Məhkəmə qərarları › İş №1(051)-199/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-199/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-199/2021 24.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 və müdafiəçisi – X8 iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 az yaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, Yevlax rayonu Hürüuşağı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin iyun ayının 19-da qohumu Şahid1 işlədiyi Yevlax rayon Cırdaxan kəndində yerləşən qum karxanasına qaynaq aparatı lazım olmasını və iki yüz manat pul müqabilində satın alınmasını qohumu Şahid1 ona dedikdən sonra özünün əvvəllər işlədiyi Mingəçevir şəhər ərazisində Gəncə şossesinin sol kənarında yerləşən qum çınqıl karxanası olaraq fəaliyyət göstərmiş Zərərçəkmiş şəxs MMC-nin qum sovuran qurğusunun dəmir köşkündə qaynaq aparatı olmasını xatırlayaraq onu oğurlamaq qərarına gəlmiş, ona görə də həmin gün günorta saatlarında "xxxx" MMC-nin ərazisinə girib qum sovuran qurğunun saxlanc yeri sayılan dəmir köşkünə qapıdan qanunsuz daxil olaraq köşkdə saxlanılan bir ədəd Rusiya Federasiyası istehsalı, “VD-501” markalı, 3 faza, 380 voltluq dəyəri 600 (altı yüz ) manat olan qaynaq aparatını gizli yolla talayaraq oğurluq etmişdir Təqsirləndirilən şəxs X4 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2007-ci ildən Mingəçevir şəhərinin ərazisində yerləşən Natiq adlı şəxsə məxsus qum karxanasında operator vəzifəsində işləmişdir. Həmin vaxtlarda Yevlax rayon Boşçalı kənd sakini “Çukku” ləqəbli Nəsif adlı tanıdığı şəxslə birlikdə işləmişdir. “Cukku” ləqəbli Nəsif adlı şəxs ilə tanışlıqları işlədikləri vaxtdan yaranmışdır. Təxminən 5 il əvvəl işlədikləri qum karxanası bağlandığına görə işdən çıxmışlar. “Cukku” ləqəbli şəxs isə hazırda həmin qum karxanasında nəzarətçi işləyir, həmçinin qum karxanasının yaxınlığında yerləşən qardaşı Daşdəmirə məxsus fermada qalır. 2021-ci ilin iyun ayının 19-da dayısı oğlu Şahid1 ona mobil telefonla zəng edərək işlədiyi qum karxanasında qaynaq aparatı gərək olduğunu və qaynaq aparatı satın alınmalı olmasını bildirmişdir. Lakin qaynaq aparatı tapa bilmədiyini və qaynaq aparatı taparaq satın almaqda ona köməklik eməsini xahiş etmişdir. O, isə qohumu Vüqara telefonla danışıq zamanı çalışıb qaynaq aparatı satan tapacağını bildirmiş və qarşılığında qaynaq aparatına nə qədər pul veriləcəyini soruşduqda bu zaman Vüqar işlədiyi qum karxanasının rəhbərliyi iki yüz manat pul müqabilində qayaq aparatını satın alacağını bildirmişdir. Həmin danışıqdan bir qədər sonra qaynaq aparatı soraqlasa da lakin satan şəxs tapa bilməmişdir. Daha sonra əvvəllər işlədiyi qum karxanasında bir ədəd qaynaq aparatı olmasını xatırlamışdır. Qum karxanasının qum sovuran qurğunun dəmir köşkündə saxlanılması və həmin qum karxanası fəaliyyətini dayandırdığı üçün lazımsız olaraq orada qalması qənaətinə gəlmişdir. Həmin qaynaq aparatını qum karxanasından götürüb Vüqarın işlədiyi karxanaya sataraq iki yüz manat əldə etmək qərarına gəlmiş, lakin bu barədə heçkimə birsöz deməmiş və həmin gün günorta saatlarında qum karxanasına gedib və qaynaq aparatının orada olub-olmamasını dəqiqləşdirdikdə qum sovuran qurğunun dəmir köşkünə daxil olanda qaynaq aparatının orada olmasını görmüşdür. Qaynaq aparatını köşkdən götürmüşdür. Qaynaq aparatının ağırlığı təxminən 70-80 kq olmuş və zavod istehsalı zamanı həmin qaynaq aparatının altında iki ədəd təkər quraşdırılmışdır. Belə ki, qaynaq aparatı yerdə olan vəziyyətdə bir tərəfi təkər üzərində bir tərəfi isə dəmir hissə yerdə qaldığı üçün aparat hərəkətsiz dayanır. Lakin tutacaq vasitəsilə aparatı təkərləri üzərinə qaldırdıqda aparatın ağırlığı təkər üzərinə düşür və belə olan halda asanlıqla aparatı istənilən yerə dartıb aparmaq olur. O, da qaynaq aparatını təkərləri üstünə qaldıraraq onu dəmir köşkdən çıxardıb həmin yerdən təxminən 300- 400 metr aralıda yerləşən Nəsifin işlədiyi fermaya aparmışdır. Nəsifi çağıraraq onunla hal-əhval tutub daha sonra ona qaynaq aparatını satın almasını və həmin şəxs avtomobil ilə fermaya düşürüb getməsini demiş, bir neçə saatlıq qaynaq aparatının fermada qalmasını və daha sonra gəlib götürəcəyini Nəsifə bildiriərək xahiş etmişdir. Nəsif də etiraz etməmişdir. Fermadan uzaqlaşıb və qohumu Vüqarla danışıb ona qaynaq aparatı satın almasını bildirmişdir. Vüqar həmin gün axşam saatlarında işdən çıxıb yaşadıqları kəndə gəlmiş, Vüqara qaynaq aparatını satın aldığını lakin pulunu isə aparatı bəyənilsə ondan sonra ödəyəcəyəni vəd etməsini Vüqara demişdir. Bundan sonra onlar birlikdə Nəsifin işlədiyi fermaya qardaşına məxsus avtomobil ilə getmişlər. Orada qaynaq aparatını Nəsifin də köməkliyi ilə maşına yükləyib və yaşadıqları kəndə qayıtmışlar. Bir gün sonra qaynaq aparatını qardaşına məxsus avtomobil ilə Yevlax rayon Cırdaxan kəndinə aparmışdır. Vüqarın işlədiyi karxanaya təhvil vermişdir. Daha sonra usta gəlib qaynaq aparatına baxdıqdan sonra onun başqa karxanaya məxsus olmasını və əlavə iki yüz manat xərc tələb olunduğunu bildirdikdən sonra Vüqar ona aparatı gəlib qaytarmasını bildirmişdir. O, da qaynaq aparatını əvvəlcə aparıb köşkə qaytarmaq istəmiş, lakin görən olmasından qorxub aparatı Yevlax rayon Salahlı kəndindən keçərkən avtomobil ilə metal alan şəxsə 48 manata satmışdır. Yevlax rayon Cırdaxan kəndindən yaşadığı kəndə qayıdarkən Salahlı kəndindən keçərkən təxmini yadında qalan Qaz 2124 markalı ağ rəngli üzərində yük yeri quraşdırılmış lakin dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobil ilə metal alan orta yaşlı kişiyə qaynaq aparatını metal olaraq satıb və yaşadığı kəndə qayıtmışdır. Oğurluq etdiyi həmin dəmir köşk qum karxanasının qum sovuran qurğusunun bir təkib hissəsidir, belə ki, həmin köşk dəmir ibarət olmaqla içərisində qum sovuran qurğunun mühərrikləri yerləşir. Qaynaq aparatı da həmin qurğuda lazım ola biləcək qaynaq işlərini aparmaq təyinatı üzrə həmin köşkdə saxlanılmışdır. Köşkün qapısı açıq olduğu üçün oraya asanlıqla daxil olmaq mümkündür. Daha əvvəllər həmin köşkdən hər hansı avadanlıq və ya əşya oğurlamamış, hər hansı oğurluq olması yaxud olmamasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs X4 törətdiyi əməldən peşman olduğunu, dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, qeyd olunanları nəzərə alıb təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC qum çınqıl karxanası olaraq fəaliyyət göstərib və təxminən 5-6 il müddətdir ki, fəaliyyəti dayandırılmışdır. Lakin gələcəkdə fəaliyyəti bərpa olunma ehtimalı olduğuna görə müəssisənin balansında olan əmlak müəssisənin ərazisindən çıxarılmamışdır. Müəssisənin ərazisi su ilə əhatə olunur, lakin quru hissəsi ilə müəssisənin ərazisinə yol vardır. Balansda olan əmlak məüssisədə qaldığından və fəaliyyət dayandırıldığından o, mütəmadi olaraq karxanaya gedir və əmlakın yerində olub-olmamasını yoxlayır. 2021-ci ilin iyul ayında müəssisənin əmlakına nəzarət məqsədilə gedib baxarkən su sovuran qurğunun dəmir köşkün içərisində olan bir ədəd «VD-501» markalı 3 fazalı, 380 voltluq təxmini dəyəri 600-800 manat olan, işlək vəziyyətdə olan bir ədəd qaynaq aparatı köşkün içərisindən oğurlanması məlum olmuşdur. Buna görə də 29.07.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Qum sovuran qurğunun turbaları və mühərrikləri dəmir köşkün içərisində yerləşmişdir. Dəmir konstruksiyadan ibarət olduğu üçün turbalarda və başqa dəmir hissələrdə qaynaq işləri lazım olduqda həmin qaynaq aparatından istifadə olunmuşdur. Buna görə də qaynaq aparatı daimi olaraq qum sovuran qurğunun içərisində saxlanılmışdır. Karxanadan başqa hər hansı avadanlıq oğurlanmasının aşkar etməmişik. Həmin qaynaq aparatı Rusiya istehsalı olmaqla «VD-501» markalı 3 fazalı, 380 voltluq təxmini dəyəri işlək vəziyyətdə 600-800 manat olmuşdur, hərəkəti asanlaşdırmaq üçün zavod üsulu ilə qaynaq aparatının alt hissəsində iki ədəd təkər olmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 15.09.2021-ci il tarixli 9/5814 nömrəli rəyinə əsasən «VD-501» markalı 3 fazalı, 380 voltluq qaynaq aparatının dəyəri 600 manat olması qeyd edilməsinə etiraz etməmişdir. Onlara vurulan ziyanlıq tam şəkildə olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə Xanəli adlı şəxsə məxsus Mingəçevir şəhər ərazisində yerləşən qum-çınqıl karxanasının işlərinə və əmlakına ümumi nəzarət edən şəxs kimi karxana işlədiyi müddətdə oranın işlərini idarə etmişdir. özü də karxana fəaliyyətini dayandırmazdan əvvəl orada işləmiş və Qanuni nümayəndə də işlədiyi vaxtdan tanımışdır. Özü isə hazırda qardaşı Daşdəmirə məxsus fermada qalır və orada işləyir. Həmin ferma ilə qum karxanası yaxınlıqda yerləşir. Təqsirləndirilən şəxs və qohumu Şahid1 da tanıyır. Belə ki, yaşadığı Yevlax rayon Boşçalı kəndi ilə Vüqar və Söhrabın yaşadığı Hürüuşağı kəndi qonşuluqda yerləşir. 2021-ci ilin iyun ayının 19da günorta saatlarında işlədiyi fermada olarkən tanışı Söhrab adlı şəxs fermaya gəlmiş və özü ilə qaynaq aparatı gətirmişdir. Söhrab onu, çağırıb qaynaq aparatını adını demədiyi şəxsdən satın almasını demiş və aparatı bir neçə saatlıq fermaya qoymasını daha sonra gəlib götürəcəyini bildirmişdir. O, isə Söhrabın günorta saatlarında və aşkar şəkildə qaynaq aparatını gətirməsinə görə onun oğurluq olmasından şübhələnməmiş, həmçinin Söhrab aparatı satın almasını və satan şəxs avtomobil ilə onu fermada düşürüb getməsini bildirdiyi üçün ona inanmışdır. Buna görə də qaynaq aparatının fermada qalmasına bir neçə saata gəlib götürməsinə etiraz etməmiş, Söhrab qaynaq aparatını fermada qoyub getmişdir. Həmin gün axşam saatlarında Söhrab qardaşına məxsus avtomobil ilə qohumu Vüqar ilə birlikdə onun işlədiyi fermaya gəlmişlər. Söhrab qaynaq aparatını götürməyə gəlməsini bildirmiş və qaynaq aparatını avtomobilə yükləyərək götürüb getmişlər. Bir gün sonra təxminən günorta saatlarında Vüqar ona mobil telefonla zəng edərək qaynaq aparatının oğurluq olub-olmamasını soruşmuş, o, isə məlumatı olmadığını bildirmiş və həmin aparatı Söhrab gətirib fermaya qoyarkən satın almasını deiyini Vüqara bildirmişdir. Başqa hər hansı məlumatı olmamasını demişdir. Daha sonradan polis şöbəsində araşdırma aparılanda ona məlum olub ki, həmin aparat oğurluq imiş və qum karxanasından oğurlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində və məhkəmə iclasında elan edilmiş ifadəsində şahid X9 göstərmişdir ki, Mingəçevir şəhər ərazisində yerləşən qum-çınqıl karxanasının işlərinə və əmlakına ümumi nəzarət edən şəxs kimi karxana işlədiyi müddətdə oranın işlərini idarə etmişdir. özü də karxana fəaliyyətini dayandırmazdan əvvəl orada işləmiş və Qanuni nümayəndə də işlədiyi vaxtdan tanımışdır. Özü isə hazırda qardaşı Daşdəmirə məxsus fermada qalır və orada işləyir. Həmin ferma ilə qum karxanası yaxınlıqda yerləşir. Təqsirləndirilən şəxs və qohumu Şahid1 da tanıyır. Belə ki, yaşadığı Yevlax rayon Boşçalı kəndi ilə Vüqar və Söhrabın yaşadığı Hürüuşağı kəndi qonşuluqda yerləşir. 2021-ci ilin iyun ayının 19-da günorta saatlarında işlədiyi fermada olarkən tanışı Söhrab adlı şəxs fermaya gəlmiş və özü ilə qaynaq aparatı gətirmişdir. Söhrab onu, çağırıb qaynaq aparatını adını demədiyi şəxsdən satın almasını demiş və aparatı bir neçə saatlıq fermaya qoymasını daha sonra gəlib götürəcəyini bildirmişdir. O, isə Söhrabın günorta saatlarında və aşkar şəkildə qaynaq aparatını gətirməsinə görə onun oğurluq olmasından şübhələnməmiş, həmçinin Söhrab aparatı satın almasını və satan şəxs avtomobil ilə onu fermada düşürüb getməsini bildirdiyi üçün ona inanmışdır. Buna görə də qaynaq aparatının fermada qalmasına bir neçə saata gəlib götürməsinə etiraz etməmiş, Söhrab qaynaq aparatını fermada qoyub getmişdir. Həmin gün axşam saatlarında Söhrab qardaşına məxsus avtomobil ilə qohumu Vüqar ilə birlikdə onun işlədiyi fermaya gəlmişlər. Söhrab qaynaq aparatını götürməyə gəlməsini bildirmiş və qaynaq aparatını avtomobilə yükləyərək götürüb getmişlər. Bir gün sonra təxminən günorta saatlarında Vüqar ona mobil telefonla zəng edərək qaynaq aparatının oğurluq olub-olmamasını soruşmuş, o, isə məlumatı olmadığını bildirmiş və həmin aparatı Söhrab gətirib fermaya qoyarkən satın almasını deiyini Vüqara bildirmişdir. Başqa hər hansı məlumatı olmamasını demişdir. Daha sonradan polis şöbəsində araşdırma aparılanda ona məlum olub ki, həmin aparat oğurluq imiş və qum karxanasından oğurlanıbmış. Cinayət işi materiallarında olan 31.07.2021-ci il tarixli qərarla təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/5814 saylı 15.09.2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Rusiya Federasiyası «VD-501» markalı, 3 fazalı, 380 voltluq qaynaq aparatının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 600,0 manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş DİN BƏSİİ-nin 27.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, X4 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin iyun ayının 19-da qohumu Şahid1 işlədiyi Yevlax rayon Cırdaxan kəndində yerləşən qum karxanasına qaynaq aparatı lazım olmasını və iki yüz manat pul müqabilində satın alınmasını qohumu Şahid1 ona dedikdən sonra özünün əvvəllər işlədiyi Mingəçevir şəhər ərazisində Gəncə şossesinin sol kənarında yerləşən qum çınqıl karxanası olaraq fəaliyyət göstərmiş Zərərçəkmiş şəxs MMC-nin qum sovuran qurğusunun dəmir köşkündə qaynaq aparatı olmasını xatırlayaraq onu oğurlamaq qərarına gəlmiş, ona görə də həmin gün günorta saatlarında "xxxx" MMC-nin ərazisinə girib qum sovuran qurğunun saxlanc yeri sayılan dəmir köşkünə qapıdan qanunsuz daxil olaraq köşkdə saxlanılan bir ədəd Rusiya Federasiyası istehsalı, “VD-501” markalı, 3 faza, 380 voltluq dəyəri 600 (altı yüz) manat olan qaynaq aparatını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tam olaraq ödəməsi, eləcə də törətdiyi əməldən peşmançılıq hissi keçirməsinə və himayəsində 1 az yaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Cinayət işi materiallarında olan 24.12.2021-ci il tarixli müraciətdən də görünür ki, Təqsirləndirilən şəxs öz oğurluq əməli nəticəsində "xxxx"MMC-yə yetirdiyi maddi ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14 noyabr 2012-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxs X2 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs X4 həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir Şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, X4 29 iyul 2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanılmışdır. Odur ki, X1 29 iyul 2021-ci il tarixdən 31.07.2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs X1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs X1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 ( iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X1 29 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulub hesablanmaqla cəmi 4 (dörd) gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X1 cəza çəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut yoxdur. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar