Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-2/2020 10.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru vəzifəsini icra edən X1və müdafiəçi HüseynovMüsaqifSəfər oğlununiştirakıilə, xx xxxxxx 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 34.237 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan - tiryəki xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən «Dostluq parkı» adlanan yerdə tapıb üzərində saxlayaraq daşımış və xx.xx.2019-cu il saat 11:00 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən «Dostluq parkı» adlanan yerdə saxlanılıb, Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə baxış keçirilərkən göstərilən narkotik vasitə olan tiryək onun əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Mingəçevir şəhər N.Nərimanov prospektində yerləşən “Dostluq” parkından keçərkən yerdən bir ədəd sellofana bükülmüş büküm tapmış və maraqlı olduğu üçün bükümü açdıqda içərisində başqa sellofana bükülümüş qara rəngli narkotik vasitə olan tiryək olduğunu görmüş və sellofana bükülümüş bükümün içərisinə baxdıqda özü narkotik vasitə olan tiryəkdən istifadə etdiyinə görə içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu görmüşdür. O, içərisində tiryək olan sellofana bükülmüş bükümüəynində olan şalvarın sol yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 11 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən Dostluq parkında gəzərkən tapdığı narkotik vasitə olan tiryək əynində olan şalvarın sol yan cibində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin gün saat 11 radələrində vəkil X4 iştirakı iləüzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümün içərisində tiryək olan büküm aşkar olunub götürülmüşdür. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesifik iyindən narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidəçəkilmiş və tiryəkə oxşar kütlənin ümumi çəkisi 35 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən «Dostluq parkı»nda piyada gedən zaman yerdən tapmışdır. Tərəzidəçəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmiş və daha sonra polis işçiləri üzərinəşəxsi müayinə zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanıTəqsirləndirilən şəxs Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən Dostluq parkında piyada gəzən zaman Təqsirləndirilən şəxs görüb yaxınlaşmış, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Elvin İsgənədərovu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra İsgəndərov X2 ŞPŞyə gətirilmişdir. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş və vəkilin iştirakı iləTəqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirilmiş, üzərinə razılığı iləşəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuşəşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuşəşya olmadığını bildirmişdir. Bundan sonra onun və digərlərinin iştirakı iləTəqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanıəynində olan şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümün içərisində tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd sellofana bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd sellofana bükülmüş bükümün içərisindəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidəçəkilmiş, tiryəkə oxşar kütlənin ümumi çəkisi 35 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar edilib götürülmüş 1 (bir) bir ədəd sellofana bükülmüş bükümün içərisində olan kütlənin tiryək olduğunu, tiryəki özü istifadə etmək məqsədi iləüstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə təxminən saat 19 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən «Dostluq parkı»nda piyada gəzən zaman yerdən taparaq əynindəki şalvarın sol yan cibinə qoyub üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və ibtidai istintaq zamanışahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadələri ilə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatlar təsdiq edilmişdir. Cinayət işinin 24-28-ci səhifələrində olan xx xxxxx 2019-cu il tarixdə tərtib olunmuşşəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinəşəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan mavi rəngli şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümün içərisində tiryəkə oxşar kütlə aşkar olunmuş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuşməhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 190 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 34.237 qram olan maddə xaş-xaş bitksindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,100 qramı tədqiqata sərf olunmuş, 34,137 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 429 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitəçətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofana bükülmüş bükümdə təmiz çəkisi 34.237 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan - tiryəki xx xxxx 2019-cu il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən «Dostluq parkı» adlanan yerdə tapıb üzərində saxlayaraq daşımış və xx.xx.2019-cu il saat 11:00 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət- Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən «Dostluq parkı» adlanan yerdə saxlanılıb, Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə baxış keçirilərkən göstərilən narkotik vasitə olan tiryək onun əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasına Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin hökmündən və tələbnamədən görünür ki, İsgəndərov X2 şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək 6 ay 19 gün həbsdə saxlandığı müddət ona təyin edilmiş 3 il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 il 5 ay 11 gün azadlıqdan məhrum etmə cəzası, 2 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Cinayət işi materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(101)-690/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü iləTəqsirləndirilən şəxs təyin edilmişşərti məhkum etmə ləğv edilərək, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilən cəzaya Mingəçevir şəhər məhkəməsinin hökmü üzərində qəti olaraq saxlanılmış, 2 (iki) il 5 (beş) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməkləTəqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Bu hal, CM-nin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görəüç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci işüzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli xx xxxx 2019-cu il tarixdə yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü çıxarılmamışdan törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin ediməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2019-cu il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdəşübhəli şəxs kimi tutulmuş və xx xxxxx 2019-cu il tarixədək 2(iki) gün müddətinə həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günə bir gün (cəmi iki gün) bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görəTəqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomanlıqdan məcburi müalicəyə cəlb olunmalı, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən işüzrə 69.10 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinəödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 34,137 qram olan narkotik vasitə - tiryək Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü iləTəqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla, ona təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 9 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 34,137 qram olan narkotik vasitə - tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 69.10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X3 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. H A K İ M Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №1(051)-2/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-2/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver