Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-192/2021 12.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, şikayət vermiş və zərərçəkmiş şəxs İsmayılova Elnarə Nazim qızının, əməli törətmiş şəxs Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Zərərçəkmiş şəxs 19.10.2021-ci tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında olan zaman Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman telefonda söyüb-təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli və şüşə banka ilə Təqsirləndirilən şəxs sol qaşının üst nahiyəsinə qəsdən vuraraq ona sol gicgah nahiyyəsində hematoma və sol qaşında yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Təqsirləndirilən şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs Nazım qızını tanıdığını, Təqsirləndirilən şəxs və ailə üzvlərinin yaşadığı binanın qonşuluğunda yaşadığını, hadisə ilə bağlı olaraq 19.10.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna zəng vuraraq, anası Tamilla Muradova ilə danışmaq istədiyini bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs onaanası Tamilla Muradovanın evdə olmadığını bildirdiyini, bundan sonra isə Təqsirləndirilən şəxs yaşadıqları evdə onun evdə tək olub-olmadığını soruşan zaman evdə tək olmadığını bildirib mobil telefonun dəstəyini asdığını, bundan bir qədər sonra təkrar olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq anası Tamilla Muradovanın istifadəsində olan mobil telefon nömrəsini istədiyini, bu zaman Təqsirləndirilən şəxs anası Tamilla Muradovanın istifadəsində olan mobil telefon nömrəsini verməyərək, onları narahat etməməyini bildirdiyini, daha sonra isə Təqsirləndirilən şəxs onları başqa qonşularla səhv salmamağını təkrar etdiyini, bu səbəbə görə Təqsirləndirilən şəxs ilə aralarında mobil telefonda sözlə mübahisə yarandığını, mübahisə zamanı qarşlıqlı olaraq bir-birlərini telefonda söyüb təhqir etməyə başladıqlarını, bundan sonra isə Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanının qarşısına gedərək,Təqsirləndirilən şəxs çölə çıxmağını tələbetdiyini, Təqsirləndirilən şəxs isə yaşadığı mənzilin giriş qapısına çıxan zaman sözlə mübahisə etməyə başladıqlarını, bu zaman bir dəfə Təqsirləndirilən şəxs sol qaşüstünə yumruqla vuraraq onu yerə yixdığını, daha sonra isə Təqsirləndirilən şəxs yerdə uzanıqlı olan zaman hər iki əlləri ilə üzünü tutarkən, Təqsirləndirilən şəxs hər iki qollarından tutub sıxaraq, şüşə banka ilə onun baş nahiyəsinə qəsdən vuraraq onu döydüyünü, daha sonra isə ətrafa kənar şəxslər toplaşmaması üçün oradan çıxıb getdiyini, lakin, həmin vaxt əlində bıçaq olmadığını, Elnarəni bıçaqla vurmadığını, hədələmədiyini göstərmişdir. Eləcə də, bildirmişdir ki, hadisə qısa müddət ərzində davam etmiş, hadisə vaxtı heç bir söyüş söyülməmişdir. Şikayət vermiş şəxslə barışdıqlarını bildirmiş və məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Zərərçəkmiş şəxs və ailə üzvlərinin yaşadığı binanın qonşuluğunda yaşadığını, hadisə ilə bağlı olaraq, 19.10.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs adlı şəxsin mobil telefonuna zəng vuraraq, anası Tamilla Muradova ilə danışmaq istədiyini bildirdiyini, bu zaman Zərərçəkmiş şəxs anası Tamilla Muradovanın evdə olmadığını bildirdiyini, bundan sonra isə Zərərçəkmiş şəxsondan yaşadığı evdə evdə tək olubolmadığını soruşan zaman evdə tək olmasına baxmayaraq tək olmadığını bildirib mobil telefonun dəstəyini asdığını, bir qədər sonra Zərərçəkmiş şəxs təkrar olaraq istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq anası Tamilla Muradovanın istifadəsində olan mobil telefon nömrəsini ondan istədiyini, bu zaman anası Tamilla Muradovanın istifadəsində olan mobil telefon nömrəsini Zərərçəkmiş şəxs verməyərək, narahat etməməsini bildirdiyini, daha sonra isə Zərərçəkmiş şəxsonubaşqa qonşularla səhv salmamasını və bina sakinlərini narahat etməməsini bir daha təkrar etdiyini, bu səbəbə görə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi iləonu nalayiq ifadələrlə söyüb təhqir etməyə başladığını, bu səbəbə görə Zərərçəkmiş şəxs təhqir etdiyini, bundan sonra isə Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 2 ünvanının qarşısına gələrək, çölə çıxmağını istədiyini, yaşadığı mənzilin giriş qapısına çıxan zaman mübahisə etməyə başlayaraq, Zərərçəkmiş şəxs bir dəfə sol qaş üstünə yumruqla vuraraqonu yerə yixıb təhqir etməyə başladığını, daha sonra isə yerdə uzanıqlı olan zaman hər iki əlləri ilə üzünü tutarkən hər iki qollarından tutub sıxaraq, şüşə banka ilə baş nahiyəsinəqəsdən vuraraq döydüyünü, bu səbəbə görə DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə müraciət etdiyini göstərmişdir. Həmçinin bildirmişdir ki, hal hazırda barışdıqlarına görə əməli törətmiş şəxs Zərərçəkmiş şəxs oğlu barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər Beləliklə, Zərərçəkmiş şəxs qəsdən bir dəfə əli ilə Təqsirləndirilən şəxs sol qaşının üstünə vurmuş, eyni zamanda hər iki qollarından tutaraq əlindəki şüşə banka ilə eyni nahiyəyə vuraraq ona sol sifətində və sol gicgah nahiyəsində hematoma, sol qaşında yara və sağ bazuda qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20.10.2021-ci il tarixli, 684 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qızının məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər –sol sifətində və sol gicgah nahiyyəsində hematoma, sol qaşında yara və sağ bazuda qançır küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti 19.10.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan 19.10.2021-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 90, mənzil 1 saylı həyət evidir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 19.10.2021-ci il tarixdə Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 90 saylı evin qarşısında əvvəllər tanıdığı və qonşu binada yaşayan Zərərçəkmiş şəxs onu vurduğu yeri göstərmişdir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qızı tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Təqsirləndirilən şəxs qızının isə Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan DİN-nin BƏSİİ-dən alınmış 23.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı : Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-192/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-192/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver