Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-19/2023 10.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Şikayət vermiş və Zərərçəkmiş şəxs və onun nümayəndəsi Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi1, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev pros. 73 saylı binanın arxa hissəsində tanışı Zərərçəkmiş şəxs borcunu istəmək adı ilə gələrək taxta parçası ilə onu vurduğuna görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində saxladığı bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərüfat-məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ ayağına 1 dəfə vuraraq, ona sağ budun kəsilmiş deşilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində şikayət edən Zərərçəkmiş şəxs şəhər sakini kimi tanıdığını, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmadığını, təxminən 3 ay bundan qabaq tanışı Zərərçəkmiş şəxs işlətdiyi telefon mağazasına gedib dəyəri 500 manat olan Samsung A32 markalı mobil telefon üçün 150 manat ilkin ödəniş edib həmin telefonu nisyə götürdüyünü, qalan pulunu isə 1 ay ərzində qaytaracağına söz verdiyini, lakin, heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə Zərərçəkmiş şəxs olan borcunu dediyi vaxtda ödəyə bilmədiyini, bu müddət ərzində Zərərçəkmiş şəxs bir neçə dəfə ondan borcunu istəyəndə borcunu qaytaracağına söz verdiyini, sonuncu dəfə, xx.xx.2022-ci il tarixdə evdə olan zaman Zərərçəkmiş şəxs tanışı Şahid1 qapını döyüb onu yerə çağırdığını, həmin vaxt pəncərədən baxanda Zərərçəkmiş şəxsdə gəldiyini görüb onu döymək üçün gəldiklərini düşündüyünə görə özünü müdafiə etmək üçün mətbəxdən bıçağı götürüb cibinə qoyaraq yerə düşdüyünü, həyətə düşəndə Zərərçəkmiş şəxs onun yaxasından tutub avtomobilə oturmasını istədiyini və onun başına oyun açacağını dediyini, həmin vaxt heçnə edə bilmərsən deyib binanın yan tərəfinə keçdiyini, bu zaman Zərərçəkmiş şəxs və tanışı Şahid1 taxta parçası götürüb onun üzərinə gəldiklərini və münaqişə yarandığını, münaqişə zamanı Zərərçəkmiş şəxs taxta parçası ilə onun başına vurmaq istəyəndə qolunu qabağa verdiyini və həmin yerə dəydikdən sonra sonuncunun yerə yıxıldığını, bu zaman bıçaqla Zərərçəkmiş şəxs ayağına vurub xəsarət yetirdiyini və həmin anda oraya Zərərçəkmiş şəxs qardaşı Şahid2 və Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3 gəldiklərini, bu zaman Şahid1 taxta parçasını götürüb başına vurmaq istəyəndə gözünün üstünə dəydiyini, elə həmin anda Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3 yaxınlaşıb özünü təqdim etdiyinə görə bıçağı ona könüllü təqdim etdiyini, sonra isə onu dəvət edib polis şöbəsinə gətirdiyini bildirmişdir. Daha sonra zərərçəkmiş şəxslə barışdığını bildirmiş və məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, Təqsirləndirilən şəxs 8 ay bundan qabaq onun işlətdiyi telefon mağazasına gəlib 150 manat ilkin ödəniş edib dəyəri 650 manat olan Samsung A32 markalı mobil telefonu ondan nisyə götürdüyünü və qalan 500 manat pulu 1 ay ərzində qaytaracağına söz verdiyini, lakin, həmin vaxt sonra bir neçə dəfələrlə Təqsirləndirilən şəxs zəng edib onunla görüşüb borcunu ödəməsini istəsədə sonuncunun müxtəlif bəhanələrlə borcunu ödəmədiyini, gətirib verəcəyinə yalandan vəd verdiyini, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə saat 21-radələrində tanışı Nicatla görüşüb onunla birlikdə idarə etdiyi "Hyundai Sonata" markalı **-DK-*** d.q.n-lı avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısına gəlib onu həyətə çağırdığını, həmin vaxt sonuncunun evə daxil olub 10 dəqiqə sonra həyətə düşərək cibindən mətbəx bıçağını çıxardıb vurmaqla hədələdiyini və sonra binanın yan tərəfinə qaçıb getdiyini, bu zaman qardaşı Ruslana zəng edib bu barədə məlumat verdikdən sonra yerdən taxta parçası götürüb tanışı Nicatla birlikdə binanın yan tərəfinə keçdiklərini, həmin vaxt qardaşı Ruslan və Mingəçevir ŞPŞnin əməkdaşı Şahid3 da oraya gəlib çatdıqlarını, bu zaman Təqsirləndirilən şəxs əlində bıçaqla üzərinə gəldiyinə görə əlindəki taxta parçası ilə sonuncunun başına vurduğunu və ehtiyyatsızlıqdan yerə yıxılanda Təqsirləndirilən şəxs əlindəki mətbəx bıçağı ilə bir dəfə onun sağ ayağına vurub xəsarət yetirdiyini, sonra isə Təqsirləndirilən şəxs təkrar əlindəki bıçaqla onu vurmaq istəyəndə tanışı Nicatın taxta parçası ilə Təqsirləndirilən şəxs vurduğunu və sonuncunun onlardan aralaşdığını, bundan sonra Mingəçevir MŞX-nın acil şöbəsinə gətirildiyini və orada tibbi yardım göstərildikdən sonra Mingəçevir ŞPŞ-nə gəlib ərizə ilə müraciət etdiyini bildirmişdir. Daha sonra cinayət əməli törətmiş şəxs onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Şahidlər Şahid3 və Şahid1 məhkəmə iclasında oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyini bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən xüsusastları təsdiq etmişdir. Materialda olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, M.Maqomayev pros. 73 saylı binanın arxa hissəsidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs münaqişə zamanı tanışı Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi, eləcə də sonuncunun və tanışı Şahid1 taxta parçası ilə onu vurub xəsarət yetirdikləri yeri göstərmişdir. Materialda olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 571 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sağ budunda yara, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlmiş, ekspertizaya təqdim edilən bıçaqla da yetirilə bilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur.- ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Materialda olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ said,sol bazu, alt dodaq, sol çiyin nahiyyələrində qançır və sağ mil bilək oynağında sıyrıqlar -küt əşyanın təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Materialda olan məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/754 nömrəli rəyindən görünür ki, 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Materialda olan maddi sübut kimi tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq maddi sübut qismində tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir. Materialda olan İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən xx.xx.2022-ci il tarixli 729 saylı tibbi müayinə aktından məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı Yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Materialda olan İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən xx.xx.2022-ci il tarixli 730 saylı tibbi müayinə aktından məlum olur ki, Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş olmamış, yəni ayıq olmuşdur. Materialda olan İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən xx.xx.2022-ci il tarixli 731 saylı tibbi müayinə aktından məlum olur ki, Şahid1 hadisə zamanı sərxoş olmamış, yəni ayıq olmuşdur. Materialda olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs vuraraq döyməsi inzibati hüquq pozma sayıldığından Zərərçəkmiş şəxs və Şahid1 barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aiddiyəti üzrə Mingəçevir ŞPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə istintaqında müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev pros. 73 saylı binanın arxa hissəsində tanışı Zərərçəkmiş şəxs borcunu istəmək adı ilə gələrək taxta parçası ilə onu vurduğuna görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində saxladığı bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərüfat-məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ ayağına 1 dəfə vuraraq, ona sağ budun kəsilmiş deşilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərəfləri dinləyib, materialı öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən məhkəmədə yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və dəymiş ziyan ona ödənilmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Materialda olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Materialdan görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Material üzrə 30,60 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 73.2-ci, CPM-in 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Material üzrə 30,60 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Qərar elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-19/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-19/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver