Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-195/2021 29.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1965-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 10 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ev 10, mənzil 34-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqmda» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 476.33 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq 470 qram olan hissəsini bir ədəd sellofan torbanın içərisində Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 86 saylı evin yaxınlığındakı yarım tikilidə gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 6.33 qram hissəsini isə bir ədəd “Piramida” markalı siqaret qutusunun içərisində əynindəki tünd göy rəngli şalvarın sağ cibində saxlamış, 28.08.2021-ci il tarixdə saat 18 radələriııdə Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı ünvan 1 saylı mənzilində saxlanılıb, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd “Piramida” markalı siqaret qutusunun içərisində təmiz çəkisi 6.33 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki tünd göy rəngli şalvarın sağ cibindən, həmçinin yaşadığı, M.Fərruxov küçəsi 86 saylı evin yaxınlıqdakı yarımtikiliyə baxış keçirilərkən 470 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana oradan aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. 2021-ci ilin iyul ayının axırları Ağdaş rayonunda olarkən yolun kənarında çətənə bitkisinin bitdiyini görmüş və şəxsi istifadəsi üçün toplamışdır. 28.08.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov 86 saylı mənzilində saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. O, üzərinə baxış keçirilməsinə etiraz etməmiş və üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən l (bir) ədəd “Piramida” markalı siqaretin içərisində narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur və həmin kütlənin çəkisi 9.74 qram olmuşdur. Həmçinin yaşadığı həyətə baxış zamanı yarım tikilidə yaşıl sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 475 qram olmuşdur. Baxış zamanı video çəkiliş aparılmış və foto şəkillər çəkilmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun digərlərinin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Baxış zamanı video çəkiliş aparılmış və foto şəkillər çəkilmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər X6 şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28.08.2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid3, NMQ-nın əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili X4 ilə birlikdə Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 86 saylı həyət evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirimişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ cibindən üzərində “Piramida” yazılmış siqareti stolun üzərinə qoymuşdur. Sağ cibindən aşkar olunan “Piramida” markalı siqaret qutusu açıq vəziyyətdə olmuşdur. Siqaret qutusunun içərisinə baxış keçirilərkən qutunun içərəsində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs sağ cibindən aşkar edilmiş “Piramida” markalı siqaret qutusun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 9.74 qram oldu. Təqsirləndirilən şəxs yaşadığı həyətə baxış keçirələrkən yaşadığı evin yaxınlığındakı yarım tikilidə yaşıl sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs yaşadığı həyətə baxış keçirərkən evin yaxınlığında yerləşən yarımtikilidən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 475 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı həyətdə yerləşən yarımtikilidən aşkar edilib götürülmüş kütlənin marixuana olduğunu, həmin marixuananı özü istifadə etmək məqsədi ilə saxladığını və həmin narkotik vasitə olan marixuananı təxminən 1 ay əvvəl Ağdaş rayonunda olarkən yolun kənarından yığaraq qurutduqdan sonra üzərində və yaşadığı evin yaxınlığındakı yarımtikilidə saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 şahid qismində dindirilmiş NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 28 avqust 2021-ci il tarixdə, saat təxminən 17 radələrində əvvəlcədən tanıdığı və münasibəti olan Təqsirləndirilən şəxs ilə görüşmək üçün onun yaşadığı ünvan 1 saylı evə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olarkən evdə əvvəlcədən tanıdığı şəxsləri, yəni Şahid7, Şahid8 və Şahid5 da həmin mənzildə olduğunu görmüşdür. Təxminən 1 saata yaxın müddət Təqsirləndirilən şəxs yaşadığı mənzildə söhbət etmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olarkən masanın üzərində şprislər və digər əşyalar olduğunu görmüş və Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsini əvvəlcədən bildiyi üçün bu barədə ona heç bir sual verməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmasından da xəbəri olmamışdır. Bir müddət sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı, həmçinin onunla birlikdə digər şəxslər Şahid7, Şahid8 və Şahid5 həmin evdə olan zaman polis əməkdaşları Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 86 saylı evə gələrək özlərini təqdim etmişlər və orada olan şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs və həmin evdə olan digər şəxlərin üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişlər, daha sonra vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir, axtarış zamanı onun üzərindən psixotrop maddə olan metafetamin aşkar edilmiş və elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisi 1.19 qram olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı evin yaxınlığındakı yarımtikilidən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyünü eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 28.08.2021-ci il tarixdə, saat təxminən 17 radələrində əvvəlcədən tanıdığı və münasibəti olan Təqsirləndirilən şəxs ilə görüşmək üçün onun yaşadığı ünvan 1 saylı evə gəlmişdir. Evdə olan əvvəlcədən tanıdığı Şahid5, Şahid8 və Şahid6 ilə Təqsirləndirilən şəxs yaşadığı mənzildə təxminən 1 saata yaxın müddət söhbət etmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olarkən masanın üzərində şprislər və digər əşyalar olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsini əvvəlcədən bildiyi üçün bu barədə ona heç bir sual verməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmasından da xəbəri olmamışdır. Bir müddət sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə gələrək, orada olan şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs və həmin evdə olan digər şəxlərin üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişlər. Daha sonra vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir, axtarış zamanı onun üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı evin yaxınlığındakı yarımtikilidən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldüyünü görməmiş, yalnız sonradan eşitmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş şahidlər Şahid5 və Şahid8 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid5 və Şahid8 da şahidlər Şahid6 və Şahid7 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş “Piramida” markalı siqaret qutusunun içərisində ümumi çəkisi 9.74 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin yaxınlığındakı yarım tikilidən yaşıl rəngli torbanın içərisində 475 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 29 avqust 2021-ci tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən “Piramida” markalı siqaretin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə yaşadığı mənzilə baxış və götürmə keçiriən zaman evin yaxınlığındakı yarımtikilidən yaşıl sellofan torbadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş və həmin aşkar edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının 29 avqust 2021ci il tarixli 17/637 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi - 6.33 qram olan maddə kustar üsulla, hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs evində olan tikilidən aşkar edilmiş narkotik"sözləri yazılmış yaşıl-sarı sellofan torbanın içərisindəki, təmiz çəkisi - 470 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd siqaret qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus evdən aşakar edilmiş flakon və şprislə.... ” sözləri yazılmış zərfin içərisindəki: 03 (üç) ədəd şüşə flakonların hər birinin içərisindən aşkar edilmiş cuzi miqdarda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cuzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. 03 (üç) ədəd şprislərin hər birinin içərisindən aşkar edilmiş cuzi miqdarda olan maye qalıqları-heroin məhlulunun qalıqlarıdır. Həmin heroin məhlulunun qalıqları cuzi miqdarda olduqlarına görə tərkiblərindəki heroinin quru maddəsinin təmiz çəksisini müəyyən etmək mümkün olmadı. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 05 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 476.33 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 476.23 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 1310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 13/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 23 mart 1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 112-ci (Az.SSR) maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 12 may 1998-ci il tarixli «Amnistiya» qərarının 5-ci maddəsinə əsasən çəkilməmiş cəzası ½ qədər azaldılmış, 27 iyul 1999-cu ildə cəzasının sonu ilə azad edilmiş, Mingəçevir şəhər məhkəməsinin 27 iyul 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi il təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 avqust 2013-cü il tarixdə Suraxanı rayonu məhkəməsinin qərarı ilə 08 ay 01 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş, Mingəçevir şəhər məhkəməsinin 10 yanvar 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuananı” əldə edib daşıyaraq yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlədərək bir hissəsini orada, digər hissəsini isə üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 10.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkumedilməsinə baxmayaraq islah olunmayıb, məhkumluğu ödənilmədən 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqmda» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 476.33 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq 470 qram olan hissəsini bir ədəd sellofan torbanın içərisində ünvan 1 saylı evin yaxınlığındakı yarım tikilidə gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 6.33 qram hissəsini isə bir ədəd “Piramida” markalı siqaret qutusunun içərisində əynindəki tünd göy rəngli şalvarın sağ cibində saxlamış, 28.08.2021-ci il tarixdə saat 18 radələriııdə Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı ünvan 1 saylı mənzilində saxlanılıb, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd “Piramida” markalı siqaret qutusunun içərisində təmiz çəkisi 6.33 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki tünd göy rəngli şalvarın sağ cibindən, həmçinin yaşadığı M.Fərruxov küçəsi 86 saylı evin yaxınlıqdakı yarımtikiliyə baxış keçirilərkən 470 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana oradan aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2017-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum edilməsinə, 11 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, 28.08.2021-ci il tarixdə qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 28 avqust 2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 4(051)-107/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 28 avqust 2021–ci il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 476.33 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 476.23 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 476.33 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 476.23 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-195/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-195/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver