə gedib əlindəki küt alətlə, habelə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək ona burun sümüyünün sınığı və sağ gicgah nayihəsində yara və hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığına yüngül zərər vurmaya aid, həmçinin hər iki gözlərinin alt qapaqlarının qançırları, sol qulaq seyvanında yara, sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində sıyrıqlar, sol bazuda, sol dirsək oynağında və sağ çiyin qurşağının ön səthində qançırlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan və bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik xəsarətlər yetirib, ictimai qaydanın pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliklə müşayiət olunan hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi istintaqa məlum olmayan küt alətlə, habelə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 da çoxsaylı zərbələr endirməklə sonuncuya sol bazu nayihəsində, döş qəfəsinin ön səthində, qasıq nayihəsində, sağ budunda, sağ baldırında, sol baldırında qançırlar sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdən pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə silah qismində istifadə etdiyi küt aləti tətbiq etməklə xüsusilə qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə məxsus fərdi yaşayış evi onun bağ evi ilə qonşuluqda yerləşir, Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri həmin evdə daimi yaşamasalar da, hərdən gəlib qalmışlar. Qonşu olaraq münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Uzun müddətdir ki, Zərərçəkmiş şəxs1 həyat yoldaşından faktiki ayrılaraq ata evinə gəlib və azyaşlı övladı ilə birlikdə onunla qonşuluqda yerləşən evdə qalmışdır. Münaqişə baş verməzdən əvvəl təxminən bir həftə müddət ərzində Zeynəb ilə həyat yoldaşı Günel arasında narazılıq yaranmışdır. Həmçinin digər qonşularla da Zeynəb həmçinin onun anası, atası və bacısı ilə mübahisə narazılıqlar yaranmışdır. Səbəb isə qadınlar arasında olan söz-söhbətlərdir, həmin söz-söhbətlər ona məlum deyil. Hadisədən 4 gün əvvəldən Zeynəb və ailə üzvləri daha da aqressivləşərək onun evinin həyətinə daş ataraq onu və ailə üzvlərini nalayiq formada təhqir etmişlər. O, da onlarla aralarında yarana biləcək hər hansı münaqişənin qarşısını qabaqcadan almaq məqsədilə həyətin küçəyə açılan darvazasını bağlamış və gediş-gəliş üçün 6-cı küçəyə açılan əlavə qapıdan istifadə etmişdir. Həmçinin dəfələrlə Zeynəb və anası Sürəyya onun arvadını hədələmiş, sonunda qanlı dava olacağını bildirmişdir. Qonşuluqda yaşayan Ceyran adlı qadın isə Zeynəb və anasına səs-küy yaratdıqlarına irad bildirdikdə Ceyrana hücum edərək onunla dalaşmış, həmin mübahisə ilə bağlı polis şöbəsində araşdırma aparılmışdır. 15.05.2021-ci il tarixdə saat 11 radələrində Zeynəb və ailə üzvləri qonşuluqda yaşayan Mətanət adlı şəxslə heç bir əsas olmadan mübahisə etmişlər. Həmin məsələ də polis şöbəsində araşdırılmışdır. Həmin gün axşam saatlarında Zeynəbin yaşadığı evdə nişan məclisi başa çatdıqdan sonra təxminən saat 21 radələrində oğlu Tural evə gələrkən küçədə Zeynəb bacısı Şəbnəm, anası Sürəyya və atası Yaqubla rastlaşmışdır. Yaqubdan başqa Zeynəb, Şəbnəm və onların anası Sürəyyə Turalın və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Oğlu Tural öz növbəsində söyüş söyən Zeynəb və ailə üzvlərini mobil telefon vasitəsilə videoları çəkmişdir. Ünvanına söyüş söyülən zaman oğlu Tural səbr nümayiş etdirərək onların sakitləşməsini gözləmişdir. Təxminən 15-20 dəqiqə ərzində həmin şəxslər onun yaşadığı evin qarşısında söyüşləri davam etdirdikdə Tural da onlara cavab qaytarmış, həmin vaxt Yaqub, Zeynəb, Şəbnəm və Zərərçəkmiş şəxs2 küçədə oğlu Turalın üzərinə hücum çəkmiş, həmin vaxt Zeynəbin əlində yaba, Şəbnəmin əlində isə pol taxtası olmuşdur. Onlar qarşılıqlı olaraq bir-biriləri ilə əlbəyaxa olmuşlar, daha sonra oğlu Turalın qarın nayihəsində xəsarətlə evin həyətinə hasardan daxil olduğunu görən digər oğlu Uğur qorxaraq dərhal ona zəng edib, telefonda Turalın qarnını yaba ilə cırıq-cırıq etdiklərini və tiz bir zamanda oraya gəlməsini ona demişdir. Həmin məqamadək olanları daha sonradan oğlu Turaldan öyrənmiş və qeyd edilənlərin birbaşa şahidi olmamışdır. O, oğlu Uğurun telefon zəngindən sonra dərhal yaşadığı evə idarə etdiyi avtomobillə gəlmiş, oraya çatdıqda küçədə təxminən 10 nəfər şəxsin toplaşdığını görmüşdür. Həmin vaxt oğlu Turalı görə bilməmiş, çöldə olan qonşusu Yaqub və onun ailə üzvlərinə yaxınlaşmışdır. Həmin vaxt Yaqub küçədə evlərinin qarşısında dayanmış, Zeynəb yerdə oturmuş vəziyyətdə, Sürəyya və Şəbnəm ayaqüstə Zeynəbin yaxınlığında dayanmışlar. Onlara yaxınlaşıb nə baş verməsini soruşanda Sürəyya ona yaxınlaşaraq oğlu Turalın onları döydüyünü deyib, ona əl ataraq, cırmaqlamışdır. Sürəyya yaşlı olduğu üçün onu vurmamış, lakin onu özündən itələmişdir. Həmin vaxt Şəbnəm onun köynəyini dartıb cırmaq istədikdə sillə ilə Şəbnəmi sifətindən bir dəfə vurmuşdur. Həmin vaxt oğlu Tural evdən küçəyə çıxdıqda onun qarnında olan xəsarətlərin bir o qədər də ciddi olmadığını görmüş, belə ki, qarın nayihəsinin bir o qədər də cırılmadığını, görüb, Yaqubun boğazından tutaraq sonuncuya «yekə kişisən, dörd nəfər əlinizdə yaba taxta ilə nə üçün məktəbli oğlumun üstünə düşmüsüz» sözlərini ona demişdir. Həmin vaxt arxadan atası Yaşa onu vuraraq aralıya çəkmişdir. Bundan sonra sakitləşərək yaşadığı evin həyətinə keçmişdir. Təxminən 1-2 dəqiqə sonra polis əməkdaşları oraya gəlmişdir. Belə ki, ona oğlu Uğur digər oğlu Turalın qarın nayihəsinə yaba ilə xəsarət yetirildiyni dedikdə o, bu haqda dərhal polis şöbəsinin növbətçi hissəsində hadisə və onun yeri barədə məlumat verərək polis əməkdaşlarının hadisə yerinə gəlməsini xahiş etmişdir. Hadisə vaxtı Şəbnəmi sillə ilə vursa da, onun anası Sürəyyanı itələsə də, habelə sonuncunun əri Yaqubun yaxasından və paltarından tutsa da, hadisə vaxtı əlində dəmir parçası olmamış, dəmir parçası ilə Zeynəbi vurmamışdır. Hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs1 yerdə oturmuş vəziyyətdə olduğunu görmüşdür. Onu ümumiyyətlə vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Oğlu Uğur ona zəng edib digər oğlu Turala yaba ilə qarın nayihəsinə xəsarət yetirilməsini dedikdə yanında dostu Ruslan olmuş, lakin sonuncu hadisə yerinə onunla birlikdə getməmişdir. Ola bilsin ki, Ruslan münaqişə baş verdiyi yerə sonradan gəlmiş, polis əməkdaşları gəldikdən təxminən 2 dəqiqə sonra hadisə başa çatmışdır. Ola bilsin ki, digər tanışı Duman hadisə barədə məlumat aldıqdan sonra oraya gəlmiş, lakin Duman dava-dalaşda iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 Duman tərəfindən təhqir olunması, sonuncu tərəfindən guya ki, “bunları zorlayın” deməsi barədə dedikləri yalandır. Oğlu Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 dalaşmasının bilavasitə şahidi olmamış, buna görə də onun Zərərçəkmiş şəxs2 qasıq nayihəsində və sol və sağ baldır nayihəsindən aldığı xəsarətlərin yaranma mexanizmi barədə məlumatı yoxdur. Hadisə yerinə gəldikdə Zeynəb yerdə oturmuş vəziyyədə olmuş və ayağa qalxa bilməmişdir. Zeynəbin hansı şəraitdə ayağının sınmasını bilmir. Zərərçəkmiş şəxs1 ilə təkcə oğlu Tural dalaşmış, Zərərçəkmiş şəxs1 ola bilsin ki, oğlu Tural ilə dava zamanı ayağı burxularaq sınmış və xəsarət almışdır. Zərərçəkmiş şəxs1 nə ayağına nə də sifət nayihəsinə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs2 ilə oğlu Turaldan başqa heç kim dalaşmamışdır. Onun özünə gəldikdə isə o, Zərərçəkmiş şəxs2 vurmamış, sadəcə olaraq onu özündən aralamaq üçün itələmişdir. Lakin amnistiya aktının təsir dairəsinə daxil olduğundan cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini təxminən bir il müddətdir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 və ailə üzvlərinə məxsus fərdi yaşayış evi onlarla qonşuluqda yerləşir. Əvvəllər münasibətləri normal olub, aralarında münaqişə ədavətləri və ya düşmənçilik münasibətləri olmamışdır. Uzun müddətdir Zərərçəkmiş şəxs1 ailə üzvləri Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən evlərində qalır, Zərərçəkmiş şəxs1 isə azyaşlı övladı ilə birlikdə onlarla qonşuluqda yerləşən bağ evində qalır. Zeynəb və ya onun ailə üzvləri ilə onun arasında narazılıq əvvəllər olmasa da, anası Günel ilə Zeynəb arasında mübahisə yaranmış və dava-dalaş baş verən günədək təxminən bir həftə müddət ərzində həmin mübahisə səbəbiylə onunla Zeynəbin arasında da narazılıq yaranmışdır. Zeynəb mütəmadi olaraq onu və ailə üzvlərini təhqir etmişdir. 15.05.2021-ci il tarixdə saat 21 radələrində o, yaşadığı evə gəlmiş, evin qarşısında qaz turbasının üstündə əyləşmişdir. Həmin vaxt Yaqub, onun arvadı Sürəyya, habelə qızları Zeynəb ilə Şəbnəm küçədə onların yaşadığı evin qarşısında dayanıb onun və ailə üzvlərinin ünvanına söyüşlər işlətmişlər. Bir müddət səbr edib onlara cavab verməmiş, lakin Zeynəbin və onun ailə üzvlərinin söyüşləri davam etdiyindən onlara cavab verərək «Söydükləriniz özünüzə getsin» sözlərini onlara demişdir. Zərərçəkmiş şəxs1 həyətə keçib əlində sapının uzunluğu 1,5-2 metr olan, 4-5 ədəd dişi olan yaba ilə küçəyə çıxıb, həmin yaba ilə onun üzərinə gəlmiş, ondan qaçmağa cəhd etməmiş, belə ki, qaçdığı halda Zeynəbin onun arxasınca yabanı atacağını və ona xəsarət yetirmə ehtimalını düşünmüşdür. Lakin buna baxmayaraq Zeynəb əlindəki yaba ilə onun sinə nayihəsinə vurmağa cəhd etmiş, ilk cəhdində yaba onun sağ döş qəfəsini sıyıraraq keçmiş, ikinci cəhdində isə Zeynəb yaba ilə onun qarın nayihəsini deşmək məqsədilə zərbə vurduqda o, bir əli ilə yabanın dəmirindən, digər əli ilə sapından tutmuşdur. Yabanı əlindən buraxmayıb tək əli ilə yabanı saxlamışdır ki, Zeynəb təkrar zərbə yetirə bilməsin, digər əli ilə də Şəbnəm, Sürəyya və Yaqubun onun üzərinə gəlmələrinin qarşısını almağa cəhd etmişdir. Şəbnəmin əlində təxminən uzunluğu 1,5 metr olan pol taxtası olmuş, həmin pol taxtası ilə Şəbnəm onu başından iki dəfə vurmağa cəhd etsə də hər iki zərbə onun sol ciyin nayihəsindən dəymişdir. İkinci zərbə zamanı pol taxtası sınmışdır. Eyni zamanda Yaqub təpiklə bir dəfə qarın nayihəsindən vurmuş, yumruqla başından vurmaq istəsə də zərbədən yayınmışdır. O isə yumruqla Yaqubun sifətindən vurmuş, zərbənin təsirindən Yaqub yerə yıxılmışdır. Sürəyya isə əli ilə onun sifət və sinə nayihəsinə cırmaq atmışdır. Münaqişə əsnasında Zeynəb əlindəki yabanı dartmış o, isə buraxmamışdır. Eyni qaydada dartışmışlar. Həmçinin Yaqub, Şəbnəm və Sürəyya ilə tək əllə dalaşaraq özünü müdafiə etmişdir. Dava əsnasında yumruqla 5-6 dəfə Sürəyyanın sifət nayihəsindən, bir dəfə də sinə nayihəsindən vurmuş, Sürəyya yerə yıxılmışdır. Təpiklə isə Şəbnəmin sinə nayihəsindən vurmuşdur. Dava əsnasında Zeynəb ilə o, yabanın iki ucundan tutaraq dartışarkən yumruqla Zeynəbin sifət nayihəsinə 3-4 dəfə vurub yabanı almağa çalışmışdır. Sonradan dartışarkən hər ikisi yerə yıxılmışdır. Məqam yarandığı üçün o, hasardan aşaraq yaşadığı evin həyətinə keçmişdir. Həyətdə olarkən qardaşı Uğur onu görüb, atası Təqsirləndirilən şəxs1 zəng edərək “Turalın qarnını yaba ilə cırıblar” sözlərini demişdir. Təxminən 1-2 dəqiqə ərzində atası Tağı özünü evə çatdırmışdır. O, da atası gəldikdən sonra küçəyə çıxmışdır. Həmin vaxt atası Tağının Yaqubun yaxasından tutaraq, ona nə üçün dörd nəfər birləşib onun üstünə düşüb yaba ilə vurmalarını soruşmuşdur. Həmin vaxt Zeynəb öz həyətlərinin qarşısında yerdə oturmuş, Şəbnəm və Sürəyya isə onun başı üstündə dayanıb qışqırırmışlar. Hadisə vaxtı qarşı tərəfindən ünvanına söyüş və nalayiq kəlmələrdən istifadə etməmişdir. Yaqub ilə Tağı qarşı-qarşıya dayanmış vəziyyətdə olarkən atası onu küçədə görüb və sağlam olmasını bilib sakitləşmiş və öz evlərinin həyətinə keçmişlər. Təxminən 1 dəqiqə keçməmiş onlarla eyni küçədə lakin ayrılıqda yaşayan babası Yaşa da gəlmiş və Yaqubgilin həyətinə gedərək nə baş verməsini öyrənməyə çalışmışdır. Bir neçə dəqiqə sonra babası qayıtmışdır. 1 dəqiqə sonra polis əməkdaşları və təcili yardım maşını gəlmişdir. Daha sonra polis şöbəsinə getmişlər. Münaqişə təxminən 7-8 dəqiqə davam etmişdir, münaqişə zamanı ətrafda olan şəxslərdən Ramiz, Ceyran, Sevinc, Mətanət, Axsurə və başqaları münaqişənin şahidi olmuşlar. Verilən suallara cavab olaraq o, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs2 yumruqla sifət nayihəsindən vurmuş, daha sonra yuxarıda qeyd etdiyi kimi məqam yarandıqda hasardan aşaraq həyətə keçmiş və daha sonra atası gəldikdən sonra küçəyə çıxanda atası Tağının köynəyinin cırıq vəziyyətdə, boynunda sıyrıq xəsarətləri ilə Yaqub ilə söhbət etdiyini görmüşdür. Zeynəbi isə küçədə yerdə oturmuş vəziyyətdə və ətrafında Şəbnəm və Sürəyya dayanıb qışqıraraq söyüş söyən vəziyyətdə görmüşdür. Buna görə də atası Tağının Zeynəbi dəmir parçası ilə vurub-vurmamasını görməmişdir. Münaqişə əsnasında isə əvvəldən özünün əlində lom parçası və yaxud hər hansı əşya olmamışdır. Onun Zərərçəkmiş şəxs1 ayağından xəsarət almasından məlumatı olmamışdır. Daha sonradan polis şöbəsində bu barədə məlumat almışdır. Zərərçəkmiş şəxs1 ilə o, yabanın bir tərəfindən tutub dartışarkən Zeynəb yıxılmışdır. Ola bilsin ki, həmin vaxt onun ayağı burxulduğu üçün yerə yıxılmış və nəticədə ayağı sınmışdır. Həmçinin o, Zeynəblə dartışarkən onu yıxmaq və yaxud hər hansı xəsarət yetirmək məqsədi olmamışdır. Çünki, həmin vaxt məqsədi Zeynəbin əlindən yabanı almaq olmuşdur. Qarın nayihəsində olan xəsarətlər aşkar olduğundan ekspertiza zamanı həmin xəsarətini göstərmiş, lakin sol çiynində xəsarət qalmadığından o, bu barədə ekspertə məlumat verməmişdir. İlkin araşdırma zamanı izahatında dəmir parçasının Sürəyya adlı qadının alində olmasını göstərmiş, lakin Sürəyya və ya Zeynəbin hansının kim olmasını tanımırmış, buna görə də səhvən Zeynəb əvəzinə Sürəyya adını işlətmişdir, bundan başqa o, ilkin izahatında səhvən yaba əvəzinə dəmir parçası ifadəsini işlətmişdir. O, dəmir parçası ilə yabanı qarışıq salmış, buna görə də izahatında dəmir parçası, ifadəsində isə yaba olaraq qeyd etmişdir. İlkin izahatında Zeynəbin ehtimal olaraq ola bilsin ki, yıxılıb ayağı burxulub sınmasını bildirmiş, lakin əslində o, Zeynəbin ayağının sınmasının şahidi olmamışdır. Yabanın Zeynəbin əlində olmasını hadisə yerində olan qonşulardan Ceyran və Mətanət adlı qadınlar təsdiq edə bilər. Münaqişə yalnız onunla Yaqub və ailə üzvləri arasında baş vermiş, daha sonra da atası gəlmiş, həmin dava-dalaşa başqa kənar şəxs müdaxilə etməmişdir. Onun Onun əməlində xuliqanlıq cinayətinin əlamətləri yoxdur. Ona görə də xuliqanlıq cinayətinə dair hissədə ona bəraət verilməsini və digər cinayət məsuliyyətindən isə amnistitiya aktına təsir dairəsində olduğundan məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə ona məxsus fərdi yaşayış evi ilə Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin yaşadığı ev qonşuluqda yerləşir. Azyaşlı nəvəsi Gülay həyətdə oynaması üçün bir müddətdir ki, qızı Zeynəb və azyaşlı nəvəsi ilə birlikdə həmin bağ evində qalmışlar. 15.05.2021-ci il tarixdə o, qızı Şəbnəm və arvadı Zərərçəkmiş şəxs2lar da həmin evə getmişlər. Həmin gün saat 21 radələrində o, evdə yatarkən küçədən səs-küy eşidib, oyanmış və baş vediyini bilmək üçün küçəyə çıxmışdır. Küçədə evinin qarşısında qonşusu Tağının qızı Zeynəbin başından tutub yerə çırpırmasını görmüşdür. O da qaçaraq onlara yaxınlaşmış və Tağıdan qızı Zeynəbdən əl çəkməsini tələb etdikdə, Tağı Zeynəbi buraxaraq, onun üstünə hücum etmiş və yumruqla onun sinə nayihəsindən təxminən iyirmi-otuz dəfə yumruqla vurmuşdur. Həmin vaxt Tağıya müqavimət göstərə bilməmiş, Tağı ilə üzbəüz dayanmış, yumruqlar onun sinə və qoluna dəymiş, zərbələrin təsirindən yerə yıxılmışdır. Sonradan tanımadığı başqa şəxs yumruqla bir dəfə onu sifətindən vurmuş, nəticədə dişi sınmışdır. Hadisə vaxtı Tağı onun əlindən mobil telefonunu almış, buna görə də DİN-nin 102 xidmətinə zəng edə bilməmişdir. Həmin mobil telefon dava qurtardıqdan sonra Tağının adını bilmədiyi oğlu gətirib ona qaytarmışdır. Bundan sonra Tağı ondan əl çəkmişdir, daha sonra əlinə pol taxtası götürüb, Zərərçəkmiş şəxs2 həmin vaxt ayağı sınaraq yerdə qalmış qızı Zeynəbin başının üstündə dayanmışdır. Tağı da əlindəki pol taxtası ilə Zərərçəkmiş şəxs2 üzərinə gedərək həmin pol taxtası ilə onu başından və bel nayihəsindən vuraraq xəsarət yetirmişdir. Bu zaman o, qabağa durub Tağıya mane olmaq onları aralaşdırmaq istədikdə Tağı pol taxtası ilə onu da qollarından vuraraq xəsarət yetirmişdir. Həmçinin Tağı həmin taxta ilə onu da dizindən vuraraq xəsarət yetirmişdir. O, yerdə yumruqla döyülərkən qızı Şəbnəm də oraya yəni küçəyə gəlmiş və ona kömək etmək Tağının əlindən almaq istəyərkən Tağı təpiklə Şəbnəmi vurmuş və qızı Şəbnəmə evə getməsini bildirmişdir. Bu zaman polis əməkdaşları hadisə yerinə gəlmiş, dava qurtarmış və Zərərçəkmiş şəxs1 ayağı sındığı üçün onu küçədən götürüb xəstəxanaya aparmışlar. Həmçinin Zərərçəkmiş şəxs2 da küçədən götürüb xəstəxanaya aparmışlar. Sağ dirsək oynağında sıyrıq xəsarəti, sağ diz və sol diz nayihələrində olan sıyrıq və qançırlar Tağı tərəfindən pol taxtası ilə ona yetirilmişdir. Sağ almacıq nayihəsində xəsarətlər Tağı onu yumruqla vurub yerə yıxdıqdan sonra tanımadığı şəxs tərəfindən yumruqla sifətindən vurarkən əmələ gəlmişdir. Döş qəfəsinin ön səthində olan qançırlar və 5-ci qabırğanın sınığı Tağı onun sinə nayihəsindən dəfələrlə yumruqla vurarkən əmələ gəlmişdir. 5-ci qabırğasındakı sınığın sonra bildiyi üçün ilkin vaxtlarda həmin xəsarətlə bağlı tibbi ekspertizaya müraciət etməmiş, lakin sonradan əlavə olaraq tibbi ekspertizadan keçdikdə həmin xəsarətin olması təsdiqini tapmışdır. Tağı onun sinəsindən yumurqla vurarkən yumruq zərbələri onun qoluna dəyməmiş, zərbələrin hamısı sinə nayihəsindən dəyib və qabırğası sınmışdır. O, arxaya getməyə yer olduğu halda geriyə getməmiş, qollarını zərbənin qabağına verməmiş və nəticədə yumruqlar sinəsindən dəymişdir. Təqsirləndirilən şəxs1 pol taxtasını özü ilə əvvəldən gətirməmişdir. Pol taxtası həyətdə olmuş, qızı Şəbnəm, Zeynəb və arvadı Sürəyya pol taxtasını dava zamanı götürüb gətirməmişlər və istifadə etməmişlər. Ola bilsin Tağı ilə gəlmiş şəxslərdən biri həyətə keçib və qarajda olan pol taxtasını qarajın qapısını açıb oradan götürmüş və dava-dalaş gedən yerə gətirmişdir. DİN-nin 102 xidmətinə zəng edərkən səhvən evinə basqın olmasını bildirmiş, əslində dava küçədə baş vermiş, dava başlayandan qurtaranadək evin həyətinə keçilməmişdir. Zeynəb və Sürəyya küçədə döyülüb xəstəxanaya aparılmışdır. Dava qurtardıqdan sonra Zərərçəkmiş şəxs2 qan izləri həyətdə qalmış, polis əməkdaşları gəlib baxış keçirərkən Zərərçəkmiş şəxs2 sonradan həyət girmiş qan izləri ona məxsus olmuşdur. Hadisə zamanı həyəcanlı olmuş və küçədə olan qan izlərini göstərməmişdir. Sürəyya isə hadisədən sonra alnında qan axmağa davam etdiyi halda həyətə girib çıxdığı üçün qan ləkələri yerə tökülmüşdür. Dava-dalaş təxminən 15-20 dəqiqə ərzində davam etmişdir. O, küçəyə çıxanda Təqsirləndirilən şəxs2 atası Tağının yanında olmuşdur. Küçəyə çıxanda Turalın Zərərçəkmiş şəxs2 döyməsini görmüş, Zərərçəkmiş şəxs2 da yerdə yıxılmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 əlində xatırlamadığı əşya olmuş və o, Zərərçəkmiş şəxs2 həmin əşya ilə döymüşdür. O, küçəyə çıxanda Zeynəbin ayağı sınmış vəziyyətdə yerdə yıxılmış halda görmüş Təqsirləndirilən şəxs1 də əlləri ilə onun başından tutaraq yerə çırpdığının şahidi olmuşdur. Şahid qismində dindirilərkən ifadəsində “evimizin qarşısında küçədə həyat yoldaşım Zərərçəkmiş şəxs2 yerə yıxılmış vəziyyətdə idi, Tural Tağızadə isə təpiklə Zərərçəkmiş şəxs2 baş və bədən nayihəsindən vuraraq xəsarət yetirirdi. Eyni vaxtda Təqsirləndirilən şəxs1 küçədə əlində uzunluğu təxminən bir metr olan armatur parçası ilə qızım Zərərçəkmiş şəxs1 ayağından, başından və bədəninin müxtəlif nayihələrindən vuraraq döyürdü. Mən əvvəlcə Zərərçəkmiş şəxs2 yaşlı olduğundan ona doğru gedərək kömək etmək, yəni aralaşdırmaq istəsəm də Təqsirləndirilən şəxs1 armatur parçası ilə qızım Zeynəbin sağ ayağına vurduqda ayağının sınaraq əyilməsi və qanamasını görüb dərhal Tağının üzərinə getdim və onu sakitləşdirməyə çalışdım. Lakin Təqsirləndirilən şəxs1 mənə məhəl qoymaraq Zeynəbi armaturla döyərək xəsarət yetirməyə davam etdi. Mən araya girdikdə Tağı əlində olan armatur parçası ilə məni sağ ayağımdan, sinə nayihəmdən və qollarımdan bir neçə dəfə vuraraq mənə də xəsarət yetirməsini» bildirsə də hazırkı ifadəsində küçəyə çıxanda Zeynəbin ayağının sınmış vəziyyətdə olduğunu, Tağının isə onun başından tutub başını yerə çırpmasını, Təqsirləndirilən şəxs1 yaxınlaşanda onu pol taxtası ilə vurduğunu və sinə nayihəsindən yumruqla vuraraq xəsarət yetirməsini kimi ziddiyətlərə aydınlıq gətirərək ona sual oxunanda xatırlayıb ki, hadisə şahid ifadəsində göstərdiyi kimi baş verdiyini bildirmişdir. İlkin izahatında və şahid qismində verdiyi ilkin ifadəsində bəzi xüsusatları düzgün qeyd etməmiş, buna isə hadisə təsir etmişdir, belə ki, ilkin izahat və ifadələrində qeyd etdiklərini həyəcanlı vəziyyətdə bildirmişdir. Əslində isə hadisə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdiyi şəkildə baş vermişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 ilkin izahatlarında oxşar məzmunlu izahatlar verərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilk olaraq küçədə Tural tərəfindən döyüldüyünü, Zeynəbin ayağının Tural tərəfindən sındırıldığını səhv göstərmişlər. İfadənin əvvəlində o, küçəyə çıxarkən Təqsirləndirilən şəxs1 küçədə Zeynəbin başından tutub onu başını yerə çırpmasını, ifadənin gedişantında isə dəmir parçası ilə ayağından vurmasını gördüyünü bildirərərək həmin ziddiyətə aydınlıq gətirərək Təqsirləndirilən şəxs1 dəmir parçası ilə Zeynəbin ayağından vuraraq döydüyünü bildirmişdir. Zeynəbin əlində yaba olmamış, yaba ilə Turalın sinəsinə xəsarət yetirməmişdir. Turalın Zeynəbi döyməsini görməmişdir. İfadələrində üzə çıxan ziddiyyətlərlə bağlı hadisənin təsirindən bəzi məqamları doğru xatırlamadığını, buna görə də ziddiyyətlər meydana gəldiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə məxsus fərdi yaşayış evi onların bağ evi ilə qonşuluqda yerləşir, Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri həmin evdə daimi yaşamasalar da hərdən oraya gəlib qalmışlar. Qonşu olaraq münasibətləri normal olmuş, aralarında hər hansı bir ədavət və ya mübahisə olmamışdır. Uzun müddətdir ki, Zərərçəkmiş şəxs1 həyat yoldaşından faktiki ayrılaraq ata evinə gəlmiş və azyaşlı övladı ilə birlikdə onlarla qonşuluqda yerləşən evdə qalmışdır. 2020-ci ilin payız ayında Şəbnəm və ailə üzvləri bir nəfər şəxsin avtomaşını ilə Şəbnəmi narahat edərək daimi onu izlədiyini demişlər və həmin avtomaşın sahibinin kim olmasını ondan soruşmuşlar. Həmin avtomaşının son nömrəsi 583 olması markasının “mercedes” olmasını ona demişlər. O, isə əvvəlcə həmin şəxsi tanımadığını onlara bildirmişdir. Həmin söhbətdən təxminən 2-3 gün sonra o, süd almaq məqsədilə küçə ilə gedərkən uzaq qohumu, həyat yoldaşı Təqsirləndirilən şəxs1 bibisi nəvəsi Allahverdi ilə küçədə rastlaşmış və həmin küçəyə gəlməsinin səbəbini ondan soruşmuşdur. Allahverdi də dayısı Elgiz ilə birlikdə tanımadığı evi göstərib orada usta işlədiklərini bildirmişdir. Həmin vaxt son nömrəsi 583 olan «Mercedes» markalı avtomobilin dayanmasını görüb, həmin avtomaşının kimə məxsus olmasını Allahverdidən soruşmuşdur. Allahverdi isə həmin maşının dayısı Elgizə məxsus olmasını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Şahid1 izləyən avtomaşın həmin avtomaşındır və onu idarə edən onların uzaq qohumu Elgizdir. Həmin gün axşam saatlarında o, həyətin qapısını bağlayarkən küçədə Sürəyya və Şəbnəmi görüb onlarla salamlaşmışdır. Söhbət əsnasında ondan soruşduqları həmin şəxsi öyrəndiyini, uzaq qohumu olmasını deyərək “yəqin səni üçüncü arvad olaraq istəyir” sözlərini Şəbnəmə demişdir. Həmin vaxt Sürəyya özlərinin həmin şəxsi müəyyən etdiklərini və məsələni aydınlaşdırdıqlarına ona demişdir. Həmin vaxtdan etibarən Sürəyya və qızı Şəbnəm ilə aralarında soyuqluq yaranmışdır. Həmin söhbətdən bir gün sonra Sürəyya və qızları yenidən Elgizin üstünə gedərək onun ailəli olmasını öyrəndiklərini deyərək hədələmişlər. Həmin söhbətdən sonra yenidən 11.05.2021-ci il tarixdə o, Zeynəb üçün bir boşqab pendir pay göndərmişdir. Zeynəbi isə görəndə ona zarafatla “dəlisən boşqabı qırarsan” sözlərini demişdir. Daha əvvəllər də aralarında qarşılıqlı zarafatla işlətdikləri ifadələrlə zarafat etmişdir. Lakin Zeynəb həmin sözü səmimi zarafat kimi qəbul etməmiş və həmin vaxtdan etibarən onunla mübahisə yaratmağa başlamışdır. 15.05.2021-ci il tarixədək həm Zeynəb, həm də onun ailə üzvləri onunla ədavət aparmağa başlamışlar. Aralarında gərginliyin bir qədər də artdığını hiss etdiyi üçün onlarla üz-üzə gəlməməyə çalışmışdır. Həmçinin əri Təqsirləndirilən şəxs1 də həyətin küçəyə açılan qapısını bağlamışdır ki, hər hansı mübahisə və münaqişə baş verməsin. Əvvəllər də dəfələrlə Zeynəb onun azyaşlı övladlarını və digər qonşuluqda yaşayan uşaqları təhqir edərək küçədən qovmuşdur. Bir neçə dəfə Zeynəb ona bıçaqla xəsarət yetirəcəyi barədə azyaşlı oğlu Uğurun vasitəsilə söz göndərmişdir. Həmçinin Zeynəb onun ailəsini dağıdacağını, bu işin sonunun qanlı dava ilə bitəcəyini Uğurun vasitəsi ilə ona çatdıraraq, onları hədələmişdir. Mütəmadi olaraq onların ailəsinin ünvanına nalayiq söyüşlər söymüş və onların yaşadığı evin həyətini daşlamışdır. 15.05.2021-ci il tarixdə günorta saatlarında Yevlax rayonu, Salahlı kəndinə qardaşı Şövqünün yaşadığı evə qonaq getmiş, həmin günü orada qalmışdır. Münaqişə baş verib qurtardığı gündən sonra hadisədən xəbər tutmuş və hadisənin birbaşa iştirakçısı və şahidi olmamışdır. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, MN-nin N saylı HH-də MAHHXQ işləyir və Mingəçevir şəhərində yaşayır. Vətən Müharibəsi zamanı yaralanmış və xeyli müddət hospitalda qalmışdır. 2021-ci ilin may ayında isə Mingəçevir şəhərinə qayıdıb gəlmiş və həmin ay ərzində Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçə nömrəsiz evdə yaşayan əmisi oğlu Coşqun Lətifovun yaşadığı evdə qalmışdır. 15.05.2021-ci il tarixdə saat 18 radələrində işdən çıxıb evə gəlib xidməti formanı dəyişib bir neçə saat sonra keçmiş iş yoldaşı və şəhid olmuş İslam Əhmədov və Əli Əhmədovun ailə üzvlərinə baş çəkmək üçün onların evinə getmək məqsədilə evdən çıxmışdır. İslam Əhmədovun yaşamış olduğu ev 4-cü küçədə yerləşir. Yolu 7-ci küçədən keçdiyi üçün həmin küçə ilə gedərkən 1 nəfər gənc yaşlarında oğlan ilə dörd nəfər, üçü qadın, biri isə kişi olmaqla həmin tək gənc oğlanı təhqir etdiklərini görmüşdür. Həmin mübahisə küçədə baş vermişdir. Orta yaşlı kök bədən quruluşlu qadının əlində yaba olmuş, digər qadınlardan birinin əlində taxta parçası, kişinin və gənc oğlanın əlində isə hər hansı bir əşya olmamışdır. Həmin mübahisə edən şəxslərin yaxınlığından keçərkən mübahisə şiddətlənmiş və 3-ü qadın olmaqla 4 nəfər şəxsin gənc oğlana hücum etdiklərinin şahidi olmuşdur. Həmin vaxt əlində yaba olan qadın gənc oğlanın sinə nayihəsindən bir neçə dəfə vurmağa cəhd etsə də, gənc oğlan zərbələrdən yayınmış və nəticədə zərbə ona dəyməmişdir. Taxta parçası əlində olan qadın isə bir neçə dəfə gənc oğlanı vurmuşdur. Həmin oğlan yaba əlində olan qadını yabanın dartıb almaq istədikdə həmin qadın xəsarət alaraq yerə yıxılmışdır. Lakin dava yenə də davam etmişdir. Gənc oğlan isə yerə yıxılmadan onlarla dalaşmağa davam etmişdir. Daha sonra bir nəfər şəxsin oraya gəldiyini görmüş, hadisənin gedişatından hadisə yerinə gələn şəxsin həmin oğlanın atası olduğunu anlamışdır. Həmin şəxs gəldikdən sonra sözlə mübahisə olsa da, dava-dalaş baş verdiyini görməmişdir, yalnız gənc oğlanın qarşı tərəfdən olan yaşlı kişi ilə qarşılıqlı mübahisəsini görmüşdür. Sonradan gələn həmin şəxs ucadan “oğlumun qarnını yaba ilə deşmisiz?» sözlərini demiş, bir qədər sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Əlində yaba olan qadın kök bədən quruluşlu, orta yaşlı və daha sonra yerə yıxılıb ayağını deyərək qışqıran qadın olmuşdur. O, sol yanı üstə yerə yıxılmışdır. Əlində taxta parçası olan qadın isə nisbətən ondan gənc, qara saçlı və orta bədən quruluşlu olmuşdur. Dava zamanı səsküy eşidib çıxan qonşular da davanın şahidi olmuşlar. Lakin o, həmin küçədə insanları tanımadığı üçün şahidlərin adlarını bilmir. Mübahisə yerinə sonradan gələn və gənc oğlanın valideyni olmasını ehtimal etdiyi şəxs arıq bədən quruluşlu və qara rəngli xarici avtomobil ilə oraya gəlmişdir. Lakin o gələndən sonra orada dava-dalaş olmasını görməmişdir. Həmin şəxs gələnədək ayağı sınan qadın alın nayihəsindən də xəsarət almışdır. Digər şəxslərin bədənlərində hər hansı bir xəsarət görməmişdir Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bağlar massivində yaşadığına görə tanıyır, münasibətləri normaldır. 2021-ci ilin aprel ayından avqust ayınadək Mingəçevir şəhər Güllü bağ dairəsi adlanan ərazidə yerləşən şirniyyat evini işlətmişdir. 2021-ci ilin may ayının 15-də saat 21 radələrində işlətdiyi şirniyyat sexində olarkən tanışı Təqsirləndirilən şəxs1 də orada olmuşdur. Onlar söhbət edərkən Tağının mobil telefonuna zəng gəlmiş bu zaman telefonla danışıq zamanı Tağı (kimin qarnına yaba soxublar? Gözlə çatıram 5 dəqiqəyə ) deyərək telefon əlaqəsini bitirib və oğlunun qarşını qonşuları yaba ilə deşib xəsarət yetirdiklərini deyərək sözünü qurtararqurtarmaz Tağı sexdən çıxıb və avtomobilinə əyləşib yaşadığı evə getmişdir. O, da dərhal onun arxasınca gedə bilməmiş və sexi bağlayıb getmək istəsə də lakin işlətdiyi sex mərkəzi xəstəxananın yaxınlığında yerləşdiyi üçün Tağı xəsarət alan övladını ilə xəstəxanaya gətirəndə sexi bağlayıb xəstəxanaya keçməyi düşünmüşdür. Bir müddət sonra Tağı ilə əlaqə saxlayıb xəstəxanaya gəlib-gəlməməsini soruşanda Tağı telefonda “şükür sıyrıq xəsarəti imiş, uşaq yaxşıdır, polis şöbəsinə gedirik sonra danışarıq” demişdir. Hadisə barədə başqa məlumatı olmamışdır. O, dava zamanı həmin yerdə olmamışdır. Şahid8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon Havarlı kəndində qeydiyyatda olsa da Mingəçevir şəhər Günəşli bağ massivi 14-cü küçədə nömrəsiz evdə yaşayır. Təqsirləndirilən şəxs1 dayı oğludur. Onun yaşadığı ev 7-ci küçədə özünün yaşadığı ev isə 14-cü küçədə yerləşir. Lakin Təqsirləndirilən şəxs1 ilə qohum olmaqlarına baxmayaraq münasibətləri çox da yaxın olmamışdır. 15.05.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evə gedərkən polis maşınları ilə təcili yardım maşınlarının surətlə 7-ci küçəyə doğru getdiklərini görmüşdür. Lakin əhəmiyyət verməyərək yaşadığı evə getmişdir. Təxminən bir saat sonra küçədə olarkən eşidib ki, dayısı oğlu Tağı və onun oğlu Tural ilə qonşuları arasında münaqişə baş vermişdir. Bundan sonra Tağı ilə əlaqə saxlamaq istəsə də lakin onunla əlaqə yarada bilməmişdir. Daha sonra isə onun yaşadığı evə getmişdir. Çatanda münaqişə olmamışdır. Həmin vaxt bilib ki, Tağı və oğlu polis şöbəsinə getmişlər. Onlarla dalaşmış qonşuları adlarını sonradan bildiyi Yadigarovlar ailəsi də təcili yardım maşını ilə xəstəxanaya getmişlər. Həmin küçədə Tağının evinin yaxınlığına çatanda dava-dalaşın şahidi olmamışdır. Tağı ilə qohum olmasını və yaxınlıqda yaşamasını əsas gətirib Tağının məsuliyyətini ağırlaşdırmaq məqsədilə onun davada iştirak etməsini Yadigarovlar ailəsi bildirsələr də lakin o dava baş verdiyi zaman evində olmuş, sonradan qohumu Tağının yaşadığı küçəyə gedəndə isə dava artıq qurtarmışdır.Yadigarovlar ailəsinin üzvlərini ümumiyyətlə tanımır. Həmçinin onlar da onu tanımırlar. Lakin davadan sonra Tağının məsuliyyətini ağırlaşdırmaq məqsədilə onun tək gəlməməsini deyərək onu tanımadıqları və orada olmadığı halda davada iştirak etməsini bildirmişlər. Tağıyevlər ilə Yadigarovlar ailəsinin arasında baş vermiş münaqişə zamanı kimlərin xəsarət almasını, kimlərin xəsarət yetirməsi ümumiyyətlə dava zamanı nə baş verməsinin şahidi olmamış, ona görə də kimlərin hansı şəraitdə xəsarət almasını, hansı növ xəsarət almasını bilməmişdir. Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 31-də pasport qeydiyyatında olsa da Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçə ev 32-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin, habelə Zərərçəkmiş şəxs3 və ailə üzvlərinin yaşadığı ev onunla qonşuluqda yerləşir. Təqsirləndirilən şəxs1 və onun ailə üzvləri ilə aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs3 və ailə üzvləri ilə də onun arasında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 15.05.2021-ci il tarixdə həyat yoldaşı Ramiz ilə birlikdə 5+ supermarketdən qayıdarkən yaşadıqları küçəyə daxil olduqda Tağının oğlu Turalın əlində mobil telefon ilə küçədə qaz turbasının üstündə oturduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs3 və ya ailə üzvlərindən kimsəni küçədə görməmişdir. Daha sonra o, evin həyətində olarkən təxminən 10-15 dəqiqə keçmiş küçədən səs-küy və qadın tərəfindən nalayiq söyüşlər söyülməsini eşitmişdir. Bu zaman nə baş verməsini bilmək üçün həyətin darvazasına yaxınlaşıb dəmir qapıların arasından küçəyə baxanda Yaqubun qızı Zeynəbin əlində yaba küçəyə çıxıb Turalın üzərinə getməsini görmüşdür. X6 ailəsinin ünvanına nalayiq söyüşlər işlətmişdir. Onunla eyni vaxtda anası Surəyya əli boş şəkildə, bacısı Şəbnəm əlində pol taxtası, Yaqub isə əli boş vəziyyətdə Turalın üzərinə getmişlər. Yaqub və ailə üzvləri Turalı təhqir edərək üzərinə getdikdə Zeynəb yaba ilə onun qarın nayihəsindən bir neçə dəfə vurmağa cəhd etmişdir. Tural isə onun üzərinə gəldiyi üçün Zeynəb və onunla birlikdə gələnlərə qarşı əl-qol ataraq əlbəyaxa olmuşlar. Həmin vaxt Zeynəb qışqıraraq yerə yıxılmışdır. Daha sonra küçəyə insanların çıxmasını görüb o da küçəyə çıxmışdır. Həmin vaxt Zeynəbin yerə yıxılmış vəziyyətdə olduğunu görmüş, onu atası Yaqub sürüyərək aparmış, bir qədər sonra isə təcili tibbi yardım maşını gəlib onu xətəxanaya aparmışdır. Zeynəb əlində yaba ilə Turalın üzərinə gəlmiş, Turalın əlində isə telefondan başqa hər hansı bir əşya olmamışdır. Zeynəb yaba ilə Turalı vurmaq məqsədilə bir neçə dəfə cəhd etmişdir. Şəbnəm isə pol taxtası ilə Turalı vurmuşdur. Yaqub və Sürəyya isə əlbəyaxa dava etsələr də dəqiq olaraq Turalı vurub-vurmadıqlarını görməmişdir. Zeynəb ilə Tural əlbəyaxa zamanı Zeynəbi itələdikdə Zeynəb geriyə doğru getmiş və ayağı burxularaq yıxılmış və nəticədə xəsarət almışdır. Zərərçəkmiş şəxs3 Tural tərəfindən vurulmasını yaxud onun xəsarət almasını görməmişdir. Zərərçəkmiş şəxs2 yıxılmasını görməmiş, onun xəsarət almasını görə bilməmişdir. Ola bilsin ki, Tural ilə dava zamanı Sürəyya alın nayihəsindən xəsarət almışdır. Lakin Zərərçəkmiş şəxs2 alın səthində qan olmasını görməmişdir. Tağı hadisə yerinə gəldikdə o, artıq həyətə keçmiş, ona görə də oraya gəldikdən sonra Təqsirləndirilən şəxs1 dalaşıb-dalaşmamasının şahidi olmamışdır. Tağı hadisə yerinə gəldikdə onun səsini eşitdikdə Tağının ora gəldiyini bilmiş, lakin Tağının yanında kiminsə olub-olmamasını görməmişdir. Tağı gəldikdən sonra o, yaşadığı evin otaqlarına keçdiyi üçün daha sonra səs-küy eşitməmiş və dava olub-olmamasını bilməmişdir. Zərərçəkmiş şəxs1 əlində yaba ilə Turalın üzərinə gedərək münaqişə başlayan zaman küçədə heç kim olmamışdır. Çünki davadan 5-10 dəqiqə əvvəl o və həyat yoldaşı yaşadıqları evə gələndə küçədə Turaldan başqa kimsə olmamışdır. Lakin dava sona çatdıqda artıq qonşular toplaşmışdır. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və ailə üzvləri yaşadığı ev onun yaşadığı evlə qonşuluqda yerləşir. Həmçinin Zərərçəkmiş şəxs3 və ailə üzvlərinin yaşadığı ev də onunla qonşuluqda yerləşir. Tağı Taıyev və onun ailə üzvləri ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Lakin Zərərçəkmiş şəxs3 və ailə üzvləri ilə arasında münaqişələri olmuş və bununla bağlı polis şöbəsində araşdırma aparılmışdır. Onların yaşadığı evin eyvanından Tağı və Yaqubun evinin həyəti görünür. 15.05.2021-ci il tarixdə saat 21 radələrində o, evdə olarkən qızı Sevinc onu eyvana çağırmış və Zeynəbgilin dalaşdıqlarını bildirmişdir. O, da eyvana çıxdıqda Zeynəb, Yaqub, Sürəyya və Şəbnəmin küçədə Tağının oğlu Turalın üzərinə hücum edərək onu söyüşlə təhqir etdiklərini görmüşdür. Tural ünvanına olan söyüşlərə cavab qaytardıqda aralarında münaqişə və mübahisə başlamışdır. Daha sonra Zeynəbin əlində yabanın, Şəbnəmin əlində isə pol taxtasının olduğunu görmüşdür. Zeynəb Turalı söyüb təhqir edərək əlindəki yaba ilə Turalın sinə nahiyəsinə vurmağa cəhd etmişdir. Şəbnəm isə pol taxtası ilə Turalın kürək nayihəsindən bir neçə dəfə vurmuşdur. Tural Zeynəbin əlində olan yabanı tutub dartıb almaq istədikdə Zeynəbin ayağı burxulmuş və o, yerə yıxılmışdır. Zeynəb yerə yıxılarkən ayağının möhkəm əzildiyini deyərək qışqırmağa başlamışdır. Həmin vaxt Yaqub və Sürəyya da Turala hücum etmişdir. Yaqub Turalın üstünə gəlib onu vurmaq istədikdə Tural Yaqubu əli ilə vurub, özündən geri çəkmişdir. Bir qədər sonra Tural hasardan aşaraq öz həyətlərinə keçmişdir. Bundan sonra Tağı gəlib oraya çatmış həmin yerə Tağı tək gəlmişdir. Tağı ora çatıb Yaqubla mübahisə etmişdir. Lakin əlbəyaxa dava baş verməsini görməmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Turalın əlində hər hansı əşya və ya alətin olmasını görməmişdir. Zeynəb ilə Tural əlbəyaxa zamanı Zeynəbin əlində olan yabanı almaq üçün yabadan tutub onu itələdikdə Zeynəb geriyə doğru gedib, ayağı burxularaq yıxılmış və nəticədə xəsarət almışdır. Zərərçəkmiş şəxs3 Tural tərəfindən vurulmasını yaxud onun xəsarət almasını görməmişdir. Zərərçəkmiş şəxs2 da hansı şəraitdə xəsarət almasını görməmişdir. Dava-dalaş təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və ailə üzvləri onunla qonşulqda yaşayır. Onlarla alarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Digər qonşuları Zərərçəkmiş şəxs3 və ailə üzvləri ilə aralarında münaqişələri olmuşdur və polis şöbəsində araşdırma aparılmışdır. Onun yaşadığı evin eyvanından Tağı və Yaqubun evinin həyəti görünür.15.05.2021-ci il tarixdə saat 21 radələrində evin eyvanında olarkən küçədən səs-küy eşidib və balkondan küçəyə baxmışdır. Həmin vaxt Zeynəb, Yaqub, Sürəyya və Şəbnəm küçədə Tağının oğlu Turalın üzərinə hücum etdiklərini görmüşdür.. Zeynəbin əlində yaba, Şəbnəmin əlində pol taxtası, Yaqubun və Sürəyyanın əlində isə hər hansı əşya görməmişdir. Zeynəb Turalı söyüb təhqir edərək əlindəki yaba ilə Turalı vurmağa cəhd edirmiş bir neçə dəfə Turalın sinə nayihəsinə yaba ilə vurmağa cəhd etmişdir. Şəbnəm isə pol taxtası ilə Turalı kürək nayihəsindən bir neçə dəfə vurmuşdur.. Tural isə Zeynəbin əlində olan yabanı tutub dartıb alıb və kənara atmışdır. Yabanı Zeynəbin əlindən almaq məqamında Zeynəb yerə yıxılmış, bu zaman Yaqub və Sürəyya da Turala hücum etmişdir. Zeynəb yerdə yıxılmış vəziyyətdə ayağını deyərək qışqırmış, Yaqub Turalın üstünə gəlib vurmaq istədikdə Tural Yaqubu vurmuş və o geri çəkilmişdir. Tural hasardan tullanıb həyətlərinə keçmişdir. Daha sonra Tağı gəlib oraya çatmış,. həmin yerə Tağı tək gəlmişdir. Tağı ora çatıb Yaqubla mübahisə etmiş, lakin əlbəyaxa dava olmasını görməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və oğlu Təqsirləndirilən şəxs2 ilə əvvəllər aralarında ədavət və ya düşmənçilik olmamışdır. Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə onlara məxsus fərdi yaşayış evi ilə Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin yaşadığı ev qonşuluqda yerləşir. Azyaşlı qızı Gülay həyətdə oynaması üçün bir müddətdir ki, o, azyaşlı övladı ilə birlikdə həmin bağ evlərində qalmışdır. Orada, yəni bağ evində qaldığı müddət ərzində Tağının həyat yoldaşı Günel onun barəsində alçaldıcı ifadələr işlətmişdir. Ona övladının bic olduğunu deyərək, təhqir edirmiş. Bu səbəbdən də Günel ilə aralarında narazılıq yaranmışdır. 15.05.2021-ci il tarixdə saat 21 radələrində atası Yaqub, anası Sürəyya bacısı Şəbnəm də həmin evdə olmuşdur. Qonşuluqda yaşayan Məleykə adlı qadının səhhətində yaranmış narahatlıqla əlaqədar ona baş çəkmək məqsədilə anası Sürəyya ilə birlikdə Məleykənin evinə getmişlər. Küçə ilə gedərkən Tağının oğlu Tural öz evlərinin qarşısında küçədə yanında lom parçası saxlayaraq dayanmışdır. Məleykəgildən geri qayıdanda Turalın yanından keçərkən sonuncu anası Sürəyyaya «küçük qızı» deyərək təhqir etmişdir. Daha sonra lom parçasını əlinə alaraq anası Sürəyyanın üstünə gəlib, sifət nayihəsindən lom ilə vuraraq xəsarət yetirmişdir. Bu zaman o, qışqıraraq atasını köməyə çağırmışdır. Atası Yaqub küçəyə çıxanadək Tural anası Sürəyyanı döyməkdə davam etmişdir. Tural eşidəndə ki, o, atası Yaqubu köməyə çağırır qaçaraq öz həyətlərinin hasarından aşaraq həyətlərinə keçmişdir. Həyətdən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin məqamda Tağı avtomaşını ilə özünü hadisə yerinə çatdırmış və lom parçasını götürüb birbaşa onun üstünə gəlmiş, çatarkən lom parçası ilə 2 dəfə onun sağ ayağından vurmuşdur. Ayağı sındığı üçün yerə oturmuşdur. Bundan sonra həmin lom parçası ilə Tağı onu sifətindən vurmuş zərbə burun nayihəsinə dəyərək xəsarət yetirmişdir. Daha sonra Tağı saçından tutaraq yumruqla başından vurub və onu nalayiq sözlərlə təhqir etmişdir. Həmin əsnada o, kənara baxanda Tağı özü ilə gətirdiyi şəxslərdən dörd nəfər adlarını və kim olduqlarını bilmədiyi həmin şəxslər atası Yaqubu küçədə yerə yıxıb təpik yumruqla döydüklərini görmüşdür. Tağı isə ondan əl çəkərək atası Yaqubun üzərinə getmişdir. O, yıxılmış vəziyyətdə olmasına baxmayaraq lom parçası ilə atasını vurmağa başlamışdır. Küçədə digər tərəfdə yerdə yıxılmış vəziyyətdə olan anası Sürəyyanı Tural və başqa iki nəfər Tağı ilə gələn şəxs təpik yumruqla döymüşlər, Tural əlində pol ağacının (uzunluğu təxminən bir metr olan) qulpu ilə anası Sürəyyanın qarın, sinə və bel nayihələrindən vuraraq döymüşdür. Daha sonra bacısı Şəbnəm səs eşidib küçəyə çıxanda Təqsirləndirilən şəxs1 onu təpiklə sol qolundan vurmuşdur. Digər tanımadığı bir nəfər şəxs isə təpiklə Şəbnəmi belindən və ayağından vurmuşdur. Həmçinin münaqişə əsnasında Tağı onun saçından tutaraq başını yerə vuraraq onu təhqir etmişdir. Münaqişə zamanı qonşuluqda yaşayan Axsurə, Asif, Namiq, Ramin orada olsalar da münaqişəyə müdaxilə etməmişlər. Hava qaranlıq olduğundan ətrafda toplaşan başqa şəxsləri görməmişdir. Münaqişə təxminən yarım saat çəkmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o və ailə üzvləri Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən mənzildə yaşayırlar. Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yerləşən fərdi yaşayış evi də onlara məxsudur. Zeynəb öz azyaşlı qızı ilə birlikdə Günəşli bağ massivində yerləşən evdə hərdən qalır. Tağı və oğlu Tural həmin küçədə onlarla qonşuluqda yaşayırlar. Tağının oğlu Turalı əvvəllər tanımamışdır. Münasibətləri normal olub, əvvəllər aralarında hər hansı ədavət və münaqişə olmamışdır. Lakin Tağının həyat yoldaşı Günel adlı qadın dəfələrlə qızı Zeynəbin ünvanına nalayiq sözlər işlətmişdir. Buna görə də qızı Zeynəb ilə Günel arasında narazılıq yaranmışdır. 14.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla rastlaşanda həyat yoldaşı Günelin ifadələrinə görə üzrxahlıq edərək arvadını cəzalandırmaq və onunla və ailə üzvləri ilə münasibətləri normallaşdırmaq istədiyini bildirmişdir. Lakin bu hərəkətlərin sonradan səmimi olmamasını başa düşmüşdür. 15.05.2021-ci il tarixdə saat 21 radələrində o, qızı Zeynəb ilə birlikdə qonşuluqda Məleykə adlı qadının səhhətində yaranmış narahatlıqla bağlı onun yaşadığı evə gedib bir müddət sonra qayıtmışlar, gedərkən Tural yolun kənarında qaz turbasının üstündə oturmuşdur. Əlində mobil telefon olmuşdur. Məleykə adlı qadının evindən qayıdarkən yenə də küçədə Turalı həmin yerdə oturduğunu görmüşdür. Yanından keçərkən Tural onun barəsində “küçük balası, küçük” deyərək onu təhqir etmişdir. Həmin vaxt Zeynəb ondan təxminən 2-3 metr arxada gəlirmiş, Turalın onu təhqir etməsindən sonra o, da Turala eyni cavabı qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 maşından bir neçə nəfər şəxs ilə özündən başqa dörd nəfər ilə birlikdə gəlmiş və əlində dəmir parçası ilə onu alın nayihəsindən vurmuş o, yerə yıxılmışdır. Bir neçə dəqiqədən sonra özünə gələndə Tağı əlində olan dəmir parçası ilə Zeynəbi ayağından vuraraq onun ayağını sındırmasını görmüşdür. Daha sonra Zeynəbin saçından tutub başını yerə çırpasını görmüşdür. Daha sonra Yaqub gəlib, Təqsirləndirilən şəxs1 «neyniyirsən?» sözünü dedikdə, Tağı nalayiq küçə söyüşləri ilə Zərərçəkmiş şəxs3 təhqir etmiş həmin vaxt Tağı Yaqubun əlində olan mobil telefonunu əlindən alıb Zərərçəkmiş şəxs3 asfaltın üstünə yıxıb döymüşlər. Onu döyən şəxslər maşınla Tağı ilə birlikdə gəlmiş şəxslər olmuşlar. Daha sonra Şəbnəm gəlib atasına yaxınlaşanda onların əlindən almaq istəyəndə Yaqubu döyən şəxslər Şəbnəmin üstünə gələrək onu da döymüşlər. Tağı da Zərərçəkmiş şəxs1 sürüyərək asfaltın ortasına aparmaq istəmişdir. Ola bilsin ki, Zeynəbin boynunu sındırmaq istəyərək qollarından tutaraq aparmaq istəmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və təcili yardım əməkdaşları gəlmişlər. Həmçinin dava zamanı Duman əlində olan pol taxtası ilə onu döyərək pol taxtasını sındırmışdır. Daha sonra pol taxtasının sınmış tutacağı ilə onu sinə nayihəsindən və baldır nayihəsindən bir neçə dəfə vurmuşdur. Mübahisəsinin baş verdiyi yer ilə onun evinin həyətinin qapısı ilə arası təxminən 4-5 metr olmuşdur. Tural ilə onun yaxud qızı Zeynəbin arasında əlbəyaxa dava olmamış, Tural ilə aralarında mübahisə baş verdikdən 3-5 dəqiqə sonra həmin yerə Tağı gəlmişdir. Mübahisə başlamazdan əvvəl Tural ona “küçük balası küçük” sözlərini demişdir. Tural ilə mübahisə yalnız bundan ibarət olmuşdur. Tural ilə sözlə mübahisədən sonra o, qızı Zeynəb ilə küçədə dayanmış, bundan 3-5 dəqiqə sonra Təqsirləndirilən şəxs1 oraya gəlmiş, həmin müddət ərzində həyətin darvazası yaxınlıqda olsa da və Tural ilə mübahisə qurtarmış olsa da lakin o Zeynəblə küçədə dayanmışdır. Onların əlində yaba olmamış, Tural orada hansı şəraitdə xəsarət almasını bilməmişdir. İlkin təhqiqat araşdırması zamanı izahatında yaşadığı evin qarşısında küçədə oturub, hirsli vəziyyətdə qonşuları Tural və ailə üzvlərinin ünvanına qarğış edərkən Təqsirləndirilən şəxs2 əlində dəmir parçası ilə üstünə hücum edərək onu vuraraq bədəninin müxtəlif nayihələrindən vuraraq xəsarət yetirməsini hadisənin təsirində olaraq izahat verdiyi üçün göstərdikləri doğru olmamasını bildirmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs3 ilkin izahatında hadisə zamanı səs eşidib küçəyə çıxdıqda ilk olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əlində dəmir parçası ilə vuraraq döydüyünü və onu təpik yumruqla döydüyünü bildirməsinin doğru olmadığını, Yaqubun yalnış izahat verməsini bildirmişdir. Qızı Şahid1 da eyni məzmunlu izahat verərək dava zamanı küçəyə çıxdıqda onun yerdə yıxılmış vəziyyətdə qızı Zeynəbin isə ayağı sınmış və qanla bulaşmış halda küçədə yerdə olmasını həmin vaxt isə təkcə Tural orada olduğunu bildirməsinin də həqiqətə uyğun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 da ilkin izahatında Təqsirləndirilən şəxs2 ilk olaraq ona qarğış etdiyinə görə onu vurmasını, daha sonra Zeynəbin özünü vurmasını bildirməsi düz qeyd olunmamışdır. Tağı özü ayrıca dəmir parçası gətirib həmin dəmir parçası ilə onu və qızı Zeynəbi döymüşdür. Tural onu və qızı Zeynəbi vurmamış, ona görə də ilkin izahatlarda qeyd olunanları təkzib edərək Təqsirləndirilən şəxs1 onu döydüyünü bildirmişdir. Zərərçəkmiş şəxs1 xəsarət aldıqdan sonra ayağı sınmış vəziyyətdə küçədə olmuş, Zeynəbi və onu küçədən təcili yardım maşını xəstəxanaya aparmışdır, münaqişə zamanı Tağı və Tural onların yaşadığı evin həyətinə keçməmişlər. Ola bilsin həyətə keçmiş və alın nayihəsindən axan qan həyətə bulaşmışdır, lakin evin həyətində dava mübahisə baş verməmişdir. Sol bazu nayihəsində və döş qəfəsində olan xəsarətləri Duman adlı şəxs dava-dalaş zamanı pol taxtası ilə ona yetirmişdir. Qasıq nayihəsində, sağ bud, sağ baldır və sol baldır nayihəsində olan xəsarətləri Duman pol taxtası ilə vuraraq yetirmiş, hər iki gözlərin alt qapaqlarında qançırları xəsarətlərini güman edir ki, Tağı ona yetirmişdir. Alın nayihəsində yara xəsarətini Tağı dava zamanı dəmir parçası ilə vurarkən ona yetirmişdir. Burun sümüyümün qapalı yerdəyişən sınığı xəsarətini Tağ onu dəmir parçası ilə alın nayihəsindən vurarkən yetirmişdir. Təpə nayihəsində olan hematoma xəsarətini Tağı onu alın nayihəsindən vurduqda yerə yıxılarkən başı bilmədiyi əşyaya dəyərək almışdır. Solda 11-12-ci qabırğalarda yerdəyişən sınıq xəsarətlərini Tağı onu alın nayihəsindən vurduqdan sonra yerə yıxılmış, həmin vaxt təpiklə onun sol tərəf qabırğalarından bir neçə dəfə vurmuş, 11- 12-ci qabırğalarının sınığı xəsarətlərini həmin vaxt almışdır. Duman adlı şəxsi əvvəllər tanımamış, onunla aralarında münaqişə olmamışdır. Tağı onu vurub yerə yıxdıqdan sonra “Ay Duman zorlayın bunları” dedikdə onun üstünə gələrək döydükdə həmin əynində qısaqol çəhrayı rəngli köynəkdə arıq bədən quruluşlu, orta boylu cavan şəxs onu pol taxtası ilə döymüşdür. Ona görə də həmin şəxsin Duman olmasını bilir. Qızı Zərərçəkmiş şəxs1 və özünün ilkin izahat və ifadələrində Təqsirləndirilən şəxs2 onu sifətindən vuraraq xəsarət yetirməsini bildirməklərinin hadisə təsirində olaraq izahat və ifadə zamanı səhv xatırlayıb Turalın vurmasını bildirdiklərini, lakin hazırki ifadəsində doğru xatırlayayaraq Təqsirləndirilən şəxs1 onu dəmir parçası onu alın nayihəsindən vuraraq xəsarət yetirməsini bildirmişdir. Zərərçəkmiş şəxs3 öz ifadəsində “Tağı məndən əl çəkdi, daha sonra əlinə pol taxtası götürdü, Zərərçəkmiş şəxs2 həmin vaxt ayağı sınaraq yerdə qalmış qızı Zeynəbin başının üstündə dayanmasını Tağı da əlindəki pol taxtası ilə Zərərçəkmiş şəxs2 üzərinə gedərək pol taxtası ilə onu başından və bel nayihəsindən vuraraq xəsarət yetirməsini, bu zaman o qabağa durub Tağıya mane olmaq onları aralaşdırmaq istədikdə Tağı pol taxtası ilə onu da qollarından vuraraq xəsarət yetirdi” bildirsə də o, ifadəsində pol taxtası ilə Duman onu döydüyünü bildirməsi zamanı yaranmış ziddiyyətə aydınlıq gətirərək Tağının əlində pol taxtası olmadığını, dəmir əşya ilə onu alın nayihəsindən vurub xəsarət yetirən Tağı olmasını, pol taxtası ilə döyən Duman adlı şəxs olmasını qeyd edərək Zərərçəkmiş şəxs3 səhv xatırlamasını bildirmişdir. Şahid1 məhkəmə iclası zamanı elan olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15.05.2021-ci il tarixdə təxminən saat 21 radələrində evdə olarkən küçədən səs-küy eşidib, çölə çıxdıqda Təqsirləndirilən şəxs1 əlində armatur parçası ilə bacısı Zeynəbin ayağından və baş nayihəsindən vuraraq döyməsini görmüşdür. Atası Yaqub isə onları ayırmaq istəsə də Təqsirləndirilən şəxs1 atası Yaqubu da vuraraq ona da xəsarət yetirmişdir. Hadisə onların yaşadığı evin həyəti ilə Təqsirləndirilən şəxs1 məxsus evin həyətinin arasında küçədə baş vermişdir. Eyni vaxtda anası Zərərçəkmiş şəxs2 yerdə olmuş, sifət nayihəsində qan olmasını görmüşdür. Həmin vaxt onu vuraraq döyən şəxsi tanıya bilməmiş və adının Duman olmasını eşitmişdir. Çünki, Tağı bacısı Zeynəbi və atası Yaqubu vuraraq döyəndə səslənərək “Duman bunları zorlamaq lazımdır” sözlərini demişdir. Təqsirləndirilən şəxs1 bu səslənişi zamanı anası Sürəyyanı döyən oğlanın dönərək baxmasından, onun adının Duman olmasını bilmişdir. Duman adlı şəxsin əlində taxta parçası ilə anası Sürəyyanı döymüşdür. Daha sonra o, dərhal bacısı Zeynəb və atası Yaqubu döyən Təqsirləndirilən şəxs1 yaxınlaşıb onların arasına girmək istədikdə Təqsirləndirilən şəxs1 onu sol qolundan dirsək nayihəsindən təpiklə vurmuşdur. Həmçinin tünd qırmızı rəngli qısaqol köynəkdə olan və hündür boylu, arıq bədən quruluşlu təxminən 30-35 yaşlarında qara saçlı qaraşın bir nəfər şəxs onu belinin sağ nayihəsindən bir dəfə təpiklə vurmuşdur. Daha sonra o, evə qaçıb və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və həmçinin eyni vaxtda təcili yardım çağırmışdır. Münaqişə zamanı o, atası Yaqub və bacısı Zeynəbə kömək etmək məqsədilə onların yanına gələrək aralaşdırmaq istədikdə onu sol qolundan Təqsirləndirilən şəxs1 təpiklə vuraraq sol qolunun dirsək nayihəsinə xəsarət yetirmişdir. Daha sonra qaçıb evə getmək istədikdə əlamətlərini qeyd etdiyi adını bilmədiyi tünd qırmızı rəngli köynəkdə olan şəxs onu tutaraq saxlamış və daha sonra təpiklə sol ayağından təpiklə iki dəfə vurmuş, o, uzaqlaşmaq istədikdə təpiklə həmin şəxs bir dəfə belinin sağ tərəfindən vurmuşdur. Küçəyə ilk dəfə çıxanda küçədə bacısı Zeynəbin yerdə sağ ayağının sınaraq deformasiyaya uğramış vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 əlində armatur parçası ilə bədəninin müxtəlif nayihələrindən vuraraq döymüş, atası Yaqub da onların yanında olmuş, onları aralaşdırmaq istəsə də Təqsirləndirilən şəxs1 əlində olan armatur parçası ilə atası Yaqubu da vurmuş, buna görə də atası Yaqub yerə yıxılmış vəziyyətdə olmuşdur. Lakin sonradan ailə üzvləri münaqişə qurtardıqdan sonra evdə bu barədə söhbət edərkən ona məlum olmuşdur ki, münaqişə zamanı bacısı Zeynəbin saçından tutaraq ona məlum olmayan şəxslər döyüblər həmçinin başını yerə çırpmaqla ona xəsarət yetirmişlər. Küçəyə çıxanda münaqişə təxminən 5-10 dəqiqə əvvəl başlamışdır. Buna görə də o, artıq küçəyə çıxanda anası bacısı və atasının daha əvvəl hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilmələrini görə bilməmişdir. Lakin küçəyə çıxdıqdan sonra anası Sürəyya küçədə yerdə yıxılmış vəziyyətdə sifət nayihəsində qan olmuşdur. Anası Sürəyya yıxılmış vəziyyətdə Tağının oğlu Tural təpiklə Sürəyyanı müxtəlif nayihələrindən vurmuşdur. Həmçinin anası Sürəyyanı Duman adlı şəxs pol taxtasının tutacaq hissəsi ilə dəyənək kimi istifadə edərək döymüşdür. O, münaqişə zamanı küçəyə çıxanda atası Yaqubu bacısı Zeynəbin yanında yıxılmış vəziyyətdə görmüş, həmin vaxt atası Yaqub bacısı Zeynəbə kömək etmək və onu Tağının əlindən almaq üçün cəhd etmiş, lakin Təqsirləndirilən şəxs1 əlində olan armatur parçası ilə atasının qolundan və ayağından vurmuşdur. Əynində tünd qırmızı rəngli köynək olan şəxs onu döyən məqamda onun əlindən qaçarkən geri dönüb baxanda tanımadığı 4-5 nəfər şəxs atası Yaqubu yerdə yıxılmış vəziyyətdə təpiklə vuraraq xəsarət yetirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işi materiallarında olan 15.05.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 yaşadıqları fərdi yaşayış evinin qarşısındakı küçədir. Cinayət işi materiallarında olan İstintaq müddətində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək sonuncunun əlində olan taxta parçası ilə onu vuraraq döyüb xəsarət yetirdiyini, həmçinin Zərərçəkmiş şəxs2 da əlində olan həmin taxta parçası ilə döydüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan İstintaq müddətində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 ilə aralarında üzləşdirilmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs1 ayağındakı sınıq xəsarətinin Tural tərəfindən döyülərkən yarandığını, həmin nahiyədə açıq sınıq xəsarətinin isə Təqsirləndirilən şəxs1 tərəfindən əlavə zərbə vurulduqdan sonra yarandığını göstərmişdir. Cinayət işinin materiallarında olan İstintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Şahid1 üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə deyərək onun əlində olan dəmir parçası ilə atası Zərərçəkmiş şəxs3 döyərək xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 17.05.2021-cı il tarixli 282 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəninində aşkar olunan xəsarətlər: - sol bazu nayihəsində, döş qəfəsinin ön səthində, qasıq nayihəsində, sağ budunda, sağ baldırında, sol baldırında, hər iki gözlərin alt qapaqlarında qançırlar, alın nayihəsində yara və təpə nayihəsində hematoma sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya, sol 11-12-ci qabırğaların qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlərdir, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər. Yetirilmə müddətləri 15.05.2021-ci il tarixə uyğundurlar. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17.05.2021-cı il tarixli, 283 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ dirsək oynağında, sağ diz oynağında, sol diz oynağında sıyrıqlar, sağ almacıq nayihəsində və döş qəfəsinin ön səthində qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterikdir, yetirilmə müddətləri 15.05.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14.06.2021-ci il tarixli, 283/ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 əlavə məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sağ 5-ci qabırğanın yerdəyişən köhnə sınığı küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, ilkin tibbi sənədlər olmadığından müddətini dəqiq müəyyən etmək mümkün deyildir, 15.05.2021-ci il tarixdə yetirilə bilməsi inkar olunmur, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 20.05.2021-cı il tarixli, 284 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəninində aşkar olunan xəsarətlər: - burun sümüyünün sınığı, hər iki gözlərinin alt qapaqlarında qançırlar, sağ gicgah nayihəsində yara və hematoma, sol qulaq seyvanında yara, sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində sıyrıqlar, sol bazuda, sol dirsək oynağında, sağ çiyin qurşağının ön səthində qançırlar, sağ incik sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ aşıq-baldır oynağının sümüklərinin açıq sınıqları vardır. - burun sümüyünün sınığı, hər iki gözlərinin alt qapaqlarının qançırları, sağ gicgah nayihəsində yara və hematoma, sol qulaq seyvanında yara, sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində sıyrıqlar, sol bazuda, sol dirsək oynağında, sağ çiyin qurşağın ön səthində qançırlar bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterikdir. - sağ incik sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları və sağ aşıq-baldır oynağının sümüklərinin açıq sınıqları yerdə fiksə olunmaqla bədənin öz oxu ətrafında fırlanması nəticəsində əmələ gələ bilərdilər. xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən 15.05.2021-ci il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə: - burun sümüyünün sınığı, sağ gicgah nayihəsində yara və hematoma sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - sağ incik sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ aşıq baldır oynağı sümüklərinin açıq sınıqları sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - hər iki gözlərinin alt qapaqlarının qançırları, sol qulaq seyvanında yara, sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində sıyrıqlar, sol bazuda, sol dirsək oynağında, sağ çiyin qurşağın ön səthində qançırlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirliliyini inkar etsə də, onun bu ifadələri şahid ifadələri, işə əlavə olunmuş sübutlar və digər əsaslı sübutlarla təkzib edilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxs Tağıyev X7 bağ massivi 7-ci küçədə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin may ayının əvvəllərində arvadı Şahid2 arasında, sonuncunun Zərərçəkmiş şəxs1 ünvanına bir sıra xoşagəlməz sözlər və şaiyələr yaydığı, habelə arvadı Şahid2 Zərərçəkmiş şəxs1 boşqab verərkən ona «dəli şeysən birdən sındırarsan» kimi ifadələr işlətməsi nəticəsində Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə onun ailəsi arasında narazılıq və şəxsi ədavətə çevrilən münasibətlər yarandıqdan və getdikcə ailələr arasında artan gərginlikdən sonra, 15.05.2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs1 və onun ilə üzvləri arasında baş verən qarşılıqlı dava-dalaş zamanı sonuncular tərəfindən oğlu Təqsirləndirilən şəxs2 qarın nahiyəsinin yaba ilə deşilməsi barədə digər oğlu Uğur Tağıyevin ona mobil telefonla məlumat verməsindən sonra, ilkin olaraq oğluna yetirilən xəsarətin ağır olmasını zənn edib, ona xəsarət yetirən Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərindən qisas almaq məqsədi ilə həmin vaxt tanışı Şahid4 ilə birlikdə olduqları Güllü bağ dairəsinin yaxınlığında yerləşən Şirniyyat dükanından yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 7-ci küçədə yerləşən evinin qarşısına gəlib, orada bir qədər əvvəl dava-dalaşın baş verməsini anlayıb, oğlu Təqsirləndirilən şəxs2 həmin ərazidə görmədiyinə görə onun həqiqətən də ağır yaralandığını düşünərək ilkin olaraq qarşısına çıxan Zərərçəkmiş şəxs2 və atası Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək əlində saxladığı istintaqa məlum olmayan küt alətlə ilkin olaraq Zərərçəkmiş şəxs2 sifət və baş nahiyələrinə, habelə əl və ayaq zərbələri ilə sol qabırğa nahiyəsinə, yumruqla Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif, o cümlədən sağ qabırğa nahiyəsinə çoxsaylı zərbələr endirib Zərərçəkmiş şəxs2 hər iki gözlərin alt qapaqlarında qançırlar, alın nayihəsində yara və təpə nayihəsində hematoma sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aid və sol 11-12-ci qabırğaların qapalı sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 isə sağ dirsək oynağında, sağ diz oynağında, sol diz oynağında sıyrıqlar, sağ almacıq nayihəsində və döş qəfəsinin ön səthində qançırlar dərəcəsi təyin edilməyən və sağ 5-ci qabırğasının yerdəyişən sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik xəsarətlər yetirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlıqların uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlıqlarına az ağır zərər vurmuşdur. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdikdən sonra 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aid edilmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə, həmçinin qeyd edir ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs1 münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda müdafiə tərəfinin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktına əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-də tərtib edilmiş 12.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan Ukrayna Respublikasına məxsus olan pasport və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 18 fevral 2018-ci il təvəllüdlü Yaşa adlı azyaşlı uşağı vardır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət hesab edilməklə, Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmada ifadə olunan qəsdən törədilən cinayətdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması, tam sübuta yetirildiyindən və əmlində xuliqanlıq niyyəti olmadığından onun əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaq orqanın mövqeyi ilə ona görə razılaşmır ki, istintaq orqanı ilkin olaraq təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasını araşdırmamışdır. Təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma (CM-nin 127.2.3) maddəsinə tövsif etmək üçün ilkin olaraq CM-nin 221-ci maddəsi ilə təsbit edilmiş xuliqanlıq niyyəti olması zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Cinayətin motivi bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İttiham tərəfinin təqdim etdiyi və cinayət işinin materiallarında olan sübutların məhkəmə istintaqında tədqiqi zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndirməmiş və niyyəti bilərəkdən cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, zərərçəkmitş şəxsə qarşı qəsdən zor tətbiq etmək, qisas almaq, özgənin əmlakının məhv etmək və ya zədələmək olmamış və bunu qabaqcadan görməmiş və buna arzu etməmişdir. Belə ki, məhkəmə istintaq zamanı dindirilmiş şahidlərin ifadələrində və ittihamın özünün mahiyyətindən də görünür ki, hadisə Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin may ayının əvvəllərində təqsirləndirilən şəxsin anası Şahid2 arasında, sonuncunun Zərərçəkmiş şəxs1 ünvanına bir sıra xoşagəlməz sözlər və şaiyələr yaydığı, habelə anası Şahid2 Zərərçəkmiş şəxs1 boşqab verərkən ona “dəli şeysən birdən sındırarsan” kimi ifadələr işlətməsi səbəbindən, ədavətə çevrilən münasibətlər yarandıqdan sonra baş vermişdir. Odur ki, məhkəmə hesab edir ki, baş vermiş hadissə tərəflər arasında şəxsi ailə münasibətləri zəminində yaranmışdır. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilmədi. Bundan başqa məhkəmə hesab edir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. İş materiallarından, həmçinin şahid ifadələrindən və məhkəmə-tibb ekspertizalarının rəylərindən da görünür ki, hadisə qonşular arsında şəxsi münasibətlər zəminində və zərərçəkənmiş şəxslərin təşəbbüsü ilə başlamış mübahisə və dava-dalaş nəticəsində baş vermiş və sağlamlığa zərər vurma ilə nəticələnmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı müəyyən edir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmamasını müəyyən edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi 127.2.3-cü-ci maddəsinə (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) deyil, 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli və o, həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, təqsirləndirilən şəxsin CM-in 127.1-ci maddəsi ilə təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdikdən sonra 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aid edilmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.13-cü bəndinə əsasən cinayət törədərkən 18 yaşına çatmamış şəxslər müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilir. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə, həmçinin qeyd edir ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs2 münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda müdafiə tərəfinin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktına əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş 12.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan portaldan çıxarış və əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman 18 yaşı tamam olmamışdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət hesab edilməklə, Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmada ifadə olunan qəsdən törədilən cinayətdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardımın ödənilməsi ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin Mingəçevir şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə ləğv edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 1.16-ci və 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 1.13cü və 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin Mingəçevir şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə ləğv edilməsi nəzərə alınsın. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: ********** Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-19/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-19/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver