Məhkəmə qərarları › İş №1(051)-19/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-19/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-19/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs, həmçinin azyaşlı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Müdafiəçi1, azyaşlı Zərərçəkmiş şəxs2, Mingəçevir şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının üzvü Qanuni nümayəndə və Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində tərbiyəçi müəllim işləyən, pedaqoq X2 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanında hər hansı bir əsaslı səbəb olmadan özünün təşəbbüsü ilə yaratdığı və getdikcə gərginləşən ailə münaqişəsi zəminində arvadı Zərərçəkmiş şəxs1 mənzilin otaqlarından birinə aparıb, qapısını arxadan bağlayaraq, istintaqa məlum olmayan açılıb-qatlanan bıçağın tiyəsi ilə Zərərçəkmiş şəxs1 sağ qolunun yuxarı hissəsindən bir dəfə vurub, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ bazu nahiyəsində kəsici alətindən təsirindən yaranmağa xarakterik yara xəsarətini yetirməklə, qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, arvadı Zərərçəkmiş şəxs1 ilə 2014-cü ildə nikaha daxil olduqdan bir müddət sonra, sonuncu ilə arasında yaranan və uzun müddət ərzində davam edən gərgin və kompromissiz ailə münasibətləri zəminində, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvan 3 ünvanında növbəti dəfə Zərərçəkmiş şəxs1 ilə mübahisə edib, ondan işdən çıxmasını və çadra geyinməsini tələb edib, rədd cavabını aldıqdan sonra, münasibətlərinə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs1 valideynlərini yaşadığı mənzilə çağırmış, bir müddət sonra Zərərçəkmiş şəxs1 atası Şahid1 və anası Şahid2 onların yaşadığı mənzilə gəlib, ona iradlar bildirərək, həmçinin Şahid1 qızı Zərərçəkmiş şəxs1 və nəvələrini öz evinə aparmaq istədiyini bildirdikdə, o, davam edən və getdikcə gərginləşən ailə münaqişəsi zəminində daha da azğınlaşaraq, onun ailə məsələlərinə kənar müdaxiləni qəbul etməyəcəyini, bunun üçün ailə üzvlərinə qarşı belə zorakılıq tətbiq etməyə hazır olduğunu bəyan edərək və belə bir zorakılığı tətbiq etmək üçün real potensiala malik olduğunu göstərərək, ailə üzvləri, o cümlədən azyaşlı qızı Nuridə Məmmədlinin gözləri qarşısında şalvarının arxa hissəsində gəzdirdiyi, istintaqa məlum olmayan açılıb-qatlanan bıçağı çıxarıb, həmin bıçağı uşaq bağçasından yenicə evə gətirdiyi, xx.xx.2017-ci il təvəllüdlü olmaqla, azyaşlı Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dirəyib, ona «səni Allah babanın yanına göndərəcəm, cənnətə gedəcəyik» ifadəsini işlədərək, əlində bıçaq olduğu və ailə münasibətlərinə heç bir müdaxiləni qəbul etmədiyi üçün günahsız övladını belə gözə almayacağını və bununla da etdiyi hədənin icra ediləcəyi üçün real əsasları nümayiş etdirərək, zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs2 öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci və 134–cü maddələri ilə ittiham verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-19/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2014-cü ildən evlidir. Birgə nikahdan iki uşağı var. Hazırda qızı Nuridə Məmmədlinin 6 yaşı, oğlu Zərərçəkmiş şəxs2 isə 5 yaşı var. Onlar birlikdə ünvan 4 ünvanında yaşayırlar. Hazırda ibadətlə məşğuldur, ona görə də arvadı Zərərçəkmiş şəxs1 üst paltarını uzun geyinməsini tələb etmişdir. Lakin arvadı Zərərçəkmiş şəxs1 başını bağlasa da, tam uzun geyimli deyil. xx.xx.2023-cü il tarixdə yaşadıqları mənzildə olan zaman arvadı Zərərçəkmiş şəxs1 uzun geyinməsini xahiş etmişdir. Arvadı Zərərçəkmiş şəxs1 isə razılaşmamışdır. Arvadı ilə arasında geyimlə bağlı söhbət gedərkən orada atası Şahid3 və azyaşlı qızı Nuridə Məmmədli də olmuşdur. Lakin atası Şahid3 digər otaqda yatdığı üçün sonuncu arvadı Zərərçəkmiş şəxs1 ilə arasında olan danışığın şahidi olmamışdır. O daha sonra qayınatası Şahid1 zəng edərək onların yaşadığı mənzilə gəlməsini və söhbət eləmək istədiyini bildirmişdir. Belə ki, qayınatası Şahid1 çağırmaqda məqsədi arvadı ilə arasında yaranan mübahisəni sülh yolu ilə yoluna qoymaq, ortaq bir məxrəcə gəlmək olmuşdur. Təxminən 15 dəqiqə sonra qayınatası Şahid1 onun yaşadığı mənzilə gəlmişdir. O, Şahid1 qızı Zərərçəkmiş şəxs1 uzun geyinməsini bildirdiyini, lakin Zərərçəkmiş şəxs1 bundan imtina edərək atasının buna icazə vermədiyini dediyini bildirib, sonuncu tərəfindən həqiqətən də belə bir qadağanın qoyulub-qoyulmamasını aydınlaşdırmaq istəmişdir. Söhbət əsnasında Şahid1 onların ailə işlərinə qarışmamasını xahiş etmişdir. Bundan sonra qayınatası Şahid1 qızı Zərərçəkmiş şəxs1 özü ilə yaşadığı evə aparmaq istədiyini bildirdikdə, o, qayınatası Şahid1 onun ailəsini dağıtmaq istədiyini, buna imkan verməyəcəyini və arvadı Zərərçəkmiş şəxs1 özü ilə aparmağa icazə verməyəcəyini söyləmişdir. Həmçinin arvadı Zərərçəkmiş şəxs1 da atası ilə getmək istədəmədiyini demişdir. Bundan sonra Şahid1 bacısı Tünzaləyə zəng edərək sonuncunu da onun yaşadığı mənzilə çağırmışdır. Aralarında olan münaqişənin qızışacağından, həmçinin atası Şahid3 səhhətində nasazlıq yaranacağından ehtiyat edib mənzildən çıxmış və piyada Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən 10 saylı uşaq baxçasından oğlu Mahir Məmmədovu götürərək yaşadığı mənzilə qayıtmışdır. Həmin müddət ərzində qayınatası Şahid1 sakitləşdiyini və çıxıb getdiyini düşünüb, yaşadığı mənzilə qayıtmışdır. Lakin azyaşlı oğlu Mahir Məmmədovla mənzilə daxil olan zaman orada arvadı Zərərçəkmiş şəxs1, azyaşlı qızı Nuridə Məmmədli, anası Şahid4, qardaşı Mahir Məmmədov, atası Şahid3, qayınatası Şahid1, qaynanası Şahid2, Zərərçəkmiş şəxs1 bibisi Tünzalə və adını xatırlamadığı başqa bir qadının orada olduğunu görmüşdür. Mənzilə daxil olan zaman arvadının bibisi Tünzalə onun üzərinə qışqıraraq, qardaşı Şahid1 xəstə olduğunu, Zərərçəkmiş şəxs1 özləri ilə aparacaqlarını, habelə Zərərçəkmiş şəxs1 uzun paltar geyinməyəcəyini demişdir. Bundan sonra o, arvadı Zərərçəkmiş şəxs1 atası Şahid1 və bibisi Tünzalə ilə təxminən 3-5 dəqiqə sözlü mübahisə etmişlər. Daha sonra o, mübahisənin qızışdığını görüb, yaşadığı mənzili tərk etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında olan zaman azyaşlı oğlu Zərərçəkmiş şəxs2 bıçaqla öldürməklə hədələməmişdir, ümumiyyətlə üzərində bıçaq gəzdirmir. Hazırda ona irəli sürülmüş ittihamı qəbul etmir, lakin ailəsi ilə bağlı yaranmış hazırkı vəziyyətə görə peşmandır. Ailəsini bərpa etmək istəyir. O, uşaqlarını sevir və daima onların qayğısını çəkir. Odur ki, məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində, həmçinin azyaşlı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi kimi dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 2014-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Böyük qızı Nuridə Məmmədlinin 7, kiçik oğlu Zərərçəkmiş şəxs2 isə 5 yaşı vardır. Onlar birlikdə ünvan 2 ünvanında qayınatası Şahid3 və qayınanası Şahid4 ilə birlikdə yaşayırdılar. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində əri Təqsirləndirilən şəxsla yaşadıqları ünvan 2 ünvanında olan zaman əri Təqsirləndirilən şəxs ondan işə getməməsini və işdən çıxmasını tələb etdikdə, o, Təqsirləndirilən şəxs tək özünün işlədiyini, işdən çıxacağı təqdirdə dolanmaqlarının qeyri-mümkün olduğunu bildirərək işləməsinə icazə verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə mövzunun mahiyyətini qismən dəyişərək yenidən əsəbləşib ona iradlar bildirməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona təkcə başını bağlaması ilə kifayətlənməməyi, çadra geyinməli olmasını tələb etməyə başlamışdır. Həmin vaxt yaşadıqları mənzildə qızı Nuridə Məmmədli və qayınatası Şahid3 da olmuşdur. Baş vermiş mübahisəni qızı Nuridə Məmmədli görsə də, qayınatası Şahid3 digər otaqda yatmışdır. Əri Təqsirləndirilən şəxs hicab məsələsi ilə əlaqədar onun atası Şahid1 zəng edərək kobud formada yaşadıqları mənzilə gəlməsini istəmişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs atası Şahid1 onun barəsində əsassız şikayətlər etməyə, hicabın çadra formasını geyməməsi ilə bağlı gileylənməyə başlamışdır. Atası Şahid1 isə əri Təqsirləndirilən şəxs tərəfindən onun bu cür səbəbsiz ittihamlar edilməsinə narazılığını bildirmişdir. Bundan sonra atası Şahid1 onu özü ilə yaşadığı evə aparacağını demişdir. Həmin vaxtadək atası Şahid1 onun əri Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə döyülməyə məruz qalmasını, təhqir olunmasını, bıçaqla öldürüləcəyi hədələndiyini bilməmişdir. Belə ki, atası Şahid1 ürək xəstəsi olduğundan, o, əri Təqsirləndirilən şəxs tərəfindən ona qarşı etdiyi hərəkətlər barədə məlumat verməmişdir. Eləcə də Təqsirləndirilən şəxs kiməsə məlumat verəcəyi təqdirdə ona və öz doğma uşaqlarına nəsə edəcəyi ilə onu hədələdiyindən, o, həmişə susmağı üstün tutmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə baş verənləri atası Şahid1 öz gözləri ilə gördüyü üçün təkidlə onu öz evlərinə aparmaq istədiyini bildirmişdir. Eyni zamanda həmin mübahisə baş verən zaman qayınatası Şahid3 da yanlarında olmuşdur. Bir qədər sonra anası Şahid2, daha sonra isə qayınanası Şahid4 yaşadıqları mənzilə gəlmişlər. Həmin vaxt Səxavət sanki qeyri-ixtiyari uca səslə səbəbsiz iradlar etmişdir. Bir qədər sonra qayınatası Şahid3 oğlu Təqsirləndirilən şəxs hərəkətlərinə tab gətirməyib, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadıqları mənzilə gəlmiş, bundan bir qədər əvvəl isə əri Təqsirləndirilən şəxs heç nə demədən mənzildən çıxıb, getmişdir. Polis əməkdaşları mənzildə olan zaman Təqsirləndirilən şəxs mübahisəni sonlandırdığını və çıxıb getdiyini düşünmüşlər. Qayınatası Şahid3 isə oraya gələn polis əməkdaşlarına artıq şikayətlərinin olmadığını, ailədaxili mübahisənin olduğunu bildirmişdir. Həmin vaxt atası Şahid1 də qayınatası Şahid3 Təqsirləndirilən şəxs şikayətini geri çəkməsinə etiraz etməmiş, lakin onu özü ilə aparacağını bildirmişdir. Bir qədər sonra bibisi Tünzalə həmin mənzilə gəlmişdir. O, dözməyərək əri Təqsirləndirilən şəxs tərəfindən ona edilənləri, dəfələrlə narkotik vasitə olan “nəşə”nin təsiri altında səbəbsiz yerə onu döydüyünü, onunla insan kimi rəftar etmədiyini, bıçaqla xəsarət yetirdiyini açıb bibisinə danışmışdır. Bundan sonra atası Şahid1 ürəyi narahat olduğu üçün onu mətbəxə keçirmişlər. Bir qədər sonra isə mənzilin qapısından çöldə azyaşlı oğlunun ağlamaq səsini eşitmiş, həmin vaxt özündə olmadığı üçün nə baş verdiyini tam anlamamış, oğlu Zərərçəkmiş şəxs2 nə üçün qışqırdığına reaksiya verməmişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs azyaşlı oğlu Zərərçəkmiş şəxs2 ilə yaşadıqları mənzilə keçmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs2 əlindən tutduğunu, oğlu Mahirin isə ağladığını görmüşdür. Baş verənlərin canlı şahidi olan atası Şahid1 onu özü ilə evinə aparmaq istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bir ədəd açılıb-qatlanan bıçağı açaraq azyaşlı övladı Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dirəmiş və uşağa “Səni Allah babanın yanına göndərəcəm” “Cənnətə gedəcəksən” sözlərini demişdir. Səxavətin bu sözlərindən sonra azyaşlı oğlu əsməyə və qışqırmağa başlamışdır. Həmin vaxt qorxudan hansı bir addımı atacağını bilməmiş, habelə Səxavətin uşağa nəsə edəcəyindən özü də qorxaraq əsməyə başlamışdır. Baş verənlər ona bir yuxu kimi gəlmiş, atası Şahid1 isə onu və azyaşlı qızı Nuridə Məmmədlini mənzildən çıxarmışdır. Eyni zamanda anası İradə və bibisi Tünzalə də onlarla birlikdə mənzildən çıxmışlar. Azyaşlı övladı Zərərçəkmiş şəxs2 isə mənzildə qalmışdır. Atası Şahid1 Təqsirləndirilən şəxs onların arxası ilə gələrək nəsə edəcəyindən ehtiyat etdiyi üçün onları bibisi Tünzalənin yaşadığı mənzilə aparmışdır. Eşitdiyinə görə onlar mənzildən çıxıb bibisi Tünzalənin evinə getdikdən sonra əri Təqsirləndirilən şəxs atası Ramizgilin yaşadığı mənzilə gedib, onları axtarmış, lakin mənzildə olmadıqlarını görüb, çıxıb getmişdir. 2022-ci ilin aprel ayınadək əri Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edib, sərxoş vəziyyətdə yaşadıqları ünvan 3 ünvanına gələrək bəzən təklikdə, bəzən isə azyaşlı övladlarının gözü qarşısında onu döyüb, təhqir etmiş və onunla qeyri-insani rəftar etmişdir. Belə ki, 2022-ci ilin yanvar ayında yaşadıqları mənzildə olan zaman Səxavət yenə də sərxoş vəziyyətdə əsassız yerə onu təpiklə vurmuşdur. O da təpiyin təsirindən yıxılmış və qaşının sağ nahiyəsi yerə dəyərək, qaş nahiyəsi partlamışdır. Eyni zamanda xasarət almağından azyaşlı övladları, qayınanası və qayınatasının məlumatları olmuşdur. Eyni zamanda onlarla qonşuluqda yaşayan tibb bacısı işləyən qızdan qaşına tikiş qoydurub-qoydurmamağı soruşduqda ona tikiş qoyulsa, izin qalacağını söyləmişdir. Lakin həmin qonşuluqda yaşayan tibb bacısına əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü deməmişdir. Ona yıxıldığını və xəsarəti də yıxılarkən aldığını bildirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə yaşadıqları mənzildə olan zaman «sevgililər günü» olduğu üçün azyaşlı övladları ilə birlikdə süfrə açmışdır. Həmin vaxt qayınanası və qayınatası Bakı şəhərinə getmişlər. Daha sonra əri Təqsirləndirilən şəxs yaşadıqları mənzilə gəlmiş və həmin vaxt onun sərxoş vəziyyətdə olduğunu görmüşdür. Bir qədər sonra Səxavət səbəbsiz yerə evdə dava salaraq, üzərində gəzdirdiyi bıçaq ilə onu öldürmək istədiyini bildirmişdir. Həmin hadisəni azyaşlı qızı Nuridə Məmmədli də görmüşdür. Əlində olan açılıb-qatlanan bıçaq ilə onun sağ qoluna xəsarət yetirmişdir. Azyaşlı oğlu Zərərçəkmiş şəxs2 isə digər otaqda olduğu üçün hadisəni görməmişdir. O da həmin günü atası Şahid1 xəbər vermişdir. Həmin gün valideynləri yaşadıqları mənzilə gəlmiş və bir gün onlarla birlikdə qalmışlar. Ertəsi gün isə onu özləri ilə götürüb yaşadıqları mənzilə aparmışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs tövbə etdiyini, artıq spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra ailələri onları barışdırmışdır. Eyni zamanda o, əri Təqsirləndirilən şəxs ibadət etməyi, namaz qılmağı da öyrətmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir, lakin uşaqlarının atası olduğuna görə ona həbs cəzasının verilməsini istəmir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı Mingəçevir şəhər icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının üzvü Qanuni nümayəndə, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində tərbiyəçi müəllim işləyən, pedaqoq X2 və qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun 5 yaşı var, məktəbəqədər hazırlığa gedir. Həmin gün baxçadan atası onu tez gətirmişdir. Evin qapısına az qalmış atası əsəbi halda ona “səni Allah babanın yanına göndərəcəm” demişdir. O, atasının o sözündən qorxmuş və ona görə də qışqırmışdır. Atası nəyə görə dediyini bilməmişdir. Atasının əlində bıçaq var idi, ancaq heç nə etmədi. Atasına heç nə demədilər. Evdə anası, babaları, nənələri olmuşdur. Babası Tahir, nənələri İradə və Nuridə əvvəldən evdə idilər. O evdə qalmış, atası çıxıb getmişdir. Sonra bibigilə getmişlər. Anası mətbəxdə idi, onu görmədi. Atası onu bir az istəyir. Əsas onu baxçadan atası gətirir. Atası bıçağı boğazına tutub ona “Səni Allah babanın yanına göndərəcəm” demişdir. Babası Tahir atasına sillə vurmuşdur. İndi başqa yerdə qalırlar. Atasını istəmir, onlarla yaşamasını da istəmir. Babası Tahir atası onu eşitmədiyi üçün vurmuşdur. Babası atasına deyirdi ki, uşağı burax. Atası onu kəsmək istəyirdi deyə onu istəmir. Atası anası ilə dalaşırdı, döyürdü, lakin nəyə görə döydüyünü bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 gəlini, Zərərçəkmiş şəxs2 isə nəvəsidir. 08 may 2023-cü il tarixdə digər oğlunun evində qalmışdır, işdə olduğu zaman gəlini Səidəyə zəng vurmuşdur ki, evdə söz-söhbət var. Evə gələndə görmüşdür ki, qudaları evdədir, gəlininin geyimi ilə bağlı söz-söhbət gedir. Gəlin geyindiyi paltarı da o almışdır, gəlinə əvvəldən demək istəmişdir ki, o alsa da, Səxavət bu geyimə narazılıq edəcək. Sonra düşünmüşdür ki, deyəcək ki, «bilirdinsə niyə alırdın». Ona görə də heç nə deyə bilməmişdir. Səidənin atası Şahid1 Səxavətə demişdir ki, qızını niyə incidir, o, qızını aparır. Oğlu Mahir də evə gəlmişdir, həmin vaxt Ramiz kişi qızı Səidəyə demişdir ki, dur gedək burdan. Səxavət əsəbləşmişdir ki, Səidə onun yoldaşıdır, apara bilməz. Ondan sonra Səidənin bibisi Tünzalə gəlmiş, gələn kimi Səidəyə «dur diplomunu da götür gedək» demişdir, o da demişdir ki, «diplom almısan ki, dur diplomu götür gedək deyirsən, hara aparırsan gəlinimi». Tünzalə əl çəkməmiş, yenə Səidəyə «dur gedək» demişdir. Həmin vaxt oğlu Səxavət demişdir ki, «Səidəni aparsanız özümü öldürəcəm». Tünzalə yenə əl çəkməmişdir, ərinə zəng vurmuşdur, o da gələndə qudaları və Tünzalə Səidəni nəvəsi Nuridə ilə birlikdə aparmışlar. Oğlu Səxavət qısqancdır, lakin qudaları heç nəyin üstündə ailəni dağıdırlar. Oğlu uşaqlarını çox istəyir. Oğlunun əlində bıçaq olmayıb, bıçaq olsaydı görən olardı. Hər iki oğlunun da evində qalır, 2 gün birinin, 2 gün digərinin evində qalır. Hadisə günü işdən çıxıb Səxavətgilə gəlmişdir. O, evə gələndə səs-küy olmayıb. Gəlin zəng vurmuşdur ki, Səxavət yenə də əsəbləşib, həmin vaxt əri Tahir evdə olub, qudası Ramiz də gəlmişdi, mətbəxdə oturub söhbət edirdilər. Nəvəsi Nuridə evdə idi, nəvəsi Mahir isə baxçada idi. Geyim üstündə söz-söhbət olub. Ramiz kişi, ancaq qızını aparacağını deyirdi. Səxavət qayınatasına deyirdi ki, «ailəmə dəymə, yoxsa özümü öldürüb Rəbbimə gedəcəm». Həmin vaxt uşaq qucağında olub, uşaq səs-küy olduğundan qorxub ağlayırdı. Səxavətin əlində bıçaq olmayıb. Əvvəllər mehribançılıq olub, indi münasibət pozulub. Oğlu qəddar deyil. Hər ailədə söz-söhbət, dava-dalaş olur. Səidənin əvvəllər oğlu Səxavət tərəfindən döyülməsinin şahidi olmamışdır. Tünzalənin nə səbəbə görə gəldiyini soruşmamışdır. Tünzalə gəlinin bibisidir, oğlugilə ildə 1-2 dəfə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Qızı Zərərçəkmiş şəxs1 ilə kürəkəni Təqsirləndirilən şəxs təxminən 2014-cü ildə ailə həyatı qurmuşlar. Onların bu evlilikdən iki uşaqları doğulmuşdur. Qızı və ailəsi təxminən bir müddət bundan öncəyə qədər birlikdə ünvan 4 ünvanında yaşamışlar. Eyni zamanda qudası Şahid3 da, qızı və kürəkəni ilə birlikdə həmin ünvanda yaşamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində kürəkəni Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edərək, onunla yüksək tonda danışdıqda həmin vaxt arxa fonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “vicdanın olsun mən sənə neyləmişəm?” ifadəsini işlətdiyini, Təqsirləndirilən şəxs isə qızına “mən vicdansızam?” sualını verdiyini eşitmiş və qızının ailəsində münaqişənin olduğunu anlamışdır. Bundan sonra cəld şəkildə yaşadığı mənzildən qızının yaşadığı ünvan 4 ünvanına getmişdir. Mənzilə çatan zaman mübahisənin baş verdiyini görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs1 qısa geyinməsini irad bildirmişdir. Qızı Zərərçəkmiş şəxs1 isə ibadət etdiyi üçün daimi hacibda olur. O, kürəkəni Təqsirləndirilən şəxs haqsız irad bildirdiyini görüb, qızı Zərərçəkmiş şəxs1 özü ilə yaşadığı mənzilə aparmaq istəmişdir. Lakin bunu eşidən Təqsirləndirilən şəxs yüksək səs tonu ilə onun üzərinə qışqıraraq ailə məsələlərinə qarışmamasını ondan tələb etmiş, qızı Səidə Məmmədovanın onun «şəxsi mülkiyyəti» olduğunu bildirmişdir. Bu zaman qızı Zərərçəkmiş şəxs1 ağlayaraq əvvəllər ərinin onu dəfələrcə döyməsindən, qəbirstanlığa aparıb qəbir qazıb onu orada basdıracağı ilə hədələməsindən, dəfələrlə idarə etdiyi avtomobilə əyləşdirərək şəhər ərazisindən çıxarıb, vəhşicəsinə döyməsindən, Mingəçevir şəhəri ərazisində tanımadığı yerə apararaq başına tapanca dirəyib öldürəcəyi ilə hədələməsindən, ümumiyyətlə onunla olan qeyri-insani rəftarından danışmışdır. Qızı Zərərçəkmiş şəxs1 bu fikirləri bildirən zaman kürəkəninin atası Şahid3, anası Şahid4 və arvadı Şahid2 da orada olmuşdur. Mübahisə baş verən zaman azyaşlı nəvəsi Nuridə Məmmədli də yanlarında olmuşdur. Eyni zamanda kürəkəni təhdid üçün əlini belinin arxa hissəsinə ataraq bıçaq çıxaracağını, heç kəsi sağ qoymayacağını yüksək tonla söyləyən zaman azyaşlı nəvəsi Nuridə Məmmədli ağlamağa başlamışdır. Daha sonra kürəkəni Təqsirləndirilən şəxs bu hərəkətlərinə tab gətirməyən qudası Şahid3 DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları həmin mənzilə gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs anası Şahid4 adi ailə münaqişəsinin olduğunu, öz aralarında məsələnin həll olunacağını bildirdikdən sonra polis əməkdaşları çıxıb getmişlər. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs evdə olmadığını görmüşdür. Bir qədər sonra isə blokdan azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 qışqırıq səslərini, Təqsirləndirilən şəxs isə “öldürəcəm, öldürəcəm” qışqırıq səslərini eşitmişdir. Nəvəsi Zərərçəkmiş şəxs2 isə “ata, öldürmə məni, ölmək istəmirəm” sözlərini qışqıraraq ağlamağa başlamışdır. Eyni zamanda onu həmin vaxt mətbəxə aparmışlar və ürəyində nasazlıq olduğu üçün onu oradan çıxmağa qoymamışlar. Şahid3 və Şahid4 övladları Təqsirləndirilən şəxs mənzilə daxil olan zaman azyaşlı nəvələri olan Zərərçəkmiş şəxs2 Səxavətin əllərindən almaq istəsələr də, fiziki güc hesabına Təqsirləndirilən şəxs buna imkan verməmişdir. Həmin zaman o, mətbəxdə olmuşdur. Təqsirləndirilən şəxs qışqıraraq “Ramiz kişi gəl bax, nəvəni öldürürəm” ifadəsini işlətmişdir. Həmin vaxt azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 qışqırmış, digər nəvəsi Nuridə Məmmədli isə ağlamışdır. Bundan sonra o, qızı Zərərçəkmiş şəxs1 nəsə olacağından qorxduğundan arvadı və qızı ilə cəld şəkildə həmin mənzildən çıxmışdır. Həmin vaxt qızı və arvadı qorxduğundan mənzildən ayaqqabısız çıxmışlar. Mənzildən çıxan zaman qeyri-ixtiyari arxaya dönüb baxan zaman kürəkəni Təqsirləndirilən şəxs azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə bıçaq dirəyib “Qorxma, oğul, səni öldürüb Allah babanın yanına göndərəcəm” ifadəsini işlətməsinin şahidi olmuş, azyaşlı nəvəsi Mahir Məmmdəli isə “ata, mən ölmək istəmirəm” deyərək qışqırmağa davam etmişdir. Bundan sonra Səxavət bıçağı öz boğazına dirəyərək özünü də öldürəcəyini demişdir. Daha sonra o, arvadı və qızı ilə birlikdə X3 yaşadığı mənzilə getmişlər. Təqsirləndirilən şəxs azyaşlı övladı Zərərçəkmiş şəxs2 boğazına bıçaq dirəyən zaman o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. X3 yaşadığı mənzildə olan zaman kürəkəni Təqsirləndirilən şəxs onların yaşadığı mənzilə gedib onları axtarmağa başlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində yaşadıqları ünvan 4 ünvanında yaşadığı mənzildə oğlu Təqsirləndirilən şəxsla gəlini Zərərçəkmiş şəxs1 sözlə mübahisə etdiyini eşitmişdir. Daha sonra yataqdan qalxaraq onların yanına getmiş və nə üçün mübahisə etdiklərini soruşmuşdur. Bu zaman oğlu Təqsirləndirilən şəxs qayınatası Şahid1 mobil nömrəsinə zəng edərək yaşadıqları mənzilə gəlməsini demişdir. Belə ki, oğlu Təqsirləndirilən şəxsla gəlini Zərərçəkmiş şəxs1 arasında baş verən sözlü mübahisənin geyim üstündə olduğunu anlamışdır. Həmin vaxt azyaşlı nəvəsi Nuridə Məmmədli də evdə olmuşdur. Belə ki, gəlini Zərərçəkmiş şəxs1 hicab geyinsə də, hicabı tam deyil, şalvar ilə birlikdə geyinir, oğlu Təqsirləndirilən şəxs da bunun yaxşı görünmədiyini, başını bağlayırsa, tam hicaba girməsini, şalvar geyinməməsini Səidədən tələb etmişdir. Məhz buna görə də aralarında mübahisə yaranmışdır. Təxminən 10-15 dəqiqə sonra qudası Şahid1 onların yaşadığı mənzilə gəlmişdir. Daha sonra oğlu Təqsirləndirilən şəxs qayınatası Şahid1 qızının hicab ilə şalvar geyməməsini dedikdə, Zərərçəkmiş şəxs1 etiraz etdiyini atasına bildirmişdir. Şahid1 isə qızı Zərərçəkmiş şəxs1 öz yaşadığı mənzilə aparmaq istədiyini bildirdikdə oğlu Təqsirləndirilən şəxs “nə qədər ki, Səidə mənim yoldaşımdır, sən onu yaşadığımız evdən apara bilməzsən” sözünü işlətmişdir. Bir qədər sonra oğlu Təqsirləndirilən şəxs ilə qudası Şahid1 arasında mübahisə qızışmağa başlamışdır. Bir müddət sonra isə Şahid1 həyat yoldaşı Şahid2, onun ardınca isə öz həyat yoldaşı Şahid4 mənzilə gəlmişlər. Mənzildə mübahisə getdikcə şiddətləndiyi üçün o, DİNnin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs münaqişəni sonlandırmaq üçün mənzildən çıxaraq binanın qarşısına düşmüşdür. Bir müddət sonra polis əməkdaşları yaşadıqları mənzilə gəlmişdir. Münaqişə sona çatdığı üçün o, ərizə yazaraq münaqişənin başa çatdığını bildirmişdir. Bir müddət sonra isə gəlini Zərərçəkmiş şəxs1 bibisi Tünzalə də onlara gəlmişdir. Təxminən saat 16 radələrində oğlu Təqsirləndirilən şəxs azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 uşaq baxçasından götürərək yaşadıqları mənzilə gəlmişdir. Həmin vaxt gəlini Zərərçəkmiş şəxs1 bibisi Tünzalə Təqsirləndirilən şəxs üzərinə qışqıraraq, nə üçün qardaşı Şahid1 əsəbləşdirdiyini soruşmuşdur. Getdikcə münaqişə daha da qızışmış və oğlu Təqsirləndirilən şəxs onların üzərinə qışqırmağa başlamışdır. Həmin vaxt mübahisənin dərinləşməməsi üçün Ramiz Allahveriyevi mətbəxə aparmışdır. Şahid1 də təkidlə qızı Zərərçəkmiş şəxs1 özü ilə aparacağını bildirmişdir. O da oğlu Təqsirləndirilən şəxs sakitləşdirməyə başlamışdır. Şahid1 isə qızını götürərək aparacağını yenidən demişdir. Şahid1, arvadı Şahid2, Zərərçəkmiş şəxs1, habelə bacısı Tünzalə ilə birlikdə onların yaşadıqları mənzildən çıxıb getmişlər. Bir qədər sonra yaşadıqları mənzilə polis əməkdaşları gəlib, Şahid1 polis şöbəsinə kürəkəni Təqsirləndirilən şəxs öz azyaşlı övladını öldürmək istəməsi ilə bağlı müraciət etdiyini demişdir. Həmin vaxt o, ailə üzvləri ilə şok vəziyyətinə düşmüş, çünki belə bir hal olmamışdır. Eyni zamanda o, polis əməkdaşlarına Şahid1 yaşadıqları mənzildən çıxıb getdiyini söyləmişdir. Hadisə zamanı Səxavətin əlində bıçaq olmayıb. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında olan zaman azyaşlı oğlu Zərərçəkmiş şəxs2 bıçaqla öldürməklə hədələməməsi, ümumiyyətlə üzərində bıçaq gəzdirməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri onun həmin cinayəti törətməsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı davranışları və məhkəmə iclası zamanı şahid ifadələri o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs2 öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələməsinə real imkanı olmuşdur. Ona görə də təqsirləndirilən şəxsin azyaşlı oğlu Zərərçəkmiş şəxs2 bıçaqla öldürməklə hədələməməsi, ümumiyyətlə üzərində bıçaq gəzdirməməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 iyul 2023-cü il tarixli 548 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sağ qaşının tüklü hissəsində, küt əşya ilə yetirilmiş yaradan sonra çapıq toxuma, sağ bazu nahiyəsində yaralar kəsici əşyanın (alətin) ola bilsin, bıçağın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri müayinədən 1-1,5 il əvvələ uyğundurlar, ağırlıq dərəcəsinə görə xəsarətlərdən hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120, 133, 221.3, 228.1 və 228.4–cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 sağ qaşının tüklü hissəsinin, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması ilə bağlı hissədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittihamın elan edilməsi rədd edilmiş, Zərərçəkmiş şəxs1 öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələməsi ilə bağlı hissədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ittihamın elan edilməsi rədd edilmiş, azyaşlı Zərərçəkmiş şəxs2 öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələnməsi ilə bağlı hissədə Təqsirləndirilən şəxs və Şahid3 verdiyi ifadələrə tənqidi yanaşılması və həmin ifadələr Təqsirləndirilən şəxs müdafiə xarakterli ifadə kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək mübahisə zamanı ailə üzvləri, o cümlədən azyaşlı qızı Nuridə Məmmədlinin gözləri qarşısında şalvarının arxa hissəsində gəzdirdiyi, istintaqa məlum olmayan açılıb-qatlanan bıçağı çıxarıb, həmin bıçağı xx.xx.2017-ci il doğulmuş, azyaşlı Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dirəyərək hədənin icra ediləcəyi üçün real əsasları nümayiş etdirərək, zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs2 öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 ilə 2014-cü ildə nikaha daxil olduqdan bir müddət sonra, sonuncu ilə arasında yaranan və uzun müddət ərzində davam edən gərgin və kompromissiz ailə münasibətləri zəminində, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvan 3 ünvanında növbəti dəfə Zərərçəkmiş şəxs1 ilə mübahisə edib, ondan işdən çıxmasını və çadra geyinməsini tələb edib, rədd cavabını aldıqdan sonra, ailə üzvləri, o cümlədən azyaşlı qızı Nuridə Məmmədlinin gözləri qarşısında şalvarının arxa hissəsində gəzdirdiyi, istintaqa məlum olmayan açılıb-qatlanan bıçağı çıxarıb, həmin bıçağı uşaq bağçasından yenicə evə gətirdiyi, xx.xx.2017-ci il təvəllüdlü olmaqla, azyaşlı Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dirəyib, ona «səni Allah babanın yanına göndərəcəm, cənnətə gedəcəyik» ifadəsini işlədərək, əlində bıçaq olduğu və ailə münasibətlərinə heç bir müdaxiləni qəbul etmədiyi üçün günahsız övladını belə gözə almayacağını və bununla da etdiyi hədənin icra ediləcəyi üçün real əsasları nümayiş etdirərək, zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs2 öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134–cü maddəsi ilə tövsif olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134–cü maddəsində müəyyən olunmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmə ilə əlaqədar olan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il tarixdə doğulmuş Nuridə və xx.xx.2017-ci il tarixdə doğulmuş Mahir adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan 12 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 12 saylı Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Məhkəmə, həmçinin hesab edir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cəzanı yüngülləşdirən halların müəyyən edilməsi ilə yanaşı, cəzanı ağırlaşdıran halların dairəsi də müəyyən edilməlidir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək mübahisə zamanı ailə üzvləri, o cümlədən azyaşlı qızı Nuridə Məmmədlinin gözləri qarşısında şalvarının arxa hissəsində gəzdirdiyi, istintaqa məlum olmayan açılıb-qatlanan bıçağı çıxarıb, həmin bıçağı xx.xx.2017-ci il təvəllüdlü olmaqla, azyaşlı Zərərçəkmiş şəxs2 boğaz nahiyəsinə dirəyərək hədənin icra ediləcəyi üçün real əsasları nümayiş etdirərək, zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs2 öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini azyaşlı Zərərçəkmiş şəxs2 qarşı törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin azyaşlı şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 4(051)- 58/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından və xx.xx.2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, o, məhkəmə zalından dərhal həbsdən azad olunmuş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 300 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar