Məhkəmə qərarları › İş №1(051)-196/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-196/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-196/2022 20.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Yevlax rayonunun Qaraoğlan kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhər H.Əliyev prospekti ev 76, mənzil 22-də yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahısının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 224.97 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuanadan təmiz çəkisi 3,64 qram hissəni kağız bükümdə ayıraraq əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibində, təmiz çəkisi 221.33 qram hissəsini isə üzərinə «LEVİS» yazılmış göy rəngli sellofan torbaya qoyaraq sağ əlindəki boz rəngli çantanın içərisində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 29 sentyabr 2022-ci il tarixdə saat 15:40 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 16:20 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 3,64 qram olan və sağ əlində, boz rəngli çantanın içərisində daşıyaraq gəzdirdiyi 1 ədəd üzərinə «LEVİS» yazılmış göy rəngli sellofan torabada təmiz çəkisi 221,33 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllərdə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, hal-hazırda fərdi əməklə məşğul olur. Təxminən bir ay əvvəl yəni, 2022-ci ilin avqust ayında gəzmək üçün əslən olduğu Yevlax rayonuna getmiş, orada Qaraoğlan kəndinin ərazisində gəzən zaman yabanı halda bitmiş çətənə bitkilərinə rast gəlmişdir. Ətrafı müşahidə edərək heç kimin olmadığına əmin olduqdan sonra bitkilərə yaxınlaşmışdır. İstifadəçisi olduğundan onların çətənə bitkisi olmasını anlamışdır. Bundan sonra aralaşıb mağazalardan birində sellofan torba alaraq bitkilərin yanına qayıdıb kolların yarpaqlarından sellofan torbaya yığaraq quruması üçün yaxınlıqdakı otlaq sahəsinə gizlətmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax rayonunun Qaraoğlan kəndinə gedərək həmin narkotik vasitəni özümlə apardığı üzərinə «LEVİS» yazılan göy rəngli polietilen torbanın içərisinə qablaşdırıb onu boz rəngli əl çantasının içərisinə qoymuşdur. «LEVİS» yazılan göy rəngli polietilen torbanı çantasın qoymazdan öncə kütlənin üzərindən bir qədər öz istifadəsi üçün ağ rəngli kağıza bükməklə götürüb əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur.Bundan sonra Mingəçevir şəhərinə qayıtmışdır. 29 sentyabr 2022-ci il tarixdə saat 15:40 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən "xxxx"MMC-nin yaxınlığında piyada hərəkətdə olarkən mülki paltarda olan şəxslər yaxınlaşıb saxlayaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Müdafiəçi kimi X10 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2022-ci il tarixdə saat 16:20 dəqiqədə vəkil X5 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «NOKİA» markalı mobil telefon, sağ yan cibindən 1 ədəd ağ rəngli kağız büküm və boz rəngli əl çantasının içərisindən üzərinə «LEVİS» yazılan göy rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyini, 2022-ci ilin avqust ayında Yevlax rayonunun Qaraoğlan kəndinin ərazisində gəzən zaman yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından toplayıb xatırlamadığı sahə sərərək qurutduğunu, 29 senytabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax rayonunun Qaraoğlan kəndinə gedərək həmin narkotik vasitəni özü ilə apardığı üzərinə «LEVİS» yazılan göy rəngli polietilen torbanın içərisinə qablaşdırıb onu boz rəngli əl çantasının içərisinə qoymazdan öncə kütlənin üzərindən bir qədər öz istifadəsi üçün ağ rəngli kağıza bükməklə götürüb əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub gizlədərək üzərində gəzdirməklə saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 02 (iki) ədəd qurudulmuş marixuana kütlələrinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, 1 ədəd ağ rəngli bükümün və 1 ədəd göy rəngli sellofan torbanın içrəsindəki kütlələrin, ümumi çəkisi 4.81 (dörd tam yüzdə səksən bir) qram və 250 (iki yüz əlli) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Qurudulmuş marixuana narkotik vasitəsini əldə etmək üçün Yevlax rayonun ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını topladığı ərazini dəqiq xatırlamadığından bilavasitə göstərə bilmir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Daha sonra bldirdi ki, boşanmışdır və himayəsində bir nəfər az yaşlı uşağı vardır. Etdiyi əməldən peşmandır. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mehman oğlu ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusirütbəsində xidmət edir. 29 sentyabr 2022-ci il tarixdə məxfi əməkdaşdan ona Yelax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Arif Şərifovla ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı X1 şəhəri H.Əliyev prospektində yerələşən "xxxx" MMC-nin yaxınlığında hərəkətdə olan zaman ona yaxınlaşaraq saxlayıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra X1 ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkil X10, qadın cinsindən olduğundan isə Mingəçevir ŞPŞnin Qeydiyyat və X6 inspektoru, polis baş leytenantı Şahid2 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Səkinə Alahverdiyeva qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan olan qırmızı rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «NOKİA» markalı mobil telefon, sağ yan cibindən 1 ədəd ağ rəngli kağız büküm və boz rəngli əl çantasının içərisindən üzərinə «LEVİS» yazılan göy rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Bükümün və sellofan torbanın içərisi nəzərdən keçirilərkən içərisindəki kütlələrin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlələrin ümumi çəkisi 4.81 (dörd tam yüzdə səksən bir) qram və 250 (iki yüz əlli) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 02 (iki) ədəd kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümün və 01 (bir) ədəd göy rəngli selofan torbanın içərisində olan kütlələrin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 2022-ci ilin avqust ayında Yevlax rayonunun Qaraoğlan kəndinin ərazisində gəzən zaman yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından toplayıb xatırlamadığı sahə sərərək qurutduğunu, 29 senytabr 2022-ci il tarixdə saat 13 radələrində Yevlax rayonunun Qaraoğlan kəndinə gedərək həmin narkotik vasitəni özü ilə apardığı üzərinə «LEVİS» yazılan göy rəngli polietilen torbanın içərisinə qablaşdırıb onu boz rəngli əl çantasının içərisinə qoymazdan öncə kütlənin üzərindən bir qədər öz istifadəsi üçün ağ rəngli kağıza bükməklə götürüb əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub gizlədərək üzərində gəzdirməklə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva X11 Emir Cavad oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 29 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «NOKİA» markalı mobil telefon, sağ yan cibindən 1 ədəd ağ rəngli kağız büküm və boz rəngli əl çantasının içərisindən üzərinə «LEVİS» yazılan göy rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələrin aşkar edilməsi, aşkar olunmuş həmin 1 ədəd ağ rəngli bükümün və 1 ədəd göy rəngli sellofan torbanın içərisinə baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar 4.81 (dörd tam yüzdə səksən bir) qram və 250 (iki yüz əlli) çəkilərdə kütlələr olması müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17\763 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş ….kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi – 221,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş ….kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 3.64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1659 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 1(bir) ədəd göy rəngli sellofan torbada ilkin xalis çəkisi təmiz çəkisi 224.97 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,10 qram sərf edildikdən sonra qalan qalıq 224.87 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi maddi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. İş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk, məhkəmə-bioloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 17\763 №-li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1659 №-li rəyləri və əldə olunmuş maddi sübut sübut növü kimi qəbul edilərək cinayət işini materiallarına əlavə edilmişlər. İş materiallarında olan DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Qaraoğlan kəndində yaşadığı müddətdə özünü tərbiyəvi aparmış, barəsində heç bir ərizə və ya şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 valideyinləri Sarvan Allahverdiyev və Təqsirləndirilən şəxsdır. İş materiallarına əlavə edilmiş Rayonlararası Psixonevroloji Disponser tərəfinjdən verilmiş xx.xx.2022-ci il tarixli 1634 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Rayonlararası Psixonevroloji Disponserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Rayonlararası Narkoloji Disponser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1098 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş Psixonevroloji və Narkoloji dispanser tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olmasına baxmayaraq ünvan 1 ünvanda Yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başcısının Aşağı Salamabad kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatdadır, lakin Yevlax rayonu Qaraoğlan kəndində yaşamır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahısının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 224.97 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuanadan təmiz çəkisi 3,64 qram hissəni kağız bükümdə ayıraraq əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibində, təmiz çəkisi 221.33 qram hissəsini isə üzərinə «LEVİS» yazılmış göy rəngli sellofan torbaya qoyaraq sağ əlindəki boz rəngli çantanın içərisində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 29 sentyabr 2022-ci il tarixdə saat 15:40 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 16:20 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 3,64 qram olan və sağ əlində, boz rəngli çantanın içərisində daşıyaraq gəzdirdiyi 1 ədəd üzərinə «LEVİS» yazılmış göy rəngli sellofan torabada təmiz çəkisi 221,33 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, himayəsində bir nəfər az yaşlı uşağının olması və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 29 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən dərhal azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, 4 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi mülaicə təyin edilməli, yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 51 manat 06 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 224,87 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxsu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 4 (dörd) gün ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi mülaicə təyin edilsin, yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 224,87 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə 51 (əlli bir) manat 06 (altı) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar