Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-191/2022 22.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qasımov X2 şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1,177.2.3 və 67.1-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzası 3 il 3 aya endirilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 67.1-ci maddələri ilə 01 il 08 ay azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2500 manat cərimə cəzası 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ev 19/1, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Qasımov X2 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarxili hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunub cəzasının sonu ilə azad olunmasına baxmayaraq islah olunmayıb 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0.521 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 11:15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən yeraltı keçidin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin əynində olan boz rəngli idman şalvarının arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 19/1 saylı binanın blokunun qarşısından dayanan zaman blokun qarşısında bir ədəd siqaretin qızılı rəngli bükümünü gördü, maraqlı olduğu üçün həmin bükümü götürüb açıb içərisinə baxdı. Hərdən bir narkotik vasitədən istifadə etdiyi üçün bükümün içərisindəkinin nakotik vasitə olan heroin olmasını iyindən və rəngindən tanıdı. Bundan sonra o, həmin bükümü özü istifadə etmək üçün cibinə qoyub gizlətdi. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o, Mingəçevir şəhəri, H.Əliyev prospektinin yaxınlığnda yerləşən yeraltı keçidin yanında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Tapmış olduğu narkotik maddə həmin vaxt cibində idi. O, da, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Vəkilin iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olundu, o isə baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirildi. Üzərinə baxış keçirilərkən əynində olan boz rəngli idman şalvarın arxa sağ cibindən 1(bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm aşkar olunaraq götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən yeraltı keçidin yaxınlığında yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının arxa sağ cibindən bir ədəd qızılı rəngli bükümü stolun üzərinə qoydu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə olması müəyyən edildi. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alındı. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümün içərisində olan kütlənin heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə yaşadığı binanın blokununun qarşısından tapdığını bildirdi. Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 27-28-ci vərəqlərində olan 21 avqust 2022-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarnın arxa sağ cibindən aşkar edilmiş 1 (bir) ədəd siqaretin qızılı rəngli kağıza bükülmüş bükümün içərisində ümumi çəkisi 0.55 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 37-38-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2022-ci il tarixli, 17/672 saylı rəyində göstərilir ki, üzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0.521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin ümumi çəkisi -0,521 qram, tədqiqata sərf edildi- hər obyekdən 0,050 qram, qalıq cəmi -0,471 qram. İşin 86-cıvərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1527 saylı 14 oktyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 93-cü vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli, 1236 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən “Kannabinoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. İşin 94-cü vərəqində olan Mingəçevir şəhər Rayonlarası Psixo-Nevroloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli, 1828 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə X3 Dispanserində “yüngül əqli gerilik, psixopatobənzər davranışla” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0.521 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 11:15 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən yeraltı keçidin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin əynində olan boz rəngli idman şalvarının arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 96-cı vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 99-102-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)- 83/2020 saylı hökmündən və 78-80-ci vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Qasımov X2 şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzası 3 il 3 aya endirilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir şəhər məhkəməsininxx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 7(051)-125/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 1(051)-83/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, 297939/3-12 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 6 (altı) ay 17 (on yeddi) günü icra edilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. İşin 23-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 62-63-cü vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 23 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə 7 ay müddətinə azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 6(altı) ay 17(on yeddi) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 3 (üç) ay 8 (səkkiz) gün CM-nin 67.1-ci maddəsinə əsasən qismən toplama yolu ilə birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 22 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,471 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mingəçevir şəhər məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə 7 ay müddətinə azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 6(altı) ay 17(on yeddi) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 3 (üç) ay 8 (səkkiz) gün CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə üzərində 2(iki) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2(iki) il 1(bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,471 qram narkotik vasitə – heroin məhv edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-191/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-191/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver