Məhkəmə qərarları › İş №1(051)-194/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-194/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-194/2022 12.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Yaqub qızının iştirakı ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində onun yaşadığı ünvan 2 ünvanına gələrək qapını döyən, açmadığını gördükdə isə ünvanına nalayiq ifadələr işlədən arvadı Zərərçəkmiş şəxs işlətdiyi ifadələrə görə qisas almaq məqsədi ilə yaşadığı mənzildəki masanın üzərindən təhqiqata məlum olmayan mətbəx bıçağını götürüb, yaşadığı binanın blokuna çıxmış, onun əlində bıçaq olduğunu görən Zərərçəkmiş şəxs qaçıb getmək istəyərkən tələsik blokun pilləkənləri ilə düşməyə çalışan zaman ehtiyyatsızlığından müvazinətini itirərək yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxs yaxınlaşıb, əlində olan həmin bıçaqla sonuncunun sol baldırın iç səthinə bir dəfə zərbə vuraraq onun sol baldırın arxa səthində yara, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə aralarında tez-tez münaqişə olurdu. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə Zəhra uşaqları götürüb anasının Şahid1 yaşadığı ünvana getmişdir. O, uşaqlarını görmək üçün Şahid1 ünvanına getmişdir. Şahid1 ilə araların xx.xx.2022-ci il tarixdə mübahisə yarandı. xx.xx.2022-ci il tarixdə 03:30 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlib, qapını təpiklə möhkəm vuraraq, ünvanına nəlayiq sözlər işlətdiyi üçün o da əsəbləşərək mətbəx otağında olan kiçik həcmli bıçağı əlinə götürüb bloka çıxdı. Zəhra onu görüb pilləkəni tez-tez düşməyə çalışdı, ancaq müvazimətini itirərək yıxıldı. O da Zəhranın yanına çatıb sol baldırın içəri səthinə zərbə vuraraq xəsarət yetirdi. Bu zaman qardaşı Bəhram onları ayırdı. Zəhra oradan qaçıb uzaqlaşdı. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs Yaqub qızı ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Yaqub qızı məhkəmə iclasında ifadəsində bildirdi ki, Feruz ilə aralarında tez-tez münaqişə olduğu üçün xx.xx.2022-ci il tarixdə az yaşlı övladları ilə birgə yaşadığı evdən çıxıb anası Şahid1 məxsus evə getmişdir. Hal-hazıradək övladları ilə birgə anasının yanında qalır. Təqsirləndirilən şəxs da ara-sıra övladlarını görmək üçün oraya gəlib-gedirdi. xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində işlədiyi çörəkbişirmə sexindən çıxıb yaşadığı ünvana gələn zaman Təqsirləndirilən şəxs bir gün əvvəl anası Şahid1m döyməsini öyrəndi. Həmin gün gecə saat 03:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı şəhərin H.Əliyev prospekti ev 1 mənzil 35 ünvanına gedib, mənzilin qapısını döysə də Təqsirləndirilən şəxs ona qapını açmadı. Buna görə əsəbləşib onun ünvanına nəlayiq ifadələr işlətdi, bu zaman Təqsirləndirilən şəxs əlində mətbəx bıçağı ilə bloka çıxıb onun üzərinə gəldi. Həmin vaxt qorxub tələsik blokun pilləkənlərini düşən zaman ehtiyyatsızlığından müvazinətini itirib yerə yıxıldı, bundan sonra Təqsirləndirilən şəxs dərhal ona yaxınlaşıb əlində olan kiçik həcimli mətbəx bıçağı ilə onun sol ayağın baldır nahiyyəsinin içəri səthinə bir dəfə zərbə vurdu. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının 689 №li 14 noyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: - sol baldırın arxa səthində yara, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materiala əlavə olunmuş Mingəşevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-145/2022 saylı hökmündən və tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəslərində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Yaqub qızının sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşə əlavə olunmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Yaqub qızının ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar