Məhkəmə qərarları › İş №1(051)-190/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-190/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-190/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonu Sarhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Mingəçevir şəhəri Y.Muradov küçəsi 37 №-li evin 42№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi «Kamaz 5511» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Naxçıvan küçəsində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkətə başlamazdan və dönməzdən qabaq müvafiq istiqamətdə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda buna əməl etməyib avtomobili hərəkətə gətirib sağa dönmə əməliyyatı edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarəetdiyi avtomobilin sağ arxa ikinci təkəri bu zaman Naxçıvan küçəsində yolun sağ yan kənarında dayanmış piyada Zərərçəkmiş şəxs sol ayağının üzərinə çıxarıb Zərərçəkmiş şəxs sol 1-2-4-5-ci ayaq daraq sümüklərinin qapalı sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına Az Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Kamaz 5511 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində avtomobil yaxınlıqdakı yuma məntəqəsində yuduzdurmaq məqsədi ilə idarəetdiyi avtomobili şəhərin Naxçıvan küçəsi ilə C.Əliyev küçəsinin kəsişməsini keçib avtomobilləri yuma məntəqəsinə yaxın yolun sağ yan kənarında saxlayıb aşağı enmişdir. Bir qədər sonra avtomobilləri yuma məntəqəsində onun növbəsi çatdığı üçün o, avtomobilə qalxıb mühərriki işə salıb avtomobili sağa döndərib avtomobillərin yuma məntəqəsinə daxil olmaq istəyərkən bayırda səs-küy eşidib avtomobili dərhal saxlayıb bayıra çıxmışdır. Görmüş ki, bir nəfər azyaşlı uşaq avtomobilimin yanında ağlayır. Həmin zaman avtomobilin orta sağ təkərinin altında uşaq üçün ayaqqı görüb başa düşmüş ki, idarə etdiyi Kamaz markalı avtomobillə sağa yəni, avtomobil yuma məntəqəsinə dönərkən idarə etdiyi avtomobilin sağ orta təkəri həmin azyaşlı uşağın ayağının üzərindən keçmişdir. Dərhal həmin şəxsi ətrafda dayanmış avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra hadisə yerinə qayıdaraq polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə baş verməzdən əvvəl spitrli içki qəbul etmədiyini, hadisə baş verərkən yolun sağ yan kənarı ilə piyadaların hərəkət etdiyini görmədiyini bildirdi. Daha sonra zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyan isə tam olaraq ödədiyini və yetkinlik yaşına çatmayan zərərsəkən şəxsin və qanuni nümayəndəsinin ona qarşı heç bir şikayətlərinin olmamasını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətdən azad olunması barədə qərar sıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsinin iştirakı ilə dindirilərək verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və ya ailə üzvləri ilə hər hansı ədavət və ya düşmənçiliyi olmayıbdır. Mingəçevir şəhəri 19 saylı orta məktəbin 7-ci sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrindən dərsdən çıxıb yaşadığı evə gedərkən Mingəçevir şəhəri Naxçıvan küçəsində səki ilə piyada hərəkət edərək avtomobil yolunun kənarında yerləşən avtomobil yuyulması məntəqələrinin qarşısına çatarkən yolun kənarında dayanmış Kamaz markalı avtomobilin mühərrikinin işə düşməsini eşidib dayanmışdır. Həmin zaman sürücü avtomobilin mühərrikini işə salıb sürərək yolun kənarında yerləşən avtomobillərin yuyulma məntəqəsinə doğru dönərkən avtomobilin arxa təkəri onun ayağının üzərinə çıxmışdır. O, müvazinətini itirib yerə yıxılmışdır. Ətrafdakı hadisəni görən şəxslər səs-küy salmışlar. Ətrafdakı şəxslərin səs-küyünü eşidib sürücü avtomobili saxlamışdır. Daha sonra mənim ayağımı çəkib avtomobilin təkərinin altından çıxardılar. Daha sonra onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına apardılar. İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan çıxmışdır. Daha sonra təqsirləndirilən şəxslə şəxslə barışmasını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödədiyini və ona qarşı heç bir şikayətlərinin olmamasını bildirərək təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətdən azad olunması barədə qərar sıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid və zərərçəkmiş şəxsin qanununi nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 2008-ci ildə Şahid1 ilə rəsmi nigaha daxil olub ailə qurmuşdur. Birgə nigahdan 2 övladları var. Zərərçəkmiş şəxs onun övladıdır. Leyla Mingəçevir şəhəri 19 saylı orta məktəbin 7-ci sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə qızı Leyla məktəbdən yaşadıqları evə qayıdardkən Təqsirləndirilən şəxs idarə etdiyi Kamaz markalı avtomobillə Leylaya xəsarət yetirmişdir. Daha sonra Leylanı Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasına aparmışlar. İlkin tibbi yardım göstərildikdən sonra Leylanın müalicəsi yaşadıqları ünvanda davam etdirilmişdir. Sonradan Leylanın aldığı xəsarətlə bağlı dəfələrlə Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Təqsirləndirilən şəxs ilkin olaraq onlara Leylanın müalicəsinə tam köməklik edəcəklərini söz verdiyi üçün əri Rüstəm Təqsirləndirilən şəxs şikayət olmamamsı barədə ərizə ilə müraciət etmişdir. Lakin, Təqsirləndirilən şəxs və ya ailə üzvləri Leylanın müalicəsi ilə bağlı hər hansı yardım etmədikləri üçün onlar təkrar ərizə ilə müraciət etmişlər. Hal-hazırda isə, yəni məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər tam olaraq ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hes bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsinə olan cinayət işinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad olunması tbarədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə Şahid1 şahid həyat yoldaşı Qanuni nümayəndə ifadəsinə uyğun məzmunda ifadə verərək göstərilən xüsusatları öz ifadəsində təsdiq etdi. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Mingəçevir şəhər X4 X5 Yol Patrul Xidmətinin baş inspektoru vəzifəsində xidmət edir.xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhər X4 X5 Yol Patrul Xidməti inspektoru Şahid3 ilə birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin Naxçıvan küçəsində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olmuş ki, sürücü Təqsirləndirilən şəxs “Kamaz 5511” markalı avtomobili Mingəçevir şəhərinin Naxçıvan küçəsində sağ dönmə əməliyyatı edərkən avtomobilin arxa 2-ci təkəri həmin zaman avtomobil yolunun sağ yan kənarında dayanmış piyada Zərərçəkmiş şəxsnu sol ayağının üzərindən keçmiş, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Daha sonra Təqsirləndirilən şəxs hadisə nəticəsində xəsarət almış piyadanı yaxınlıqda olan avtomobillə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aprmışdır. Sonradan hadisə yerinə gəlmiş, polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və Təqsirləndirilən şəxs müayinə edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Orada Təqsirləndirilən şəxs müayinə olunmuş və hadisə zamanı ayıq olduğu yəni sərxoş olmadığı müəyyən edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Mingəçevir şəhər X4 X5 Yol Patrul Xidməti inspektoru Şahid3 öz ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Kamaz 5511» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada Zərərçəkmiş şəxsni vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022-ci il tarixli, 260№-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 411 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol 1-2-4-5-ci daraq sümüklərinin qapalı sınıqları, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2935 saylı rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Kamaz» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AC №409479 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun adına «BC» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci l tarixli qarardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «“Kamaz 5511” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün ona qaytarılmışdır. İş materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsinin müstəntiqi Rəşad Əhmədovun «qanuni nümayəndə ktəyin edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, zərərçəkmiş şəxs təqsirlənədirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına dəyən zərər tam olaraq ödənilmiş və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətinqdən azad olunmasını xahiş edirlər. Cinayət işnə əlavə edilmiş təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, onun tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına dəyən zərər tam olaraq ödənilmiş və zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətinqdən azad olunmasını xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində qeyd edilir ki,bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM–nin 43.1.2-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Azərbaycan Respublikası CPM–nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirlənqdrilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz 5511” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil təqsirlənqdrilən şəxs Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza xərci 85 (səksən beş) manat təqsirlənqdrilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və vəkil xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz 5511” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar